Asif Ata. Seçilmişlər həqarəti (“Münasibətlər” Bitiyindən)

İnqilabdan qabaq ictimai elita (seçilmişlər təbəqəsi) mövcud idi.
Həmin təbəqə başlanğıcda qabiliyyətlilərdən, dövlət qarşı­sın­da xüsusi xidməti olanlardan yaranmışdı, onlar xüsusi nişanl­arla, titullarla fəxri adlarla fərqlənirdilər.
İnqilab həmin Elitanı (seçilmişləri) Nişanlarıyla, Titullarıyla, Fəxri adlarıyla ləğv etdi.
İndi “ideal bərabərlik olan cəmiyyətdə” Elitamaniya həqarəti baş alıb gedir.
Titullarla, Mükafatlarla, Ordenlərlə fərqləndirilən Elita günü-gündən artır.

Mənəvi plebeylik (gədalıq) törəyir və bu, Ruhani ləyaqəti təhqir edir.

Titullar arxasında istedadsızlıq, mənəviyyatsızlıq, inamsız­lıq, idraksızlıq, xudbinlik, rəzillik gizlənir.

Xəlqi adlar icad edirlər və xəlqi Müqəddəsliyə yağı çıxırlar.

Elita çirkabı yaranır.

Xalqa çirkab içirdirlər.

Seçilmişlər həqarəti törəyib.

Seçilmişlər – həqarəti seçdilər!..

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv