ASİF ATA. HƏQİQƏTLƏR (III YAN BİTİQ) davamı

TƏZƏ DÖVLƏTÇİLİK

Kooperativ – Dövlət artığı.

İcarə – Dövlət təhkimçiliyi.

Təsərrüfat hesabı – Dövlət kölgəsi.

Fərdi Təsərrüfat – Dövlət Zəkatı.

 

QORBAÇOVUN ÇİN SƏFƏRİ

Kommunist Soyuqluğu, İnamsızlığı, Nəticəsizliyi, Gələcək­sizliyi.

 

TƏZƏ HƏKİM

Azərbaycanın yaralarını artistlərə titul paylamaqla sağaldır valimiz!

 

EYBƏCƏRLİK VARİSLİYİ

Brejnevin memuarları, Qorbaçovun Raisası.

 

19 Qismət günü, İşıq Ayı, 11-ci il. Bakı.

 

AŞKARLIQ

Mahiyyəti gizlətmək üçün Üsul.

 

SOVET ZİYALISI

Qaranlıq yayan.

 

HADİSƏLƏR

Demokratik kapitalizm – Azad Dəllallıq.

Demokratik sosializm – Azad Məhrumiyyət.

Humanist sosializm – İnsani Məhrumiyyət.

 

QORBAÇOVŞİNANIN “YENİ SOSİALİZMİ”

Sosializm – mərkəzləşmə deməkdir –

qeyri-mərkəzləşməyə sığınıblar!

Sosializm – ümumiləşmə deməkdir – Xüsusiliyə sığınıblar!

Sosializm vahidlik deməkdir – Müxtəlifliyə sığınıblar!

 

Kapitalizm yönlü “Sosializm” yaradırlar “yeni sosialistlər”.

STALİN MƏSƏLƏSİ

Qorbaçovşina Sosializmin cinayətlərini Stalinin üstünə yıxır; Yevreizm Trotskinin, Zinovyevin intiqamını alır Stalindən; Ziyalılar öz siyasi anlaqsızlıqlarını humanizmlə pərdələyirlər – əslində isə Stalin başdan-binadan marksist idi – bu səbəbdən də əzəmətli və dəhşətli Zindan yaratdı.

 

URVATSIZ ELƏYƏN

Qorbaçov rusları azsaylı millətlərin gözündə urvatsız eləyir, ordunu əhalinin gözündə urvatsız eləyir, nazirlikləri zəhmətkeşlərin gözündə urvatsız eləyir ki, özü Urvatlı görünsün – Urvatsız yolla Urvat qazanmaq istəyir.

Amalın dilində buna Gədalıq deyirlər.

Şərin dilində siyasi məharət sayılır.

 

QORBAÇOVUN MİLLİ BARIŞIQ SİYASƏTİ

Aramsız milli boğuşma həqarəti.

 

KOMMUNİST YALANI

Kommunist Partiyası heç vaxt Fəhlə partiyası olmayıb, İdeologiya partiyası olub.

Fəhlə sinfinin əslində heç vaxt öz partiyası olmayıb.

Marksizm heç vaxt Fəhlə ideologiyası olmayıb, Yer cənnəti haqqında əsatir olub.

Fəhlə sinfinin əslində heç vaxt öz ideologiyası olmayıb.

 

TƏZƏ SİYASİ TƏFƏKKÜR

SSRİ ilə müqaviməti zəiflətmək səyi.

 

“SOYUQ MÜHARİBƏ”

Kommunizmə silahsız müqavimət.

 

TÜRKİYƏ SOVETPƏRƏSTLƏRİ

Türk özgələşənləri, özgələşdirənləri.

20 Murad günü, İşıq Ayı, 11-ci ilş Bakı.

QANUNAUYĞUNLUQ

SSRİ-lə ittifaqda olanın tifaqı dağılır.

 

SOVETLƏRİN XEYİRXAH QONŞULUĞU

Daxilə Şər yeritmək.

KOMMUNİSTLƏRLƏ HÖKUMƏT KOALİSİYASI

Uçurumda Birləşmək!

 

ÜÇÜNCÜ DÜNYA MÜHARİBƏSİ TƏHLÜKƏSİ

Kommunistləşmədən qorunmaq Səyi.

 

İMPERİALİST SİYASƏT

Kommunistləşdirmə Zoru.

 

BEYNƏLMİLƏL TƏRBİYƏ

Antixəlqi özgələşmə

 

PROLETAR İNQİLABININ NƏTİCƏSİ

Total (hərtərəfli) proletarlaşma.

 

MARKSİST ŞÜAR

Bütün marksist ölkələrin xalqları deyə bilərlər ki, “bizim zəncirdən başqa itiriləsi bir şeyimiz yoxdur”.

 

BOYUNDURUQÇU İNAMI

Hamam vasitəsiylə xalqı boyunduruqda saxlayacağam!

Qaz vasitəsiylə xalqı boyunduruqda saxlayacağam!

Novruz Bayramı vasitəsiylə xalqı boyunduruqda saxlaya­cağam!

Xalqa inanmadığım dərəcədə özümə inanıram!

 


KLASSİK ANTİSOVETİZM

Antisovet Muğam.

Antisovet Saz.

Antisovet Füzuli.

Antisovet Nəsimi.

 

SOVET ZİYALISI

Xurafata satılmış.

 

FƏHLƏ SİNFİ

Kommunist Hakimlərinin ayaqlarının altında kəsilən qurbanlıq.

 

SİYASİ XƏTLƏR

Sağçılar – Sabitçilər.

Solçular – dəyişçilər.

Kommunistlər – Dəyişçi Gerilikçilər.

 

DEMOKRATİK SOSİALİZM

Əsarət naminə azadlıq.

 

ƏSARƏT BÜTÖVLÜYÜ

Kommunizm əsarətindən bütöv əsarət yoxdur əslində, başqa əsarətlər onun yanında natam görünür.

 

QAÇAĞAN

Əfqanları qoyub qaçdı, Nikaraqualıları qoyub qaçdı – erməniləri də qoyub qaçacaq – yenilikçi Qaçağan.

 

TƏZƏ ALİ SOVET

“Demokratik” partiya teokratiyası.

(“İlahi” hakimiyyəti)

 

QÜDRƏT

Kommunizmin qənimi – millətçilikdir.

FƏRQ

Amerika Dünyaya rəhbərlik etmək istəyir.

SSRİ Dünyaya sahib olmaq istəyir.

Dünyaya rəhbərlik etmək – günahdır.

Dünyaya sahib olmaq – cinayətdir.

 

Sov.İKP-də QRUPLAŞMA

1. Yenilikçilər” qrupu – Əqidəsizlər.

2. “Konservativ” qrup – Yanlış əqidəçilər.

Birinci – Hüquqlu, Hakim; ikinci – Hüquqsuz, Məhkum.

 

VƏZİYYƏT

İndi Dünyada bir imperialist dövlət var əslində: SSRİ.

 

TÜRKİYƏ FACİƏSİ

Kommunizmə qarşı Birlik yaranmır, Anarxiya aradan qalx­mır, Millətçilik qələbə çalmır.

 

21 İnam günü, İşıq Ayı, 11-ci il. Bakı.

 

MÜASİR TÜRKİYƏ

Şərq ölkələri arasında ən qüdrətli Antikommunist.

 

SOVETPƏRƏST QABAQCILLAR

Uçurumçular.

 

SOVET QƏHRƏMANLARI

Yelsin – Yüyürəkliyində ayağını sındıran.

Liqaçov – Yorğalığında təntiyən.

 

YENİ SİYASİ İSLAHAT

Partiya Dövləti əvəzinə – Dövlət Partiyası.

 

LENİN MİLLİ SİYASƏTİ

Siyasətdə Doğmalıq olmur – Rəqabət, Yadlıq, Yağılıq olur.

Siyasətin bir sifəti olmur – Siyasət ikiüzlüdür.

 

22 Arzu günü, İşıq Ayı, 11-ci il. Bakı.

 

QORBAÇOVŞİNA SABAHI

Anarxiya, Xaos, Gərginlik – nəticədə Qadirsizlik.

 

TARİXİ HADİSƏ

Beynəlmiləlçilik Qeyrətsizliyi.

 

23 Ümid günü, İşıq Ayı, 11-ci il. Bakı.

 

GERİYƏ İRƏLİLƏMƏK

İctimai mülkiyyəti “xüsusiləşdirirlər”, soveti  parlament­ləşdirirlər, planlı iqtisadiyyatı bazarlaşdırırlar – kapitalizmin ətə­yin­dən yapışırlar “yeni sosialistlər”.

 

MÜNASİBƏT

Qorbaçovşinadan istifadə etmək – Qorbaçovşinanı ifşa etmək.

 

SÜRÜ BƏRABƏRLİYİ

Kommunizm fərdiyyət tanımır, bu səbəbdən də azadlıq tanımır.

Sürü bərabərliyində amansız əsarət yaşayır.

 

OLANDAN ÜSTÜN

“Həm sosializm, həm kapitalizm!” – deyir əslində “yeni sosialistlər”.

“Nə sosializm, nə kapitalizm – Ruhani cəmiyyət!” – demək gərək!

 

MƏNƏVİ QITLIQ

Kapitalizmin ətəyindən yapışmaqdan çəkinmirlər sosialistlər.

 

SƏBƏB – NƏTİCƏ

“Nazirliklər İqtisadiyyatı boğur!” – deyirlər –

“İctimai Mülkiyyət İqtisadiyyatı boğur!” – demirlər.

“Aqrosənaye İqtisadiyyatı boğur!” – deyirlər –

“Kolxoz İqtisadiyyatı boğur!” – demirlər.

İdarələrdə Səbəb axtarırlar – Quruluşda səbəb axtarmırlar.

 

GÜCLÜ MƏRKƏZ – GÜCLÜ MÜTTƏFİQ

RESPUBLİKA OYUNU

İkibaşlılıq Yalanı.

 

TƏZƏ QLOBAL SİYASƏT

Məzhəbsiz sağ qalma.

 

XALQ DEPUTATLARI QURULTAYI

Kukla teatrı. Qorbaçovun oynatdığı “müstəqillər”. Qorbaço­vun özünün kuklalığı.

24 Dözüm günü, İşıq Ayı, 11-ci il. Bakı.

 

SOVETLƏR QURULTAYINDA QORBAÇOV XƏTTİ

“Ölkə mənsiz batar, çünki mən ölkəni batırmışam”.

 

TƏZƏ YOL

Həşir Şərçiliyi.

 

SOVETLƏR QURULTAYINDA SAXAROV XƏTTİ

“Qorbaçovdan yaxşısı yoxdur, çünki mənə yarayır”.

 

25 Mərhəm günü, İşıq Ayı, 11-ci il. Bakı.

 

QURULTAY “XƏLQİLİYİ”

Hakimiyyət uğrunda boğuşma.

 

QORBAÇOV GÜZƏŞTÇİLİYİ

Hamıdan Üstün görünmək üçün, hamıya əksilir.

 

QURULTAYDA VƏZİYYƏT

Ölkə Başsızdır, bu səbəbdən hamı baş aparır.

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv