Xaliq Bahadır. Kim rejimə qarşı çıxsa…

Diplomat Arif Məmmədovla bağlı baş verənlər bir daha Azərbaycanda necə iyrənc ortam yaradıldığını topluma göstərdi. Bu, yalanın, mənliksizliyin, düşkünlüyün at oynatdığı, doğru-düzgünlüyün, Azərbaycan sevgisinə bağlı kimsələrin yenildiyi ortamdır. Bu ortamı yaradan yalnız indiki İŞĞALÇI rejim deyil, bu rejimin müxalifətdəki satqın əlaltıları deyil, eləcə də dünyadakı Böyük, Bütöv, Güclü Azərbaycan yağılarıdır – bir sıra yaxın qonşularımızdan tutmuş, bəlli uzaqlaradək. Bu gün bizdə olan rejimi çoxları repressiv-korrupsioner rejim adlandırır. Doğrudur, ancaq bütöv doğru deyil. Bu rejim yalnız repressiv – korrupsioner xarakterli olsaydı, bəlkə də, necəsə, haçağadəksə ona dözmək olardı. Ancaq belə deyil; bu rejim sözün gerşək anlamında İŞĞALÇI rejimdir! Azərbaycanın yüzdə 20-sini ermənilər, yüzdə 80-nini Əliyevlər İŞĞAL ediblər! Biz  iyirmi ildən artıqdır ölkənin yalnız doğal yeraltı-yerüstü resurslarını deyil, insanları, insanca düşüncələri də kontrol altına almaqla bugünlə yetərlənməyərək gələcəyimizə də yiyələnməyə, gələcəyimiz üzərində də ağalıq etməyə çalışan İŞĞAL rejimində yaşayırıq!!

Azərbaycanı hələ uzun illər bəlli Ailə-rejim İŞĞALINDA saxlamaq üçün dünyanın bu başından o başına pullar səpələnir. Bugünlər ortaya çıxan 77 imza faktı da rejimi saxlamağa yönəlik pul səpələmə-pul paylama görsənişlərindəndir. Uzun illər Batı demokratiyasının insan hüquqları qrantları ilə kef çəkənlər indi bütünlüklə rejim əlaltısına çevrilərək sonadək rejimlə barışmaz olanları açıq-açığına “cinayətkar” adlandırır, rejim yoluyla gedərək onları etmədikləri cinayətlərdə suçlayırlar. Bu baxımdan bizlər çoxdanın “cinayətkarlarıyıq”. Son çağlar sıralarımıza bir diplomat da qatılıb – Arif Məmmədov. Rejim əlaltıları indi toplarının lüləsini ona sarı çeviriblər. Bir çoxları, başlıcası da “müxalifətin” bəlli “YeM” qəzeti onu Rusiyanın adamı olaraq tanıtmağa çalışır. Beləliklə, kim rejimə qarşı çıxsa, “Rusiyanın adamı – agent” olacaq. Olsun. İndi belə damğalar keçərsizdir. “Rusiyanın adamı-erməni dəyirmanına su tökən-beşinci kolon” böyük, özü də çox böyük çoxluq indi bu sayaq damğaların ünvanını birbaşa barmaqla göstərir: ölkəni hüquqsuzluq, qanunsuzluq bataqlığına batıran hakimiyət.

Bütün diktaturalar başlıca olaraq içindən dağılır. Kimsə, kimlərsə qulluqçusu olduqları rejimin ,oxsaylı cinayətlərinə – xalqı əzib yenmə faktlarına sonadək ortaq olmaq istəməyərək özlərinin “mən xalqdanam, mən xalqlayam” deyən səslərini ucaldırlar. Diktatura tarixlərində belə faktlar çoxdur. Köklü bir xalq olaraq beləsi, belələri bizdə olmaya bilməz, olmaya bilməzdi. Biz bu yaxınlaradək Arif Məmmədovu tanımırdıq, indi tanımağa başlayırıq. Yuxarıda sözügedən qəzet böyük ironiya ilə “Diplomatı “müxalifət liderinə” çevirmək planından” yazır. Niyə də olmasın? Korrupsioner-repressiv rejim ölkə içində bir sıra qarşı düşərgə satqınlarının da yardımı ilə bütün resurslarını boğmaqla müxalifəti ölümcül duruma gətiribsə, bu özü bir cinayətdir – rejim cinayəti! Kim də bilməsə Məkkə-Kəbə yolçusu olan prezidentlər bunu bilməlidirlər: ən pullu prezident də indiki çağda yalnız öz ölkəsində allahlıq edə bilər, özü də dırnaqarası allahlıq. Axı, onun getdiyi, lütanadangəlmə soyunub baş endirdiyi Kəbədə hamıya aşılanan bir inanc var: Allahdan başqa Allah yoxdur! Belədə nə etməli? Çəkil qırağa, üstümüzə gün düşsün! Çəkilmirsən, onda Allah özü çəkər, ya da Allah kimi Yer gücləri. Gürcüstan təki, Azərbaycana da bir Saakaşvili gərəyi yarandığı gerçəklik faktıdır. Saakaşvilini Şevardnadze diktaturasının özü doğurmuşdu, “bizim” diktatura niyə öz içindən elə bir demokrat doğurmasın?! Özümüz demirikmi: qonşu qonşuya baxar…

Bir az tez, bir az gec: dəyişiklik olmalıdır, olacaq! Diktatura rejimlərində dəyişiklik “cinayətkarların” başlıca missiyasıdır!!

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv