
Bu günlər ortaya çıxmış ilginc bir çıxış yada çox-çox illər öncənin başqa bir ilginc çıxışını saldı. AXCP-ni parçalamaqla “Bütöv Azərbaycan xalq cəbhəsi partiyası” yaratmış, bu sifarişli siyasi yaradıcılığına ödünc olaraq deputat mandatı ilə ödülləndirilmiş Qüdrət Həsənquliyev bugünlərdə açıq-açığına Rusiya ordusunu Azərbaycana çağırmaq istəyini ortaya qoydu. Bir çox illər qabaq AXCP-nin başında duranlardan biri olaraq indiki rejimlə söz savaşına çıxan elə bu Qüdrət Həsənquliyev liderlərindən olduğu qurumun hakimiyyət partiyasından, Əliyevçi rejimdən üstünlükləri sırasında birini ayrıca vurğulam