XALİQ BAHADIR. HEYDƏR ƏLİYEV DÖVLƏTÇİLİYİ – TANRI BİZİ BU DÖVLƏTÇİLİKDƏN QORUSUN!

Prezidentliyə adayların İTVdəki debatları getdikcə daha qızğın, daha kəskin, daha gərgin xarakter alır. Bu, doğal bir sürəcdir: seçkiyə yaxınlaşdıqca belə olmalı, adaylar daha çox səs uğrunda, daha qızğın, daha kəskin, daha gərgin debat sərgiləməlidirlər. Burada doğal olmayan nədir? Adayların böyük çoxluğunun yalançı-qondarma adaylığı, hakimiyətin klon-klounları olaraq ortaya çıxarılmaları. Onların kukla olduqları, əliyevçi rejimi qoruyub saxlamaq nədənilə, seçkiyə demokratik don gedirməkdən yana adaylandırılmaları getdikcə daha artıq görünməkdə, açılıb ağarmaqdadır.
Xalqa yağı Heydər Əliyev dövlətçiliyinin çoxillik, yorulmaz yükdaşıyanlarından olan “bitərəf” Zahid Oruc birinci debatdanca “bitərəflik” maskasını özü öz əlilə yırtmış, əliyevçi “bitərf” desant olaraq özünü-üzünü göstərmişdi. Özünü illərlə Heydər Əliyev dövlətçiliyinin fanatiklərindən biri olaraq göstərən bu adama çox sevdiyi dövlətçiliyin birdən-birə “bitərəf” donu geyindirməyi elə bil onun çoxillik maskasını yirtmaq üçündür. Cəmil Həsənlinin üzərinə mini tank kimi yürüyən, ondan dönə-dönə “sən dünənmi səmimiydin, bu günmü?” deyə soran Z. Orucdan sormaq gərəkir: sən əliyevçi kimi səmimisən, yoxsa “bitərəf” kimi? “Bitərəf” əliyevçi, əliyevçi “bitərəf” ola bilməz, belədirsə, onda sən nəsən?!
Bəlkə də, sonadək debatlara İ.Əliyevin dublyoru olaraq yalnız Əli Əhmədov çıxarılacaqdı, ancaq onun şefinə qazandırdığı tərsinə reytinq tezliklə presonal dəyişiklik gərəyi yaratdı. Dublyor-personajların dəyişkən dəyişikliyi də əliyevçi “sabitlik hakimiyətinə” gərəkən effekti qazandırmadı. Hakimiyətin 20 illik korrupsiya-soyğunçuluq kursundakı dəyişməzlik indiki dublyor-personaş dəyişkənliyini stimullaşdırır, bu dəyişkənliyə istər-istəməz dəyişməz xarakter verir. 20 illik korrupsioner-kriminal hakimiyət dublyorların, eləcə də əlaltı adayların debat uğursuzluğunu necə stimullaşdırırsa, Cəmil Həsənlinin uğrunu da eləcə stimullaşdırır.
Bir neçə söz Ədalət partiyası ilə bağlı. Ədalət partiyasının hansı ƏDALƏTİN yanında olduğu əzilən xalqa deyil, əzən hakimiyətə arxa durmağından, əzilən xalqın deyil, əzən hakimiyətin yanında olmağından görünməkdədir. Ölkə yaşılına – gəncliyə qara günlər yaşadan, ölkə dininə – islama türmə yolunu göstərən bir hakimiyətə yaşılların da, islamçıların da yanaşması bu sayaq ƏDALƏTlidirsə, onda ƏDALƏT nə deməkdir? Ədalət ərəb sözüdür, anlam-semantika baxımından davranışlarında, baxış-yanaşmalarında əxlaq, hüquq normalarına uyğunluq, doğru-düzgünlük sərgiləmə deməkdir. Ədalət partiyasının debatdakı dəyişkən personaşları bu ölkədə insan hüquqlarını tapdaq eləyən, doğru-düzgünlüyün kökünü qazıyan hakimiyəti qınağa tutmaq yerinə, müxalifəti qınaq obyektinə çevirir. Acınacaqlı görsənişdir – ƏDALƏTin ayaqlanması baxımından…
Milli dirçəliş hərəkatı partiyası. Antimilli hakimiyətin özünün yaratdığı, başında bir çox baxımlardan rejimə bağlı adamı oturtduğu bu partiyanın da, onun başında duran adamın da maskası gec-tez yırtılmalı idi, yırtıldı. Ola bilsin, Fərəc “milli dövlətçilik” ritorikası arxasında gerçək üzünü sonadək gizlətməyə çalışacaqdı. Ola bilsin, ancaq… Cəmil Həsənlinin gözlənilməz uğurları, çoxsaylı qondarma aday-opponentlərinə üstün gəlmək bacarığı hakimiyəti gerçəkdən-gerçəyə çətin duruma saldı. Çox da gözləmədiyi çətinliklə üzləşən hakimiyət daha bir aday-desantına – Fərəc Quliyevə – çoxdan daldalandığı səngərdən çıxıb Hafiz Hacıyev, Aaraz Əlizadə öncüllüyündəki “müxalifətçi” desantlara qatılmaq buyruğu verdi.
Bugünlər gözümüzün qabağında baş verənlər, ayrıca olaraq hər debat, Heydər Əliyev dövlətçiliyinin bir sərgiləməsidir. Burada dövlətçilik də, demokratiya da heydərizm rejissurasına bağlı parlaq tragikomediya görsənişləridir…

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv