Xaliq Bahadır Başına gələn başmaqçı olmaya da bilir- bizim kimi

BMT yanında beynəlxalq məhkəmə Laçın koridorunu Azərbaycanın yubanmadan açmalı, ermənilərin özgürcə gediş-gəlişini qarantiyalamalı olduğu ilə bağlı qərar çıxardı. Bu qərara uyğun olaraq fevralın 20-dən Azərbaycanla qondarma “Ermənistan” arasında sınırlarda, belə desək, Avropa jandarmeriyası dayanır. Dayanır, “yazıq erməniləri Azərbaycanın saldırıılarından qorumaq üçün”. Elə o məhkəmə Azərbaycanın ermənilərə qarşı olan suçlamasını yersiz sayıb. Bu iki faktı Erməni diplomatiyasının uğuru, Azərbaycan diplomatiyasının uğursuzluğu saymaq olar. Burada bir neçə faktorun rolu var. Onlardan biri Paşinyan-İlham Əliyev faktorudur.

Paşinyan çağındaca özünədək olan erməniliyin etdiyini etməklə özünə, öləsinə bir sıra uğurlar qazandırmağa başladı. O nə idi? Erməniliyin sığındığı sonuncu imperiyanın-Rusiyanın qabaqkı gücünü itirdiyini görən Paşinyan asta-asta, usta-usta ondan aralanmaqla Batı ilə yaxınlaşma yoliunu tutdu. İ.Əliyev isə Rusiya ilə olan bir sıra özəl ilişkilər üzündən “Rusiya bizim stratejidən də artıq strateji müttəfiqimizdir” dəyərlənmdirməsi ilə başında Putin kimi bir aqressorun dayandığı dövlətlə daha sıcaq ilişkilərdə bulundu. Beləliklə, “Ermənistan” Avropaya yaxınlaşırkən Azərbaycan Avropadan aralandı. Bu isə yalnız iki başdaduranın ayrıca duruş sərgiləməsi deyildi, birinci demokratik reformalarla ölkəsini Avropa dəyərlərinə yazınlaşdırırkın, ikinci yalab=nçı reformalafr, saxta seçkilərlə ölkəni Avropa dəyərlərindən uzaqlaşdırıb antgidemokratik Putin Rusiyası ilə yoldaşlığa yönəldirdi.

Paşinyan başında durduğu xalqa demokratiya, bu demokratiya ilə birgə bir sıra üstünlüklər qazandırmqla ulusal çıxarlara qulluq edirkən, Əliyev yalnız hakimiyətini qoruyub saxlamağa yönəlik girişimlərdə bulunurdu: “Biz Avropanın bir sıra ölkələrini neftlə təmin edirik. Biz Avropanı daha artıq qazla təmin edəcəyik”. Avropaya isə Azərbaycanın nefti, qazı olduqca gərəkli idi. Bu baxımdan, Türk-müsəlman ölkəsi olmaq baxımından Avropa-Batı yönəticiləri Azərbaycanda demokratiyanın oluşması faktına onsuz da çeşidli variantların ən sonuncu kimi baxırdılar. Başqa sözlə, doğal qaynaqları aşıb-daşan Azərbaycanda demokratiyanın yoxluğu antidemokratik rejimlə iş birliyində Avropa-Batı yönəticiləri üçün daha əlverişli durum yaradır. Belədə antidemokratik rejimin getdikcə kəskin xarakter alması nədənilə yaydıqları “demokratik dəyərlərin tapdanmasından dolayı dərin narahatlılq keçirmələri” ilə bağlı bildirilərin ötəsində qarşılıqlı olaraq çox qazanclı ilişkilər qurmaq olur.

Azərbaycana qarşı olan indiki məhkəmə qərarının kökündə 2022-ci ilin sentyabrındakı Göyçə-Zəngəzur avantürası dayanır. Hə, onda İ.Əliyevin tez-tez dilə gətirdiyi “Göyçə-Zəngəzuru qaytaracağıq” söyləmələrinin ardından Az tv-lər böyük  kampaniya başlamış, Göyçə-Zəngəzuru qaytarmaq adıyla əskərlərimiz qırğına verilmişdi. “Ordumuz 10 km ərazimizi geri qaytarıb, Göyçə gölünə çatmağa lap az qalır” kimi hay-küy efiri, saytları başına götürmüşdü.

Onda mən “Zəngəzur zəngi” adlı yazı yazaraq baş verənləri- “Ermənistan” sınırlarının aşılmasını “başda Qarabağ olmaqla Azərbaycan üçün qorxulu avantüra” adlandırmışdım. Rejim əlaltıları, eləcə də içində tayfaçı çölündə “turançı” olan biriləri birincilərə qoşularaq məni, mənim kimi düşünənləri topa tutdular. Yazdıqları nə idi? “Göyçə-Zəngəzur bizim tarixi torpaqlarımızdı, daha irəli gedərək hamısını qaytarmalıyıq”. Onlara qarşılıq olaraq yazdım: “Yalnız Göyçə-Zəngəzur deyil, bütün “Ermənistan” bizim tarixi toprağımızdır, ancaq biz onları qaytaracaq güc, arxa yiyəsi deyilik, avantüraya gedib 44 gündə qazandığımız uğurları da əldən verə bilərik”.

O avantüranın sonucunda çoxlu əskərimizi boş-boşuna qırğına verdik, sonra da bizi tutduğumuz yerlərdən qovub uzaqlaşdırdılar. Bu da azmış kimi Paşinyan əlinə düşən şansdan böyük bacarıqla yararlanaraq özləri gerçək işğalçı ikən bizi işğalçı olaraq tanıtdı, özü də məhkəmə yoluyla! O  içində tayfaçı, dışında “turançı” olan yarımçıqlardan səs çıxmadı. Bu avantüra boşa çıxandan sonra onlar daha böyük hızla “Turan” yaratma qışqırıqlarına girişiblər. Bizi nədə suçlayırlar: “Dərbənd Həmədan coğrafiyasından böyük düşünə bilməməkdə”. Sən demə, özünün necə böyük ağıl yiyəsi olduğiunu göstərmək üçün böyük coğrafiyalardan basıb-bağlamaq gərəkmiş. 86 min kv kilometrdə normal dövlət qura bilməzkən planetar coğrafiyaya yiyələnməkdən danışmaq- görəsən Freyd buna nə ad verərdi?

Üzeyir bəyin “Biz nə tövr iş görürük?” felyetonu burada çox yerinə düşür. Orada belədir: qonşularımız siçan düzəltməkdən başalayıb gəlib filə çıxırlar. Bizsə illərlə yatır, birdən ayılıb, çağları keçirdiyimizi  görərək tez-tələsik fil düzəltməyə girişirik. Az-az yaratma bacarığına yiyələnmədiyimizdən sonda onu yarımçıq qoyuruq. Sözümün canı nədir? Qabaqca yiyəsi olduğumuz bu balaca coğrafiyada demokratik hüquq dövləti qurmaq bacarığına yiyələnməliyik! Yox, boşboğazlar, çağdaş sosial düşüncə, çağdaş politik davranış, çağdaş yönətim kültürünə yiyələnməyənlər üçün belə xırd-xuruş işlər gərəksiz görünər.

Nə olardı, doğallıqla yiyəsi olduğumuz bu 86 min kv kilometrlik coğrafiyada gündən-günə çiçəklənən sosial yönümlü demokratik hüquq dövləti qurardıq. Onda tək Güneyli soydaşlarımız deyil, farslar başda olmaqla bütün İran xalqları bu dövlətə ayrıca sevgiylə, sayğıyla yanaşar, onu özləri üçün örnək gözündə görərdilər. Turana gedən yol belə bir qanunçu, insan hüquqlarının üstün tutulduğu ölkədən, belə bir ölkənin gömrüyündən başlayardı…

Paşinyanın yuxarıda sözügedən uğuru bir də ortadakı xristian birliyinə bağlı idi. İngiltərə başda olmaqla Batı dövlətlərinin əlilə, üstəlik, Türkləri qırmaq yoluyla Azərbaycan coğrafiyasında yaradılmış “Ermənistan” elə Batı güclərinə arxalanmaqla Qarabağı işğal edəndə, Xocalıda soyqırım törədəndə Batı dövlətləri özlərini korluğa, karlığa vurdular. Amerika BMT-nin bəlli dörd qərarının gerçəkləşdirilməsinə çalışmaq yerinə özünün “907-ci düzəlişi” ilə Azərbaycana sanksiya uyğulamaqla “Ermənistana” illik 300-500 milyon dollarlıq, “DQR”-ə 25 milyon dollarlıq yardımlarda bulundu. Azərbaycanın neft-qaz, qızıl-gümüş qayraqlarının başlıca ağasına çevrilən İngiltərə dövləti aqressor erməniliyə ildə 4 milyon funt sterlinq pul ayırdı. İngiltərə parlamentinin tez-tez Qarabağ ermənilərinə yardım gətirən spikeri Kerolayn Koks gəlişlərinin birində Qarabağda, işğalçı erməni ordusu qarşısındakı çıxışında demişdi: “Siz burada xristianlığı qoruma savaşı aparırsız” (28.08.”016).

Başında Rusiyanın, Fransanın, Amerikanın dayandığı ATƏT missiyası çoxillik “atəşkəs” dönəmində ermənilərin sınırboyu bölgələrdə 10 mindən artıq dinc Azərbaycan yurddaşını öldürməsi faktına səssiz qaldı. Eləcə də onun arxasında dayanan dövlətlər, başqa avropa dövlətləri.

Avropaya üz tutan erməniliyi yerində oturtmaq üçün Putinin körüklədiyi 44 günlük savaş, Azərbaycanın bu savaşda qazandığı üstünlük Avropanın, bütünlükdə Batının imperialist demokratiyasının gerçək üzünü göstərdi. Erməniyönlü Fransa bir yana, Allahın Niderlandı da öz sınırları içində erməni terror yuvasını yox etməyə qalxan Azərbaycana qarşı çıxdı. Sözsüz, Azərbaycana qarşı indiki məhkəmə qərarının ortaya çıxmasında o faktın da rolu oldu. Tək adam rejimi qurub “nəyi nə vaxt, necə etməyi hamıdan yaxşı bilən” adam bilməliydi: sınırları aşmaqla saldırıya yol vermək erməniliyin Batılı arxa-dayaqlarını üstümüzə ayaqlandırmaqla sonuclanacaq. Bu sözləri də bir çox illər öncə o özü demişdi: “Böyük dövlətlər Dağlıq Qarabağın müstəqilliyinin tanınması üçün bizə təzyiq edirlər”.

Hamılıqla bilməliyik: Azərbaycan coğrafiyasında terror, qanlı qırğın, etnik arındırma yoluyla xristian erməni dövləti quran o böyük dövlətlər burada sonunadək ikinci erməni dövləti yaratmağa çalışacaqlar, çalışırlar. O böyük dövlətlərdən biri, ola bilsin, uğurlu imperialist savaşı sonucunda yaxın bir neçə ilə  sıradan çıxarılar. Bu bir yandan bizim üçün əlverişli durum yaratsa da, başqa bir yandan bizi təkbaşına ağalığa yiyələnən birləşmiş güclə qarşı-qarşıya qoya bilər. Turan-Türk birliyi illüziyasına qapılmadan öncə bizə burada deyilən, deyilməyən bir sıra gözləntilərlə bağlı özünü yetişdirmə, çağın çağırışlarına anıx (hazır) olma  gərəkir.

Soraqlısan- yaraqlısan, deyiblər.

P.S. sözügedən məhkəmə qərarının ortaya çıxmasında, sınırımıza Avropa jandarmeriyası göndərilməsində Göyçə-Zəngəzur olayında da, uzunsürəli “ekologiya” aksiyasında da Putinin katalizator rolu oynadığını düşünmək olar.

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv