Ürəyimdə dağı, gözümdə dağı,
Kəsilmişəm özüm özümə yağı.
Basdırmışam diri-diri torpağı,
Heykəl yonur üstünə, daş qoyuram.
Qara çadra qara çəkib üzümə,
Baş yarıram divan tutub özümə.
Məndən ötən,sənə dəyən gözümə,
Bəzək vurur,sürməli qaş qoyuram.
“Min bir gecə”sində huşumu kəsib,
Tariximi danıb, yaşımı kəsib,
Qılıncını çəkib, başımı kəsib,
Dərdlərimə min ildi quş qoyuram.
Qoymadılar öz Tanrısına vara,
Əyilməzdi türkü çəksən də dara.
Doğulandan gedənə kimi gora
Yad qibləyə üz tutub, baş qoyuram.