Ulussevərlərin Görümünə

Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız!
Asif Atanın Mütləqə İnam Ocağı indiki qarışıq bir gedişdə özünün dayanıqlı, qalıcı işləri ilə uğraşır. Ocaq üçün ideya yaratma – dəyər yaratma – xalq yaratma bir əməl sistemidir. İdeya – yurdumuzda ruhaniyyat gələnəyi oluşdurur. Dəyər – xalqın özünü ifadə və qoruma gücünün adıdır. Xalq yaratma isə ideyaya və dəyərə bağlı şəkildə milli şüurun yenilənməsi və gəlişməsi anlamı daşıyır. Bu əməl sistemini gerçəkləşdirmək olduqca gərəkli bir məsələdir. Gələnəksəl olaraq, gərəkli işlər həmişə çətin yeriyən, gec oluşan xarakterli olur. Ona görə bu cür işlər sıradan əməllər kimi təkcə təbliğatlarla baş tutmur, ciddi insan ömrünün yetişməsi, yetkinləşməsi ilə yeriyə bilir. Bu baxımdan, Ocağın xalqyaratma əməlləri Evlad ömrünün qurulmasından yol alır.
Vurğulamaq yerinə düşər ki, Yurdumuzun baş kəndində, bölgələrində aparılan Ocaqlaşma işləri çətinliklərlə yörələnsə də, genişlənməkdədir. Ayrı-ayrı görülən işlər artıq yurdumuzun dışında da, (ən çox) türksoylu insanlar arasında, etki göstərməkdədir.
Ocağın işinin ən çox yeridiyi bölgələrdən biri Beyləqandır. Çünkü orada Ocaq baxımından müdrikləşən, kamilləşən Ocaqçı Günev Atalı yaşayır. Onun Amala bağlılığı, yurduna, ulusuna sevgisi insanlaşma sorağını uğurla yaymasına yön verir. Beyləqanda, Ağcabədidə, el-el, ev-ev gəzir, insan soraqlıların ağlına, ürəyinə Ata ideyalarını tapşırır. Yas yerlərində, toy yerlərində danışmaq üçün vaxt alır, haray çəkir. Yurd insanlarının özünü özünə göstərməkdən, tanıtmaqdan usanmır.
Bu günlərdə Amal Bağında İnam Evini (Məbədi) ziyarətə gəlmiş insanlarla da elə bu açıdan söhbətlər aparmış, onları Ocaq ideyalarına çağırmış, Ocaq ədəbiyyatları bağışlamışdır.

Atamız var olsun!

Mütləqə İnam Ocağı

DSCF1739

DSCF1738

DSCF1744

DSCF1750

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv