Biganəlik xalqın mənəviyyatının itirilməsinə xəbərdarlıqdır!
Dünyada var olan, bəşəriyyətə bəlli bütün canlı və cansz, maddi və mənəvi varlıqlar daimi olaraq, tədrici dəyişməkdədir. Bu dəyişikliklər təbii və ənənəvi olaraq, məqsədyönlü, planlaşdırılmış və dönməz şəkildə hansısa sirli qüvvələrin layihələrinin təsdiqi kimi baş verir. Bizdən asılı olmayan bu dəyişikliklər, həmişə bizim xeyirmizə xidmət edir və bu dəyişiklikləri tədqiq edən, öyrənən isanların intellektual səviyyəsi artır. Nəticə etibarilə, əslində, ənənəvi olan ibtidai çatışmazlıqlardan, çətinliklərdən uzaqlaşan bəşəriyyətin elmi və mədəni səviyyəsi də yüksəlir. Beləcə, tərəqqinin və intibahın gəlişdiyi bir zamanda, dünyaya ağalıq iddiasında bulunan Amerikada və Avropada bəzi qüvvələr ruhani tərəqqiyə, insanlığa qarşı yeni-yeni fitnə-fəsadlar törədirlər.
İngilis-Sakson protestant milyarderlərin 1930-cu ildəki yığıncağında, dünyanı idarə etmək üçün gizli vahid mərkəz, gizli vahid dünya höküməti yaradılır. Dünyanı idarə edən şəxslər bu mərkəzə üzv olur və simvolik olaraq mərkəzi “Komitet 300″ adlandırırlar. O vaxtdan da, bu komitənin üzvləri dünya xalqlarının həyat tərzinə müdaxilə edir, bir sözlə, gizli barmqlar bəşəriyyət üzərindəki ağalıq iddialarını hər vəchlə reallaşdırmağa çalışırlar . Bu komitə, bəşəriyyətin bütün nailiyyətlərini heçə saymaqla, insanlığı unudaraq, neçə min illər ərzində yaranan yüksək sivilizasiyanı məhv etməyə çalışır. Nağıllarda, əsatir və miflərdə, habelə dini kitablarda min illərdi ki, şeytanla mübarizə yolu axtaran insanın özü, indi bəd niyyət rəmzi olan şeytana çevrilib. Demək, doğrudan da şeytan insanın öz içərisindədir. Bu gün insanlar, bəşəriyyətin kəşfi olan yeni texnologiyalardan, təbiətin inkişafına müdaxilələrdən, ətraf mühitin çirklənməsindən, maddi resursların potensial çatışmazlıqlarından, dünyanı məhv edəcək nüvə kəşfindən və s. bir çox bəlalardan əzab çəkirlər. Və bütün bu əzabları araşdırarkən məlum olur ki, bu faciələrin bir çoxunun mənbəyi elə “Komitet 300″-ə dayanır. Bu komitənin qəbul etdiyi proqramda özünü göstərən bəzi fikirlərə nəzər salaq.
1. Yeni dünya nizamının üsul-idarəsinin və onun idarəçiliyi altında birləşmiş kilsə və pul sisteminin yaradılması.
2. Milli özünüdərkin və milli ləyaqətin tam şəkildə dağıdılması.
3. Dindən azad olma adı ilə, dinlərin dağıdılması, komitənin öz mənafeyinə uyğun yeni dinin yaradılması.
4. Şüurun idarə edilməsi vasitəsindən istifadə edərək, hər bir insan üzərində nəzarət yaradılması.
5. Narkotiklərin və pornografiyanın leqallaşdırılması.
6. Əhalinin Kombocada Polpot rejiminin sınaqdan keçirildiyi senari üzrə ixtisar olunması.
7. Komitənin faydalı hesab etdiyi elmdən başqa, bütün elmi fəaliyyətlərin dayandırılması.
8. 2020-ci ilə qədər faydasızlar adlandırılan üç milyard adamın müharibələr, aclıq, xəstəliklər yolu ilə məhv edilməsi.
9. Kütləvi işsizlik yaratmaqla, millətlərin mənəvi ruhunun və fəhlə sinfinin mübarizə əzminin qırılması.
10. Süni surətdə ölkələrdə iqtisadi-siyasi böhranın yaradılması və sonra da böhranın idarə edilməsi.
11. Müsəlman ölkələrində “Müsəlman Qardaşları” kimi kultların yayılmasına yardım edilməsi.
12. Ümumdünya terror aparatının təşkil olunması.
13. Təhsilin tamamilə və birdəfəlik dağıdılması.
Bu gün dinlə elm arasında böyük bir ayrılıq və boşluq olduğu halda, dinə edilən hücum daha böyük uçuruma səbəb ola bilir. Çünki dinə müdaxilə kor-koranə yox, ağıllı və planlı sürətdə edilir. Bu faciələrin başımıza gəlməməsi üçün, biz zəruri olan işləri görməliyik. Bu gün dünyada baş verən hadisələr təsadüfi yaranmır və yaşanmır. İslam dünyasında, Əfqanıstanda, Pakistanda, Afrikanın əsasən müsəlman ölkələrində baş verən qarmaqarışıqlıqlar, aclıqlar, səfalətlər, qırğınlar xalq arasında geniş yayılan müxtəlif, bir-birinə zidd olan çeşidli dini məzhəb və təriqətlər ,”Komitet 300″-ün sehirli çubuğunun etkiləri altında baş vermirmi? Mənəvi dəyərlər ölür. Kənardan gətirilən rok, pop musiqiləri, və “mədəni tərəqqi” nəsnələri gənclərin beynini yuyur, onları cılızlaşdırır. Allahın və dini kitabların qadağan, haram bildiyi seksuallıq yavaş-yavaş ölkələrdə qanunlaşdırılır. Rok musiqilərinə, çılğın səhnə hərəkətlərinə, yersiz səs-küylərə geniş yer verilir. Belə gedərsə, cəmiyyətin dəyişilməsi məqsədi ilə narkomaniya, seksuallıq, həyasız davranışlar tədricən pik həddinə çatacaq. Belə görünür ki, heyvani hərəkətlər gələcəkdə dünyanı bürüyəcək və gələcəkdə cəmiyyətin adət-ənənəsi kimi qəbul ediləcək. Nədənsə, bu dəhşətli, qorxulu təhlükə xalqı heç rahatsız etmir. Bu günkü gerçəkliklərə və real hadisələrə nəzər saldıqda, deyə bilərik ki, baş verə biləcək ən pis hadisələr hələ qarşımızdadır. Çox qəribədir ki, bütün bunlar dünya xalqlarının gözü qarşısında, əvvəlcədən planlaşdırılmış, çox dəqiq ölçülüb biçilmiş halda, bir ovuc “Komitet 300” adlı gizli təşkilatın əli ilə həyata keçirilir. Dünyaya ölüm, səfalət, aclıq toxumu səpilir. Ancaq dünya xalqları susur. Bu biganəliklə, bu mənsizliklə dünya hara gedir?! Get-gedə artan qırğınları, zorakılıqları, homoseksualları, narkomanları yaradan qüvvələri görməzliyə vurmaq, bu faciələrin hamısına “Allahın qəza-qədəridir” – deyib, susmaq nə qədər düzgündür? Biz unuduruq ki, bu haqsız təqsirlərin əvəzini Allah bizə qaytarar və o da bizə çox baha başa gələr. Onu da unutmayaq ki, ulu Tanrı yerdə edilən ədalətsizliklərin cavabını artıq verməyə başlamışdır. Amerika, Avropa milyarderləri şərq üçün hazırladıqları tora indi özləri düşürlər. Özlərinin yaratdıqları terrorçular indi özlərini ovlayır.
Başqalarına qurduqları böhran toruna da indi özləri düşürlər. Bax, budur Tanrının cavabı! İnsanlığın və Allahın nifrət elədiyi homoseksuallığın bir çox ölkələr tərəfindən qanuniləşdirilərək qəbul edilməsini eşitmişdim. Ancaq bu iyrənc adət yavaş-yavaş Azərbaycana da yayıldıqca insan dəhşətə gəlir. Gör xalq arasında bu necə yayılmışdır ki, xəcalət çəkmədən, utanmadan, İçərişəhərin toy evlərinin birində kişi cinsli seksualların toy mərasimini, millətin ailəsi ilə seyr etdiyi televiziya ekranlarına çıxarır, bütün xalqa nümayiş etdirirlər. Və nə dövlətin qanunçuluq orqanlarından, nə də xalq qınağından bu biabırçılığa son qoymaq üçün səs çıxmır. Bu biganəliyin özü, xalqın mənəviyyatının itirilməsinə bir xəbərdarlıqdır. Sözsüz ki, “Komitet 300” öz proqramını bizim Azərbaycana da yerləşdirmişdir və buna da nail olmaqdadır…