XALİQ BAHADIR. TARİXİN FƏLSƏFƏSİ (III HİSSƏ)

İngiltərə başda olmaqla, o çağkı üstün dövlətlərin bölgədə yürütdüyü siyasət Türk gücünü sarsıdıb aradan qaldırmağa yönəlmişdi. Ortada Azərbaycanı bir neçə yerə, Türkiyəni beş-altı dövlətə bölmək planı vardı. Bu planı gerçəkləşdırmək üçün yenə İngiltərə başda olmaqla beş Avropa dövləti birlikdə Türkiyəni tutmaq planlarınaa baş vurmuşdu. Tanrının Türkiyəyə, Türklüyə yolladığı Atatürk adlı tanrısal yardımı ilə o planlar alt-üst oldu. Türkiyəni tutmaq, bölgədə Türk gücünü sarsıtmaq planlarının başında duranlardan biri – Çörçill – 60 minlik Avropa ordusunun Türkiyədə əzilib yenilməsindən sonra demişdi: “Biz Türkiyəni az bir sürədə tutmağı planlaşdımışdıq, ancaq bizim planlarımızda Atatürk faktoru yox idi”.

O çağlar İngiltərənin gücü neftlə dolu Mosul-Kərkük yörələrini Türkiyədən qoparıb ayırmağa yetdi. Bununla da Türkiyəyə olduqca böyük zərbə vuruldu. İngilislər “Türk ağalığından qurtarmaq” çağırışları ilə ərəbləri Türklərə qarşı qaldırdılar. Sonra da neft qaynağları ilə dolu Ərəb ölkələrini, demək olar, bütünlüklə ələ keçirdilər. Mosul-Kərkük yörələrini İraqa qatan ingilislər neftlə birgə bütün İraqın yiyəsinə çevrildilər. İngiltərə özümlü bir bağlaşma ilə İraq neftinə 99 illik yiyəlik hüququ qazandı.

O çağlar (20-ci yüzilin ilk onilliklərində) bölgədə başqa Türk gücü Qacarlar dövləti olaraq tanınan İran idi. Türk ölkəsi – Türk dövləti olaraq da İran yuxarıda sözü gedən Türk gücünü sarsıtma planının üç obyektindən (Azərbaycan, Türkiyə, İran) biri olaraq çoxdan gözaltı edilmişdi. Ingiltərə gerçək gücünə, potensial olanağına, çağın qoşullarına uyğun olaraq, Azərbaycanla Türkiyədə Türk gücünü istədiyi, planlaşdırdığı kimi olmasa da, çox sarsıtmışdı. Qalmışdı İran. İngiltərə Quzey Azərbaycanla Türkiyədə gerçəkləşdirdiyi taktikanı bir az dəyişdi. Burada daha incə taktikayla ingilissayağı gediş edildi. İngiltərə İranda min illik Türk hakimiyətini devirib, buradakı çoxsaylı agentlərindən birini – Rza xanı şahlığa gətirməklə fars hakimiyəti qurdu. Bundan sonra bölgədə Türklüyə düşmən fars dövlətinin formalaşdırılmasına başlandı. İngilis planlarına uyğun olaraq, Türkləri kiçiltmə, farsları şişirtmə; dil, uyqarlıq, tarix faktoru içində olmaqla Türk varlığını danma, farslara hər baxımdan hegemonluq qazandırma İranın dövlət siyasətinə çevrildi. Elə bu antiTürk siyasətləri axarında da İngiltərə İranı böyük neft-qaz qaynaqları ilə birlikdə bütünlüklə ələ keçirdi. Türklüyü hər baxımdan dışlama siyasətinin başlıca fəlsəfəsi də bu idi – Türklüyün yenilməsi ilə İran yenilirdi!

Bölgəmiz yüz il qabaqkına oxşar dəyişiklik sürəci içindədir. Ötən dönəmlərdə bir neçə yol Azərbaycanın birləşib bütövləşməyi az qala kiçicik texniki işlərdən asılı oldu. Ancaq birləşmə baş tutmadı. Üstün güclərin geopolitik planları-istəkləri ilə bizim istəklərimiz üst-üstə düşmədiyindən belə oldu. Indi bölgəmizdə baş verən dəyişiklik sürəcinin başında yeni dünyanın supergücü olaraq tanınan ABŞ durur. Bölgəmizlə bağlı yüz il qabaqkı İngiltərə düzənində Türklüyə yer yox idi. ABŞ-ın bölgəmizlə bağlı Yeni Dünya Düzəni planlarında, bəlli olduğu kimi, Türkiyə başda olmaqla Türklüyə önəmli yer ayrılıb. Bir sıra faktlardan göründüyü kimi, ABŞ bölgədə, ən azı, indilikdə, indiki dönəmdə Türk faktorunun yenilməsini deyil, yüksəlməsini əlverişli sayır. Sonuncu dənizə doğru çox böyük bir sürəcin ortasında olan ABŞ-ın Doğu ilə Batı arasında uzanıb gedən TÜRK ZOLAĞINDAN yararlanmaq istəyi açıq görünür. Min illərin Türk ölkəsi olan İran bu zolaq içində ayrıca önəm daşıyır.

Dünya Türklərinin başı olaraq tanınan Azərbaycan Türklüyü soyuq baş, isti əllə özünə əlverişli olanla supergücə əlverişli olanı uzlaşdırmaqla min illik ölkəsinə-dövlətinə yiyələnib, TÜRK ZOLAĞI boyunca tarixi missiyasını yerinə yetirməyə yüklənməlidir!

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv