Bu günlərdə Türkel Araşdırma Qurumunun aydınları gənclərlə görüş keçirmişdir. Mövzu – milli-insani problemləri yaradan səbəblər və onların aradan qaldırılması yollarının müzakirəsindən ibarət idi. Vətənin durumu, Dövlətin durumu, İnsanın durumu yönündə fikirlər səsləndirilmiş, söhbət suallar və cavablarla genişləndirilmişdir.
Yeni qatılan gənclər ayrıca Mütləqə İnam Ocağının ideya və məqsədləri ilə maraqlanmış, bu yöndə Ocağın Yükümlüsü Soylu Atalıya çoxsaylı suallar vermişlər. Ruhaniyyatın dövlətçilikdə, millətçilikdə yeri və rolu ayrıca təhlil edilmiş, əsaslandırılmışdır. Sonda bu yöndə ünsiyyətlərin, görüşlərin genişləndirilməsi qərarlaşdırılmışdır.
Gənclərə Ocağa aid ədəbiyyatlar bağışlanmışdır.
Qar Ayı, 34-il.