Özgürlüyümüz-Bütövlüyümüz-Bağımsızlığımız

Günaydın sayğılı yurddaşlarımız!
“Türkel Araşdırma Qurumu”nda aparılan söhbətlərdən ibarət 2 cildlik kitab hazırlanıb. Bu kitablarda milli-mənəvi dəyərlərin qorunması və dirçəldilməsi yönündə fikir bölüşmələri aparılmış, ortaya doğru, önəmli ideoloji mövqe qoyulmuşdur.
Bu münasibətlə Türkel Araşdırma Qurumunda vaxtaşırı söhbətlərdə bulunan aydınların bəziləri bir araya gəlmiş, kitablar onlara təqdim olunmuşdur. Təqdimatdan sonra bir sıra mövzularla bağlı fikir bölüşmələri aparılmışdır. Həmin söhbət yaxın günlərdə təqdim olunacaqdır. Burada Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalının kitabla bağlı ön sözünü təqdim edirik.

Türkel Araşdırma Qurumu

 

Ürəyinizdə Günəş olsun istəkli soydaşlarımız!

 Biz, Asif Atanın davamçıları, Azərbaycanı ümumbəşər varlığının ən önəmli hadisəsi sayırıq. Çünki bəşəri dəyərlər sırasında Azərbay­canın yaratdıqlarının bənzəri yoxdur. Ancaq bütün zamanlarda dünya bu dəyərlərə sanki gözüyumulu yanaşıb. Başlıca səbəbi onda görürük ki, yaratdıqlarımızın arxasında görünməmişik. Yiyəsiz dəyərlər insan­­lı­ğın içinə girməyə mühit tapmayıb. Asif Atanın Mütləqə İnam yaratmasının bir nədəni də buna dayanır – İnsanlığa özül olmaq iqtidarında olan dəyərlərimizə həyat vermək və Azərbaycanı bəşəriy­yətin mənəviyyat ortasına (mərkəzinə) çevirmək. Bunun üçün ruhsal savaşla yanaşı ideoloji savaş da aparılmalı, dövlətçilik möhkəmlən­məli, Azərbaycanın Özgürlüyü, Bütövlüyü, Bağımsızlığı təsdiq olun­ma­lıdır. Hələ sağlığında Ata deyirdi ki, idoloji yöndə də Ata Bilən­ləri yetişməlidir. Türkel Araşdırma Qurumunda gedən söhbətlərin də istəyi həmin “Bilənlər”in yetişmə­sinə çalışmaq, ideoloji fikir və mübarizə oluşdurmaqdan ibarətdir.

Burada çıxış edən aydınlarımızın hər birinin özünəxas bir yetkin­lik səviyyəsi var. Ancaq “Yeni Ölçüyə” dayanaraq bir arada fikir mübadiləsi etmək – yeni Ulusal bir səviyyə yaratmaqla yeni, birgə baxış ortaya çıxarır.

Bir arada yenilənmək, bir arada möhkəmlənmək, bir arada örnək olmaq gərəkdir.

          Yükümüzdən Böyük Fərəhimiz yoxdur!

Atamız Var olsun!

                 Soylu Atalı

Mütləqə İnam Ocağının Yükümlüsü

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv