Yadigar Türkel. BİOGENETİK MAHİYƏT, YOXSA YADDAŞIMIZIN PARAMNEZİYASI

AZERBAYCAN RESPUBLİKASININ YÜZ İLLİYİNE

Etnik mənsubluğumuzun müəyənləşdirilməsi barədə gedən mübahisələr Milli Məclisin millətimizin Türk adını gaytarması ilə nəticələndi. Ancag əhalinin dövlət və onun ganunlarına sayğısızlığı, “mən belə öyrənmişəm, mən belə istəyirəm!” deyən bəzi “yarımrus” başçılar, mətbuat işçiləri, telejurnalistlər və s., millətimizin adını təhrif etməkdə davam edib dilimizi Azərbaycan dili, Azəri dili, Azərbaycan türkcəsi və s., uydurmalarla “zənginləşdirməkdə” davam edərək, dolaşdırılmış şüurları ilə biogenetik mahiyətimizi üstələməyə çalışırlar. Bu da milli özünüdərkə mane olan güclü səbəbə çevrilir.
“İşıg” nəşriyatı naməlum müəllifin “Sərvət və səxavətlə məşhur cənab Hacı Zeynalabdin Tağıyevin tərcümeyi-əhvalı” kitabını çap etmişdir. Ruhuşad Hacı Zeynalabdin Tağıyev daha böyük kitablara layig olsa da, bu çox çətin, əzablı işi gördüklərinə görə naşirlərə dərin minnətdarlıg etmək lazımdır. Bununla belə, kitabın çapı vaxtı buraxılan, gənclrin tərbiyəsində onun giymətini azalda biləcək kobud bir səhvi nəzərə çatdırmag lazımdır.
Kainatda hər şey nisbi olsa da həyatda ilahi bir nizam, məntigi bağlılıg vardır. Buna görə də insan məgsədyönlü fəaliyətini məntiglə gurmalıdır. Kitabın içindəki kiçik nəşriyat geydlərində onun Azərbaycan dilində yazıldığı göstərilir. Müəlliflər diggətli olub kitabın Türk dilində yazıldığını görməli idilər. Xalgın marifləndirilməsi, gənclərin tərbiyəsilə məşğul olan savadlı şəxslərin ölkənin Ali Ganunverici Organının gərarına bilərəkdən əhəmiyət verməməsi bağışlanmaz səhvdir. Hörmətli müəlliflər zətmət çəkib çap etdikləri kitabın aşağıdakı cümlələrini bir daha oxusalar bilərəkdən səhv etmələrinin millətə ziyan vurduğunu dərk edərlər.
Səh.18. ”Gafgaziyədə Türk dilində hər növ çap olunmuş mövcud nüsxələr olmadığından hümmət və təvəccöhi-mərdanəsini o kitabların çapına vadar edib,”… Səh.19. “Üçümcü, üç cild Axund Yusif Talıbzadənin təlifləri 1) “Türk dilinin sərf-nəhvində təhsil-ül gəvaid kitabça”,… “…az vaxtda Gafgaziyədə cürbəcür türki təliflər əmələ gəldi və gism təsniflər ərseyi-zühura çıxdı”.
Cəh.20. “Əvvəlcə Türk və farsi və ərəbi dillərinin ruznamə oxuyanı və mütərcimi cənab Mirzə Sadıg”… “Kamerçeski” adıyla bəna olunan təzə mədrəsəyə əlli min manat (50000) bəxşiş etdi ki, onun ianəsiylə, orada müsəlman uşaglarına Türk dili təlim olunsun”…
Səh 21.”…Onlardan əlavə, cənab Hacının xidməti əmələ gəlibdir farsi, türki, ərəbi, rusi və firəngi gəzetlərin intişarında”.
Bu geydləri nəzərə çarpdırmagla yaddaşlarımızın paramneziyasını – təhrifədilmiş şəkildə dəyişdirilməsini düzəltməyə çalışdıg.

 

Millət gəzeti, 25 iyun 1994-cü il.

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv