Vətən sevgisi – onun dəyərlərini tanımaqla yaranır

Vətən – onda yaşayan dəyərlərə görə müqəddəsdir (Soylu Atalı). Hər bir vətən övladı onun dəyərlərini tanımalı, qorumalı, öz varlığını ona bağlamalıdır. Onda dövlətçilik də qüdrətli olur. Çünkü dövlətin yönəticiləri vətəni sevənlərdən təşkil olunur. Birliyi də onlar yaradır. Milli düşüncənin gəlişməsini də onlar yürüdür. Bir sözlə, millətləşmə prosesi “milli özünüqoruma sistemi”nin bərpası ilə baş tutur və davam edir. Ona ömür verən insanlar gərəkdir.
Asif Atanın Mütləqə İnam Ocağının çalışmaları bütünlüklə bu yönə bağlıdır. Bu istəkləri gerçəkləşdirmək üçün Ocaq daim görüşlər gerçəkləşdirir, səfərlər həyata keçirir. Görüşlərdə, səfərlərdə gənclərlə, aydınlarla, ayrı-ayrı soydaşlarla söhbətlər aparılır, onların diqqəti ulusal dəyərlərə yönləndirilir. Özümləşməyə  – millətləşməyə çağırılır, özgəliyə dirəniş göstərmək üçün nələri eləmək, nələri öyrənmək, nələri bilmək gərəkliyi vurğulanır. Eləcə də bütün bu istəkləri özündə əks etdirən ədəbiyyatlar paylanır.
Budur, Ocaq səfərləri davam edir. Bu günlərdə Asif Ata Evladı Göylü Atalı Hacıqabul bölgəsinə səfər etmişdir. 30-a yaxın oxul öyrənciləri ilə görüşmüş, onlara milli-insani dəyərlərimizdən danışmış, Mütləqə İnam Dünyabaxışının prinsiplərini öyrətmişdir. Görüşünün sonunda Ocaq ədəbiyyatları da paylamışdır. Gənclər onu ciddi bir maraqla dinləmiş, vətənə, ulusumuzun gələcəyinə ümid duyğusu ilə ayrılmışlar.

Atamız Var olsun!

Mütləqə İnam Ocağı

11 Çiçək Ayı, 38-ci il

(aprel, 2016).

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv