Yadigar Türkel. Milli ideologiyanın «yeni tarix»indən. Formalaşmanın mənəvi-psixoloji çətinlikləri

Sov.İKP MK-nın 1985-ci il aprel plenumundan sonra Azərbaycanda milli oyanış prosesləri gücləndi. Azərbaycan ziyalılarının açıq-gizli milli kimlik savaşında Məmməd Əmin Rəsulzadələrin xalqın icinə atdıqları «milli  fikir toxumları»ndan  yeni bir Azərbaycan bitməyə başlayırdı.

Milli fikir toxumları səpildi,
İslatdı torpağı axan qızıl qan.
Bu əkindən sabahkı bir baharda
Əlbət bitər bir yeni Azərbaycan.

80-ci illər oyanışının ilk dövründə cəmiyyətdə milli fikir, milli ideologiya, milli dövlətciliklə bağlı bilgilər az idi. İctimai-siyasi sahələrdə çalışan kommunist tərbiyəsi almış alimlərin çoxu Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı demək olar hec nə bilmirdilər. Bu hal milli yaddaşların təhrifedilmiş şəkildə dolaşdırılması siyasətinə yaxşı örnəkdir. Sovet dövlətinin sərt qaydaları və yeridilən dolaşıq, kosmopolit siyasətlərlə millətə yaxın tarixini də unutdurmuşdular. Amma bütün çətinliklərə baxmayaraq, getdikcə bir sıra alimlər, ayrı-ayrı aydınlar çeşidli yollarla bilgilər əldə edib mətbuatda milli dövlət, milli məfkurə-ideologiya ilə bağlı məqalələr çap etdirməyə başladılar. Bu işdə tarixçi-alim Mövsüm Əliyevin xidməti hamıdan çox idi. O, qəzetlərdə Azərbaycan Xalq Cümhuriyyətinin öyünməli tarixi ilə bağlı məqalələr çap etdirib insanlarda milli şüurun oyadılmasına çalışırdı. 70-80-ci illərdə Azərbaycanda milli fikrin, milli ruhun oyadılmasında özəl rolu olmuş filosof Asif Ata da sayğı ilə yad edilməlidir

Getdikcə başqa ölkələrdən də Azərbaycana müxtəlif ədəbiyyatlar  gətirilməyə başlandı. Belə qaynaqların birinin Bakıda yayılmasının şahidiyəm. «Odlar yurdu» qəzetinin baş redaktoru Ramiz Əskər İsa Qəmbər, Pənah Hüseynov, Yadigar Türkel və Fəzail Ağamalıya onda Mirzəbala Məmmədzadənin 1938-cı ildə İstanbulda çap etdirdiyi «Mlli Azərbaycan hərəkatı» kitabının olduğunu dedi. Kitabın üzünü çıxarmağı qərarlaşdırdıq. O vaxtlar Bakıda üzcıxarma maşınları az idi. Sonralar Heydər Əliyevin milli azadlıq hərəkatına atdığı «kecəl Həmzələr»dən biri olması aydınlaşmış Fəzail Ağamalı nəşriyyatda tanışının olmasını bildirdi. İkimiz avtomobilə minib «Maarif» nəşriyyatına getdik. Kitabdan hərəmizə bir nüsxə çıxartdırdıq. Mən ozümünkünü üzlədib oxumaq üçün maraqlananlara verirdim. Kitab indi də o işıqlı, sevgili, milli ruh oyadan, gözəl günlərdən əziz xatirə kimi qalır. Ramiz Əskər 1992-ci ildə kitabı «Milli Azərbaycan hərəkatı» adı ilə çap etdirdi.

Tarix anlardan ibarətdir. Amma insan şüuru bu anları düzgün tuta bilmir. Buna görə onun yazıbyaratdığı yaşadıqlarından bir az fərqlənir. İnsanların tarix elmi   gerçək tarix haqda gəzişmə, improvizasiyadır. Azərbaycanın yaxın tarixində olmuş olayların yozumları bunu bir daha göstərdi. Xüsusilə son on ildə Heydər Əliyevlə bağlı olmayan yaxşı işləri onun adına cıxıb, etdiyi pislikləri gizlətmək başqa təhriflər, yalanlar geniş yayılmaqdadır.

Mətbuatda Azərbaycan Xalq Cümhuriyyətinin ücrəngli, ay-ulduzlu bayrağının Bakıda qaldırılması ilə də bağlı bəzi fikirlər yazılıb. Ola bilsin, kimsə, haçansa, haradasa bu bayrağı qaldırıb. Amma o, «milli azadlıq hərəkatı»nın yeni dövründə minlərlə insana ruhimənəvi təsir, «emosional affekt» səviyyəsində 1989-cu il mayın 28- qaldırılıb. Bunu nəzərə alıb «Azərbaycan» qəzetinin 20-27 avqust 1992-ci il sayında çap olunmuş «Bayrağı ilk dəfə mən qaldırmışam» (Məqalənin adını qəzetçilər, yəqin şair Rüstəm Behrudi qoyub. Y.T.) məqaləsini kəsimlə hörmətli oxucuların diqqətinə catdırıram.

«Son dövrlərdə mətbuatda, əsasən də Az. TV ilə verilmiş bəzi verilişlərdə Azərbaycan milli azadlıq hərəkatının 1988-ci ilin fevralından başlanan yeni mərhələsinin, AXC yaranana qədər olan hadisələrinin unudulması, bütün hadisələrin AXC-nin adı ilə bağlanması tarixi yanlışlıq baxımından bəzi ziyalılarda təəssüf doğurur. Az. TV-nin son günlərdə verdiyi «Yaddaşa qayıdış» verilişində də belə yanlışlığa yol verilmişdi. Leyla Yunusovaya həsr olunmuş bu verilişdə ADR-in bayrağını ilk dəfə onların qaldırdığı deyilirdi və s. Təsadüfi deyil ki, Az. TV-də siyasi partiya və qruplarla görüşdə nümayəndələrdən biri milli azadlıq hərəkatında hər şeyin AXC-nin adı ilə bağlanması cəhdlərinin düzgün olmamasını qeyd etdi. Bunları nəzərə alaraq, tarixi həqiqət naminə, milli azadlıq hərəkatının ilk dövrlərində baş vermiş hadisələrdən mənə məlum olanlarının bəzilərini hörmətli oxucuların nəzərinə çatdırıram. Ola bilsin, məqalə başqa şahidləri də bu barədə yazmağa ruhlandırsın.

1988-ci il fevralın ikinci yarısında Bakıya ermənilərin Stepanakertdə mitinqlər təşkil etmələri barədə xəbərlər gəlməyə başladı. Azərbaycan mətbuatı o vaxt qara bolşevik zülmünə bürünmüşdü. Rusiya mətbuatında kəskin publisistik yazılar çap edilsə də, Ramiz Mehdiyevlər Azərbaycan mətbuatının ağzına qara daş basmışdılar.

…Böyük siyasi problemlərdən yazmaq isə tamamilə qeyri-mümkün idi.

Fevralın 17-18-də «Amerikanın səsi» radiostansiyasına qulaq asmaq istədim. Dalğalar qarışdırıldığından mümkün olmadı. Fevralın 19-da səhər «kurasiya» məşğələlərinə gələn tələbələrdən biri dedi: «Müəllim, bu gün universitet gəlir». «Yaxşı eləyirlər, gəlirlər, biz də qoşularıq» – deyib gözləməyə başladıq. Bir az kecmiş universitetin tələbələrinin Nərimanov prospekti ilə gəldiyini görüb ATİ-nin yeddi (Məqalədə 70 yazıblar. Y.T,) tələbəsi ilə onlara qoşuldum. Minlərlə tələbə M.Ə.Sabirin heykəlinin yanından kecib «Yazıçı» nəşriyyatının (Natəvan meydanı) yanında dayandı. Gur səslə Sabir Rüstəmxanlının və Rüstəm Behrudinin aşağı düşməsini tələb etdilər. Onlar tələbələrin qabağına düşüb indiki «Azadlıq» meydanına tərəf yüyürdülər.

İlk dəfə tribunaya qalxan Rüstəm Behrudinin sözlərini olduğu kimi xatırlayıram: «Millət, xalq bir köç misalındadır. Min illərin o başından yol başlamış Azərbaycanın türk xalqı bu gün öz köçünü bu meydanda əylədi. Bizim gələcəyə Azərbaycanın müstəqilliyinə, azadlığımıza gedən yol bu meydandan keçəcək». Sonra Rüstəm Behrudi meydanı lərzəyə gətirən bir ahənglə şeir oxumağa başladı:

        Qarşı yatan qara dağı yaylağım,

        Düzənləri, ormanları oylağım,

        Əyilməyən çinarları bayrağım, Vətən!

Tələbələr müxtəlif şüarlar qışqırırdılar – «Qarabağ, Qarabağ», «Ermənilərə ar olsun» və s. Nümayişcilər sahil küçəsinə cıxıb MK-ya tərəf gəlməyə başladılar. Mən filarmoniyanın tininə catanda, sonralar Rüstəm Behrudidən coğrafiya institutunun işcisi  Qorxmaz İbrahimov olduğunu öyrəndiyim gənc danışmağa başladı.

Məqaləyə artırma. Məqalə yazılan dövrdə Sabir Rüstəmxanlı Azərbaycan qəzetinin baş redaktoru, Rüstəm Behrudi şöbə müdiri işləyirdi. Rüstəm Behrudi məqaləni işləyərkən öncə çıxış etmiş BDUnun coğrafiya fakultəsinin tələbəsi Qorxmaz İbrahimovun adını yazıb. Rüstəm Behrudi ilə Sabir Rüstəmxanlını  MKnın qabağında görməmişəm. Bu gənc, Azərbaycan MEAnın Coğrafiya İnstitutunun böyük elmi işcisi, kənd təsərrüfatı elmləri namizədi Ənvər Əliyev olub.

Yeri gəlmişkən, deyim ki, nümayişçilər icində tanınmış ziyalılara rast gəlmədim. İndi döşlərinə döyənlərin çoxunun o vaxt dizlərinin əsdiyini bilirik. Nümayişə xüsusi rəhbərlik etməli olan adamların olmadığını gördüyümdən tez pilləkənlə yuxarı qalxdım. Sonra milli azadlıq hərəkatının ilk dövrlərində milli, siyasi şüurun oyadılmasında böyük xidməti olmuş, azadlıq hərəkatının «bülbülü» dediyim Mənsur Əliyev və Firuz müəllim danışdılar.

Artırma. Firuz tarix elmləri namizədi oduğunu elan etmişdi. Sonralar, Heydər Əliyevin hakimiyyəti dövründə 20-30 il yeraltı mədənlərdə işləyib əlinin qabarı ilə cörək qazandığını deməsi, televiziyada müxtəlif şəxsiyyətlərə «düşünülmüş» hücumları, onun «şübhəli  adam» olduğunu aydınlatdı. O dövrdə DTKnın çoxlu agentinin milliazadlıq hərəkatına qarşı çalışması sonralar aydın oldu.

Mən qısa çıxışımda dedim: «Qardaşlar, ruslar vətənimizi bir dəfə bölüblər. Biz ölsək , onun bir daha bölünməsinə imkan verməməliyikYayda Qorbaçovla Reyqan görüşəcək. Biz orada daha böyük məsələAzərbaycanın birləşdirilməsi məsələsinin qoyulmasına çalışmalıyıq».

Artırma. DTKnın qorxusundan insanların bağrı yarılan 1988-cu ildə bu sözləri mitinqdə demək igidlik idi. Az. TV işləyən millətci dostlar mənə zəng edib dedilər: «Ay doktor, sən deyibsən. Səni tutacaqlar. Biz sənin səsini pozduq». Qoy tutsunlar! dedim. Milləti qoruyanlar yaşasın

Həmin dəqiqələrdə səhər-axşam «partiya i narod yedinı» deyib, gecələr də iş otaqlarından cıxmayan MK katiblərinin birinin də cəsarətlənib camaatın icinə gəlməməsi mənə təəccüblü görünməyə başladı. Ziyalılardan Sabir Rüstəmxanlı və Rüstəm Behrudi gözə dəyirdi. Amma bir az kecmiş Mirzə İbrahimovu, Süleyman Rüstəmi, Anarı, Elcini gətirdilər. Sonuncular ola bisin, özləri gəliblər. Amma əvvəlincilərin ağsaqqal kimi cağırıldıqlarına şübhəm yoxdur.

Artırma. Bu gün onların da gətirildiyinə inanıram. Cünki o vaxtlar ilk baxışdan çox böyük əsəbilik var idi. Hətta Qorxmazla (Ənvərlə) Anarın sözləri düz gəlmədi. Qorxmaz (Ənvər) Anara «şairsən» dedi. Anar: «Sən hələ mənim şair, ya yazıçı olmağımı bilmirsən? Bir millətin nümayişçilərinin rəhbəri sən olanda…».

Zaman Anar Elcinlərin imperiya strateqlərinin (bura rus mütəxəssislərindən başqa Heydər Əliyev aiddir) bəsləyibyetişdirdiyi «elita»nın «şirinbalaları» olduğunu göstərdi. Anar hələ SSRİ Ali Sovetinin deputatı olan vaxt teztez televiziya ilə çıxış edib millət vəkili, Azərbaycan Yazıçılar İttifaqının başcısı olmaq üçün doğulmadığını deyir, amma özünü Heydər Əliyevin deputat siyahısına saldırır, Milli Məclisdə komissiya sədri olur, Azərbaycan Yazıçılar Birliyinə başcılığı əldən vermirAdam belə kişilikdən iyrənir. Yazıq vətən! Bu on beş ildə ağızları köpüklənəköpüklənə səndən danışanların çoxunun sevgisinin sənə hakimlik etmək istəyindən ibarət olduğunu gördük.

Bir azdan MK-nın inzibati işlər şöbəsinin müdiri, mərhum-şəhid Məhəmməd Əsədov tribunaya gəldi. Çıxış edib camaatı sakitləşdirməyə çalışdı. İndicə Stepanakertlə, Moskva ilə, Kamran Bağırovla danışdığını və işlərin yoluna qoyulacağını bildirdi.

Mitinq tədricən sönürdü. Məhəmməd Əsədov mənə dedi: «Görürəm, sən fəallardansan, sənə qulaq asarlar, camaatı dağıtmaq lazımdır. Şəhərdə əmin-amanlıq olsun, dava-şava düşməsin. Mən Məhəmməd Əsədovun xahişindən sonra cıxıb: «Qardaşlar, Kamran Bağırov Moskvaya ucub, hər şeyi həll edib gələcək. Çalışmaq lazımdır, şəhərdə sakitlik, əmin-amanlıq olsun. Başqa millətlərin nümayəndələrinə toxunmaq olmaz dedim». Demə, bütün məsələlər təsəvvür etdiyimizdən çox mürəkkəb imiş. Bizim «rəhbərlər» ilk gündən millətin mənafeyini müdafiə etsəydilər, başımıza sonrakı faciələr gəlməzdi.

Çıxış edənlər dəyişir, mitinq yavaş-yavaş sönürdü. Camaat dağılandan sonra Anarla Elcin mənimlə xeyli söhbət etdilər. Mən Elcinə bu gün çox qəribə görünən, sadəlövhcəsinə bir sual verdim: «Siz müxtəlif ölkələrə gedirsiniz. Həmin ölkələrdə Azərbaycanın birliyi məsələsini yayın. Mən sizə beş min manat pul verirəm, xarici jurnalistlərin birinə verin, Qorbacovla Reyqan görüşündə Azərbaycanın birləşdirilməsi sualını versin». Elcin dedi: «Hec iranlılar bizimlə birləşmək istəyirlər ki. Sovet hökumətinin olduğunu bizdən yaxşı bilirlər. Onlarda milli birlik hissi yoxdur». Artırma. Anar mənə dedi: « lazımdır, dedin …».

Sonra mayın 14 və 16-da nümayiş, mitinq və Ali Sovetdə iclas oldu… Bu tarixi günlərdən bir necə hadisəni xatırlamaq istəyirəm. Ali Sovetdə iclası acan Süleyman Tatlıyev çıxışcılara bir dəqiqə vaxt verdi. Camaat Ali Sovetin sədrinə güldü. O iclasda Ramiz Mehdiyev, Fuad Musayev, Püstəxanım Əzizbəyova və b. rəyasət heyətində oturmuşdular. Müxtəlif adamlar bir-birinə yaxın fikirlər söyləyirdilər. Süleyman Tatlıyevin bu uzanan iclası rəhbər kimi yuvarlaqlaşdırmağa idrakı və səviyyəsi catmadı.

…Hökumət Evinin yanındakı mitinqdə tribunaya haradansa bir su butılkası atdılar. Süleyman Tatlıyev o dəqiqə arxa qapıdan qacdı. Mən tribunadakı Bəxtiyar Vahabzadədən soruşdum: «Bəxtiyar müəllim, siz Süleyman Tatlıyev kimi padşahın dalınca gedərsinizmi?». Bəxtiyar müəllim dedi: «İnansam gedərəm». Millət Süleyman Tatlıyev kimi bir adama inanarmı?

Artırma. Heydər Əliyev hakimiyyəti yenidən ələ keçirib özünə gələn kimi, Süleyman Tatlıyevi gətirib Azərbaycan Respublikası Ticarət Palatasına başcı qoydu. Millətini inkişaf etdirmək istəyən prezident onun arabasının sükanını arvadının bacılığı, «gününü keçirən, qoca qarı» Zəhra Quliyevaya, Svetlana Qasımovaya, Bahar Muradovaya yox, bacarıqlı millətsevər gənclərə verərdi. Budur «ömrünün qalan hissəsini xalqına bağışlayan» Heydər Əliyevin kadr cinayəti.

O vaxt küçələri milislə doldururdular. Mən milisə idmandan keçənlərə rast gəldikcə hamısından, o cümlədən indi «Dinamo»nun sədri işləyən Tahir İbrahimovdan eyni şeyi xahiş edirdim: «Tahir, birdən bir mayor, polkovnik günahsız nümayişciləri həbs et, deyə əmr versə apar, o biri küçədə burax». Beləcə idi o günlər. Yavaş-yavaş siyasi şüur oyanırdı. Bu nümayişlərdə Xəlil Rzanın şəxsiyyəti artıq nəzərə carpırdı. Bir dəfə gecədən kecmiş Əbülfəz Əliyevlə televiziyada çıxış da etdi.

1988-ci ilin noyabr-dekabr hadisələri hamıya yaxşı məlumdur. Dedilər, Lenin meydanında mitinq var. Mən saat 4-də ora gəldim. Mitinq başlamışdı, müxtəlif natiqlər çıxış edirdi. Gecə səhərə qədər meydanda qalmaq qərarı, Nemətin camaatı oturdubdurdurması real siyasətdən uzaq bəzi emosional çıxışlar məndə acı təəssürat oyatdı

21 noyabrda respublika səhiyyə nazirliyi həkim briqadasının tərkibində Qarabağda işləməyə getdim. Noyabrın 26-dək Xocalıda işlədim. Xocalının soyuq tibb məntəqəsində gecələr yorğana bürünüb Dağlıq Qarabağın səhiyyə sisteminin vəziyyəti və ümumi siyasi durum barədə «Vətəndə yad bayrağı» adlı iri həcmli məqalə yazdım. Bu məqaləni çap etdirmək üçün qəzet və jurnal qalmadı qapısını döyməyim. Hamı çox yaxşı yazı olduğundan heyrətlənsə də çap etmirdi.

Artırma. Sonralar ermənilərin qorxusundan vertolyotla kəndlərə atılmış o həkim briqadası üzvlərinin səhəri gün Bakıya qayıtdıqlarını öyrəndim. Belə sevgi ilə vətəni qorumaq, dövləti yaşatmaq olmaz!  

«Gənclik» jurnalının şöbə müdiri Hüseyn Əfəndi müəyyən ixtisarla çapına razı oldu. Amma Əbdürrəhman Vəzirov televiziya ilə respublika Elmlər Akademiyasının alimlərinin dalınca ağzına gələn nadanlıqları deyəndən sonra onlar da qaytardılar. Nəhayət, bu il onu Azərbaycan nəşriyyatında çap etdirdiyim, milli, mənəvi-əxlaqi dəyərlərin qorunmasına həsr olunmuş «Amuroqrafiya, pornoqrafiya, yoxsa qrafomaniya» kitabına saldım.

…88-ci ilin noyabr-dekabr nümayişində cavan bir oğlan əlində kağıza cəkilmiş bayraq gəzdirirdi. Hec kəs onun nə olduğunu başa düşmürdü. Hətta ona təpinən də oldu: «Nə Təbriz, Təbriz! Qoy hələ bu dərdimizi həll edək». Gənc onun Təbriz yox, Azərbaycan Demokratik Respublikasının – «Müsavat»ın bayrağı olduğunu dedi. Bu fikir məni tutdu. Amma oxumağa, öyrənməyə bir mənbə tapa bilmədim.  Sonralar bioloq Teymur Əliyevin dediyinə görə, kağız bayrağı gəzdirən oğlan onun bacısı oğlu, universitetin hüquq fakultəsinin tələbəsi Türkel Süleymanov imiş.

Artırma. Gəncin Türkel adının mənim soyadımla hec bir bağlılığı yoxdur. Mən soyadımı hec kəsdən götürməmişəm. Onu yaradanda belə sözün olduğunu da bilmirdim. Soyadımı rus mənəviyyatından uzaqlaşmaq yollarını axtardığımız o günlərdə kütlələrə təsir etmək məqsədi ilə yaratmışdım. Mənə dövrü mətbuatda çap olunan kəskin məqalələrin müəllifinin Türkel soyadının cəmiyyətdə yaxşı qarşılanıb insanlarda milli ruh oyatdığını deyənlər çox olub.

Onu belə düşündüm. Mən Əzizxanlı göbəyindənəm. Tayfamızın adı Bəydilidir. Bəydililər 24 əsas türk tayfasından biri sayılır türk tarixində önəmli rol oynayıblar. Bölgüdə «palyarı sağ buddur». Döyüşdə sağda duran tayfadır. Səfəvilər dövlətində «dövlət naziri» titulları olub. b. Öncə, Bəydili soyadını götürmək istəyirdim. Onun məhdudluğunu görüb Bəydilitürk el sözlərindən soyad düzəltdim. İndi onu  uşaqlarına ad  qoyanlar çoxdur. O dövrdə soyadımı dəyişmək üçün çətinliklər cəkdiyimi bu işi görənlər bilirlər.

Azərbaycan Respublikası Milli Məclisi 1992-ci ildə soyadlarının dəyişdirilməsi ilə bağlı qərar versə milli ruhun formalaşmasını on illərlə geri atan Heydər Əliyev xalqın balasına hələ «İvanov, Petrov, Sidorov» soyadlı kimliklər verir. Onun yüksək dövlət institutlarında bəslədiyi «yarımermənilər» isə 2003- ildə birbirini Heydər Əliyevic, İlham Əliyevic, Ramiz Ənvərovic, Artur Tahirovic cağırırlar. Bu səbəblərdən o illərdə Heydər Əliyevə Geşa demiş «rusfasonlar» hələ Cingizə Cina, Teymura Tima, Dənizə Dima, Aygülə Aya, Sevincə Sevadeyirlər. Ruslar bizdən qacır, bizim milli yaddaşları təhrif edilmiş şəkildə dolaşdırılmış manqurtlarımız isə onlardan əl cəkmirlər. Özəl televiziyaların rusca saatlarla verdikləri bayağı verilişlər bir yana, Az. TV dövlət radiosunda da rus dilində hec kəsin dinləmədiyi verilişlər verilir. Dil bilmək, öyrənmək bir şeydir, ruslaşmaq başqa. Biz, «ruslaşma», «ingilisləşmə» azarı ilə ağıllı mübarizə etməsək, millimənəvi dünyamızdan çox şey itirəcəyik.   

Sonra bayrağın cizgilərini cəkib rəssam Nadir Əsədova verdım. O, Azərbaycan İncəsənət İnstitutunun Yasamaldakı «tədris-yataqxana»sının divarına diqqəti cəkən, ücrəngli, böyük bir bayraq cəkdi. Bir bayraq da cəkib avtomobilimin arxa pəncərəsinə yapışdırmışdım. İnsanlar maraqla onun hansı dövlətin bayrağı olduğunu soruşurdular. Mən fəxrlə izah edirdim. Sonralar belə təbliğata ehtiyac qalmadı.

…28 may yaxınlaşırdı. Respublika mətbuatı isə susurdu. Mən poliklinikamızın təsərrüfat müdiri Məmməd İsfəndiyarova dedim ki, mənə Azərbaycan SSR-in bir bayrağını gətir. Milli bayrağımızı düzəldib Qız qalasının üstünə taxacam. Şəhəri axtarıb mərkəzi univermaqdan yaşıl parca aldım. Evdə tikmədilər. Ağlaşma düşdü. İndi konservatoriyanın prorektoru olan Gülnaz Abdullazadədən xahiş etdim. Gülnaz xanım bayrağı qaytaranda özünə xas səmimiliklə dedi: «Doktor, anam böyük məmnuniyyətlə tikdi. Dedi; «özünə də qurban olum, bayrağına da».

Artırma: yaşlı bakılıların Azərbaycanın milli hökuməti bayrağı haqda müəyyən bilgiləri var imiş. Allah onların hamısına, o cümlədən qəlbində bayraq sevgisi yaşatmış Ceyran həkimə rəhmət eləsin.

Sonra Ağayar Şükürovgildə bayrağın simvollarını cəkdim və iri bir ağaca bağladım. Ağayar mənə dedi ki, yaxşı, bu işin nə effekti olacaq? 50-ci illərdə bir ağdamlı taxıb, uzun müddət həbs ediblər. Ola bilsin, sən bayrağı taxıb yerə düşən kimi səni tutsunlar, hec bir effekti də olmasın. Dedim, yox, nə cür olur olsun, ölsəm də taxacağam.

27 mayda «Elm» qəzeti ADR haqqında kicik bir yazı çap etdi. 27 mayda Ağayar mənə zəng edib dedi: «Xəlil Rza 28-də Çənlibeldə nə isə keçirmək istəyir». Dedim, «nədən danışacaq?». Dedi: «Ya Müsavatdan, ya da Şah İsmayıldan». Dedim: Gələcəm. Günortaya yaxın «Azərnəşr»ə tərəf getdik. «Monolit»ə catanda Nizaminin heykəli tərəfdən bir qrup adamın yuxarı qalxdığını gördük. «Yaşarın qrupu» dediyim, sonradan «Vətən ocağı» adlandıqlarını öyrəndiyim qrupun əlində kicik bir «kağız-bayraq» var idi.

Mən tez maşına minib Ağayarın «Nizami» metrosunun yanında yerləşən mənzilinə getdim. Bayrağı götürüb geri qayıtdım. Avtomobili «monolit»in yanında saxlayıb salondan bayrağı cıxardım. Bayaqkı adamlar artıq XTİ ilə akademiya arasında idi. Biz Ağayarla əlimizdə bayraq küçə yuxarı getməyə başladıq. Bu bayraq cıxandan sonra küçə sanki təlatümə gəldi. Adamlar haradan belə çoxaldı, bilmədim. Bir azdan bayrağı cavanlara verdim. Nümayiş iştirakçıları MK-nın qarşısına gəldilər.

Gənclər iri bayrağı dalğalandırır, küçə boyu onu öpməkdən doymayan camaat, hətta tribunada da öpürdülər. Mənsur Əliyev həmişəki nitqini yeni çalarlarla zənginləşdirdi. Firuz müəllim çıxış edəndən sonra yerdən qışqırdılar: «Azərbaycan xalqına mikrofon lazım deyil». Mən çıxışımın əvvəlində «Kommunist» və «Bak. raboçi» qəzetlərinə ar olsun, «Elm» qəzetinə eşq olsun!» – dedim və bayrağı özüm təsəvvür etdiyim kimi düzəltdiyimi bildirdim.

Artırma. Bayrağı bazardan aldığım «bel ağacı»na mavi rəngi altda olmaqla bağlamışdım. Xəlil Rza tribunada deyildi. Aşağıdan dedi: «Tərsinə bağlayıbsan. Eybi yox…». Ağayar Şükürovun kicik mənzilində, ortaqırmızı hissəni bir az enli edib boya ilə iri ayulduz cəkmişdim. Azərbaycan SSR bayrağının mavi hissəsi qədər yaşıl parca tikildiyindən bayraq çox cəkici, gözəl, «şahanə»  olmuşdu

Mitinqdə qərara alındı ki, bayrağı götürüb şəhərdə gəzdirək. Bu çox böyük əks-sədaya səbəb oldu. Adamlar həddindən artıq çoxalırdı. Bayrağı öpüb gözləri üstünə qoyurdular. Nümayişçilər Hacının teatrının yanından burulub şəhərin içinə girdilər. Respublika sarayının yanından qayıdıb təzədən MK-nın binasının yanına getmək qərarına gəlindi. İndiki İstiqlal küçəsilə yuxarı qalxanda milis işçiləri mənə yaxınlaşıb dedilər ki, nümayişçiləri təzədən MK-nın qabağına aparmayın, filarmoniyanı açdıraq, içəridə çıxışlarınızı davam etdirin. Söz ağlıma batdı. Bərkdən çığırmağa başladım: «Ay camaat, iclas etmək üçün bizə filarmoniyanı verirlər. Xahiş edirəm, heç kimin qəlbinə dəyməsin, qoyun içəriyə ən çox ziyalılar girsin».

Filarmoniya bağlı idi. Müdirini tapıb gətirdilər. Açmaq istəmirdi. Açdırdılar. Camaat filarmoniyaya doluşdu. Qalanlar MK-nın qabağında qaldı. Bayraq da onlarda.

Artırma. Bayraq «milli azadlıq hərəkatı»nın ilk günlərində dostlaşdığım Xaliq Bahadırda qaldı. Sonralar hərəkatın fəallarını tutanda Xaliq Bahadır bayrağı qardaşının evində gizlədib. Onun dediyinə görə, hökumət hərəkat iştirakcılarını tutanda qardaşı qorxusundan milli azadlıq mübarizəsinin bu gözəl nişanını yandırıb.

Mikrofonla oturanlara iclası keçirmək və hökumətə göndərmək üçün hazırlanacaq məktubu yazmaq üçün bir neçə nəfərin səhnəyə çıxmasını xahiş etdim. 3-4 cavan oğlan, necə deyərlər, zor-xoş iclası keçirməyə imkan vermədi. Onlardan birinin adı yadımda qalıb. Köcəri.

Artırma. Bu adamlar DTKnın adamları da ola bilərdi. Bunu sonralar anladım. Ağayarla Gülnaz da filarmoniyada oturmuşdular.

…Mən sevincdən uçurdum.

Artırma. Beşon nəfərə təsir üçün etmək istədiyim hərəkət on minlərlə insana çatmışdı. Mən xoşbəxt idim.

Evdə 1989-cu ilin 28 mayında Bakı şəhərində keçirilmiş nümayiş iştirakcılarının müraciətini hökumətə göndərdim.

Artırma. Müxtəlif adamların adından, fərqli ünvanlardan onlarla məktub göndərmişəm. Arxivimdə müraciətin bəziləri hələ qalır.

Azərbaycan Demokratik Respublikasının yaranma tarixinin bayram edilməsi ilə əlaqədar 28.05.89-cu il tarixdə Bakı şəhərində keçirilmiş nümayiş iştirakçılarının Azərbaycan SSR Ali Sovetinə, Azərbaycan SSR Nazirlər Sovetinə, Azərbaycan KP MK-ya

MÜRACİƏTİ

 Ölkəmizdə uğurla həyata keçirilən demokratikləşmə prosesi Azərbaycan xalqına da öz hüquqlarını tələb etməyə şərait yaratmışdır. 1920-ci ildə Azərbaycan xalqının suveren dövləti –Azərbaycan Demokratik Respublikası ləğv edilmişdir.

Biz, Azərbaycan xalqının adından sizə müraciət edib xalqımızın aşağıdakı qanuni hüquqlarının bərpa olunmasını tələb edirik:

  1. 28 may hər il suveren Azərbaycan Demokratik Respublikasının yaranma tarixi kimi rəsmi şəkildə Azərbaycan SSR dövləti və xalqları tərəfindən qeyd edilsin.
  2. 28 may hər il respublika ərazisində bayram günü elan edilsin.
  3. Azərbaycan Demokratik Respublikasının bayrağı Azərbaycan SSR-in dövlət bayrağı kimi qəbul edilsin.
  4. Azərbaycan Demokratik Respublikasının tarixi aşkarlıq və demokratiya işığında öyrənilsin. Azərbaycan Demokratik Respublikasının yaradıcılarına vurulan damğalar xalqımızın tarixindən qara ləkələr kimi silinsin.
  5. Cənubi Azərbaycanda yaşayan Azərbaycanlılarla mədəni əlaqələrin inkişaf etdirilməsi təmin edilsin.

Bundan sonra mənim evimin üstünə nəzarət qoydular. 26 Bakı komissarı adına rayonun 2-ci katibi Tamella Qasanovna mənə dedi: «Yekə kişisən, camaatı başına yığıb Bakıda bayraq qaldırırsan». Mən ona dedim: «Sən o bayrağı dərk etməkdən uzaq bir adamsan…»

…O illər, o günlər mənim yaddaşımda uzaq xatirə kimi qalmayıb. O illəri, o günləri mən yaşamışam. Hər dəfə də yada salanda vətən gözümdə bir bayraq da ucalır».

O vaxt mənim 28-mayda Azərbaycan Xalq Cümhuriyyətinin bayrağını qaldırmaq istəyimi bilən, AEA Fəlsəfə və Hüquq İnstitutunda elmi işçisi, milli hökumətdə dövlət katibi və baş nazir olmuş Pənah Hüseynov Ağayara demişdi: «Doktor avantüra ilə məşğuldur». Tanrının köməyi ilə avantüra yox, böyük görüldü. Sonralar «Müsavat» partiyasının funksionerlərindən biri, AXC hökumətində yüksək dövlət vəzifəsində işləmiş Söhrab Məhərrəmov dedi: «Qardaş, bayrağı sən qaldırdın, altına kommunistlər yığışdılar»…

Həmin dövrdə illər boyu xüsusi siyasətlərlə yetişdirilmiş «rusfason», kosmopolit, «hakimiyyət elitası» ermənilərin başçılarından fərqli olaraq millətin qabağına düşüb onun problemlərini həll etməkdən uzaq idi. Heydər Əliyev Moskvaya gedəndə respublikanı daimi nəzarətində saxlamaq, özünün böyüklüyünü hiss etdirmək üçün yerinə Kamran Bağırov kimi zəif, kosmopolit bir adamı qoymuşdu. Mərhumun hətta «psixi xəstə» olması, «iş stolunun altına girməsini» də danışırdılar. Deyə bilmərəm, amma bir şeyi kəsin bilirəm: O vaxt Azərbaycan SSRnin birinci katibi vəzifəsində millətsevər, vətənsevər, güclü bir şəxsiyyət olsaydı, ermənilər başımıza sonrakı oyunları aça bilməzdilər! Bu da Heydər Əliyevin vicdanındadır. Balayanlar, İştoyanlar millətimizin başına oyunlar açdıranda, təcrübəsiz, köməksiz gənclərimiz qəfəsə salınmış quşlar kimi çırpınanda özumə tez-tez bir sual verirdim: əlində yüksək dövlət vəzifəsi, cibində pul olan bu adamlar niyə gəlib millətin balasının qabağına düşmürlər? Demə, milli yaddaşı təhrif edilmiş şəkildə dolaşdırılıb manqurtlaşdırılmış, milli ruhsuz insanlar demək olar sənin millətindən deyil…

Bu manqurtların nə qədər bacarıqsız, düşmənlərin planı ilə işləyən «kecəl Həmzələr» olduğunu göstərmək üçün bir hadisəni də ardıcıllıqla hörmətli oxuculara çatdırıram. O vaxt Mərkəzi Komitə yazıçı Bayram Bayramovun sədrliyi ilə Qarabağa Xalq Yardımı Komitəsi adlı bir təşkilat yaratmışdı. Mən də bu quruma üzv yazıldım. Mənə «ictimai əsaslarla təlimatçı» adı ilə 1 yanvar 90-cı il tarixli, 20 №-li vəsiqə verilmişdi. O vaxt mən vətəni xilas edəcək hər kəslə işləməyə hazır idim.

Bir gün orada şöbə müdiri işləyən Nurəddin Quliyev zəng edib dedi: «Bayram müəllim sizinlə görüşmək iştəyir. Mümkünsə, saat 16-da komitəyə gəlin». Saat 16-da ora gəldim. Dedilər; Bayram müəllimi MK-ə cağırdılar. Dedi, müavin Yaşar Əliyevlə görüşsün. Yaşar Əliyev mənə iclas olacağını, gərəkli bir adamla tanış olacağımızı dedi. Yığıncaq başladı. Yaşar Əliyev «Zəngilanda doğulmuş, Sovet ordusunda hərbi kəşfiyyatda xidmət etmiş, Anqolada çalışmış», polkovnik Dadaş Rzayevi bizə təqdim etdi.

Polkovnik orta təfəkkür və qüsurlu nitqlə rusların Azərbaycanlı olduğundan ona general rütbəsi vermədiklərini deyib respublikadakı hadisələrdən danışandan sonra birdən dönüb mənə dedi: «Yadigar bəy, təşkilat komitəsi yaradılıb. Polyanicko da onun sədridir. Aparıb Polyanickonu qoyağın Stepanakertə». Onun sözləri mənə gülməli gəldi. Dedim: Başa düşmədim? Dövlətin ordusu, polisi, DTK var. Polyanickonu yox, kimi hara istəyir aparsın qoysun. Bunun mənə aidliyi var?

– Bəs, erməni saqqallıları meşələrə necə gəliblər? – polkovnik soruşdu.

– Onları hazırlayıblar. 15 gün meşədə tək qala bilmək üçün yemək-içmək də  veriblər, – dedim.

Dadaş Rzayev başladı yığıncaqdakılara mənəviyyat dərsi keçməyə. Biz beləyik də… Bizdə vətənpərvərlik yoxdur… Axırda da dağınıq fikirlərini belə tamamladı: Silah olmayacaq. Birinci sırada orduəskərlər, ikinci sırada polis duracaq. Sonra KQBcilər, dördüncü sırada sənin adamlarınƏgər hər hansı bir erməni basıb əskərdən, polisdən kecsə, Polyanickoya, ya da başqa komitə üzvünə çatmamış sənin adamların onu saxlamalıdırlar

Anında mənə gülməli görünən bu sözlər, bəlkə də DTK-nin qurduğu, indi də tam anlaya bilmədiyim bir plan idi. Dedim: Mənim hec bir adamım yoxdur. Olsa da, mən istəmərəm hər hansı bir erməni dığası qumbaranı atıb camaatın balasını boş yerə öldürsün. Dövlətin ordusu var. Aparsın Polyanickonu hara istəyir ora da qoysun. Siz bizi millətçi olmamaqda günahlandırdınız. Buna görə də mən nə edə biləcəyimi deyirəm. Stadionların birində vaxt alın. İnstitutların rektorları ilə danışın, uşaqları göndərsinlər. Mən Bakının boks və əlbəyaxa döyüş məşqçilərindən bir neçəsini yığım, uşaqları fiziki hazırlayıb göndərək kəndlərdəki postlarda dursunlar.

Komitədən məktub alıb bu işi Spartak stadionunda təşkil etdik.  Bir neçə  məşq də keçirdik. Onun «yuxarılarda» maraqla qarşılanmadığını görüb məşqləri kəsdik.

Bunları yazmaqdan məqsədim o dövrdə olayların arxasız, köməksiz, başçısız millətimizin əksinə necə qurulduğunu göstərməkdir. Sonralar müxtəlif təzyiqlərlə Azərbaycan Respublikasının müdafiə naziri qoyulub, «general edilən» Dadaş Rzayevin «dövründə» Kəlbəcər ermənilərə verildi. Bununla da rayonları birbir düşmənlərə vermək planı həyata keçirilməyə başlandı. Əbülfəz Elcibəy Kələkiyə Heydər Əliyevin hakimiyyət kələyinə uyğun gedə bilərdi. Çoxlarında bu şübhə olsa da, mən kəsin deyə bilmirəm.

Oxucuya qaranlıq qalmamaq üçün bir məsələni də açım. Dadaş Rzayev bu sözləri  mənə niyə deyirdi? Düşmən vətənimizə soxulmuşdu. Mən də onunla qüvvəmə, kişiliyimə, qeyrətimə uyğun mübarizə edirdim. Ermənistandan, Qarabağdan, Fərqanədən olan qacqınlara yardım toplayıb aparırdım. 88-89-cu illərdə Azərbaycanın Kamran Bağırov, Əbdürrəhman Vəzirov kimi kosmopolit kommunistlərinin  suçundan evlərini Ermənistandan qovulan türklərlə başa-baş dəyişən bəzi ermənilər sonralar Bakıya gəlib sənədləşdirilməmiş mənzilləri yenidən satmaq istəyirdilər. O vaxt mən Gənclik jurnalı və başqa qaynaqlardan çatdırılan bilgilərə əsasən, hec bir zorakılıq etmədən belə pis görmüş ermənilərə səhvlərini başa salırdım. Onlar da qayıdıb gedirdilər. Rayonların polis rəislərindən biri məni cağırıb «hər şeyi bildiklərini»  deyərək xəbərdar etmiş, «adam ölməsin, adam ölərsə səni tutmağa məcburam» demişdi. Ola bilsin, yüksək dövlət orqanlarının mənim işlərim haqda daha geniş bilgiləri var imiş

Düşmənlərin vətənimizi işğal edib insanlarımızı öldürdüyü o dövrdə rus təhsil və tərbiyəsi ilə mənəviyyatca dəyişmiş adamların bəziləri ölkədəki sosial-siyasi, milli-mənəvi proseslərə qatılmır, çox vaxt da antimilli mövqedə durub bizə internasionalizm dərsi keçməyə çalışırdılar. Belə mənəvi-psixoloji münasibət hakimiyyətlə xalq arasında keçilməz uçurum yaratmışdı. 12 illik  müstəqil dövlətçilik də bu mənəvi uçurumu aradan qaldıra bilməyib. Çünki indi hakimiyyətdə olanlar da sovet dövründə milli yaddaşları təhrifedilmiş şəkildə dolaşdırmaq siyasəti ilə yetişdirilmişqəlblərində millət, vətən sevgisi olmayan «köhnə kommunistlər» törəmələri, əlaltılarıdır. Onların yeritdiyi siyasət isə milli mənafelərə yox, ancaq ailə, qrup, klan maraqlarının ödənməsinə yönələ bilər yönəlmişdir.

Mütəxəssislər Azərbaycanda milli fikrin XIX yüzilliyin ikinci yarısından, «Mirzə Fətəli Axundov dövrü»ndən formalaşmağa başladığını yazırlar. Onun  Cəmaləddin Əfqaninin fəlsəfi baxışlarından da qaynaqlandığını deyənlər vardır. Bəziləri isə avropalıların «Xarəzm hökmdarları və səlcuqlar nə qədər əsl türk irqindən olsalar da bu xüsusdan xəbərləri olmayıb, qərbi-islam-İran mədəniyyətinə pərəstiş edirdilər. Bugünkü İranın türk-qacar sülaləsi türklüyü genişləndirmək və inkişaf etdirmək yolunda bir addım belə atmamışdır» kimi yanlış sözlərə inanıb milli fikir tarixinin professor Məhərrəm Qasımlının sözləri ilə desək, «Şah İsmayıl Xətayi… öz keşməkeşli, yorulmaz mübarizəsi və dövlət idarəciliyi ilə… bütövlükdə Azərbaycana böyük bir ruh gətirdi. Bu, milli kimlik, vətənçilik, dövlətçilik ruhu idi. Xətayinin «Ruh» kimi gəlişi, daha doğrusu, zühuru milli-tarixi zərurətdən doğmuşdu: o, orta cağ Azərbaycan-türkman mühitindəki «olum, ya ölüm» məqamına bir öndər-ideoloq (Ruh) kimi daxil olaraq etnosun milli kimlik, milli özünütəsdiq mücadiləsini təşkil etməyi və istiqamətləndirməyi bacardı… Türkman elləri… boy-tayfaları Səfəvi-qızılbaş bayrağı altına cəmləşərək Azərbaycan gerçəkliyini ortaya çıxardı.

Şah İsmayılın gətirdiyi böyük Ruh etnosun sonrakı tarixi mövcudluğunun dil-ədəbiyyat, fəlsəfi-dini dünyabaxış, etnopsixologiya göstəricilərini və bütün bunların yekunu olaraq etnocoğrafi  hüdudlarını müəyyənləşdirdi. Beləliklə də, Azərbaycan türklüyü (türkmanlıq–bugünkü anlamında Azərbaycanlılıq) özünəməxsus etnik-mədəni sistem kimi milli diferensasiya halına gəldi» kimi [22, s.3] fikirlərlə hec olmazsa, Şah İsmayıl Xətayi dövrünə  çəkilməsinə də etiraz edirlər. Amma etirazçılar haqlı olduqları qədər də haqsızdırlar. Türklərin milli varlıq, ideologiya tarixi ən azı Oğuz xan–Mete xan dövrünə gedib çıxır, çünki «milli ideya millətlə birlikdə meydana gəlir», onun özünütəsdiq mexanizmlərindən biridir və cəmiyyətin əsasında duran din, mədəniyyət və başqa mənəvi  dəyərləri içinə alır. Türklərin milli tarixi çox qədim, mədəniyyətləri isə böyükdür. Ancaq Azərbaycanın Rusiya İmperiyasında qalmış parcasındakı XIX yüzilliyin ikinci yarısından başlayan «qərbyönlü» milli oyanış, «maarifçilik» prosesləri də millətimizin tarixində dəyərli bir dövrdür.

Qabil Hüseynli 1995-ci ildə Azərbaycan prezidentinin müşaviri işləyəndə milli ideologiya ilə bağlı  dəyirmi masa keçirdi və «Azərbaycan» qəzeti çağırılan alimlərin fikirlərini çap etdi. Qabil Hüseynli deyirdi: «İdeologiya müəyyən mərhələlər üçün nəzərdə tutulur…O elə mütəhərrik anlayışlar sistemidir ki, yalnız konkret tarixi şəraiti əks etdirə bilir. Cəmiyyətdə bu gün həyata keçirilən həm ictimai-siyasi dəyişikliklərin məzmunu, həm kecmişlə əlaqə, varislik məqamları, həm də gələcəyə istiqamətlənmiş baxışların sistemli şəkildə əksi ola biləcək milli ideologiyanın yaradılması həyatın diktəsidir» [2].

Azərbaycanda milli ideologiya yaradılmasını istəyən alimlərin fikrincə ideologiyasız millət başsız atlıya bənzəyir. O, hara getdiyini, etdiyini, necə etdiyini bilməz. Özünüqoruma instinkti azalan belə millət sonda assimilyasiya olunub yer üzündən silinər. Türk milli ruhunu, sosialsiyasi həyat tərzini atıb özgə din dilləri qəbul edən, uşaqlarına ərəb, fars (sonra da rus) dillərini öyrədib özgə dildə danışmaqla fəxr edən, yaratdıqları böyük mədəniyyətləri özgələrin adı ilə yayan babalarımızın hansı faciələrə çatıb bizləri necə pis günə qoyduqlarını unutmamalıyıq.Nizaməddin Şəmsizadənin fikrincə «cəmiyyətdə milli birliyi və ümumxalq münasibətlərini qorumaq, millətin tarixdəki mövqeyini izah və təsdiq etmək üçün» gərək olan ideologiyasız «dövlət hec vaxt tarixin təkamül yolunu və perspektivini doğru təyin edə bilməz» [38, s. 5].

Buna görə də bəzi mütəxəssislər ideologiyanın çox vaxt özündə millətlərin böyük dövlətçilik maraqlarını gizlətdiyini deyirlər.

1995-ci ildə totalitar təfəkkürdən qurtulmağa çalışan Azərbaycan cəmiyyətində milli ideologiya məsələsinin prezident aparatından qoyulması millətçi aydınlarda rəğbət doğururdu və bəzi alimlər ictimai fikri problemin nəzəri cəhətlərinə yönəldirdilər: «Müasir dünya praktikası bir daha sübut edir ki, milli dövlətçiliyin rolunun artması zəruridir. Milli dövlətçiliyin inkişafında milli ideologiyanın rolu əvəzsizdirMilli ideya millətlə birlikdə meydana gəlir millətin mənafeyinə xidmət edir, başqa sözlə desək, millətin mənəvi tərəqqisi onun başlıca vəzifəsidir. Əgər milli ideyanı milli ideologiya kimi qələmə versək, onda deməliyik ki, milli ideologiya həm millətə, həm dövlətə xidmət edən ideologiyadır.

Bundan  əlavə, milli ideologiya bir dövlət ərazisində yaşayan çoxsaylı bir millətə (qıcıqlandırıcı, hakim millət ifadəsini də işlədirlər) deyil, bütün millət, xalq, etnik qrup və milli azlıqlara da xidmət edir… Milli ideyanın əsas məqsədi milli mənafeyin müdafiəsi üçün kütlələrin səfərbərliyə alınmasıdır. Milli ideologiyanın tələbləri sırasında dövlətciliyin formasından asılı olmayaraq milli mənafeyin müdafiə edilməsi, ümumbəşəri tələblər səviyyəsində milliyyətindən asılı olmayaraq heç bir vətəndaşa zorakılıq göstərilməməsi, bərabər seçki hüququnun tətbiqi, milli azlıqların və etnik qrupların mədəniyyətlərinin inkişafına şərait yaradılması, dövlətin icraedici orqanlarında düzgün təmsilolunma və s. mühüm yer tutmalıdır» [2].

Amma hadisələrin  gedişi hakimiyyətdəki «köhnə kommunistlər»in mənəvipsixoloji aləmləri ilə milli ideologiya arasında ciddi fərq olduğunu ortaya çıxardı. Çeşidli «mafioz qüvvələr»in mübarizəsindən yararlanıb hakimiyyəti ələ keçirən Heydər Əliyev bir neçə il sonra, YAP-ın altı illiyinə həsr olunan törəndə yenidən [33] milli ideologiya məsələsinə qayıtsa da, yeritdiyi siyasətlə millətin strateji milli varlıq, milli özünütəsdiq proqramının – milli ideologiyasının formalaşdırılması işlərini başlı-başına buraxaraq, gün-gündən xalqın gözündən düşən hakimiyyətini qorumaq üçün «KQB oyunları» qurmaqla məşğul oldu.

Azərbaycan mürəkkəb geosiyasi, mədəni-mənəvi, coğrafi məkanda yerləşdiyindən burada formalaşan cəmiyyətlərə çeşidli mədəniyyətlərin, dinlərin təsiri olmuşdur. XX yüzilliyin sovet dövründə isə şüurlara marksizm-leninizm ideologiyası yeridilmişdir. Bugünkü cəmiyyətdə də müxtəlif mədəniyyətlərin, ideoloji-siyasi cərəyanların mənəvi-psixoloji baxımdan dəyişdirdiyi insanların milli ideologiya məsələsinə  münasibətləri fərqlidir. Bu insanları təxmini olaraq bir neçə qrupa bölmək olar:

  – ideologiyanı vacib siyasi idarəetmə vasitəsi sayıb, onsuz dövlət siyasətinin yanlışlığını deyənlər;

– cəmiyyətin ideologiyaya ehtiyacının olmadığını bildirənlər.

Bu baxışlar arasında orta mövqedə qalan iki qrup da vardır.

– milli-mənəvi dəyərlərdən uzaq olub milli ideologiya söz-söhbəti salanlar;

– milli ideologiyanın yaradılmasını etnik səbəblərdən istəməyənlər.

Raxmil Şulman «Azərbaycanda türksoylu millətdən olan vətəndaşlarda milli özünüdərkin artmasına mane olan səbəblər» məqaləsində Azərbaycan tarixindən xəbərsizlik, milli mədəni irsin təbliğinin olmaması, vətənpərvərliyin yoxluğu, ailədə vətənpərvərliyin təbliğ edilməməsi, Azərbaycan dilini bilməmək, milli dəyərlərə etinasızlıq, milli genofondun zəifliyi, hakim qurumların milli özünüdərkin artmasına mane olması kimi səbəbləri sayır [28].

  • İndi Azərbaycan cəmiyyətində milli dil milli ad kimi millimənəvi problemdən başqa milli ideologiya məsələsində açıqgizli qütbləşmə yaranmışdır. Çeşidli alim və siyasətcilər bu barədə ideoloji baxışlarını bildirirlər. Əlikram Tağıyev və Nizaməddin Şəmsizadə Azərbaycançılıq ideologiyasının nəzəri əsaslarını işləyib çap etdirmişlər [12;13; 38].
  • Yadigar Türkel yazdığı əsərlərdə milli ideologiyanın tarixi, etnoqrafik, milli-mənəvi cəhətlərini əhatə etməyə çalışmışdır [8;42;45;47].
  • Əfrand Daşdəmirov «Naçionalğnıye idei i etnicnosti (Azerbaydcanskaya ideya v etnokulturnom i etnopoliticeskom kontekste)» kitabında milli ideya haqda baxışlarını yazmışdır. Son illərdə türklərin tarix və mədəniyyəti, fəlsəfəsi, onların dünya tarixində yeri ilə bağlı çoxlu dəyərli elmi əsərlər çap olunsa da təhtəlşüurdan çıxa bilməyən müəllif hələ də türkləri Azərbaycan tarixində «tretıy plast» – üçüncü qat sayır [49]. Əgər macarlarla finlərin yarıdan çoxunun monqol olduğunu yazan «böyük Rusiya» ideyası ilə gözləri qamaşan bir rus təəssübçüsü bu ölkələrdə «monqol irqi» oxşayan az qala bir adamın da olmadığını görmürsə, müəllifin  «rus müəllimləri»nin türklər haqda öyrətdiyi superetnik siyasətləri təkrarlamasına ad vermək olar? Özgələrin uydurduğu yalanları həqiqət sayıb, özünün gercək, şərəfli tarixini görməmək yaramaz

Azərbaycanın korrupsioner, proteksionist rejiminin suçundan cəmiyyətdə yaranmış milli ideya, milli ruh boşluğunu nəzərə alan Əlikram Tağıyev yazır: «Azərbaycanda millət və dövlətin mənafeyinin gözlənilməsi naminə böyük siyasi qrupların, bütün vətəndaşların istək və arzularının nəzərə alınması əsasında vahid dövlət ideologiyasının yaradılması zərurəti meydana gəlmişdir. Vahid milli ideologiyanın yaradılması cəmiyyətdə mövcud ideoloji boşluğun doldurulmasına, «qəbilə-tayfa» şüuru qalıqlarının aradan qaldırılmasına, milli kadrların secilib yerləşdirilməsində yerliçilik, tayfabazlıq, tərəfkeşlik, qohumbazlıq, etno-təəssübkeşlik kimi hallara yol verilməməsinə xidmət etməlidir» [14, s. 37].

Bəs milli ideologiya nədir və necə olmalıdır? Milli ideologiya millətin yüz illərlə formalaşıb milli özünütəsdiq mexanizminə cevrilmiş, milli ruh əks olunan, əxlaqi, mənəvipsixoloji, dini, siyasi dəyərlər sistemidir.Məsələn, yəhudi milli ruhunun göstəricisi-sionizm min illərdir onların özünütəsdiqinə, qorunmasına, gəlişməsinə xidmət edir. Bunu nəzərə alan yəhudi əsilli Avstriya filosofu Nitsşe tarixin «olum-ölüm savaşında necə olursa olsun, ol!» deyən yəhudiləri dünyanın «psixoloji cəhətdən ən böyük həyat enercjli», «ən qoçaq» milləti adlandırmışdır. Biz var olmaq üçün yəhudilərdən çox şey öyrənməliyik.

Elmisiyasi ədəbiyyat ideologiyanın millət, din, sinif, liberal dəyərlər əsasında yaradıldığını deyir. Bunların qatışığından yaranan ideologiyalar da ola bilər. Bütün hallarda ideologiyanın əsas vəzifələrindən biri kimisə, nəyisə müdafiə etməkdir. Müdafiə funksiyası ideologiyanın çəkişilən, zəif cəhətidir. Amma ideologiyanın böyüklüyü bu «zəif» cəhətindədir.

Azərbaycanlıların milli ideologiyası millimənəvi bəşəri dəyərlərə əsaslanan, zaman keçdikcə millətin strateji varlıq proqramına çevrilib onun  maddi sərvətlərini qoruyan, çevik, ayıq, sosialsiyasi, ruhimənəvipsixoloci dəyərlər sistemi olmalıdır.Onda millətin yaşam tərzi, milli ruhu, əxlaqı, dini başqa maddi, mənəvi dəyərlərimilli şüuru əks olunmalıdır. Çünki «məhz milli şüur, məhz tarixən bir çox ünsürlərin əsasında yaranan, lakin hər konkret anda onların hər hansı birilə mütləq ayrıca bağlı olmayan milli şüur (etnoqrafik) millətlər tərəfindən dövlət qarşısında irəli sürülən bütün milli iddiaların əsasını təşkil edir» [21, s. 282]. Bu iddiaları önəmli sayan alimlərin fikrincə, «Fəlsəfi baxımdan Azərbaycancılıq xalqımızın müxtəlif tarixi mərhələlərdən keçərək formalaşmış, özündə milli və dünyəvi dəyərləri birləşdirən bütöv bir mərhələsidir» [29].

Ramiz Mehdiyevə görə, «Azərbaycançılıq termini 1992-1993-cü illərdə geniş yayılmağa başlayan şovinist millətçilik və separatçılıq əhvali-ruhiyyələri ilə mübarizəyə yönəlmiş ideya kimi irəli sürülmüşdü» [32, s. 29]. Səlahəddin Xəlilov da Heydər Əliyevin milli ideologiyanın  yaradılmasındakı rolundan danışarkən uyğun fikirlər söyləyir: «Azərbaycançılıq ideyasının güclənməsi, dilimizin adının özünə qaytarılması, hətta Türkiyə ilə münasibətdə riskə gedərək etnik-milli türkçülük şüarbazlığının məhdüdlaşdırılması, təbliğatda, kütləvi informasiya vasitələrində ağırlıq mərkəzinin etnik-milli müstəvidən dövlətçilik və vətənpərvərlik müstəvisinə keçirilməsi – bütün bunlar olduqca mükəmməl konseptual sistemin ardıcıl surətdə həyata keçirilməsinə dəlalət edir» [40, s. 40].

Ramiz Mehdiyevin bu sözləri tamamilə yanlış olub millətimizin, dövlətimizin tarixinə qara yaxmaqdır. Azərbaycan cəmiyyətində, həmin dövrdə ermənilərin xəyanətindən başqa hec bir «şovinist millətçilik» olmayıb. Azərbaycanlıların yaratdığı ideyaların da ermənilərə aidliyi yox idi. Sadvalcılarla Əlikramı şirnikləndirənlər isə Rusiya, İİR, Ermənistan və hakimiyyətə gəlməyə çalışan Heydər Əliyev idi. İndi Azərbaycanda türkçülük, talışçılıq, ləzgiçilik, avarçılıq 90- illərdəkindən çoxdur hec kimi rahatsız etmir, çünki millimənəvi dəyərlər kimi dövlətçiliyinAzərbaycançılığın icindədirlər. O vaxt isə Heydər Əliyev Rusiya, Ermənistan və İranın yardımı ilə cəmiyyətdəki milli oyanışdan hakimiyyətə gəlmək üçün istifadə etdi. Bu, vətənə xəyanət idi. Zaman çox şeyi açacaq.

Nizami Cəfərov Azərbaycanlıları «etnokultroloji birlik» adlandırıb diqqəti Azərbaycanşünaslıq problemlərinə yönəldir [37]. Millət vəkili Anar da  «Azərbaycançılıq haqqında düşüncələr»ini yazmışdır [10]. Bəzi müəlliflər 90-cı illərdə «Azərbaycanlılıq ideologiyası»nı təklif etsələr də baxışlarını inkişaf etdirmədilər. Onların fikrincə, «Azərbaycanlılığın gücü ölkədə yaşayan millət və xalqı bir məcrada – Azərbaycan vətəndaşı məcrasında birləşdirməsindədir» [44].

Cəmiyyətdə milli ideologiya ilə bağlı fikirlərini öyrənmək üçün Azərbaycan MEA Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun politologiya şöbəsinin alim və əməkdaşları, BDU-nun sosial elmlər və psixologiya fakultəsinin, Azərbaycan Kooperasiya Universitetinin fəlsəfə və politologiya kafedrasının müəllim və tələbələri arasında sorğu keçirdik. Sorğu soruşulanların milli ideologiya ilə bağlı biliklərinin azlığını, ya da heç olmadığını, bəzi alimlərin «mən bu problemlə məşğul olmuram, bu mənim sahəm deyil» kimi cavablarını ortaya çıxardı.

102 rəyçidən «Fikrinizcə, Azərbaycanda milli ideologiya niyə formalaşmır?» soruşulmuşdur.

   Soruşulanların 15-i (14,7%) Azərbaycanda milli ideologiyaya ehtiyacın olmadığını deyib. 87-si (85,2%) milli ideologiyanın formalaşmasının uzun sürən çətin proses olduğunu, amma formalaşdığını bildirib.

Soruşulanlar «Formalaşırsa, hansı maneələri əsas sayırsınız?» sualına belə cavab veriblər:

  1. Prezidentin bu barədə çıxışlarının təsirsizliyini – 16 (15,6%).
  2. Hökumət qoymur – 22 (21,5%).
  3. Müxalifət partiyaları qoymur – 19 (18,3%).
  4. Millət istəmir – 15 (14,7%).
  5. Azərbaycanlıların türk, rus, talış, ləzgi, kürd, avar və başqalarına bölünməsindən – 32 (31,3%).
  6. Ermənistan Respublikasının Qarabağa təcavüzü qoymur – 34 (33,3%).
  7. İqtisadi zəiflikdən – 61 (59,8%).
  8. Hökumətin humanitar siyasətinin zəifliyindən – 37 (36,2%).
  9. Sovet dövründən qalan mənəvi təsirlərdən – 66 (64,7%).
  10. Cəmiyyətdə və ailədə milli ruhun olmamasından – 50 (49,1%).
  11. Rəsmi dairələrdə və ailədə milli-mənəvi dəyərlərə sayğısızlıqdan – 54 (52, 9%).
  12. Milli-mənəvi dəyərlərin zəif təbliğindən – 76 (74,5%).
  13. Mətbuatın, özəl televiziya və radioların mənəvi aşınmaya səbəb olmasından – 44 (43,1%).
  14. Rusdilli jurnalistlərin türk dili və milli-mənəviyyata vurduğu zərbədən – 42 (41,1%).
  15. Azərbaycan Milli Televiziyasının suçundan – 41 (40,1%).
  16. Elmin, alimlərin, ziyalıların zəifliyindən – 34 (33,3%).
  17. Milli-mənəvi dəyərlərin təsirsizliyindən – 32 (31,3%).
  18. Avropalıların yeritdiyi, milli mənəviyyatı dağıdan siyasətdən – 59 (57,8%).
  19. Əhalinin din müxtəlifliyindən – 17 (16,6%).
  20. İslam dininin birləşdirici gücünün azlığından – 16 (15,6%).
  21. Dini missionerlərin dağıdıcılığından – 42 (41,1%).
  22. Qloballaşmadan – 30 (29,4%).

Azərbaycan Respublikası demokratik dövlətdir. Hüquq baxımından anayasa ilə idarə olunan demokratik dövlətdə ideologiya olmamalıdır. Dövlətlə ideologiyanın əksliyi fikri 20-ci yüzilliyin ikinci yarısında köhnəlmiş siyasi baxışlarını müəyyən məqsədlərlə başqalarına sırımağa çalışan Qərbdən yayıldı. Hüquqi, mənəvisiyasi sistemləri Hollandiya, Norvec ya İsveç səviyyəsinə çatmış, millimənəvi dəyərləri qorunub gəlişdirilən, «dövlət millətçiliyi»-«siyasi millətçilik» hakim olan cəmiyyətdə hansısa ideologiyaya yer qalmur. Amma aşağı mənəvipsixoloji durumlu, qanunun hakim olmadığı, korrupsioner hakimiyyətli cəmiyyətin özünü qorumaq üçün milli dəyərlər, milli ruh əks olunan, qıcıqlandırıcı, yönəldici mənəvi, əxlaqi dəyərlər sisteminə milli ideologiyaya ehtiyacı yaranır. Belə cəmiyyətlərdə milli ideologiya millətin özünütəsdiq mexanizmi, strateji varlıq proqramı, millətləşmə vasitəsi olur.

 

 

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv