Xaliq Bahadır. Bu susqunluq nə demək?

İsa Qəmbərin Kanadada yaşayan oğlu İlkin Qəmbər film çəkib. Bildirildiyinə görə, “Erməni krallığı” adlanan filmdə Qafqazın, ayrıca olaraq Qarabağın “qədim erməni ölkəsi” olduğundan danışılır. Bu, ermənilərin yalançı tarixlərindən ortaya çıxan “Böyük Ermənistan” ideyasına qulluq faktıdır. Kanada erməni diasporunun güclü-etkili olduğu ölkələrdəndir.

İlkinin atası- yaxındakı-uzaqlardakı fanatlarının “müdrük, uzaqgörən liyasi lider”  adlandırdıqları İ.Qəmbər oğlunun erməniyönlü filmi ilə bağlı soruya belə qarşılıq verib: “Onun 40 yaşı var”. Demək, kimliyindən asılı olmayaraq adamın qırx yaşı varsa, 100-150 illik bir dönəmdə Azərbaycanda çoxsaylı qırğınlar törətmiş erməniliyə qulluq yolu tuta bilər.
İlkinin BDU-da dərs deyən anasının filmlə bağlı soruya yanıtı belədir: “O, tarix konseptidir”. Tarix konsepti tarixin genəl (ümumi) anlayışı, qavramı deməkdir. Bəs bu nə deməkdir? Bu o deməkdir AXC-nin başında duranlardan, AXC hakimiyətinin üç başlıca yetkilisindən biri olmuş, uzun illərdən bəri “Müsavat” adı daşıyan bir partiyanın başında duran, onunla birgə müxalifətin başda duranlarından olan  adamın oğlu Qarabağı “Böyük Ermənistanın” bir parçası sayır.
Ata da, ana da “Oğlumuz yanlış yoldadır” deyə, onu kəsinliklə qınamaq yerinə, ata özümlü bacarığına uyğun olaraq dolayısıyla, ana isə birbaşa ona arxa durur: “tarix konsepti”.Erməniliyin yaratdığı tərpənişlə 80-ci illərin sonlarından bu yana Azərbaycanda ortaya çıxarılan çoxlu sayda tarix faktları, araşdırma yazıları elə bir konseptin yerli-dibli olmadığını göstərir.

***

Ermənilərin Qafqaza, eləcə də Azərbaycana yerləşdirilməsi Roma papasının yönərgəsiylə yönəticilik yapan I Pyotrdan başlamışdı. 1722-ci ildə Dəmir Qapını ələ keçirən I Pyotr çox keçmədən ora Avropadan erməniləri gətirib yerləşdirmişdi.
Çar I Aleksandırın general Sisyanova məktubunda (1802-ci il) deyilirdi: “Nə olur olsun ermənilər, onlardan yararlanmağımız üçün, Azərbaycan xanlıqlarında yerləşdirilməlidir”.
İranda Rusiyanın baş diplomatı olmuş A.S.Qriboyedovun “Ermənilərin İrandan bizim vilayətlərə köçürülməsi” adlı yazısından: “Ermənilər daha çox müsəlman mülkədar topraqlarında yerləşdiriliblər. Yay çağları buna yol vermək olardı, Sahibkarlar-müsəlmanlar yaylaqda olduqlarından gəlmələrlə (ermənilərlə) az qarşılaşırdılar.
Köçkünlər (ermənilər) özləri sıxıntı durumundadırlar, müsəlmanları da sıxışdırırlar, onlar da elə hey gileylənirlər, özü də bərk.
… Вiz eləcə də müsəlmanları inandırmaqla bağlı çox düşünmüşük: istəyirik onlar indiki sıxıntılı durumlarına dözümlü olsunlar, onların indiki sıxıntılarının uzunsürəli olmayacağına inansınlar. Beləliklə, ermənilərin indi yerləşdirildikləri topraqları biryolluq ələ keçirəcəkləri ilə bağlı sıxıntı götürülsün. Bununla bağlı mən yanıma gəlmiş polismeysterlə, yönətim üyələriylə, xanlarla da danışmışam”.
Çarizmin Azərbaycana, Qafqaza erməniləri köçürmə politikalarından geniş söz açan N.N.Şavrov ermənilərin az bir arada bütün Qafqazda qudurğan davranışda bulunduqlarını, bununla da çarizmin özünə böyük sorunlar yaşatdıqlarını bir-bir göstərərk sonda acı-acı bildirirdi: “ Bizim Zaqafqaziyada müstəmləkə politikamısın sonucları ağlamalı oldu”.
Budur “qədimliyin” qısa tarixi.Qafqazı, Azərbaycanı erməni terroru altında saxlamaq güdyü ilə köçürmə politikası yürüdən Rusiya sonucda yalnız özünü deyil, özündən min qat artıq Azərbaycanı ağlamalı günə qoydu.
Ortada erməni saldırğanlığını, erməni faşizmini, erməni xarakterindəki terrorizmi sərgiləyən minlərlə fakt var ikən nə üçün İ.Qəmbər bu yöndə film çəkmirdi? Bəllidir: çarizmin etdiyi kimi o başdan bu başa erməniliyə arxa duran, erməniliyin əliylə bizi basqı altında tutmağa çalışan batılı imperialist güclərin istəyi, o istəyin doğurduğu konyunktura başqadır. Kimliyindən asılı olmayaraq, sən o istəyə, o konyunkturaya qarşı çıxa bilmirsənsə, susa bilərsən. İndilikdə ortada olan nədir? O istəyə, o konyunkturaya qullquq! Bunun nə üçün, hansı güdüklə edildiyi söz qonusu deyil, başlıcası faktın özüdür.

***

Az öncələrdə N.Nərimanovla bağlı dartışmalar ortaya çıxanda İsavata bağlı bəlli doktor-professorlar onu Müsavatın, Müsavat ideologiyasının, eləcə də Rəsulzadənin düşməni kimi yıxıb sürüdülər. Partiya yoldaşları isə komentlərində Nərimanovu“satqınlıqda” ölkləyə “xəyanətdə” suçladılar. Tarixçi Solmaz Tohidi Nərimanovu faktlarla savunmaya yönəlik yazı yazdı. Onlar Solmaz xanımı o yazını hakimiyətin göstərişiylə yazmaqda suçladılar.
Kimi? Solmaz Tohidini- ölkənin ən aktiv, ən dəyərli, yiurdsevər tarixçilərindən birini!
Bir neçə il qabaq Müsavat hakimiyəti yüksək Şuşa tribunasından  “İrəvan xəyanətində” suçlanırkən o yersiz suçlamaya böyük bir yazıyla ən dəyərli qarşılıq verən Solmaz xanım oldu. Nərimanovu yıxıb sürüyən bəlli doktor-professorlar da, onların partiya yoldaşları da onda daha çox susqunluq sərgilədilər.
Onlar indi yenə susqunluq sərgiləməkdədirlər. Oçağkı susqunluq hakimiyətə görəydi, bəs indiki? İndi partiya çıxarlarına görə…

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv