KƏDƏRİMİZDƏN DƏRS GÖTÜRƏK

Asif Ata Evladı Günev Atalı

Asif Ata Ocağının Evladı Günev Atalı qıznəvəsinin ölümü ilə bağlı kədərlə üzləşib. Mütləqə İnam Ocağı ona və yaxınlarına başsağlığı verir.
Ocaq Evladları Günev Atalının kədərini paylaşıb. Ocağın Yükümlüsü Soylu Atalı dəfn törənində söz deyib: “Biz, Mütləqə İnam Ocağı olaraq, düşünürük ki, kədərin hər bir mərhələsindən dərs götürmək gərəkdir. Bu gün körpə bir uşağın nəşini torpağın altına qoyduq, ancaq biz bilmirik ki, onunla birgə daha nələri torpağın altına qoyduq. Yəni Uşaq özüylə aşkarlanmamış hansı imkanları apardı. Biz bununla ölümü dərk etməliyik. Ölümü dərk etmək isə həyatı dərk etmək deməkdir, ölümün öz mahiyyəti yoxdur, onun mahiyyəti həyatdır. Deməli, insan fiziki varlıq olaraq torpağın altına gedirsə, o, öz ömründə insani keyfiyyətlərini aşkarlamalı, millətinə, vətəninə verməlidir. İnsan döl artırmaq üçün yaşamamalıdır. Dünyaya gəlməyin mənası heyvanilikdən (biolojilikdən) ayrılıb insanlığı təsdiq etməkdir…”
Sonra Soylu Atalı “Matəm Üstə Mütləqlə Təmas”ı söylədi.

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv