İlqar Türkoğlu. TÜRKÜN ŞƏRƏFİ-TÜRKÜN QİBLƏSİ

Qiblə gəzib, ay namazı sorulan,
Babəkinin qollarından vurulan,
Şərəfini qanla yuyub, durulan,
Azad etsən, Laçın, Şuşandı qiblən!

Yol göstərir biri irana sarı,
Birisi sür,deyir virana sarı.
Yetər ey türk,özün yaranı sarı,
Özcə əlin, özcə başındı qiblən!

Düşməyir dilindən,ərəb deyirsən,
Dağılmış qəbrinə Hələb deyirsən,
Günahında batır “ya rəbb” deyirsən,
Körpə qızların göz yaşında, qiblən.

Qılıncından keçirdi bir gecədə,
Asılmışdı oğlun-qızın küçədə,
Yüzillərdi yatdın “min bir gecə”də,
Nağılında bitib, çaşandı qiblən.

Ümmətində şəcərəsiz soydular,
Qardaşı da durub üzə qoydular.
Nəsimimi diri-diri soydular,
Tarixlərə şahid yaşındı qiblən!

Bu cəhalət ağlına yatdın,yetər,
Falçı-molla nağlına yatdın,yetər.
Tikdiyi astarı üzündən betər,
Dələduzlar yenə peşində, qiblən

Türk qadını hələ at üstündəydi,
Fərhad Şirin üçün Bisütundəydi.
İbn(ə)ləri gəlib qəddini əydi.
Yad malıydı altı yaşında qiblən!

Bütləşibdi çoxdan ocağın,pirin,
Lotuların cibindədir nəzirin.
Görəcəksən,bir az açıb gözlərin,
Yalan,qorxu düzüb-qoşandı qiblən.

Başlamışdı dərdin farsdan öncəyə,
İtirdiklərin çoxdu, rusdan öncəyə,
Gedib çıxdın,yenə Qarsdan öncəyə,
Xilaskarın,həmən Paşandı, qiblən!

Öz gəmimdən pay istəyib yetirən,
Yağmalandıq özümüzü itirən,
Qanlarıyla milyon lalə bitirən,
Torpağındı,neçə daşındı qiblən!

Keçmişinlə, özün özünlə öyün,
Qoy çalınsın “Cəngi” üstə toy-düyün.
Bayrağını hər gün öpüb qoyduğun,
Gözlərinin üstə qaşındı qiblən.

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv