Soylu Atalı. Anarxiya Kuralları

Bu gün Azərbaycan elə bir mərhələyə qədəm qoyub ki, anarxiya əlindən tərpənmək olmur. Hər bir balaca hadisə böyüdülür, ictimailəşdirilir. Hər bir ictimai fəlakət isə küyə çevrilir. Elə bir həşirə salınır ki, fəlakət həqiqi qiymətini tapmır. Bu gedişdən isə qarşı duran siyasi qüvvələr yararlanmağa çalışır. Sağlam mübarizə sağlam ideoloji zəminlər üzərində qurula bilər. Bu olmadığına görə ən çirkin üsullara əl atılır. Belə faktlar bəs qədərdir. Ancaq bunlardan birinin üzərində fikirlərimizi ümumiləşdirə bilərik. Bu gün ölkənin gündəmini qapsayan Əkrəm Əylisli olayına fərqli yanaşmalar olsa da, əsasən üst-üstə düşən haqlı etirazlar qabarır. Deyək ki, Azərbaycanın milli mənafeyinə toxunan məqamlar vurğulanır. Ancaq təəssüf ki, məsələ tam olaraq siyasiləşdirilib. Məhz buna görədir ki, məsələyə münasibət bildirənlərin əksəriyyəti çaşğın durumdadır. Bilmirlər buna söz azadlığı kimi baxsınlar, yoxsa milli problemə çevrilən fakt kimi. Bunun da səbəbi odur ki, ölkədə milli-ideoloji meyar yoxdur. Əgər bu və buna bənzər problemləri Avropadan gətirilən “söz azadlığı” ilə müəyyənləşdirsək, onda gərək Avropa yönətim kurallarını qəbul edənlər səslərini çıxarmasınlar. Yox, əgər bu “söz azadlığı” əsas götürülmürsə, onda gərək milli haqqı qoruyan münasibət meyarı olsun. Belə bir meyar, dediyimiz kimi, mövcud deyil. İqtidar tərəfindən sərgilənən münasibət hər kəsə bəllidir ki, milli ləyaqəti əhatə eləmir. Çünki biz bunu Ermənistanla iş birliyi quran iqtidar mənsublarının timsalında dönə-dönə müşahidə etmişik. Ermənilərlə əlaqədə bulunanların ermənini tərifləyəni ittiham etməsi necə milli xarakter daşıya bilər?! Açıq şəkildə görünür ki, iqtidar özünün fərdi şəstinə toxunan məsələnin həllini ümummilli müstəvidə həyata keçirir. Müxalifət mənsublarının müdafiə xarakterli çıxışları, yazıları da əksərən beynəlxalq qüvvələr qarşısında yalançı humanizm görüntüsü yaratmaqdan ibarətdir. Məsələn, belə fikirlər səsləndirlir ki, “Əkrəm Əylisli sadəcə bir yazıçıdır və o, öz təxəyyülünün dediklərini sərbəst şəkildə qələmə ala bilər. Düşüncələrini yazdığı təqdirdə səhv də edə bilər. İqtidarda olanların əməllərinin, yəni ermənilərlə çeşidli iş birliyinin qarşısında isə bir yazıçının səhvi heç görünmür də”. İqtidarın Əkrəm Əylislinin əməlini seçki öncəsi öz mənafeyi üçün həşirə çevirməsinə və ictimai fikri qatıb-qarışdırmasına sözümüz yox. Ancaq hesab edirik ki, Ə.Əylislinin atdığı addım, yəni Azərbaycanın ləyaqətini aşağılaması, Azərbaycan türkünün vəhşi obrazını yaratmağa çalışması iqtidar mənsublarının ermənilərlə iş birliyindən daha qəddar və daha təhlükəlidir. Çünki iş birliyi quranların eybəcərliyi əsasən bu günümüzün fəlakətidir. Sabah Milli dövlətçiliyin hərtərəfli bərqərar olmasından sonra bu eybəcərliklər olmayacaq. Amma Əylislinin yazdığı qalacaq və gələcək nəsilləri problem qarşısında qoyacaq. Necə deyərlər, “yazıya pozu yoxdur”. “Söz azadlığı”nı əsas gətirib belə bir xəyanəti müdafiə edənlər isə bilməlidirlər ki, söz azaddır, böhtan isə azad deyil. “Əsərdə yazıçı deyil, obraz danışır” demək isə xəyanətə ortaq olmaqdır. Obraz havada uçan topa-topa bulud deyil ki, hara gəldi yağsın. Yazıçının təxəyyülü obrazlar vasitəsilə ifadə olnur. Əsərdə iftira danışan obraza qarşı mövqe sərgiləyən başqa bir obraza da yer verilsəydi, yazıçını hardasa anlamaq olardı. Bu gün bu əsəri hər kəs bədii əsər adlandırır. Ancaq sabah maraqlı qüvvələr bu əsəri tarixi əsər kimi meydana çıxaracaqlar və siyasi təbliğat faktına çevirəcəklər. Ümumiyyətlə, xalqlararası münasibətlərdə yaşanan neqativ halları bütövlükdə bir xalqın xeyrinə, yaxud zərərinə sərgiləməyi doğru saymırıq. Əgər yazıçı özünü humanist kimi təqdim eləmək istəyirsə, məsələyə birtərəfli yanaşmamalıdır. Əylisli məsələyə nəinki birtərəfli yanaşır, o, millətin mənliyini eşitdiyi, gördüyü bir-iki faktla tam olaraq eyniləşdirir. Adını qoyur ki, xalqlar arasında yaranan ziddiyyətləri aradan qaldırır. Unutmaq olmaz ki, erməni özünü dərk edə bilməyən, bu səbəbdən də bəşəriyyətə heç bir mədəni, mənəvi dəyər verməyən toplumdur. Onun xislətindəki terrorizm, amansızlıq, fürsətçilik bu cür xəlqi boşluqdan qaynaqlanır. Onun türkə qarşı nifrəti, türkün onu döyməsinə görə deyil (əslində türk onu hələ döyməyib), türkdən daha çox ərazi qoparmaq istəyidir. Başqasından nəsə almaq istəyən, vicdanını susdursun deyə, özündə ona qarşı əvvəl nifrət yaradır.Əslində ermənidə vicdan deyilən bir şey də yoxdur. Vicdan olsaydı, tarixin hansısa bir dönəmində özünü göstərərdi. Yazıçı ermənidə olmayan keyfiyyətlər “kəşf” edir. Bununla da erməninin arxasında durub türkü dışarıdan çökdürən qüvvələrin buyruğuna işləyir.

Əkrəm Əylislinin ailəlikcə yaşamaq haqqından məhrum edilməsi isə iqtidarın sağlam olmayan mövqeyinin göstəricisidir. Ailəni Ə.Əylislinin suçuna ortaq eləmək ədalətsizliyi, haqsızlığı təsdiq edir. Üstəlik Ə.Əylislinin işlədiyi suça dolayısıyla bəraət verir. Suçludan dissident düzəldirlər. Suçlunu və onun ailəsini çörəksiz qoymaq məsələni həll etməz. Suçluya qarşı insanlığa aid olmayan hərəkətlər ona rəğbət yaradar…
Beləcə, bütün milli sorunlarımız belədir – onun nədəni, niyəsi dərk olunmur, üzünə pərdə çəkilir. Baxın, sanki hadisələr məqsədyönlü tərtiblənir. Bir mərhələdə milli dəyərlərimizə hücumlar sərgilənir. Dərhal toplumun fəal zümrəsi iki yerə ayrılır: – hücumu dəstəkləyənlər və ona etiraz edənlər. Bir mərhələdə millətin simasına qarşı söz deyilir. Yenə iki yerə bölünmələr baş verir.
Millətin ləyaqətinə siyasi niyyətlərdən yanaşmaq doğru deyil. Ancaq nə qədər ki, bütün hadisələr siyasiləşdirilir, nə qədər ki, başqa qüvvələrin fərdlərimiz, təşkilatlarımız üzərində etkisi davam edir, vahid milli meyarın yaranması və vahid milli mövqenin ortaya gəlməsi baş verməyəcək…
Atamız var olsun!

09 Köçəri Ayı, 34-il.
Atakənd.

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv