Paşa Talıblı. Arif Acaloğluna

Qaranlıq üçün güzgü…

…qaranlıqlar heç nə demir,
deyəcəyi heç nə yoxdu?
…ümiddisə, niyə susur,
sükutdusa, niyə çoxdu?

…nə dili var, nə ağızı!
Uydurmasımı ağılın?..
Nə qədər getsən də gəlmir
bu qaranlığın axırı.

…gecə içində gecədi!
Bir işıq ki, itir sonda…
…öz-özünə belədirsə,
gerçək olan nədir onda?!

Qaranlıqlar heç nə demir,
bilmirsən qal nədi, köç nə!..
Bildiyimiz bircə şeydi –
sadə bir şey…başqa heç nə!

Sadə bir şey…başqa heç nə–
Hamı bir yerə yığışır…
…min il əvvəlin yağışı
min il sonranın yağışı.

Olduqca qara mənzərə…
Kölgəsində itən ömür!
Bildiyimiz bircə şey var –
qaranlıqlar heç nə demir!..

Paşa Talıblı

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv