Soylu Atalının Ocaq tədbirində çıxışından

Asif Ataya tapınmaq məsələsi. Ocaqda hər bir fərd Asif Ataya tapınmağından qürur hissi keçirir. Təkcə Asif Ata Ocağının tədbirində deyil, dünyanın hər yerində qürur hissi keçirir. Həmin qürurla deyə bilərsən ki, xalq Ocaqdadır. Mən Azərbaycanın xəlqi mənasını sevirəm, heç kim mənim qarşımda durub bu xalqı aşağıladığımı deyə, bunu sübut eləyə bilməz, gücü çatmaz. Mənim ömrümə xalqın ağrısı yüklənib.
Mənim ürəyimə onun özünə qarşı yaşadığı fəlakətlərinin kədəri yüklənib… Sonra, dünyanın hər yerində bu sözü mən deyərəm:
Asif Atanın davamında min il sonralar üçün belə, fəlakət yoxdur, qəbahət yoxdur, insana xəyanət yoxdur, bəşərə xəyanət yoxdur. Məhəmmədin davamında xəyanət var.
Möhtəsim Səhllə birləşib xəyanət elədi, Babəki qətlə yetirib, vətənini məhv elədi, azadlığını qəhr elədi. Bu, Məhəmmədin davamıdır. Asif Atanın davamında o yoxdur, olmayacaq. Məhəmmədin davamında var, çünki, təməlini Məhəmməd özü töküb. O özülün üstündə bu yarandı. Asif Ata elə özül qoymayıb. Hara çəkirsən çək. Ona görə deyirəm, Məhəmməddən qorxan adamdan türk olmaz, xalq olmaz. Mən türkəm, xalqam, öz evimin içində öz işığımı yandırıram. Öz başımın üstündə öz göyümü görürəm. Öz allahımı görürəm, ona tapınıram. Ona görə deyirəm ki, mən Türkəm və xalqam, xalqın məzmunu məndədir. Məhəmməddən qorxan sən, necə türk ola bilərsən, mənə kafirlik damğası vuran sən, necə türksən? Nəyin türkdü, necə xalqsan sən?! Mən bir yazı yazmışdım: İsa dağılmış, tökülmüş Avropa insanından özünə, allahına münasibət bəsləyə bilən insan yaratmaq üçün çalışdı. Görəsən, Asif Ata dağılmış, müsəlmanlaşmış bu xalqdan türk yarada biləcəkmi? Nə vaxt türk yarada biləcək? O vaxt türk yarada biləcək ki, o deyəcək mən müsəlman deyiləm, xristian deyiləm, buddist deyiləm. Mənim tarixim var, babalarım var, o tarixin üstündə qətiyyətlə dayanan şərəfli bir türkəm. Bütün qəlbimin gözəlliklərini bəşəriyyətə açan şərəfli bir insanam, onda sən deyə biləcəksən ki, türksən. Ona görə Ocağın nə işlə məşğul olduğunun fərqinə varmaq lazımdır. Beş adam bir araya gəlir haray çəkir, söz deyir, ürəyinin şəhdini-şirəsini qoyur ortaya. Oyun oynamır, taledir bu, aqibətdir bu. Bütün bəşər aqibəti yeni bir səviyyədə sənin qəlbində təcəlla tapıb. Bəşəri görmək istəyən o qəlbə baxsın. Ayrı yerdə bəşəri tapa bilməyəcək. Ocağın atdığı addım və ortaya qoyduğu ləyaqət min il öyrəniləcək bir dəyərdir. Mən bu Yolun aşiqiyəm. Atanın əlini içimə salıb təmizlədiyi bir aşiqəm. Mənim eşq duyğularımı Asif Atanın Mütləqə İnam sevdası yazıb-yaradıb. Ona görə mənim başqa yönə vaxtım yoxdur. Mən ancaq Ocaqla məşğul oluram. Bu xalqın mahiyyətində həqiqət ehtiyacı var, həqiqət işığı var. Asif Ata yox yerdən ona həqiqət uydurmur axı. Yox yerdən ona gələcək uydurmur. Xalqın içində elə böyük məsələlər var ki. Asif Ata “Azərbaycanımız-Azərbaycanlığımız” dəyər sistemini verib. Bu sistemdə Asif Ata Dədə Qorqud haqda danışır. Halbuki Dədə Qorqud haqda yazını insanlarımız gedib xaricdə axtarmalı olur. Drezdendə, Vatikanda… Dədə Qorqud elə bir həyat sistemidirki, bütün bu gün arzuladıqlarımız hamısı o təməllər üzərində gəlişir. Ata deyir ki, Dədə Qorqud Ağsaqqallıq böyüklüyümüzün ifadəsidir. Ağsaqqallıq böyüklüyümüzün ifadəsi nağıl deyil, həyatdır. Dədə Qorqudda Ağsaqqallıq məsələsi həyat sistemidir. Böyük var idi, ailə var idi, igid var idi, qəhrəman var idi, nizam var idi. Üstündən min il keçdi, xalq dastanlar yaratdı. Xalqın həmin arzusu, niyyəti Koroğluda yenidən ortaya çıxdı. (7777) Dəlilər böyük bir xalq deməkdir. Yəni xalqın obrazını ifadə eləyir. Bu xalqın içində yarımca şər yoxdu, xəyanət yoxdu, hamısı mərddir, halaldır. Ata deyirdi ki, mən inanmıram Həmzə türk olsun. Mən də əminəm ki, Koroğlu dünyası türkün dünyası idi, Həmzə erməni toplumunun obrazı idi. O gəldi Türkün içinə, ona yer verdilər, üzünə xoş baxdılar. Axırda türkün torpağını parça-parça əlindən aldı. Koroğlunun atını aldadıb əlindən alması elə həmin mənadır. Necə bir-birinə bənzəyir. Ona görə də xalqın içini böyütmək gərək, ağlını böyütmək gərək. Dəyərinə baxmaq gərək, nağıl deyil bu. Bəzən sən Ermənini nümunə göstərirsən ki, erməni qədər də olmadıq. Deməli, sən Koroğlunu dərk eləmirsən, Babəki dərk eləmirsən, Dədə Qorqudu dərk eləmirsən. Babəkin özündən keçməsini istəmirsən. O, özündən keçirdi ki, sən bu günə düşməyəsən. Bu gün ayaqlar altında qalmısan, namusun əllərdə qalıb. Babəkin azadlıq carının adı “Gələcək” idi – sənin ruhunun xilas olduğu Gələcək. Asif Atanın da dediyi odur. Asif Ata demir ki, on beş gündən sonra mən bu xalqı düzəldəcəm. Deyir 100 ildən sonra sənin xalqın məhv olmasın, ləyaqət qoysun ortaya. Həmin Gələcəyi yaradır. Babək sənin üçün Gələcəyi verirdi, arzusunu gözündə qoydular, xəyanət və sairə. İndi Babəkinə sahib çıx. Onda getdikcə gəlib çıxacaqsan Asif Atanın çağırışına. Nə istəyir səndən Asif Ata? Asif Ata deyəndə ki, bu bayrağı başının üstünə qaldır, ona görə demirdi ki, ona da tarixdə bir yuva aç. Bu Bayraq sənin başının üstündə olanda, sənin başının üstündə başqasının çətiri olmayacaq, göylər üzünə qapanmayacaq, işığa həsrət qalmayacaqsan, əbədiliyin sevgisinə həsrət qalmayacaqsan. Bu Bayqağı başının üstünə as, ürəyin bu bayrağın işığı qədər böyüyəcək və azadlığına sahib çıxacaqsan…

(arxiv)

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv