YADİGAR TÜRKEL. BİLİM DÜZƏNLƏYİCİSİNİN SÖZÜ (XAN BAHADIRın TÜRKLÜK bitiyindən)

Xan Bahadırın Türkük bitiyi son 20 ildə Azərbaycanda yazılmış ən yaxşı ideoloji bitiklərdəndir. Ömrünün son 30 anlaglı ili Azərbaycan, Azərbaycan Respublikası, Azərbaycan Türkləri, Azərbaycanlılar yolunda ideoloji savaşda keçən Xan Bahadır yaxın qohumlarının da ömrünü Heydərizmin yaddüşüncəli tör-töküntülərinə “içirsə” də, Azərbaycan, türklük yolundan dönməmiş, azərbaycançı, türkçü, qafqazçı ideoloq, humanist yurdsevərdir.
Türklük bitiyi bütün Türklərə çağdaş Politologiya bilimində öyrənilən özünütanıma, özünütanıtma, özünüdoğrulama çağırışıdır! O, bilimsəl biçimində yazılmasa da, bilim qaynaglarına dayandığından dəyərlidir. Orada açunun “ən böyük tarix yartamış, ancaq onu yazmamış” Türk Ulusunun ideoloji çöküşünün nədənləri aranır, dirçəliş yolları göstərilir.  

Xan Bahadır Türklük bitiyini “Biz kimik? Haradan gəlib haraya gedirik? Keçmişimiz, bugünümüz, gələcəyimiz necə olub, necədir, bugünkü görsənişlərlə necə ola bilər? Bizim çağdaş açundakı yerimiz keçmişimizə uyğun gəlirmi? Bunlar Azərbaycan Türkləritək yalnız bizi yox, bütün açun Türklərini düşündürəcək olduqca önəmli sorular, elliklə çözülməsi gərəkən sorunlardır” düşüncəsilə başlayıb, yazır: “Rusiyanın Azərbaycana yönəlik politikası başlanğıcdan sonadək ulusal quruluşu pozub-dağıtmağa yönəlik ulusüstü ANTİYÖNTƏM (ANTİSİSTEM) özəlliyi daşıyıb. Çoxillik, çoxyönlü antiAzərbaycan-antiTürk politikalarının gerçəkləşdirilməsində Rusiyanın, Rusiya İmperiyasının bir başlıca, dəyişməz yardımçısı olub: Ermənilər, ermənilik! Burasını da ayrıca vurğulamaq gərəkir: ermənilik I Pyotr dönəmindən bu yana Rusiyanı içindən çürüdən, onun iç birliyini pozub-dağıdan MİKROB yerindədir!…”.

Rusiya İmperiyası politikanlarının Türkləri yenməkdə, Türk topraglarını bölməkdə əlaltıtək yararlanmaq istəyilə açunın dörd yanından yığıb Qafqaza, daha çox da Güney Qafqaza – Azərbaycana doldurduğu, üstünlüklər verib eyitdiyi, Açı qulluğuna aldığı “Erməni mikrobu” çoxalaraq Rusiya İmperiyasını da, SSRİ-ni də dağıtmış, haçansa Rus Ulusunu da yox edəcəkdir!

Acınacaqlı da olsa, nə, çoxu oradan-buradan yığılmış, Rus Ulusunun yarınını düşünməyən politikanlar, nə də düşüncəsi yad İslam dini, Ərəb-fars dililə genetik huyunadək dolaşdırılıb yox olmağa yönəldilmiş birçağkı Türklərin günündə olan, görüntüdə böyük, gerçəkdə isə çökmüş Rus Ulusu bunu anlamır!…

Bitiyin Törə bölümü belə başlayır: “Açıqlama sözlüyü”ndə Törə sözünün anlatımı belədir: “Törə – bir topluluqda mənimsənmiş, oturuşmuş davranış, yaşama biçimlərinin, quralların, görənək-gələnəklərin, ortaqlaşan alışqanlıqların, tutulan yolların bütünü”. Bu bölümdə yazılanlar çağdaş Türklərin demokratikləşmə, çağdaşlaşma, sosiallaşmasının çox ağır, uzun yol olduğunu anlaması üçündür.

Xan Bahadır Türkün özünütanımasında Çin bilgini Konfusinin “Adlardan başlamalı” önərisinə dayanarag, bitiyinin yarımbaşlığını belə adlandırmışdır.

İslam ideologiyası Türk adlarını yasaqladı, Dədəm Qorgudun Bitiyindəki Bayandır xan, Burla xatun, Salur Qazan, Selcan xatun… kimi Türk adlarının yerini yad, anlamsız, anlaşılmaz, çox ara aşağılayıcı Ərəb adları tutdu. Qurandakı “uydurma qutsallıq”la, “ancaq müsəlmanların cənnətə gedəcəyi” dolaması ilə düşüncələri pozulmuş xaqanlar, imperatorlar Türk adlarını dəyişib, Ərəb adları, soy adlarını götürdülər, Dədəm Qorqudun Bitiyinin üzünü köçürən “şeyxnəsrullalar” da bu taysız, ulusal kültür anıtını Həsən, Hüseynlə doldurdular. Beləcə, “allahçılıq” ideologiyalı “Ərəb dini – İslam” Türkün çöküşündə ən aşındırıcı etken oldu. 27-ildr Azərbaycan Respublikasının başında duranların birinin də Rusca soyadını dəyişməməsi Azərbaycan Türkünün özünəqayıdışını çox sarsan örnəklərdəndir.

Xan Bahadır bir prokuror yoldaşının Türklük bitiyindəki tanrıçılığa “yeni bir dərisoyan din” yaradılışı duyğusu ilə kəsinliklə qarşı çıxıb, ondan üz döndərdiyini dedi. Mən də insanlığı barışmaz dinlərə, məzhəblərə bölüb tonqallarda yandırmış, dərisini soydurmuş, Varfolomey gecələri, sünni-şiə qırğınları, savaşları törətmiş dinlərə, dinçiliyə kəsinliklə qarşıyam! Tanrıçılıq ideyasının da ancag tarixlik baxımından bitikdə olmasını düşünürəm. Deyilənlərə görə, “yandıran yox, gandıran” olan Tanrıçılıq bir anlamda Ərəb-islam fanatizmindən qurtuluş çağırışıdır.

Avropalılar 500 il öncə insanları tonqallarda yandıran xristianlığı gərəkən yerində oturtdub bilim, texnoloji, kültür, yüksək sosial yaşam yolunu tutduqlarından yüksəldilər. Türklər də bu gün onu saysız, barışmaz məzhəblərə bölmüş, dindən çox bölücü ərəbçılık ideologiyası olan İslam dininin yanlışlarından qurtulmalıdırlar!

Tanrıçılıq bu gün dünyanın ən gəlişmiş uluslarından olan Yaponların “ulusal yaşama çox soxulmayan”, “formal, “birey din”inə bənzəyir. Bu günlərdə Yaponiya Respublikasının baş Bakanının “Yaponlar Türkdür” deməsi də danılmazlıqdır.

Türklük bitiyinin bölümlərindən biri “Açun dillərinə örnək – görk dilim, dillərin anası – mənim Türk dilim” qoşuğu ilə başlayıb TÜRK DİLİ adlanır. Bu bölüm Xan Bahadırın jurnalistək Azadlıq qəzetində, özünün İnternet səhifəsində Türk dililə bağlı yazdığı yazıların daha irisidir. Burada yaddüşüncəliyin Azərbaycan Respublikası ilə Türkiyə Respublikasında Türk dilinin başına açdığı bir sıra oyunlar, son yüz illik ayrılıqdan yaranmış ayrılıqların düzəldılməsinin, “dilin ortaqlaşdırılması”nın gərəkliyi göstərilir. Ancaq ata, ana kimi Türk dil damğalarını ərəbcə valideyn, ebeveyn, vəli etmiş, Türkün gözəl SÖZünə laf, bənzərsiz ağ sozünə bəyaz, qara sözünə siyah, göyə lacivərd, ada isim deyən, yeni “şeyxnəsrulla”ların başçılıq etdiyi ölkələrdə belə gəlişdirici, birləşdiriçi strateji işlər görülməz! “İranda Türk dilinin özünə gəlməsində böyük rol oynayan” (Barat Albayrag) Pr. Dr. Cavad Heyət İranda yayımladığı “Varlıq” jurnalının dilinin Azərbaycan Respublikasında işlədilən Türk dilinin “Dədəm Qorgudun Bitiyi”ndəki dil olduğuna görə, götürülməsini düzgün saymışdı.

Xan Bahadırın Türklük bitiyi bilimsəl-publisistik yönlü olduğundan, Türk dililə bağlı çoxlu çatışmazlıglar bilimsəl biçimdə araşdırılıb, dəstələnib, sıralanmayıb. Belə eyitici bilimsəl araşdırmalar yazmaq AMEA Dilçilik İnstitutunun dilçilərinin görəv borcudur!

Xan Bahadır Türk dilinin başına açılmış oyunlardan biri, Ərəb dilindən keçmə Və bağlayıcısı gözə çarpdırsa da, Türk dilini ondan çox dağıdan, vurğulu deyilməsi gərəkdiyindən onun musiqisini pozan, Fars dilindən keçmə ən pis “çör-çöp”lərdən olan Ki bağlayıcısını unudub.

Bu işin özəyində Azərbaycan Respublikasında ulusal Türk dil politikasının yoxluğundan, “azoxumuşluq”dan yaranan, Fiziologiya bilimində asosasiya – bağlantı deyilən danışıq durur. Belələri danışarkən qurduğu cümlələri anlamsız sözlərlə bir-birinə bağlayırlar. Bu anlamda Türk dil pozuntusunun başında ərəbcə müləmmə (biri ərəbcə biri türkcə) deyilən danışıg gəlir: fəaliyət göstərdi (işlədi, çalışdı), xəsarət aldı (yaralandı), vəfat etdi (öldü), həyatını qeyb etdi (öldü)… Qarşısı alnmayan bu yanlışlıq start verdi (başladı), pas verdi (ötürdü), kombinasiya qurdu (oyun qurdu), panik oldu (qorxdu, qorxuya düşdü)… kimi yeni – “avropayönlü müləmmə”li Türk dili yaratmışdır, köçdü yerinə köç etdi kimi yeni “türk-türk müləmməsi” yanlışlığı, yadlığı bir yana. Buna görə də eyitimdə, seçimdə, işdə “mənim oğlum, mənim qızım yox”, ancag İQ göstəricisi yüksək, bacarıqlı El oğlu, Ulus oğlu, El qızı, Ulus qızıları irəlıləməlidir!

27 iyun, Azərbaycan Respublikası Ordusunun yaradıldığı gün SÖZÜMü işlədiyim günlərdən biri idi. Teliviziyalarda haybasan dilbilməzlər yurddaşların ulusal biliklənməsində, bilincləşməsində çox önəmli olan Ordu Gününü Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü adı ilə bayram edirdilər?! El, Ulus “gözünün işığı” saydığı “baş qorucusu”na ata-babasının Türk dilində ORDU deyir, gözətilməyən bacarıgsız dilbilməzlərsə Rus dilindən “Vorujyonnıye silı” deyimini alıb Silahlı Qüvvələr gumbuldadırlar. Belələrinə doğrudan da, yüksək dövlət görəvi yox, özləritək dilbilməz hüquqçuların uydurduğu “həbs qəti imkan tədbiri” yaraşır!

Son illərin “İngilis dili alışqanlığı”nın Türk dilinin başına nə oyun açacağını, hansı “conlar” yetişdirəcəyini bilmirəm. Diplomu pulla almış yarqıcların, polisbaşıların yazdıqlarını görəndə, rusca oxumuş, disertasiya quraşdırıb satan doktorların Rus dilindən çevirmələrini oxuyanda, “Haray, Türk dilim, haray Türk Elim!!!” deyib ağlamaqdan başqa bir şey galmır.

90-cı illərin başında dildə, abelərdə yaranmış kiçik ayrılıqların az arada düzəldilib dilin ortaqlaşdırılacağını düşünürdük. Olmadı!!! Türkiyə Respublikasında qatı islamçılar, Azərbaycan Respublikasında Rus imperializminin yetirmələri ağalığı ələ keçirdilər, bu gün də çeşidli yasadışı yollarla əldə saxlayırlar. Bu, çox gərəkli birləşdirici, ulusal iş ancaq iki ölkədə də ağalıgda çağdaş demokratik ilkələrə uyğun ulusalçı, yurdsevər yönətimlər oluşandan sonra görülə bilər.

Xan Bahadır bitiyin bir yerində “Mən Türklərin yağıları sıralamasında birinci yerə Türkün özünü qoyur, birinci yerdə Türkün özünü görürəm” desə də, bu uğursuzluqlarında Avropa, Amerika imperialistlərini də çox suçlu sayır. Mənsə Türklərin açundakı uluslararası varlıq savaşındakı uğursuzluğunu daha çox İslam dininə qapılmagda, özünüqoruma, gəlişdirmə düşüncəmizin, uyğun qurum-quruluşlarımızın yetərsizliyində görürəm. Bunu çağının 6-ci böyük imperiyası olan Qacarlar Açısının dağıdılmasında Güney Azərbaycandakı “Səttar xan devrimi”nin, içimizə soxulmuz “Erməni mikrobu”nun törətdiyi salqının, eləcə də Azərbaycan Respublikasının çağdaş demokratik açı ilkələrindən uzaqlaşmasında 15 iyun 1993-cü il çevrilişinin ən birinci etken olduğunu bugünədək anlamamız da deyir.

Xan Bahadır bitikdə Ərəb sözü dünyanın yerinə türkcə AÇUN, Ərəb “çör-çöpü” tərcümeyi-halın yerinə YAŞANAG yazıb, Ərəb sözü dövlətə isə türkcə nə deyildiyini bilmir. Doğrudur. Yaranışdan açun bütün varlıqlara açıqdır. Mənim arı-duru Türk dilimdə Leyla Bədirbəyli, Mirvari Novruzova, Hökumə Gurbanova, Barat Şəkinskaya, Maral Rəhmanzadə…kimi “şirin dilli bəy dilli” danışan Güllübəyim, Tellibəyim, Sonabəyim, Bənövşə nənələrim dövlətə AÇI deyirdilər. Açı açıq sözündəndir. Türk Açısı bitikdə də yazıldığı kimi, bütün yurddaşlara açıqdı. Bu, Türkün, Türklüyün açıqlığında, hamıyaçatarlığında idi!

Yaşanaq Xan Bahadırın gözəl tapıntısıdır. Doğanag, ödənək, sığınag, barınaq… kimi səslənməcə oxşarları vardır. AMEA-nın yeni söz yaratma işi heç olan Dilçilik İnstitutunun dilçi akademikləri sözlüyə salsınlar.

Min illik Türk Elliyinin – demokratiyasının yerinə başkəsən, dərisoyan, tonqaldayandıranların düşüncəsini qoyarsan, Elini, ulusal kimliyini unudar, yox olub gedərsən!!! Azərbaycan Respublikasında Türk dilini qoruyan, gəlişdirən yox, tərsinə Rusiya İmperiyasındakı, SSRİ-dəkitək ulusüstü, dolaşdırıcı, pozucu dil politikası yeridilir. Heydər Əliyev 1992-ci il martın 23-də Naxçıvandan Türkiyə Respublikasının başkəndi Ankaraya gedərkən deyirdi: “Azərbaycan Türk diyarıdır. Azərbaycanlılar Türklərdir… Naxçıvanda Türklər yaşayır. Orada başqa bir millət yoxdur. 350 minlik əhalinin hamısı Türkdür.” Ancaq, 1993-çü il iyunun 15-də Azərbaycan Respublikasında ağalığı ələ keçirən Heydər Əliyev 1995-ci ildə başqa işi-gücü yoxmuş kimi, bir neçe göstərgə toplantıdan sonra Türk dilinin adını dıyişib, Azərbaycan dili etdi. Bu gün Türk dili Azərbaycan Respublikasında ən sayğısız gündə olan ulusal göstəricilərdəndir! Azərbaycan televiziyaları düzlük, haq, hüquq arayan Türk aydınlarının, bilimçilərinin yurddaşlara etkisini azaltmaq üçün Heydər Əliyevin “Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam!” – sözlərini tez-tez verirlər.

1917-ci ildə Rusiya İmperiyası dağılandan sonra Qafgazda Gürcülər, Azərbaycan Türkləri, Ermənilər, Qafqaz Ellərindən olanlar bağımsız respublikalarını qurdular. 1918-ci il mayın 28-də qurulan Azərbaycan Respublikasının Ağalığı iyunun 27-də Azərbaycan Respublikasının Açı dilinin adının Türk dili olduğunu uyğuladı. Azərbaycanlı adı Amerika Birləşmiş Ştatları, İngiltərə, Fransa, Almaniya, Türkiyə… respublikalarında, eləcə də başga açun ölkələrində olduğutək ölkənin bütün yurddaşlarının birgə, genəl adıdır. O, etnik yox, politik anlayışdır. Toprağın dili olmaz, insanın, elin, ulusun dili olar! Azərbaycanlılar – Türklər, Ruslar, Yəhudilər, Ukraynalılar, Gürcülər, Belaruslar, Tatarlar, Avarlar, Saxurlar, Ləzgilər, Talışlar, Tatlar, eləcə də başqa yurddaşlardır. Azərbaycan Respublikasının Ağalığı ölkənin bütün yurddaşlarının etnik dilinin qorunmasından, gəlişməsundən sorumludur. Azərbaycan Respublikasının yurddaşlarının yüzdə 95-dən coxunun etnik Türk dilinin adının danılması isə yolverilməzdir, uluslararası hüquqa aykırıdır, tezliklə düzəldilməlidir!

Yaranışdan açunun ən etkin yasası bioloji dəyişmədir. Aşağı canlılar daha çox bioloji, insan daha çox sosial varlıgdır. İnsan daha çox toplumda, sosial-politik ilkələrə uyğun gəlişib dəyişir. İstənılən insan, el, ulus özünütanıma, özünütanıtma, özünüdoğrulama ilkələrınə uyğun yaşamalı, sosial-ekonomik yaşam kültürünü sürəkli yüksəltməyə çalışmalıdır. Bu anlamda Türklər açundakı yaşam savaşında uğur qazanmaq üçün özünə dönməli, yüksək bilim, texnoloji, doktorluq, kültür, evrənsəl hüquq, çağdaş ekonomi, toplumsal yaşam yolu ilə getməlidirlər.

Sözardı: İran İslam Respublikasında yaşayan, sayca ölkənin birinci Eli olan Azərbaycan Türkləri daha dözülməz gündədirlər. İİR ölkənin ən sayca ən böyük iki ulusunun (Türk, Fars) dilini Parlament dili edib, Türk dilində də okullar açmalı, onun dilinin bilimsəl öyrənilməsini, kültürəl gəlişməsini yasalaşdırmalıdır.

Bitiyin sıhifələrinin çox artmaması üçün, Türk dili bölümündəki sözləri Sözlük ilkələrinə uyğun – alt-alta yazmadıq.

Bitikdə iki Y-li Ərəb sözləri bir Y-lə, iki S-li Avropa sözləri Türk dilinin danışıq biçiminə uyğun, bir S-lə yazılmışdır.

SON SÖZÜM: Bilim düzənləyicisitək, təkcə gələcək Türklərə yox, açunun var olmaq, gəlişmək, çağdaşlaşmag istəyən bütün ellərinə, uluslarına, daha çox da Qafgaz Ellərindən olanlara düzgün yol göstərəcək, sivil, toplumsal yaşama səsləyəcək TÜRKLÜK bitiyinin “DƏDƏM GORGUDUN BİTİYİ”ndəkitək “ŞİRİN DİLLİ, BƏY DİLLİ” olmasına çalışmaqla SÖZümü dedim. Söz anlayanlarındır!

 

 

4 iyul 2020-ci il

 

 

 

 

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv