Ruhsal səfər sevincləri

Ocaq səfərlərinin hər biri uğur yaradan addımlar olub. Hər bir səfərdə gərəkən soraqlar verilir. Bizim səfərlərimiz həm Asif Atanın işindən, yolundan soraqlardır, həm də bütövlükdə milli özümlüyümüzdən, dəyərlərimizdən. Bu soraqlarla kök atmaq istəyirik xalqın içində. Çətinliyə düşəndə özümlüyünə baxsın. Gələcəyini düşünəndə dəyərlərini xatırlasın. Özünə inansın. Ümidsizləşəndə Asif Atadan güc alsın. Gələcəyinə inansın, sabahını qursun.
Bu günlərdə Ocaq Evladı Nurtəkin Atalı yurdumuzun quzey bölgələrinə səfər edib. Şabran, Quba, Xaşmaz bölgələrində olub. Bu rayonların Kitab Evlərinə Asif Atanın, Ocaq Yükümlüsü Soylu Atalının, başqa Ocaqçıların kitablarını, Günsıra vizitlərini, dərgi buraxılışlarını bağışlayıb. Kitab Evlərinin müdirləri, işçiləri ilə milli-insani dəyərlər açısından, Ata ideyalarının açımı yönündən söhbətlər edib. Tarix-Diyarşünaslıq muzeylərində, Gənclər Mərkəzlərində olub. Orada da işçilərlərlə söhbətlər edib, Ocaq ədəbiyyatları bağışlayıb.

Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı

 Qürub Ayı, 44-cü il.
(avqust, 2022).

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv