Asif Ata. İnsan Əsarəti

Özünü yanıltmaq. Özündən ayrılmaq. Özünü danmaq. Özünə qapılmaq.
Bilməzlik əsarəti. Dinməzlik əsarəti. Dilsizlik əsarəti. Elsizlik əsarəti.
Ətalət inadı. Cəhalət inadı. Xəyanət inadı. Həqarət inadı.
Avamlıq tilsimi. Yarımadamlıq tilsimi. Maddi zənginlik tilsimi. Məzlum bədbəxtlik tilsimi.
Hərislik quyusu. Harınlıq quyusu. Saxta həyanlıq quyusu.
Ehtişam əsarəti. İzdiham əsarəti.
Yalançı büt əsarəti. Saxta igid əsarəti.
Təqlid əsarəti. Təhqir əsarəti.
Hakim əsarəti. Həkim əsarəti.
Xilas əsarəti. Qisas əsarəti.
Məddah əsarəti. Pənah əsarəti. Günah əsarəti.
Xalisin naqisdən asılılığı.
Ülvinin bəsitdən asılılığı.
Məsumun cəlladdan asılılığı./
Sağlamın şikəstdən asılılığı.
Mənəvinin maddidən asılılığı.
Ləyaqətin qəbahətdən asılılığı.
Ədalətin cinayətdən asılılığı.
Parlağın sönükdən asılılığı.
Sadiqin dönükdən asılılığı.
Yalan yol əsarəti. Zor əsarəti.
Qul olub – sahib sayılmaq.
Məğlub olub – qalib sayılmaq.
Alçalıb – ucalan sayılmaq.
Yıxılıb–qalxan sayılmaq.
Heç olub – hər şey sayılmaq.
Gec ayılmaq.
Şirin vədlər əsarəti.
Yalan əhdlər əsarəti.
Yaman gözlər əsarəti.
Yaman üzlər əsarəti.
Şər niyyəti görməmək.
Bəd qisməti görməmək.
Köləliyi görməmək.
Ölülüyü görməmək.
Səxavətli aldanma. Səxavətli alçalma.
Sözlə əməl döyüşü. İşlə amal döyüşü.
Oyuncaq iradə. Oyuncaq tale. Oyuncaq xalq.
Oyuncaq qeyrət. Oyuncaq ismət.
Gizli zəncir. Gizli zindan. Gizli yağı. Gizli ağrı.
Düşmən dostlar.
Namərd mərdlər.
Yalançı peyğəmbərlər.
Yalançı fədakarlar.
Ağıllı nadanlar.
Miskin zənginlər.
Nikbin bədbinlər.
Yalançı iman. Yalançı imkan.
Tələ nicatı. Riya nicatı. Fitnə nicatı. Qibtə nicatı.
Təmənnalı cəfakar. Təmənnalı vəfadar.
Evli eşiksiz. Fərəhli fərəhsiz.
Bəzəkli köləlik. Şərəfli köləlik. Tərifli köləlik.
Təltifli köləlik. Qabaqcıl köləlik. İnadcıl köləlik.
Əsarət daşlarından tikilən binalar.
Əsarət suyundan suvarılan düzlər.
Əsarət taxtında oturan səlahiyyətlilər.
Əsarət toxumundan törəyən meyvələr.
İnamsızlıq zənciri. Pənahsızlıq zənciri.
Yamanla barışmaq. Yamana alışmaq.
Ürəyi Mütləqdən ayırmaq.
Zəkanı vəcddən ayırmaq.
Həyatı müqəddəslikdən ayırmaq.
Yeknəsəqlik əsarəti. Yekrənglik əsarəti.
Yekrəylik əsarəti. Yeksəylik əsarəti.
Haqsevərlik biçimində əsarət.
Xalqsevərlik biçimində əsarət.
Çağırılmamış qonaq əsarəti.
Qurumuş bulaq fəlakəti.
Qudurmuş silah cinayəti.
Saxta bilik əsarəti.
Yanlış dilək əsarəti.
Dönük ürək əsarəti.
Haram çörək əsarəti.
Buyuruq əsarəti.
Yumruq əsarəti.
Zaman əsarəti. Məkan əsarəti.
Çirkabla ünsiyyət əsarəti.
Günahla ünsiyyət əsarəti.
Pişiyin aslan ziyankarlığı.
Cılızın quduz ziyankarlığı.
Kirpinin ilan ziyankarlığı.
Milçəyin fil ziyankarlığı.
Böcəyin dağ ziyankarlığı.
Müstəbid canfəşanlığı. Fateh avamlığı.
Şəhvət cəzbi. Cəllad zəhmi. Dəllal fəhmi.
Xalisin naqislə bərabərliyi.
Alinin nacinslə bərabərliyi.
Aqilin cahillə bərabərliyi.
Qabilin zaillə bərabərliyi.
Sadiqin xainlə bərabərliyi.
Doğrunun əyriylə bərabərliyi.
İgidin qorxaqla bərabərliyi.
Ucanın alçaqla bərabərliyi.
Əsarət dağın böyükdür, İnsan!
Uçura bilmirsən!

 

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv