İlqar Türkoğlu. Gəzirəm

Əzəldən dərdimi dərin çəkmişəm,
Zənnimi aldadıb təhər gəzirəm.
Acının üstünə şirin çəkmişəm,
Dəyişib dadını, zəhər gəzirəm.

Nağıla aldanıb,dinib getdiyim,
Daha gözlərimdə enib,getdiyim.
Dəyişib yolumu,minib getdiyim,
Özgənin tərkində, yəhər gəzirəm.

Hələ huri-mələk, cənnət axtarır,
Zərini bəyənmir,zinət axtarır,
Qatıb məzhəbinə minnət axtarır,
Ğözləri qutuda nəzir gəzirəm.

Qədiri-qiyməti zaya vermişəm,
Axır tikəmi də paya vermişəm.
Bölüb torpağımı “haya” vermişəm,
Saldığı tilsimdə,nəzər kəsirəm.

Çörək verdim min bir dosta,yada da,
İstəyirsən ağzı dəyə,ya dada.
Tez uyuruq özgə ada, yad ada,
Qoşa düşəmmirik, tək zər gəzirəm.

Əsəndə bürünüb yelə gedirik,
Aldanıb vədlərə, dilə gedirik.
Bölünə-bölünə elə gedirik…
Urmini qurudub Xəzər gəzirəm.

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv