
Türkiyədə Atatürkün qurduğu Ulus dövlətinin gələcəyi ilə bağlı gərgin durum yaşanmaqdadır. Bu durumla, bütünlükdə Türkiyə ilə bağlı baş verənlərdən dönə-dönə yazmışam.
Mən də yazıram, Demokratik qüvvələrin Milli şurasını oluşduranlar da yazırlar. Bilməyənlər belə deyə bilərlər: nə yaxşı. Di gəl ortada yaxşı olmaqdan uzaq nəsnələr var. Demokratiya ideallarına, eləcə də Ulusalçı ideyalara bağlı olaraq mən qabaqcıl Türkiyə toplumunun, Türk Ulusunun, Türkiyə Ulus dövlətinin gərəklərindən çıxış edərək yazıram. Demokratik qüvvələrin Milli şurasını oluşduranlar biranlamlı olaraq 23 illik hakimiyəti boyunca Türkiyəni demokratiyadan antidemokratiyaya, başqa sözlə, Tək Adam rejiminə gətirib çıxarmış diktator prezident Ərdoğanın yararına yazılar yazırlar. Bu üzdən, nə yazıqlar, bizim yazılarımız ideya-politik baxımdan uzlaşan deyil, çarpıcı yazılardır.
Sözügedən görsənişə uzun sürə göz yumsam da, indi göz yummaq istəyində deyiləm. Özümün istəyimə görə deyil, Türkiyədə, Türkiyə yörəsində yaranmış, daha doğrusu, yapay olaraq yaradılan durumun təkcə Türkiyə üçün deyil, Azərbaycan üçün də ağır sonuclar doğura biləcəyinə görə.
Çox uzağa getmədən yaxından, ötən ilin 28 noyabrından başlamaq istəyirəm. O günlərdə Suriyanın Türkiyə sınırlarına yaxın İdilib bölgəsindən Şama (Dəməşq) doğru Əhməd əş-Şəra əl-Colanı başçılığında yürüş başlatıldı. Milli şura böyükləri böyük-böyük yazılar yazaraq HTŞ terror qurumu liderinin Şam üzərinə qalxımını “demokratiya yürüşü” adlandırdılar. Onlar o yürüşün arxasında Türkiyə prezidenti Ərdoğanın durduğunu bildirməklə onu öyürdülər. Mənsə çox qısaca olaraq Böyük Ortadoğu Projesinə hız verildiyini, işin başında isə ABD-nin dayandığını yazırdım. Beləcə, onlar öz baxışlarından, mən öz baxışımdan çıxış etməklə, aramızda, belə desək, toxunaqsız, ancaq kəskin “dialoq” yaşanırdı.
Gözlənilmədən mənim yazdıqlarıma uzaq Amerikada yaşayan ünlü bir dostumuizdan yanıt gəldi. Son illər çoxsaylı yazılarıyla tanınaraq ölkdə böyük sayğı qazanan dostumuz Suriyada baş verənlərlə bağlı yazdığım qısaca aydınlatma yazılarıma görə (o sayaq yazılarımı “stinger yazılar” adlandırıram) məni “primitiv düşüncəli”, “bitmiş romantik” adlandırdı. Sevindim, nə gözəl! Yazdıqlarım Amerikada oxunmuşdu. Oxunmuşda, ancaq başqa baxışla…
Bakıdan Amerikayadək biriləri məni daha çox nədə qınayırdılar bilirsizmi? “Yox yerdən” Amerikanı Suriyada baş verənlərin başında durma suçlamasında. Yeni prezident seçilmiş Trampın o arada etdiyi bir çıxış az qala mənim bütün analitik, politik karyerama son qoyacaq, məni sayğılı oxucularımın gözündən biryolluq düşürəcəkdi.
Tramp o qısaca, ancaq “stinger” yazılarımı oxuyurmuş kimi belə buyurdu: “Amerika Suriyada baş verənlərə qarışmır”. Anındaca yazdım: “Tramp yalan danışır, işin başında Amerika durur”. Sevgili oxucularımı öncə bildirdiyim gerçəyə inandırmaq, eləcə də özümü içdəki, Amerikadakı dostların yersiz təpkilərindənqorumaq üçün dönə-dönə yazdım.
Bilirdim, o gerçəyi beş kəz, on kəz deyil, min kəz yazsam da, mən tək, mənə qarşı çıxanlar çox olduğundan (Bakıdan Amerikayadək) çoxlarını inandıra bilməyəcəm. Dediyim doğrunun dostların yalanını üstələməsi üçün yollar arayırkən ortaya Trampın “mürgülü” adlandırdığı prezident Co Bayden çıxdı. Bayden kişi oğlu kişi kimi (nolar amerikalı olanda) gerçəyi dilə gətirdi: “Suriyada baş verənlərin başında biz dururuq”.
Ah, Bayden, Bayden! Özünü necə də çağında yetirdin, yoxsa mən birilərinin gözündə “primitiv düşüncəli bitmiş romantik” olaraq qalacaqdım!
Sonra nə oldu? Hə, noyabrın 28-də Suriyanın bu başından o başına (İdilibdən Şama döğru) motosikletlərlə “demokratiya yürüşünə” çıxan HTŞ-çilər əlləriylə qoymuş kimi bölgələri bir-birinin ardınca ələ keçirməklə… dekabrın 8-də Şamı tutdular! Prezident oğlu prezident, uzun illər Suriyanın başında durmuş Bəşər Əsəd dirəniş göstərmədən, xalqdan-dövlətdən oğurladıqlarını götürərək dovşansayağı çevikliklə qaçıb getdi. Bakıdakı ərdoğançı Milli şura yetkililəri Ərdoğanı topluma böyük-böyük yazılarla “Suriya fatehi” olaraq sundular.
Gerçəkdə nə olmuşdu?
Doqquz ay öncə ABD-İngiltərə-Fransa-İsrail yetkililəri Romada gizli görüş keçirərək yuxarıda sözügedən çoxdan, lap çoxdan qurulmuş “Colanı” senarisini uyğulamağa yüklənmişdilər. Bu, Böyük Ortadoğu Projesinin “Suriya” bölümü idi. Göründüyü kimi, özünü BOP-un eş başqanı adlandıran Ərdoğana burada yardımçı rol ayrılmışdı. O rola uyğun olaraq Ərdoğan Suriyanın 7 bölgəsinə qarşılıqsız elektrik enerjsi ilə yanaşı başqa gərəkənləri verir. Hə, bir də Ərdoğana Şamdakı Əməvi məscidi üçün böyük xalça bağışlamaq hüququ (namaz qılmaq hüququ ilə birgə) verilib.
Natanyau nə etdi? Natanyahu altı yüzədək bomba yağdırmaqla Suriyanın yaraqlı güclərini, onlara bağlı infrastrukturu darmadağın edərək bütünnlüklə etkisiz duruma gətirdi. Colan təpələrini isə artıqlamasıyla ələ keçirməklə İsrail coğrafiyasını Şamın 30 kilometrliyinədək genişlətdi.
HTŞ-nin qarşısıalınmaz uğurlu yürüşü üçün öncədən gərəkənlər edilməklə İdilibdən Şamadək motosikletçilərin qarısında “yaşıl işıq” yandırılmışdı. Bu, 1992-ci il mayın 15-də bizim gözəl Bakımızda baş verənlərə oxşar bir görsəniş idi. Yadınızdadı, onda bəlli bir partiya yetkilisi nə demişdi: “Biz bunu (hakimiyət üzərinə yürüşü) 9 dövlətlə razılaşdırmışıq”. Yeri gəlmişkən, o “razılaşmanın” başqa bir oxşarı bir il sonra da olacaqdı…
Colan təpələri
Suriyanın ən axar-baxarlı yerlərindən olan Colan təpələrinin bir bölümünü İsrail 1967-ci ildə ələ keçirmişdi. Sovet dövlətinin çoxillik dirənişinə, BMT-nin çoxsaylı qərarlarına baxmayaraq, İsrail Knesseti 1981-ci il qərarı ilə, Colan təpələrinin de-fakto ələ keçirilmiş bölümünü de-yure İsrail coğrafiyasına qatdı. Beləliklə, min ildən bəri o yerlərdə yaşayan Kolanı Türkləri qovularaq doğma yurd-yuvalarından biryolluq ayrılmalı oldular.
Çoxdan planladıqlarına uyğun olaraq yeni olanaqdan yararlanan İsrail Şamın 30 km-ıdək tank yeritməklə Colan təpələrinin qalanını da saldırıya uğratdı. Öncə bunu keçici bir akt adlandıran Natanyahu, gürünür, yaxından, uzaqdan gərəkən təpkini görmədiyindən, çox keçmədən Colan təpələrinin qalanının da İsrail coğrafiyasına qatıldığını bildirdi. Kimilərinin “Suriya fatehi”, kimilərinin “dünya lideri”, kimilərinin “dünya müsəlmanlarının dayağı” adlandırdqları Ərdoğandan səs çıxmadı. Beləliklə, Colan təpələri Kolanı Türkləri üçün bütünlüklə, biryolluq itirilmiş oldu.
Bununla da BOP-İsrail projesi olan Əhməd əş-Şəra adının sonundakı “Colani” yer adından könüllü əl çəkdi. Ola da bilsin, çəkdirildi: “mavr işini görüb, mavr gedə bilər”. Yox, “mavr” belə tez gedə bilməz, qarşıda senariyə uyğun görüləsi işlər var…
Demək,Colan bütünlüklə Suriyadan qoparılıb İsrailə qatılandan sonra, Suriyanın başına gətirilən adam o taxma addan ayrılası oldu: daha o adı daşımağın bir anlamı qalmamışdı.Nə gözəl oyun!
Suriyanın Türkmən bölgəsində “Colani” adıyla özünə yer eləyən, əl-Qaidə, İşid, ıl-Nusra terror örgütlərin HTŞ komutanlığınadək gəlib çıxan adam dövlətin başına çıxandan sonra dövlət gücündən yararlanmaqla “Colani”adını doğrultmaq yerinə,Colan təpələrini də, adını da yox saydı. Çox ola bilsin, “Colani” adı altında qurulmuşHTŞ-yə qatılan Türkmənlərin başlıca amacıİsrail saldırısına uğramış topraqlarını geri almaq olmuşdu. Nə gözəl qurğu!
İndi yuxarıda sözügedən birilərinin yeni yazdıqlarına görə, Ərdoğan “regionun lideri olaraq” Suriyanın unitar dövlət quruluşunun qorunub saxlanmasında “əhəmiyətli” rol oynayıb. Yalan yazmaqdan yorulmurlar!
Yayılan bilgilərə görə, Böyük Ortadoğu Projesinin üç başlıca ortağından biri olaraq, İsrail Suriyanı dörd yerə bölərək orada dörd balaca dövlət yaratmağı planlayıb. İnandırıcıdır. ABD strateqlərindən olan Kissincer demişdi: “Dünyanın bizim çıxarlarımıza görə biçimlənməsi üçün İsrail kimi tampon dövlətlərə gərək var”. Bax, belə! Ancaq… bu yalnız başlanğıcdır.
Tampon dövlət güvənliyi sağlamaq amacıyla oluşdurulan ara bölgə deməkdir. Başqa sözlə, bufer dövlət. Bir ayrı anlamda əlaltı dövlət. Bölünmüş Suriya İsrailin gözətimi altında elə bir bölgə olacaq: bir yandan Türkiyəni, o biri yandan İranı kontrol altında tutmağa yönəlik bölgə.
Başlıca oyun Türkiyənin başındadır
Yazırlar: “Ərdoğan dedi, etdi-YPG terror qurumu olaraq özünü buraxdı”. Bu, bir teatr, bu, bir oyundur. İkinci Ərdoğan olan Baxçalı parlament tribunasından: “Öcalan gəlsin, buradan çıxış etsin, PKK-nı silahı buraxmağa çağırsın”,- demişdi. Onda qısaca yazmışdım: “PKK Öcalanın çağırışıyla yarağı buraxmayacaq”. Qısaca olaraq nədənini də yazmışdım: bölgədəki bəlli, bağlantılı terror örgütləri bir yerdən yönətilir, elə o yerdən də milyardlarla dollarlıq yardımlar almaqla yaşayır, yaşadılır. Uzun illərdir belədir. İraqda, Suriyada o terror örgütlərinin de-fakto dövlətlərini də qurublar.
Kürəsəl güclərə (BOP) indikiaşamada gərəkən nədir? “Yaraqları buraxmaq” adıyla bölgənin bütün terror örgütlərini bir çatı altında birləşdirmək. Bir sıra bilgilərə görə, bölgədə yüz minlik yaxşı yetişdirilmiş ordu var. Ayrı-ayrılıqda: PJK-KJK-PYD-YPG-PKK. Birlikdə isə illərlə milyardlar tökməklə yetişdirilmiş bütöv bir ordu.
Onlardan öncə isə ortada keçmiş dövlət katibi Kondoliza Raysın yazdığı kimi: kiçik, əlaltı dövlətlər yaratmaqla demoqrafiyasını, sınırlarını dəyişmək yoluyla Orta Doğunu yenidən biçimləyəcək Böyük Ortadoğu Projesi. İstər tarix, istər coğrafiya, istərsə də dövlət gücü baxımından bölgənin ən önəmli dövləti olan Türkiyənin başına Ərdoğan, özünün də bildirdiyi kimi, BOP-un eş başqanı olaraq gətirildi. Gətirildi, sonra da çeşidli manipulyasiyalar yoluyla uzun illər hakimiyət başında tutuldu, tutulur. Yeri gəlmişkən, ABD-nin Ərdoğanı hansı qoşullarla hakimiyət başına gətirildiyini xocası Ərbakan detallarıyla açıb göstərmişdi, istəyən Yutubdan tapıb baxa bilər. Ərdoğan 23 illik hakimiyəti dönəmində o qoşulları, demək olar, bütünlüklə yerinə yetirib, qalan sonuncu aşamadır: Ana Yasanın özül ilkələrini aradan qaldırmaqla, dövlətin birliyinin, ölkənin bütünlüyünün aradan qalxmasına yol açmaq!
Ərbakanın bildirdiyinə görə, qoşullardan biri Türkiyəni din dövlətinə dönüşdürmək olub. Bu, bəlli imperialist güclərə Türkiyəni içindən yenmək üçün gərəkən etkənlikdir. Avropa ordularının birgə komandanlığını yaratmaqla Türkiyəniyox etmək istəyinə yüklənərək Türkiyə üzərinə yeni XAÇLI YÜRÜŞÜ düzənləmiş U.Çörçil yenilərək döndükdən sonra yazacaqdı: “Türkləri topla, yaraqla yenmək olmaz. Bundan ötrü Türklərin din adamlarını ələ keçirib, qulllana bilsək, onlarözləri öz dövlələrini yıxacaqlar”. 23 il öncə Ərdoğan belə bir missiya ilə görəvləndirilmişdi. Çörçilə gəlincə, Çörçil nə dediyini yaxşı bilirdi: ingilislərin İstanbulu tutması sonucunda ingilislərə satılmış şeyxülislam Abdullah Dürrüzadə ölkəni XAÇLI saldırılarından qurtarmağa çalışan Atatürkün öldürülməsinə əlində Quran fətva vermişdi. Bütün bunları yaxşı bilən Ərdoğan hakimiyətinin ilk illərində demişdi: “15 min imam hatip yetişdirmişəm, 5 min də yetişdirəcəm, olacaq 20 min, ondan sonra Türkiyədə PKK terroruna son qoyacam”. “Ergenekon”, “Balyoz”, “15 temmuz” qurğularıyla Türk ordusunu dqğıdıb… imam hatiplərlə terroru “bitirəcəkdi”… Toplum bilməsə də, o özü necə bir yalan danışdığını gözəl bilirdi!
Ərdoğan o dediyinin yerinə nə etdi: imam hatiplərin sayını təriqətlərlə birgə artırdıqca artırdı, terrorla savaşıb qırılan isə Türk Ordusu, Türk gəncliyi oldu. Ərdoğan ölkəni cəhalət qaranlığına gömən imam hatipləri artırıb varlandırdıqca ulusu yoxsullaşdırdı. Bu gün on minlərlə şəhid ailəsi, qazi kirayə evlərdə qalırkən,Ərdoğanın planlı olaraq ölkəyə doldurduğu 10 milyon suriyalıpulunu dövlətin ödədiyi evlərdə yaşayır.
Türkiyəni Osmanlının yaratdığı cəhalət qaranlığından qurtarmış Atatürk demişdi: “Cəhalət yenilməsi gərəkən ən böyük düşməndir”. Türkiyəni içindən yenmək üçün Ərdoğana dini dövlətə daşımaq tapşırığı verilmişdi. Ərdoğan bunu da etdi: ölkədə 20 mindən artıq sivil oxulu qapatdı, onların yerinə ölkə boyu imam hatip oxulları (mollaxanalar) açdı. “Kamalizmi qafalardan silmək üçün minarələr süngümüz olmalıdir”, – dedi, etdi: ölkədə saysız məscid tikdirdi, Din işləri baxanlığına dövlət büdcəsindən üç-dörd sivil baxanlığa ayrdığından qat-qat artıq pullar ayırdı, dinçi hökumət qurdu. Bu gün Türkiyədə ağacı içindən qurd yeyən kimi ölkəni içindən yeyib dağıdan 99 təriqət var. Yüzüncüsü də var: o, başında Ərdoğanın durduğu AKP-dir. Ayrıca, “Kamalizm” anlayışına gəlincə, burası da çox ilgincdir: “Kamalizm” yüz il öncə Atatürkə yenilmiş ingilislərin bugünədək keçib getməyən acıqla Atatürk ardıcıllarına- Atatürk yolçularına verdikləriaddır.
Baxın, Ərdoğan nə deyir: “Kamalizmi qafalardan silmək üçün minarələr süngümüz olmalıdır”. Dövləti içindən ələ keçirmiş düşmən necə olur?! Ölkəni cəhalət qaranlığına soxmaqla beyinləri peyinləşdirərək, ulusun ən üstün Dəyərləri belə dəyərsizləşdirib gözdən salınır. Atatürkü beyinlərdən silmək üçün minarələrin süngüyə dönüşdürülməsi məscidlərin ölkə boyuyağı ordularına dönüşdürülməsi deməkdir. Çörçil də, bir sıra başqa imperialistlər də, ayrıca olaraq ABD prezidentləri R.Niksonla B.Klinmton da bunu deyir, belə bir Türkiyə-belə bir Türk dövləti yaratmağa çağırırdılar!
Atatürk Türkiyənin bütünlüyü, çağdaşlığı üçün demişdi: “Ey millət! Bilin: Türkiyə Cümhuriyəti şeyxlər, dərvişlər, müridlərölkəsi olamaz. Ən doğru, ən gerçək təriqət uyqarlıq (mədəniyət) təriqətidir” (24 avqust 1925).Dönə-dönə vurğulamaq gərəkir: Türkiyəni cəhalət qaranlığına gömərək içindən yenmək üçün Ərdoğan bütün bunların tərsini etdi, edir.
Ərdoğan başqa nə etdi? Türkiyə politikasına yalan, söyüş-təhqir, korrupsiya gətirdi. “Biz milliyətçiliyi ayaqlar altına alan bir iqtidarız”,- demişdi, Atatürkün qurduğu zavod-fabrikləri yadellilərə satmaqla, Türkiyə ekanomikasını planlı olaraq çökürtməklə, yalnız zavod-fabrikləri deyil, ölkənin strateji qaynaqlarını,topraqlarını belə yadellilərə satmaqla milliyətçiliklə millətin özünü də ayaqlar altına almış oldu. Bu gün Türkiyənin başlıca doğal qaynaqlarının yiyəsi Türklər deyil, çoxu BOP dövlətlərinə bağlı kompaniyalardır.
Görəsən, bizim çox dəyərli Demokratik qüvvələrimizin Milli şura üyələri Ərdoğanın bizə çox doğma olan İqdır yörələrini xalqı aldadaraq “düşman “ deyib bağırdığı İsrailə satdığını bilirlərmi? Baxın, sınırın o tayında İqdır, bu tayında Zəngilan bir əldədir. Necə də gözəl plandır! O planın gizlinini anlamaq üçün ortadakı xəritəyə baxmaq gərəkdir: “Böyük Kürdüstan” xəritəsi. Xəritə Suriyanın Aralılq dənizi bölgələrindən başlayır, Suriya ilə İraqın quzey, Türkiyənin güney, güney doğu, Güney Azərbaycanın batı, Quzey Azərbaycanın Naxçıvan bölgəsini içinə almağadək uzanır.
Tarix boyu Türklərlə Kürdlər arasında savaş-çatışma olmayıb, imperialist güclərin erməni Artin Akopyan (Abdullah Öcalan-Apo) başçılığında PKK-nı (ardınca onun klonlarını) Türkiyə sınırlarına yerləşdirməsindən sonra Türk-Kürd düşmənçiliyi… başlayıb deyil, başladılıb! “Böyük Kürdüstan” isə böyük bir yalandır, başlıca amac “söz verilmiş topraqlar” adıyla bəllədikləri coğrafiyaya yiyələnməkdir.
Ərdoğanın Türkiyə ordusunu aşındırmağa yönəlik “Ergenekon”, “Balyoz”, “15 temmuz” kimi qurğuları da BOP ilkələrinə uyğun yürüdülən politikalardandır. Yaxınlarda Əbru Əroğlu başda olmaqla ən uğurlu təğmənlərin Atatürk andına görə, onlarla birgə ünlü bir albayın, dəyərli bir yarbayın ordudan atılması faktı da açunun ən güclü ordularından sayılan Türkiyə ordusunu ardıcıl demoralizasiya yoluyla sıradan bir orduya-YENİLMƏZ ATATÜRK ORDUSUNDAN yenilgən Ərdoğan ordusuna dönüşdürmək üçündür.
Məhərrəm İncənin 13 il öncə (avqust, 2011) belə bir çıxışı olmuşdu: “Bu qədər generalı, millət vəkillərini, professoru, jurnalistləri, müxalif olan hər kəsi içəri atırsız, Abdullah Öcalanı əfv edəcəksiz, bunu toplumdan dəstək almaq üçün edirsiz”. Ərdoğan hakimiyəti boyunca üç yol Aponu tutuqluqdan qurtarmağa çalışıb, istəyini parlamentdən keçirə bilməyib. Kürdcə bilməyən, “Kürd xalqının lideri” adlandırılan, “Kürd xalqını bağımsızlığa qovuşduracağını” bildirən, əli minlərlə Türkün qanına batmış erməni Apo ilə bağlı Ərdoğanın, eləcə də Baxçalı başda olmaqla çevrəsinin Türkiyənin dövlət çıxarlarına ayqırı davranışları BOP proqramına-imperialist çıxarlara bağlı gəlişmələrdir.
Apo PKK-ya çağırış etdi, nə oldu?PKK ortaya yeni qoşullar atdı. Beləcə də sürəcək: dövlət geri çəkildikcə onlar daha çox irəli gedəcəklər. O “irəlini”bir sıra başqaları kimi Binəli Yıldırım da dilə gətirdi: “Türklük Ana Yasadan qaldırılmalıdır”. Binəlinin adını ayrıca çəkməyim ona düşmənçilikdən deyil, Ərdoğanın Binəlini Türk Dövlətləri Təşkilatında Ağsaqqallar Qurulunun başına oturtduğu üçündür. Çağında bunun gülünc olduğunu yazmışdım, Binəli indiki çıxışıyla mənim o çağlar yazdığımı bütünlüklə doğruladı. Türkiyədən Azərbaycanadək ortada TÜRKSÜZLƏŞDİRMƏKLƏ “Turan” qurmaq gerçəkləri var!
Ərdoğanın Turan yaratma istəyini də çağında yetərincə dəyərləndirmiş, bəlli gerçəklikdən çıxış edərək,bunun söyləncə (mif) olduğunu bildirmişdim- bunlar hamısı yazılıb, Feysbukda qalır. Turan qurmaq domino daşlarıyla evcik qurmaq deyil, Türklük dəyərlərinə bağlı sağlam özüllər üzərində Böyük, Güvənli Türk Evi qurmaq deməkdir.
Alıntılı analizlər
Buradək deyilənlərin göydən asılı qalmaması üçün Demokratik qüvvələrə bağlı bir neçə alıntıya baxaq: “Türkiyə HTŞ hakimiyətinə verdiyi dəstəklə və bölünməz Suriya modelini müdafiə etməklə, PYD-nin öz fəaliyyətini bundan sonra davam imkanlarını onun əlindən almış oldu”.
Natanyahu ofisindən bildirilir: “Şam yörəsindəki Dürzi topluluğuna yönəlik hər hansı saldırı durumunda Suriya rejimini vuracağıq”. Bu yaxınlarda İsrail ordusu Suriyanın bir sıra yerlərini yenidən bombaladı. Dövlətin başçısı susqun qaldı, Türkiyədən isə “hakimiyətə dəstək” görülmədi.
“Tramp ABŞ-ın hərbi qüvvələrini Suriyadan çıxarmaqla bağlı səsləndirdiyi fikirlər, bu gün bölgədə təhlükəsizlik və güc tarazlığı ilə bağlı şərtləri Türkiyənin xeyrinə dəyişməkdədir”. Çox istərdik belə olsun, ancaq belə deyil, Türkiyə üçün Suriyaya “könüllü” yardım etmək, başqa sözlə, donor rolu ayrılıb, onu kontrolda tutmaq İsrailə tapşırılıb. Trampın ABD ordusunu Suriyadan çıxarmaq qərarına gəlincə, Tramp uğurlu biznesmen olaraq, ekonom klas düşüncə ilə Amerikanın pulunu boş yerı dağıtmaq istəmir. Birincisi, iş İsrailə tapşırılıb, ikincisi, Suriyanın o üz, bu üzündə (Türkiyədə,Səudiyyədə) Amerikanın ordu bazaları varkən belə bir taktika, görünür, Amerika üçün daha əlverişli sayılır. Onun necəliyini isə gələcək göstərəcək.
Ola bilər, Amerika ordusu göstəri üçün Suriyadan çəkilər, ancaq ölkəni bütünlüklə gözətim altında tutmaq üçün Amerikanın, İngiltərənin, İsrailin gizli güclərinin orada daha da artırılacağına quşqu ola bilməz.
İndi Natanyahunun dediyinə baxaq: “Əsədin ordusunu yox etduikdən sonra yenidən böyüməsinə yol verməyəcəyik. Əlimizi Dürzi bağlaşıqlarımızla kürd dostlarımıza uzadırıq”. Bu nə deməkdir? Bu, Suriya üzərində Türkiyənin deyil, İsrailin PROTEKTORATLIĞI deməkdir. Bir daha vurğulamaq gərəkir: BOP işləyir. Dürzi, bir də PYD/YPG/PKK dövləti qurulur. İingiltərə başda olmaqla imperialist güclərin 1918-ci ildə Azərbaycan coğrafiyasında qurduqları erməni terror dövlətinə bənzəryeni dövlət qurulur.
Natanyahu, guya Ərdoğanın etkisiylə yaraqları buraxmış YPG-yə yardımda bulunacaqlarını
bildirdi. YPG lideri Abdi Şahin tezcə İsrailə yanıt verdi: “Yardımınıza açığıq“.
“Gələcəkdə isə böyük Britaniyanın dəstəyi ilə Türkiyənin liderliyindəki Turan birliyinin geostrateji əhəmiyətli bir layihə kimi Mərkəzi Asiyada da geosiyasi tarazlığın yaranmasında əsas rol oynayacağı gözlənilir”. Olduqca ilginc, ancaq hansı tutalqalara dayandığı bəlli olmayan tezislərdəndir.Görəsən, Türkiyənin unitar dövlət bütünlüyünə yönəlik saldırılarda bulunan PYD-nin Londona çağırılaraq dövlət düzəyində ağırlanması nəyə görəymiş? Yoxsa,İngiltərə Turan birliyinin geostrateji “əhəmiyətini” daha da artırmaq üçün Türkiyə ilə yanaşı PYD-nin də liderliyini istəyir?!
U.Çörçil yazmışdı: “Türklərə üç önəmli nəsnəsini unutdurduq: 1. Tarixlərini; 2. Gerçək qəhrəmanlarını; 3. Osmanlını yıxan ingilisləri”.
Göründüyü, bilindiyi kimi, Ərdoğan hakimiyətə gələndən bu yanaimperialist saldırılarından, qırğınlarından qurtararaq çağdaş, örnək Türkiyə Respublikasını qurmuş Böyük Atatürk Ərdoğanın özünün öncüllüyündə yamanlanır, aşağılanır, gözdən salınılr, bu isə Atatürklə birgə Türkiyənin dünyalarca ünlü qəhrəmanlıq tarixinin gözdən salınması deməkdir. Hindistanın ingilis sümürgəçiıliyindən qurtuluşuna öndərlik etmiş Mahatma Qandi demişdi: “Atatürk ingilisləri yenənədək elə sanırdım ingilislər yer üzünün allahıdır”. İngiltərə başda olmaqla sümürgəçi alışqanlıqlı imperialist güclərəTürkiyədə Atatürkün, Azərbaycanda Məhəmməd Əminin gözdən salınması çox gərəkdir- ulusun özgüvənsiz duruma düşürülməsi üçün!
Çörçil Amerikada etdiyi çıxışında (1946-cı il) demişdi: “Bütün dünyada ingilisdillilərin hakimiyətini qurmalıyıq”. Qurublar, qururlar- qurğuyla!Bunlar başlıca olaraq üç yolla edilir: 1) hakimiyət başına “seçilmiş” biri gətirilir; 2) eyitim yöntəmi (təhsil sistemi) dağıdılır; 3) doğal qaynaqlar ələ keçirilir.
Beləliklə, ölkə bütünlüklə imperialist “demokratiyadan” asılı duruma gətirilir.
Dəyişməzlik- durğunluq!
Bgünlərdə Türkiyədə “Dodağın islanması orucu pozarmı, pozmazmı?”- qonusunda dartışma yaranmışdı. Dartışmanın genişlənib “qlobal” xarakter alacağını görən Diyanet (din baxanlığı) tələsik fətva verdi: ”Pozmaz”. Sevdiyiniz Ərdoğan 21-ci yüzilin Türkiyəsini belə bir gülünc, belə birdüşük duruma gətirib. Bunları görməazdən gəldiyiniz üçün yazırsız: “Artıq Türkiyə regional gücdən qlobal gücə keçid ərəfəsindədir”. Bir çağlar dünyaya taxıl satan Türkiyənin indi samanı belə Bolqarıstandan aldığını bilirsizmi? Bilirsizmi, yağıcasına yönətim üzündən ekonomikası batırılan, ulusu yoxsullaşdırılan, dış borclarıdurmadan artan bir ölkə regional, qlobal güc olmaq bir yana, öz içində güc olmaqdan belə çıxmış olur.
23 il öncə hakimiyətə yoxsul gəlmiş dinçi-islamçı Ərdoğanın Avropa, Amerika banklarında bu gün milyardlarla dollar oğurluq pulları olduğu bildirilir. Onun hər gün öylə namazına 150 maşınla gedib-gəlməyi dinlə alverdən- göstəriylə ulusu aldatmaqdan başqa bir nəsnə deyil.
Burada birini “diktator korrupsioner” adlandırırkən, oradakı o birini öyüb göyə qaldırmağınız nə deməkdir? Çox yumşaq desək, ikili sdandart!
Biriləriniz gerçəkləri görməzdən gəlməklə öydüyünə o biriləriniz ölkə boyu tökülüşüb gözüyumulu bəyəni qoyurlar. Bilin: quşquya, gerçəkçi baxışa, ən yumşaq ələşdiriyə belə yer olmayan yerdə partiya olmur, hamının düşüncəsini bir axara yönəldən mafiya olur. Partiya demək hüquqların kəsinliklə bir əldə ioplanması,düşüncə özgürlüyünə “Olmaz!”lıq qazandırıldığı topluluq demək deyil. Nə yazıqlar, biz ölkəmizdə hakimiyətdən müxalifətədək partiyaların mafiyalaşması dönəmini yaşayırıq. O üzdən hakimiyətdə də, müxalifətdə də dəyişməz durğunluq dirənişi sərgilənməkdədir: Heydər Əliyev gedir, İlham Əliyev gəlir; İsa gedir, Arif gəlir, sonra Arif gedir, yenidən İsa gəlir. (Tofiq Yaqublu isə eləcə türmədə düşüb qalır- türmədə avtovus işləmir).Başqa biriləri daha dərin planlar qurduqlarından, ələ keçirdikləri kreslonu biryolluq özləriylə daşıyırlar…
Partiyaların mafiyalaşması nə deməkdir? Sürəkli gəlişməni qarantiyalayan quşquya, ələşdiriyə, başqa düşüncəyə, gerçəyə, doğru-düzgünlüyə yer olmayan dəyişməz ortam yaradılması!
ABD prezidenti T.Cefferson deyirdi: “Başqa cür düşünmək yurdsevərliyin ən yüksək formasıdır”. Hakimiyətdən müxalifətədək bizdəki bütün partiyalarda başqa cür düşünmək yasaqdır, o üzdən ölkə hakimiyətiylə də, müxalifətiylə də dönməz durğunluq durumundadır.
Ərdoğan hakimiyətə gələndə Türkiyədə terror bitmiş kimiydi. Onun terrorla “sürəkli savaşı” nəyə görəsə, çoxlu Türk əskərinin, Türk polisinin ölümü, terroruin isə daha da güclənməsiylə sonuclandı.Terror partiyalarını BMM-ə doldurmaqla o, Türkiyənin unitar dövlət yapısının dəyişdirilməsinə, Türk ulusu, Türklük anlayışlarının aradan qaldırılmasına de-yure yol açmış oldu.Bunların hamısı birlikdə kürəsəl güclərin proqram uyğulamalarıdır.
***
Türkiyə ilə sınır bölgələrində demoqrafiyanı gəlişdirmək üçün, oralara köçəcək ailələrə 10 min avro verməyə yönəlik qanun projesi Yunanıstandaparlamentə sunulub. Oralarda yaşayanların ev təsərüfatları üçün 6 min avro, hər azyaşlı uşaq üçün 10 min avroyadək ödənişlər ediləcək.
Ərdoğan isə ölkəyə 10 milyon sığınmaçı yerləşdirib. Ərəb sığınmaçılar başlıca olaraq Suriya ilə sınır bölgələrinə yerləşdirilib. Bütün bunlar BOP tasarlamasına uyğun olaraq Türkiyənin demoqrafik yapısını dəyişməklə Türkləri onilliklər sonrası azlığa dönüşdürərək, ölkənin bölünməsini leqallaşdırmaq üçündür. Demokratik qüvvələrin Milli şurası Türk ulusunu yenilgən duruma gətirən, gətirəcək bütün bu Ərdoğan politikalarını görməzdən gəlirkən onun nəyi demokratik, nəyi milli olur, ola bilər?!
Dəvəquşu sindromu
Bu günlər Türkiyədə Türk qadınları kişilərdən önə çıxaraqTürkiyənin bölünməz bütünlüyünü savunmağa yönəlik savaş bayrağı qaldırırkən,o bölünməz bütünlüyün başlıca qorxusu olan Tək Adamla bağlı yersiz yerə gözəlləmələr yazanlar Demokratik qüvvə- Milli şura adına necə bir absurd oluşdurduqlarını bilsəydilər!..
Öncələr yazmışdım, bir daha yazıram: BOP Türkiyədəki kimi hızlı olmasa da, Azərbaycanda da işləməkdədir. Sizin bunları görməzdən gəlməyiniz Demokratik qüvvə- Milli şura adına yalnız utancverici deyil, eləcə də gerçəkliyə ayqırı görsənişdir. Buna, bildiyiniz kimi,“dəvəquşu sindromu” deyilir…
04.03.2025