
Müxalifətin milli ideya axtarışları
Məhəmməd Əmin bəylə bəlli Moskva yolçuluğunda Stalin soruşmuşdu: “23 aylıq hakimiyətiniz dönəmində xalqa nə verdiniz?” Məhəmməd Əmin bəy demişdi: “Çox nəsə verə bilmədik, ancaq Özgürlük, Demokratiya dadızdırdıq”.
Özgürlük, Demokratiya! Bunlar MəhəmmədƏminin ulusumuzu qovuşdurmaq istədiyi başlıca, vazkeçilməz ideallar idi. Məhəmməd Əmin bəyin istər yazdıqları, istərsə də parlamentdəki çıxışları ilə tanış olanlar onun bu ideala sonadək kəsinliklə bağlı qaldığını aydınca görə bilərlər.
Çevrəsi onun prezident olmasını istəyirkən, o, demişdi: “Xalqımız padşahsevərliyə öyrəşib, biz ona Özgürlük, Demokratiya aşılamalıyıq”.
Aşılayırdı da. Necə? Özgüdükçü düşüncədən, özgüdükçü yanaşmalardan bütünlüklə uzaq parlaq Öndər örnəyi sərgiləməklə. Bütün bunlara görə aradan yüz ildən çox keçməsinə, eləcə də bir çox bəlli əngəllərə, birilərinin onu gözdənsalma çabalarına baxmayaraq, Ona ulusun sevgisi sonsuzdur.
Məhəmməd Əmin bəy ortaya milli ideya qoymuş, o ideyanın gerçəkləşməsi üçün yoldaşları ilə birgə sonadək ardıcıl çarpışma aparmışdı. AXC hakimiyətində yüksək yer tutanların 30 ilin ötəsində milli ideya axtarışına çıxmaları faktı istər hakimiyət dönəmində, istərsə də hakimiyətdən sonrakı 30 illik dönəmdə onlardakı milli ideya yoxluğunun açıq göstərgəsidir. Bir illik hakimiyətin prezidenti sonrakı qəzet çıxışlarının birində demişdi: “Bizim hakimiyətdə icra başçıları, polis rəisləri, prokurorlar özlərini padşah sayırdılar”. AXC proqramı çağına görə çox dəyərli, çox gərəkli milli ideya göstərgəsi idi. Ancaq hakimiyətin başında duranların yarıtmazlığı üzündən (bəlkə də, özümlü yarıdanlığı üzündən) bir illik hakimiyət bouyunca o proqramın bircə bəndi belə gerçəkləşdirilmədi.
Öncə Xalq hərəkatının, sonra AXC-nin, sonra da AXC hakimiyətinin başında durmuş adam qəzet qonuşmalarının birində M.Ə.Rəsulzadəni oxumadığını demişdi. Rəsulzadəni oxumamışdı, ancaq onu “böyük lider” olaraq tanıyırdı. Belə boşuna tanımaların uğursuz sonucları çoxdan ortadadır. Bir illik hakimiyətdən sonra, 30 ili aşan uzun sürədə müxalifətin başında duranların da Rəsulzadəni yetərincə oxuyub öyrənmədikləri açıq görünür. Görəsən, onlar kimi oxuyur, nəyi öyrənirlər?
Ayrı-ayrılıqda özlərini “Rəsulzadə yolunun yolçusu” adlandıran müxalifət başdaduranlarının Azərbaycan üçün oldcuqca ağır, aşırı ağrılı 30 ili aşan sürədə bir araya gəlib, birləşib bütöv güc oluşdura bilməmələri faktı onların Rəsulzadə ideyalarından çox uzaq olduqlarının danılmaz bəlirtisi, açıq görsənişidir. Onların 31 yanvarda, 28 mayda Novxanıya ayrı-ayrı qrafiklərlə getmələri də sözdə Rəsulzadəyə sayğı, işdə sayğısızlıq göstəricisidir. Bu utancverici görsənişin kökündə yenəoxumaq, öyrənmək, mənimsəmək yoluyla Rəsulzadə ideyalarına yetərincə yüklənməmək faktı durur.
Ulusalçılıq-Millətçilik
Bu gün Azərbaycan üçün önə çəkiləcək iki başlıca, vazkeçilməz milli ideya var: Türkçülük, Azərbaycançılıq. Ancaq, nə yazıqlar, istər hakimiyət üçün, istər müxalifət üçün ikisi də dışlanmış durumdadır. Onların hansısa bizim üçün yenilik deyil, ikisi də Ulu Öndərimiz M.Ə.Rəsulzadənin gərəyini anladaraqbizə qoyub getdiyi yoldur.Rəsulzadə deyir: “Azərbaycançılıq demək böyük Türk irqinə özgü bir millətin bağımsızlığını qazanmaq üçün başlanmış şanlı çarpışma deməkdir.Azərbaycançılıq eləcə də bir özgürlük, kültür axımıdır: onun ən parlaq üzü xalqçılığa, uluisal ağalığa (milli hegemonluiğa) bağlıdır”.
Qısaca deyəsi olsaq, Azərbaycançılıq politik ulusalçılıq- siyasi millətçilikdir.İstər indiki hakimiyət, istərsə də indiki müxalifət üçün işin burası- millətçilik- iki düşərgənin ikisində də çox qorxulu ideya olaraq dışlanır. Qorxu nədədir? İdeyanın birləşdirici özəlliyində… gözəlliyində!Çox anormal səsləni, deyilmi? Deyil. Anormal deyil, normaldır, özü də çox normal: indiki hakimiyət üçün də, indiki müxalifət üçün də.
İndiki hakimiyətin xalqa yanaşması onun gündəlik işindən, gündəlik antixalq xarakterli politikalarındanaçıq görünməkdədir. 31 illik hakimiyətlə xalq arasında yaranmış uçurumu görmək üçün ayrıca bilgiyə gərək yoxdur. Bircə fakt göstərmək yetərlidir: 31 illik hakimiyət boyunca, doğal qaynaqları aşıb-daşan Azərbaycandakı aylıqlar, pensiyalar doğal qaynaqlardan yoxsun Gürcüstanla Ermənistandakından aşağı olub, aşağı olmaqdadır. Dövlətin sosial politikası baxımından da Azərbaycan qonşu Qafqaz respublikaları ilə ayaqlaşmaqdan çox uzaqdır. Azərbaycanda dövlət adına yararlı nə varsa, hamısı hamı üçün deyil, qanunsuz yollarla hakimiyətə yiyələnmişlər üçündür. Belə hakimiyət üçün xalqın birliyindən, bütünlüyündən qorxulu nə ola bilər?!
2013-cü il prezident seçkisi öncəsi ABD-yə yollanan, daha doğrusu, ayrıca göndərilən, Xarici işlər naziri E.Məmmədyarov aldığı tapşırığa uyğun olaraq, Amerika hökuməti qarşısında belə çıxışda bulunmuşdu: “Bizə arxa durmasanız hakimiyətə millətçilərlə dinçilər gələcək”. Azərbaycana çoxdan əl qoymuş imperialist güclərin, sözsüz, dinçilərdən elə bir qorxusu yoxdur. Açunun harasında olur olsun, imperialist güclərin başlıca qorxusu millətçilərdəndir! O üzdən imperialist güclər odaqlandıqları, ələ keçirdikləri ölkələrdə millətçiliyin baş qaldırmaması, millətçilərin başarısız olmaları üçün bütün olanaqlardan gen-bol yararlanırlar. Bu yöndə edilənlərin başlıcası təhsil sisteminin antitəhsil, sağlamlıq sisteminin antisağlamlıq sisteminə dönüşdürülməsi, milli-mənəvi dəyərlərin sürəkli aşındırılması olur. Bütün bunlardan öncə isə ölkədə ulusa, ulusal dəyərlərə yad korrupsioner-repressiv rejim qurulur.
Politologiyada bir ölkəni yox etmək üçün gərəkənlər göstərilir. Onların sayı çox deyil, vur-tut dörd ilkədir: 1) ulus yoxsullaşdırılır; 2) ordu gücsüzləşdirilir; 3) yarğı (məhkəmə) ələ keçirilir; 4) kimlik qarışıqlığı yaratmaqla ölkə iç savaşa sürüklənir.
Bunları dönə-dönə oxuyun, yadda saxlayın, düşünün, baxın, görün- başınıza (başımıza) gələnlərinköklü nədənlərinianlayacaqsız…
M.Ə.Rəsulzadə deyirdi: “Millətçilik deyilən olay bir insan birliyinin öz varlığını qorumasından başqa bir nəsnə deyil”. Bax, buna görə imperialist güclər, onların ölkə içindəki uzantıları ölkədə millətçiliyin baş qaldırmaması, millətçilərin toplumda sayqınlıq qazanmaması üçün bütün gərəkənləri edirlər. Qısaca desək, millətçilik də, millətçilər də çeşidli yollarla gözdən salınıb dışlanır!
Oxşar görsənişlərin müxalifət düşərgəsində də baş verməsi ölkənin olduqca ağır, qorxunc, ən başlıcası, gələcəksiz durumdaolmasının aydınbəlirtisidir!Çıxış yolu:istər Azərbaycanda, istər Türkiyədə günsəlliyini bü gün də bütünlüklə saxlayan, gələcəyimizə işıq tutan iki Ortaq Öndəri- Məhəmməd Əminlə Atatürkü öyrənməklə onların yolunu tutub getməkdədir.
Rəsulzadə ideyalarını ardıcıllıqla gerçəkləşdirən Atatürk demişdi: “Məhəmmədəmin bəy, sənin qaldırdığın bayrağı enməyə qoymadım, “enməz” dediyin o bayraq enməyəcəkdir!” Burasını hamılqla anlamalıyıq: o Bayraq qaldırılıb baş üzərində tutulandan öncə bilincdə-düşüncədə, ürəkdə-könüldə tutulmalıdır!
Millətçiliyə MİLLİ BİRLİKGƏRƏYİ olaraq baxan Ulu Öndəryazırdı: “Millətçilik ideyasına inananların ilk görəvi MİLLİ BİRLİYİ qorumaqdır. Bu, millətçilik ideyasının özülüdür. İnternasionalist, kosmopolit nəzəriyələrlə ortaya atılan marksizm, komunizm, anarxizm kimi doktrinlərin gerçək amacı milli birliyi, bütünlüyü sarsıtmaq, parçalamaq, pozmaqdır. Sosial siniflər, topluluq arasında qarışıdurma, düşmənçilik yaratmaq bundan ötrü edilir. Bir millətçi hər nədən öncə bağımsızlıq savaşında olan yurdsevər- bir patriotdur… Avropalıların PATRİOT termini ilə anlatdıqları bizim MİLLƏTÇİ anlayışımızla birdir.Bu, avropalılarınNASİONALİZM anlayışından uzaq, bütünlüklə başqa anlayışdır”.
Bir-birindən yapay liderlərin ardınca qoşan müxalifət düşərgəsini bu sayaq gerçəklərə inandırmaq çox çətindir, o üzdən illərlə yazdıqlarımız boşa gedir. Bütsevərliyin Yurdsevərliyi üstələdiyi yerdə gerçəyi anlatmağa, gərəkəni qandırmağa çalışan bizlər bir yana, Məhəmməd Əmin, Atatürk kimi TAYSIZ Öndərlərinbelə, anlatdıqları,öyrətdikləri keçərsiz olur! Oxuyub qarşılaşdıranlar görə bilərlər: Ölkənin, Ulusun, Dövlətin bugünü, gələcəyi ilə bağlı bir çox başqa baxışlarda olduğu kimi, millətçiliyə yanaşmada da Məhəmməd Əminlə Atatürkün baxışları, demək olar, bütünlüklə üst-üstə düşür. Onların ən sayalarından birinə baxaq. Məhəmməd Əmin bəy 1917-ci ildə özünün “Açıq söz” qəzetində yazırdı: “Nə xoşbəxtəm, mənim dilim Türk dilidir”. Sonralar Atatürk demişdi: “Nə nutlu Türkəm deyənə”. Çoxlu belə uyğunluqlar göstərmək olar, ancaq bizim üçün başlıca gərəkən bu deyil, Doğuda ilk, üstəlik, çağına görə Avropaya, Amerikaya örnək Demokratik Respublika qurmuş Məhəmməd Əmin bəylə böyük Osmanlı imperiyası içində batıb getməkdə olan Türkiyəni o imperiyanın içindən sapsağlam çıxarmaqla güclü bir dövlət yaratmışAtatürkün günümüzə örnək olacaq ideya üstünlüyünü göstərməkdir.
Millətçilik- milli birlik- milli hegemonluq ideyası Məhəmməd Əminlə Atatürkün bizə qoyub getdiyi ən önəmli, uğurlu gələcəyimizin başlıca güvəncəsi olacaq ideyalar ideyasıdır! Yüz, yüz əlli il öncəki internasionalizm, komunizm, kosmopolitizm ideyaları ilə qarşıdurmada tək üstün güc olan ULUSALÇILIQ-ULUSAL BİRLİK-ULUSAL AĞALIQideyası bu gün imperializmin yeni internasionalizmi, yeni kosmopolitizmi yerində olan QLOBALİZMƏ qarşı duracaqtək üstün, tək uğurlu ideyadır!
Türkçülük
Türkçülüyün ünlü ideoloqu Ziya Göyalp “Türkçülük nədir?”- sorusuna belə yanıt vermişdi: “Türkçülük Türk ulusunu yüksəltmək deməkdir”. Z.Göyalp Türkçülüyü bütünlükdə belə anladırdı: “Türkçülük politik axım deyildir, bilimsəl-fəlsəfi-estetik oxuldur. Başqa sözlə, bu, kültürdə birləşmə yoludur. Buna görə də türkçülük bugünədək politik partiya biçiminə girməyib. Onun bundan sonra da bu yola girməyəcəyi sözsüzdür. Buna baxmayaraq, türkçülük politik amaclara da yad deyil, onlardan bütünlüklə qaçamaz, kültür ideallarıtək politik ilkələri də vardır. Türkçülük haçaqsa, hansı biçimdəsə klerikalizmlə, dinçi ağalıqla , geriçiliklə barışamaz. Türkizm çağdaşlıq axımıdır.O ancaq çağdaş ideya axımları ilə barışa, uyğunlaşa bilər. Biz politikada ulusalçı, kültürdə türkçüyük”.
Türkçülüyün bu başlıca Z.Göyalp anlatımını Məhəmməd Əminlə Atatürk də düzgün, keçərli sayırdı.
Kültür etkənliyi olaraq Türkçülük olduqca önəmli birləşdirici ideyadır, ancaq içdəki, dışdakı bir çox Türk yağıları bu ideyaya yox yerdən “şovinizm” damğası vurməqla, gözdən salıb dışlamağa, dışlatmağa çalışırlar. Onlara görə, Türkçülük birləşdiricideyil, bölücü ideyadır. “Bölücülük” damğasıyla Türkçülüyə qarşı çıxanlara Türkçülük yolunun ünlülərindən olan Nihal Atsız bir çağlar çox kəskin yanıt vermişdi. Atsıza görə, “Türkçülük bölücülükdür, özü də ən güclüsündən: qurdu köpəkdən, ərdəmlini ərdəmsizdən, doğrunu əyridən, dönməzi dönükdən, yenilməzi yenilgəndən ayırdığı üçün!” Kimin sözü var, buyursun…
Sonralar Müsavat başqanı olaraq M.Ə.Rəsulzadənin yerini tutmuş Mirzəbala Məmmədzadə yazırdı: “Azərbaycan Respublikası dönəmində millətçilik, türkçülük, vətənçilik, milli dövlətçilik, devrimçilik, xalqçılıq, respublikaçılıqideyaları politik millətçilik düzəyinə qaldırılmışdı”. Bu ilkələri özünün qurduğu Cümhuriyət Xalq Partiyasının ilkələrinə dönüşdürmüş Atatürk, bir çox əngəllərəı baxmayaraq,onları sonadək dönməz ardıcıllıqla gerçəkləşdirmişdi.
Bütün bunların üstündən hansısa müxalifət (lap elə hakimiyət) partiyasının milli ideya axtarışlarına çıxması başaldatmadan başqa nəsə ola bilməz. Ortada günsəlliyini bu gün də itirməyən, Ulusun, Ölkənin, Dövlətin üstün gərəkləri baxımından yüzillər sonralar da itirməyəcək bunca sağlam, bunca önəmli doğma-düzgün ulusal-milli ideyalar var ikən yeni milli ideya axtarışına çıxmaq bir yandan sınaqdan çıxmış dəyərlərimizə sayğısıszlıq, dönüklükdürsə, o biri yandan topliumu aldatmağa yönəlik boşuna çağ itkisidir!
Mirzəbala Məmmədzadə “Milli Azərbaycan hərəkatı” yapıtında yazırdı: “… Məhəmməd Əmin Rəsulzadə ictimai bir cərəyan şəklinə girən, büllurlaşaraq milli-ictimai ideologiya mahiyyəti daşıyan milliyətçiliyimizi formalaşdıraraq bir sistemə salmış, onu bağımsızlıq bildirisi ilə dövlət qurumunun özülü etmişdi”. Demək, bizlik olan nədir: Məhəmməd Əmin-Atatürk ideolojisinə söykənərək, çağın gərəklərinə uyğun çalışmalarda bulunmaqla gələcəyə yürümək.
Mənə görə, ulusalçılığın başlanğıcı, özülü Türkçülükdür. Türkçülük isə öz Türkcəmizə- gerçək Türkcəyə qayıdışdan başlayır.
Türk ABesi ABemiz,
Özümlüklə Bizik Biz!
***
Azərbaycanda da, Türkiyədə də Türk etnonimi (Türk uliusu, Türk dili) dövlət düzəyində saldırıya uğramaqdadır. Azərbaycanda Türk yerinə “azərbaycanlı”, Türkiyədə Türk yerinə “türkiyəli” qullanmaq buyurulur. Nədən yana? Ölkədə Türklərdən başqaları da varmış. Doğrudur, ancaq biz Türklər olaraq ölkəmizdə başqa yurddaşlarımıza da özümüzlə birgə eşit hüquqlar tanıyanlarıq. Ölkəmizdə bizim adımızın aradan qaldırılmağı, yox edilməyi, nə deməkdir? Hüquqların tapdanması yoluyla ölkə çoxluğunun, dövlətquran ulusun varlığının danılması! Açunu öz çıxarları üçün qlobalizmə sürükləyən imperializmin Türklüyü yoxetmə politikalarının bir bölümü.
Almaniyada milyonlarla başqaları da yaşayırkən orada Alman deyilsin, Fransada milyonlarla başqaları da yaşayırkən orada Fransız deyilsin, İngiltərədə milyonlarla başqaları da yaşayırkən orada İngilis deyilsin, ancaq Azərbaycanda “azərbaycanlı”, Türkiyədə “türkiyəli” deyilsin- buyruq bu!
Nə etməli? Azərbaycanda da, Türkiyədə də müxalifət (yapay deyil, gerçək müxalifət!) Türkçülüyə-Ulusalçılığa yüklənməklə, üstün dirəniş sərgiləməklə özünü-özlüyünü qoruma savaşına qalxmalıdır. Türk kimliyimiz, Türk gələcəyimiz bizdən bunu istəyir!
Təkcə çağı üçün deyil, bugünlərə də örnək demokratiyanı- Azərbaycan Demokratik Respublikasını quranlar yalnız Türklər deyil, eləcə də başqa yurddaşlarımız idi. Onlar hamılıqla Azərbaycan üçün çalışan TÜRKÇÜ-ULUSALÇI-AZƏRBAYCANÇI idilər.Bizim borcumuz onların qoyub getdiyi o üçlü ideyanı bugünkü, gələcək Azərbaycan gerçəyinə dönüşdürməkdir. İndilik isə ortaq çağırışımız bu olmalıdır: Böyük, Bütöv, Özgür, Demokratik, Çağdaş Azərbaycan uğrunda!
Əkləmə. Türkçülük, Ulusalçılıq ideyalarından danışarkən Asif Atanı unutmaq olmaz. 20-ci yüzilin sonlarında bu iki önəmli ideyaya günsəllik qazandıran başlıca kimsə ünlü filosof-ideoloq Asif Ata olub. Boşuna milli ideya axtarışlarına çıxınca, çağımızın önəmli ideya etkənliyi olaraq, Asif Atanı da oxumaq, öyrənmək, mənimsəmək, yerinə görə uyğulamaq gərəkir.
30.06.2024