Doğmalarımız

Ocaq Günsırası (təqvimi) ilə 24 Yağış Ayı, 34-il tarixdə (noyabr, 2012) İraq türkmənləri kimi təqdim olunan Ərbilli soydaşlarımız Mütləqə İnam Ocağının qonağı oldular. Qonaqlar Türkman Ədəbiyyatçı və Yazarlar Birliyinin Sədri Əsat Ərbil (Əsat Şakir Əmin) və Türkman Reform Radiosunun direktoru, TƏYB- in təşkilatçısı Riyaz Dəmirçi idilər. Görüş gənc yazar, “Gənclərin Söz Birliyi” İctimai Birliyinin sədri Qurbanəli Ömərin təşkilatçılığı ilə baş tutmuşdur. Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı öncə qonaqları dinləmişdir. Qonaqlar İraqda yaşayan soydaşlarımızın durumu ilə bağlı fikirlərini söyləmiş, indiki proseslərdə onların tutduqları mövqe haqqında geniş bilgi vermişlər. Orada etnik mədəniyyətlərinin qorunması üçün, eləcə də gənc nəslin milli şüurunun inkişaf etməsi üçün göstərdikləri çabalardan bəhs etmişlər. Sonra Soylu Atalı sözə başlamış və Asif Atanın yaratdığı milli-ruhani düzənlə bağlı qonaqlara bilgi vermişdir. Türkçülük, Azərbaycanın siyasi bərpası, Türk Birliyinin zəruriliyi kimi konular da söhbətə daxil olmuşdur. Milli strategiyanın yaranması üçün Asif Atanın ideyalarının, baxışlarının önəmi qabardılmış, çağdaş siyasi dünyada onun gərəkən etkisinin miqyası şərh edilmişdir. Asif Atanın Dünyabaxışının əsasında Türk Ruhunun, ruhaniyyatının bərqərar olunmasının anlamı geniş biçimdə izah olunmuşdur. Vurğu edilmişdir ki, Türk Dünyasının vahid mədəniyyətə, vahid Dünyabaxışa yiyələnməsi baş verməsə, pərakəndəlik aradan qalxmayacaq, gedişlər-gəlişlər, üzdə görünən çabalar arzu olunan nəticələri verməyəcəkdir.
İki saat davam edən görüş qarşılıqlı sevgi və inam əsasında uğurlu bir sonuca yetmişdir. Bu görüşə Ocaqçılar Ulusəs və İnamlı Atalılar da qatılmışdılar. Sonda qonaqlara xeyli sayda kitablar, buraxılış dərgiləri, Ocaq Kurallarını ifadə edən başqa ədəbiyyatlar (kitabçalar, təqvim, əlifba) bağışlanmışdır.

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv