Bölgələrə yeni Ocaq səfəri

Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız.
Hər bir yol ardıcıl, davamlı addımlar tələb edir. Addımlar olmasa, yolu gedə bilməzsən, məqsədinə yetə bilməzsən. Yolda böyüyür, dəyişir, yetkinləşir adam. Yolda bəlli olur yola bağlılıq. Asif Atanın İnamı haqqında yurdumuzda hər kəs bilir. Ancaq daha dərindən anlatmaq gərəkir, bunu ancaq canlı ünsiyyətlərlə eləmək olar. Canlı ünsiyyət isə səfərlərdən keçir. Asif Ata Ocağının Evladları zaman-zaman bölgələrə səfərlər edib, Mütləqə İnam ideyası haqqında soraqlar veriblər. Bəzən eyni bölgələrə ardıcıl səfərlər olub. Ocaqsevərlərlə ardıcıl görüşlər keçirilib. Belə səfərlərin biri də bu yaxın günlərdə gerçəkləşib. Asif Ata Evladı Nurtəkin Atalı Ocaqdostu Yasin Türksoyla bölgəyə səfər edib, Ocaq sorağı yaymışlar. Rayon Tarix-diyarşünaslıq muzeyində, Folklor evində görüşlər keçirmiş, Ocaq ədəbiyyatı bağışlamışlar. Asif Ata 60-70-ci illərdə yüksək oxullarda öyrətmən işlədiyinə görə onun bütün bölgələrdə öyrənciləri var. Onun ideyasını bilən, görüşlərində olan, sevən, sayğı duyan insanlarla hər zaman qarşılaşmışıq.

Mərkəzləşmiş kitabxanada işçilərlə görüş zamanı  90-cı illərdə oxumuş, Asif Atayla görüşən, ona görüşlər təşkil edən 2 xanım Atayla bağlı xatirələrini bölüşdülər. Səmimi görüşdən sonra kitabxanaya Ocaq ədəbiyyatı bağışlandı. Belə soraqların olması xalqın içindəki sevgini, inamı yeniləyir. Milli açıdan Ruhsal ideyaları tanımaq, bilmək  gələcəyə inam yaradır. Yurdumuza yad etkilərin qarşısını almaq  üçün doğma ruhlu insanların birləşməsi, bir olması gərəkdir…
Atamız Var olsun!

Mütləqə İnam Ocağı
Yağış Ayı, 46-cı il.
(noyabr, 2024.)

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv