
Asif Atanın Azərbaycançılıq konsepsiyası milli-mənəvi dəyərlərimizin az qala bütün sahələrini əhatə edir. O dəyərləri yaşada biləcək xalqın hər bir övladı, hətta az sayda olsa belə, milyardların içərisindən seçiləcək – özünün saflığı, xeyirxahlığı, dünyaya xoş niyyətli baxışlarıyla. Mayası insansevərlikdən yoğrulan bir toplumun özünüqoruma, özünüyaşatma, özünüifadə imkanları da sonsuz olur. Asif Ata övladlarının bu müqəddəs sevgi “Ocağ”ından həqiqi insanlıq, mənəvi kamillik nəfəsi duyaq. Var olun, varmışlardan olun, varımız olun.