Yadigar Türkel. Milli ideologiya və mədəniyyət

İdeologiyanı formalaşdıran amillərdən biri də mədəniyyətdir. Mədəniyyət insanları bir-birinə bağlayıb tərbiyə edən vacib mənəvi dəyərdir. O, insana zövq verib mənən zənginləşdirməli, tikiçiliyə, quruculuğa, yaradıcılığa yönəltməli, həyatı gözəlləşdirməlidir. İnsanın içindəki heyvaniliyin təbliği mədəniyyət adlana bilməz. Mədəniyyət yaradan insan içindəki aşağı keyfiyyətlərdən qurtulmağa çalışıb. Mədəniyyət ucalıqdır.
Azərbaycanlılar da tarix boyu böyük mədəniyyət yaradaraq sivilizasiyaya yüksək mənəviyat payını vermişlər. Onları bir-birinə «Azərbaycan mədəniyyəti» bağlayır. Ancaq yüksək mənəvi dəyərləri mədəniyyət sayana zərbaycanlıların yaratdıqları sənət inciləri dünyanın böyük muzeylərində saxlanılır, konsert  salonlarında çalınıb-oxunur. Azərbaycan mədəniyyəti mahiyyətcə böyük türk mədəniyyətinin bir qoludur. Bu mədəniyyətin əsas yaradıcısı türklərdir. Amma onun yaradılmasında talışlar, tatlar, ruslar, tatarlar başqaları  da imkanlarına uyğun iştirak edirlər.
Məqsədimiz Azərbaycan mədəniyyətinin böyüklüyünü göstərmək olmasa da, onun milli-mənəvi, əxlaqi dəyərlər səviyyəsinə çatıb millətin milli ruhunun göstəricisinə, tərbiyəçisinə, təmsilçisinə çevrilmiş bəzi növlərini psixoloji baxımdan səciyyələndirək. Bunlardan biri, orta çağda yüksək səviyyəyə çatan klassik şeir ondan istifadə edilib zamanzaman yaradılmış böyük sənətmuğamat, aşıq musiqisi, simfonik musiqi – «Azərbaycan musiqisi»dir. Hər bir azərbaycanlı Azərbaycan musiqisini özünün milli-mənəvi sərvəti sayır. Azərbaycan musiqisi insanlarda milli ruh tərbiyə edən əsas mənəvi vasitədir.
Azərbaycanlıların XX yüzillikdə yaratdıqları böyük musiqiyə ingilis, fransız, italyan, rus kimi gəlişmiş millətlər də qibtə edirlər. XX yüzillikdə Üzeyir Hacıbəyov, Zülfüqar Hacıbəyov, Müslüm Maqomayev, Reynqold Qliyer, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Tofiq Quliyev, Asəf Zeynallı, Rauf Hacıyev, Cövdət Hacıyev, Qəmbər Hüseynli, Sultan Hacıbəyov, Səid Rüstəmov, Zakir Bağırov, Əşrəf Abbasov, Cahangir Cahangirov, Arif Məlikov, Süleyman Ələskərov, Əfrasiyab Bədəlbəyli, Emin Sabitoğlu, Adil Gəray, Hacı Xanməmmədov, Vasif Adıgözəlov, Akşin Əlizadə, Xəyyam Mirzəzadə, Nazim Əliverdibəyov, Tofiq Bakıxanov, Ramiz Mustafayev, Ramiz Mirişli, Telman Hacıyev, Xəlil Cəfərov, İbrahim Məmmədov, Oktay Kazımi, Oktay Zülfüqarov, Şəmsi Kərimov, Hacıbaba Həsənov, Ələkbər Tağıyev, Bəhram Nəsibov, Şəfiqə Axundova, Ağabacı Rzayeva, Ədilə Hüseynzadə, Ruhəngiz Qasımova, Firəngiz Əlizadə, Vaqif Mustafazadə, Musa Mirzəyev, Cavanşir Quliyev, Fərəc Qarayev, Əfsər Cavanşirov, Rəşid Nəsiboğlu, Rauf Abdullayev, Nəriman Əzim Gəncəli, İsmayıl Hacıyev, Yalçın Adıgözəlov və adını çəkmədiyimiz onlarla bəstəçinin yaratdığı əsərlər azərbaycanlılara dünya millətləri içində öyünməyə əsas verir.
Ötən yüzilliklərdə Azərbaycanda böyük vokal məktəbi yaranmış, milli oxuma sənəti ən yüksək səviyyəyə çatmışdır. Hacı Hüsü, Səttar, Bülbülcan, Mirseyid Mirbabayev, Keçəçi oğlu Məhəmməd, Məşədi Məmməd Fərzəliyev, Cabbar Qaryağdı oğlu, Şəkili Ələskər, Segah İslam, Zabul Qasım, Bülbül, Məcid Behbudov, Rəşid Behbudov, Lütviyar İmanov, Müslüm Maqomayev, Rauf Atakişiyev, Seyid Şuşinski, Xan Şuşinski, Hüseynqulu Sarabski, Əbülhəsən xan Azər İqbal-Sultan, Zülfü Adıgözəlov, Xanlar Haqverdiyev, Şövkət Məmmədova, Yavər Kələntərli, Sürəyya Qacar, Şövkət Ələkbərova, Sara Qədimova, Rübabə Muradova, Həqiqət Rzayeva, Zeynəb Xanlarova, Tükəzban İsmayılova, Fatma Mehrəliyeva, Firəngiz Əhmədova, Sona Aslanova, Rəhilə Cabbarova, Fidan və Xuraman Qasımovalar, Gülxar Həsənova, Flora Kərimova, Nəzakət Məmmədova, Rəhilə Həsənova, Elmira Rəhimova, Rəsmiyyə Sadıqova, Mahrux Muradova, Yaqut Abdullayeva, Gülağa Məmmədov, Mirzə Babayev, Firidun Mehdiyev, İldırım Mehdiyev, Əbülfət Əliyev, Yaqub Məmmədov, Qulu Əskərov, Əlövsət Sadıqov, Ağabala Abdullayev, Nəriman Əliyev, Əlibaba Məmmədov, Canəli Əkbərov, Hacıbaba Hüseynov, Arif Babayev, İslam Rzayev, Qədir Rüstəmov, Teymur Mustafayev, Sabir Mirzəyev, Süleyman Abdullayev, Baba Mahmudoğlu, Ağaxan Abdullayev, Vəli Məmmədov, Ramiz Hacıyev, Eynulla Cəbrayılov, Yaqub Zurufcu, Anadollu Qəniyev, Oqtay Ağayev, Niyaməddin Musayev, Məmmədbağır Bağırzadə, Yalçın Rzazadə, Zaur Rzayev, Azər Zeynallı, Məsum İbrahimov, Zahid Quliyev, Səfa Qəhrəmanov, Ağakərim Nafis, Səttar Nəsirov, Zahid Nəbizadə, «Qaya» ansamblı və başqaları azərbaycanlıların «ruhunun nəğmələri»ni yaradıb, çalıb-oxumuşlar, oxuyurlar. Bu «ruh nəğmələri» azərbaycanlıları bir-birinə bağlayan böyük mənəvi qüvvədir.
XIX yüzillikdən başlayaraq Azərbaycanda Sadıqcan, Qurban Pirimov, Mirzə Mansur, Bəhram Mansurov, Məşədi Cəmil Əmirov, Zərif Qayıbov, Salyanlı Şirin, Kor Əhəd, Malıbəyli Həmid, Əhməd Bakıxanov, Mirzə Fərəc, Kərbəlayi Lətif, Hacı Məmmədov, Əhsən Dadaşov, Həbib Bayramov, Əliağa Quliyev, Baba Salahov, Əlikram Hüseynov, Ağasəlim Abdullayev, Adil Bağırov, Teyyub Dəmirov, Qarmoncu Abutalıb, Habil Əliyev, Elman Bədəlov, Ramiz Quliyev, Sərvər İbrahimov, Firidun Ələkbərov, Kamil Cəlilov, Telman Hacıyev, Fərhad Bədəlbəyli, Çingiz Sadıqov, Ələkbər Əskərov, Bəhruz Zeynalov, Zaur Əliyev, Tələt Bakıxanov, Əşrəf Əşrəfzadə, Ceyran Haşımova, Şəfiqə Eyvazova, Möhlət Müslümov, Vamiq Məmmədəliyev, Fikrət Verdiyev, Həmid Vəkilov, Avtandil İsrafilov, Aslan İlyasov, Zakir Mirzəyev, Kamil Vəzirov, İzzətalı Zülfüqarov, Həsrət Hüseynov, Şəkili Ələskər, Şəmsi İmanov, Vəli Qədimov, Nadir Axundov, Böyükağa Muradov, Əbdülağa Nəcəfzadə, Rəmiş və yüzlərlə başqa nadir çalğıcı, virtuoz ifaçı yetişmişdir.
Azərbaycanlıların taysız, təkrarsız tar musiqi aləti Azərbaycandan başqa İran, Türkiyə, Türkmənistan, Özbəkistan, Dağıstan və başqa yerlərdə geniş yayılmışdır.
20-ci yüzilliyin sonları oxuma sənətində Alim Qasımov dönəminin gəldiyini dedi. O, təkrarsız sənəti ilə təkcə azərbaycanlıların yox, Avropa dünya sənət bilicilərinin, mədəniyyət xadimlərinin qəlbini fəth edir. Azərbaycan muğamları «ilahilər»dir. Yüksək şüur mənəviyyatın cismani gözələ duyğusundan qaynaqlanan Azərbaycan muğamı vətən sevgisi ilə dolub əlçatmaz tanrı sevgisi ilə tamamlandığından «ilahi»ləşir. Alim Qasımov da oxuyanda elə bil maddi dünyadan çıxıb ruhimənəvi aləmə qovuşur. Azərbaycan muğamları – «ilahilər» ariflər, «seçilmişlər», «xiridarlar» üçündür.
İndi Səkinə İsmayılova, Mələkxanım Əyyubova, Qəndab Quliyeva, Aygün Bayramova, Nəzakət Teymurova, Simarə İmanova, Nuriyyə Hüseynova, Yaqut Abdullayeva, Könül Xasıyeva, Gülüstan Əliyeva, Zeynəb Behbudova, Gülyanaq və Gülyaz Məmmədovalar, Azərin, Bəsti Sevdiyeva və başqaları azərbaycanlıların «ruh nəğmələri»ni oxumaqla böyük tərbiyəvi, milli ruhverici muğamlarımızı, el mahnılarımızı yaşadırlar.
Bu görkəmli oxuyanlardan başqa adlarını çəkmədiyimiz, onlarca az tanınan oxuyanlar da nadir mədəniyyət əsərləri yaratmışlar. Təkcə Nərminə Məmmədova ilə Leyla Hüseynovanın oxumaları bəsdir.
Azərbaycan musiqisində azərbaycanlının, türkün milli ruhu əks olunub. Bu musiqi Əl Fərabi deyən kimi, «kamilliyə çatmamışları kamilləşdirib, kamillərə tarazlıqda qalmağa yardım edib ruhları müalicə edən», insanlarda milli kimlik duyğusu oyadıb özünüdərkə yönəldən, milli ideologiyanın formalaşmasına yardım edən əvəzsiz milli-mənəvi dəyərdir.
İnsan yaranışdan tərbiyəyə möhtacdır. Onun içindəki heyvanilik hər an ucalığını tapdaya bilir. Buna görə də insanı ucalığa, yüksəkliyə, mədəniyyətə çağırarlar. Atalar ucalığa, yüksəkliyə getməyənləri «mən səni çəkdim atadona, sən getdin qaşıq yonmağa» kimi sözlərlə qınayıblar. «Qara», «boz», «sarı» «mason mətbuat»ı isə insanın içindəki heyvaniliyin çalarlarını primitiv şəkildə millətimizə sırımaqla məşğuldur. Bəzən eyni vaxtda Azərbaycanın 4-5 televiziyasında insanın başını kəsmək səhnəsi göstərilir. Cəmiyyəti quldur, mütrübşoubiznesçi təfəkkürü ilə yox, yüksək mədəniyyətlə tərbiyə edərlər! Şoubiznes hoqqabazlığı çıxana kimi Azərbaycanda şoubiznes olmayıbmı? Azərbaycanda da mütrüblər, mütrüblük həmişə olub. Ancaq Rast, Şur, Segah kimi «ilahi»lər oxunan Azərbaycan mədəniyyətində mütrüblüyə, təlxəkliyə yer olmayıb. İncə zövqlü azərbaycanlılar daima yüksək sənətə, böyük mədəniyyətə meyl ediblər. Şoubiznesçilik, mütrüblük, təlxəklik isə aşağı səviyyəli adamların gördüyü kiçik işlərdir. Onların işi yüksək mədəniyyət sayılmayıb. Təlxəyə-kosaya  Novruz bayramı şənliklərində gülərlər.
Millətimizin yüksək musiqi duyğusunu, estetik zövqünü pozmaq olmaz. Hər bir millət öz yolu ilə getməlimillimənəvi dəyərləri ilə tərbiyə edilməlidir.
 Bu mənada bir qeydimizi nəzərə almaq yaxşı olar. Böyük mədəniyyət örnəkləri olan Azərbaycan muğamlarının gənclərə yaxşı çatması üçün xanəndələrimiz ərəb-fars sözlərilə dolu bəzi «klassik» şeirlərin əvəzinə, dövrümüzün insanlarının da yaxşı anladığı şeirlər oxusalar, yaratdıqları daha çox sevilər. Orta çağın «klassik» şeirləri nə qədər əvəzsiz olsalar da, indiki insanların çoxu onların çətin dilini pis anlayır. Zaman keçib, türk dili yersiz ərəb-fars sözlərindən təmizlənib, dəyişib, daha gözəl olub. XXI yüzilliyin «qloballaşan kütlə»si ilə XV yüzilliyin yüksək şüurlu, sufi sevgili insanının ərəb, fars sözlərilə, «müləmmə»lərlə dolu «şeir dili»ndə danışanda anlaşılmazlıq yaranır.
Azərbaycanlıların mənəvi aləmlərinin formalaşmasında əsas milli-mənəvi dəyərlərdən olan saz-söz sənətinin və el aşıqlarının – Dədə Qorqudların böyük rolu olub. Qurbani, aşıq Abbas Tufarqanlı, Ağ aşıq, aşıq Alı, aşıq Ələskər, Miskin Abdal, aşıq Süleyman, aşıq Şenlik, Molla Cümə, aşıq İslam, aşıq Mirzə, aşıq Musa, Xəstə Qasım, aşıq Valeh, aşıq Abbasqulu, aşıq Hüseyn Bozalqanlı, aşıq Hüseyn Şəmkirli, aşıq Əsəd, Növrəst İman, aşıq Şəmşir, aşıq Hüseyn Saraclı, aşıq Əhməd Sadaxlı, aşıq Əmrah, aşıq Əkbər, aşıq Kamandar, aşıq Hüseyn Cavan, aşıq İbrahim Qaracıoğlu, aşıq Teymur Hüseynov, aşıq İsfəndiyar, Mikayıl Azaflı, aşıq Şakir, aşıq Qurban, aşıq Bəylər, aşıq Pənah, aşıq Məmmədağa, aşıq Hacalı Hacıyev, aşıq Şərbət, aşıq Ədalət, aşıq Əli Təbrizli, aşıq Aslan Xoylu, aşıq Pəri, aşıq Ulduz və başqalarının yaradıb, oxuduqları sevgi, igidlik, qəhrəmanlıq nəğmələri zaman-zaman insanlarda vətən sevgisi oyadıb, onları millətə, elə bağlamışdır. «Az yaşlarından ana südütək ozan türküləri, varsağı ilə ruhən qidalanan, ana laylalarını, mötədil lələ nəvazişlərini cukurular-sazlar ahəngi ilə qarışmış halda dinləyən, sonralar da az yaşlarından cukur-saz çalmağa alışdırılan və beləliklə də ovqatına köklü şəkildə xalq ruhu, folklar ruhu çökdürülən» türklərdə «təbliğatın ən qüvvətli vasitələrindən biri aşıq sənəti idi» [24, s. 24].
Heydər Əliyev hökumətinin milli mədəniyyətin bu  vacib sahəsinə az diqqət verməsi «rusfason» məmurların yanlış humanitar siyasətinin nəticəsidir. Hökumət bu sahədə yaranmış problemləri həll etməyə, aşıq sənətinin bütün məktəblərinin inkişafına çalışmalıdır.

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv