Georqiy Siderov internetdə çıxış edərək deyir ki, ağ rus allahı kainatın Aerona planetindən yerə enmişdir.Yerdəki meymunlarla bağlantı sonucunda ağ irqin – slavyanların, xüsusilə rusların ulu əcdadlarını yaratmışdır.Başqa planetlərdən gələn allahlar yerin qabıq tozundan süni halda yerin peykini, ayı yaratdılar.Başqa planetdən atılan hidrogen bombası Orta Asiyaya düşüb, Orta Asiya çökəklik və səhralarını yaratmışdır. Arxeoloqların yerdə tapdıqları iri insan sümükləri, başqa planetlərdən gələn adamların skeletləridir. (Vikipediya: istoriya çeloveka- 2014.)
Georqi Siderovun sayaqlamasına cavab olaraq bildirirəm ki:
1. Ulu Tanrı (Mütləq varlıq) hər bir varlığın genetik kodunu elə yaratmışdır ki, insanlar tərəfindən süni birləşdirilən genetik kodlar nəsilvermə qabiliyyətində olmurlar. Demək başqa planetdən gələn adamların meymunlarla olan əlaqələrindən yaranan “meymun insanlar” nəsil artırıb dünyanı doldura bilməzlər.
2.Elm isbat etmişdir ki, kainatda bir neçə peyki olan bir çox planetlər var. Peyklərin hər hansı birinin insan əli ilə yaranması boş cəfəngiyat və qırmızı yalandır.
3.Yerdə tapılan nəhəng insan sümükləri, başqa planet insanlarının yox, Dinazavrlar zamanı yaşayan yer adamlarının sümüyüdür. Dinazavrları yetişdirən münbit ortam (şərait) iri gövdəli adamları da yetişdirmişdir.
4. Başqa planetdən yerə düşən və ya kainatdan yerə gələn cisimlər hidrogen bombası yox, müxtəlif ölçülü və çəkili meteoritlər olmuşdur və onlar bu gündə gələ bilərlər.
15.04. 2015