Türkel Araşdırma Qurumu növbətİ toplantısını həyata keçİrdİ

03 oktyabr (Xəzan Ayı) tarixdə Türkel Araşdırma Qurumu növbəti toplantısını keçirdi. Maarifçiliyin milli düşüncə, milli ideoloji yönündə fikir bölüşmələri ilə yanaşı milli gələcəyimizin inkişaf mərhələləri baxımından axtarışlar müzakirə edildi. Eyni halda növbəti toplantının müzakirə mövzusu müəyyənləşdirilərək maarifçiliyin bölgələrdə təşkili üçün görülməli işlər də baxışdan keçirildi.
Xaliq Bahadır toplumu çaşdıran məqamlara aydınlıq gətirməyin gərəyini vurğuladı; Ağşın Ağkəmərli Güney Azərbaycanla bağlı təkliflərini dilə gətirdi; İlham Axund özünün mətbu orqanından yararlanmağı təklif elədi. Onun fikrincə Türkel Araşdırma Qurumunun maarifçilik işi bölgələrdə də izlənilə bilər; Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı Azərbaycanda Milli-İdeoloji Mərkəzin yaranması və onun inkişafı yönündə mülahizələrini paylaşdı. O, hesab edir ki, Yeni Meyar olmadan ictimai inkişafın baş tutması mümkün olmaz…

Türkel Araşdırma Qurumu

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv