
Xoxol olmaq!
Xoxol olmaq istəyirəm, ay ana!
İstəyirəm Meydan olsun Maydanım.
Amerika pul yollasın çoxluca
Maydanımı çoxlu çapım, şadlanım.
Xoxol olmaq istəyirəm, ay ana!
Kerri, Eşton gəlib dursun dalımda.
Tutum bir-bir hökumətin odasın
Hələ orda arxayınca qalım da!
Xoxol olmaq istəyirəm, ay ana!
İstəyirəm prezidentə “get” deyim.
Avropadan nə desələr “yes” olsun,
Rusiyaya bircə, ancaq “net” deyim!
Anam, niyə pis olmusan?
Niyə məni Türk doğmusan?
Yıxılıbdı Türkün damı,
Türklükdən qaçaqdı hamı!
Qızılgül olmayaydı,
Saralıb solmayaydı.
Adam hər nə olsa da…
Bircə Türk olmayaydı!
Lənət olsun
Əllərində Ana Yasa, qəzet, Quran,
Xalqın qanı üzərində biznes quran,
Düşərgəni qarışdıran, vuruşduran
Yurda yağı qardaşlara lənət olsun!
Lənət olsun yaxşısına pis deyənə,
Lənət olsun pisliyini istəyənə,
Lənət olsun bu Milləti sevməyənə
Yurda yağı qardaşlara lənət olsun!
Yolsuzluğun ocağından çıxıb gələn,
Dönüklüyün qucağından çıxıb gələn,
Bu Ölkəni ürəyindən vurub dələn
Yurda yağı qardaşlara lənət olsun!
Rusiyanın proyekti… Əliyevlər!
Proyektin proyekti… sizlərsiniz!
Satqınsınız… mayanızdan!!!
Satqın!
Satqın!
Özünüzü doğrultmağın aktı kimi
Siz hamıdan satılmağı gözləyirsiz!..
Bundan ötrü sətir-sətir “Azadlıq”ı izləyirsiz,
İndiyədək satılmayan,
Sıranıza qatılmayan yazarları özləyirsiz,
Gözləyirsiz…
14.12.2013