
İnsanlığa işıq saçan Ulusdum,
Xəta oldu, bir ehkamla buluşdum…
Ürəyində Günəş olsun, a dostum!
Tanrı haqqı-məni-məndə saxlayır.
Əzəlidir, Əbədidir, Var Dünya,
Mütləqimə, İnamıma var, Dünya!
Qaranlığa daralsa da dar Dünya
Tanrı Türkü Göylə təndə saxlayır.
Məzhəbləri savaş qurub, qaldadır,
Qara çadra qaranlıqdan daldadır,
Min ildi ki, “nağılında” aldadır,
“O bir Allah” hələ bəndə saxlayır.
”Huri-mələk” gəzir “halal cənnət”i,
” Yetmiş iki” sayı, gəl al, “cənnət”i.
Kef çəkməyə etmə xəyal, “cənnət”i,
“O dünya”nı salıb fəndə, saxlayır.
Yağmalayıb, yekə bossdar apardı,
Üzdə gülüb, dalda astar apardı,
Gah fars-ərəb, gah da rusdar apardı,
Türk adımı hələ gendə saxlayır.
“Hinkir-minkir” sualları bitməz ki,
Molla-azan “kuralları” bitməz ki,
“Min bir gecə” nağılları bitməz ki,
Min bir “sirri” hələ cində saxlayır.
Otuz arvad hüzurunda poz alıb,
Hərəsindən neçə-neçə naz alıb,
Nə olsin ki, doqquz yaşda qız alıb?
“Şərəf” verib, kefdə-şəndə saxlayır.
Həqiqətə, Mütləqimə sarındım,
İnsanlaşıb, insanlığa barındım,
Kamilləşə-kamilləşə arındım,
Uca Amal məni öndə saxlayır.