Xaliq Bahadır. Ərdoğanın ərdəmsizləşdirdiyi Türkiyə

 Uzun illərdən bəri Ərdoğanın anqlosaks (amerikan-ingilis) əlaltısı olduğunu yazırdım. Bu yöndə bir çox yazılarımın çapına illərlə qadağa qoyulub (ÇQQ). Bir sıra özünü hamıdan üstün sayan “liderlər” illərlə Ərdoğana qutlamalar yollayırkən, öyürkən mən onu Türkiyə-Türklük yağısı adlandırırdım. Çoxdankı dostlardan olan hüquqçu Qurban Məmmədov, tarixçi Dilavər Əzimli, eləcə də indilikdə adlarını çəkmək istəmədiyim bir çox başqa tanınmışlar özlərinin yersiz Ərdoğan sevgiləriylə ağına-bozuna baxmadan Ərdoğana-ərdoğanizmə qarşı çıxanları aşağılama yolu tuturdular…
Qoy onlar – o çoxsaylı ərdoğansevərlər, Atatürkü-Atatürkçülüyü gözdən salan, yalançı dinçilik, populist çıxışlarla dolandırıcılıq edən Ərdoğanın gerçək kimliyini görüb-göstərsinlər. Ən azı, indi – Ərdoğan dünənədək yalandan söyüb-yamanladığı Amerikaya Türkiyə ekonomisini yönətməyi ötürəndən sonra! Bununla Ərdoğan 16 il öncə ingilis-amerikan birliyi qarşısında götürdüyü öhdəliklərdən birini də yerinə yetirmiş oldu – bir çağlar “mən Amerikanın Yaxın Doğu projesinin eş başqanıyam” deyən Ərdoğan! Onun Toni Bleyerlə (İngiltərənin keçmiş baş baxanı) birgə gerçəkdən Yaxın Doğu projesinin eş başqanlarından olduğu indi açıq görünməkdədir!!
Yapma-qondarma “Ergenekon”, “Balyoz”, yalançı “darbe” düzəltməklə Türkiyə ordusunu, polisini, eləcə də yarğı sistemini aşındırmaq, Türkiyə ekonomisini çökürtmək, Osmanlının son çağlarında olduğu kimi (çıxışlarından, etdiklərindən görünür: o çağlar Ərdoğanın Türkiyə-Osmanlı keçmişində ən çox sevdiyi çağlardır), Türkiyədə Türklüyü sıxışdırıb arxa plana keçirmək “yəhudi şərəf ödülü” almış Ərdoğanın götürdüyü antiTürkiyə öhdəlikləri arasında idi…

 

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv