Xaliq Bahadır. Kim kimdir?

(Türkiyə Bermud üçbucağında)

Natanyahu guya Ərdoğanın təpkisiylə “yaraqları buraxmış” YPG-yə dəstək verəcəklərini bildirdi. YPG lideri Abdi Şahin tezcə İsrailə yanıt verdi: “Dəstəyinizə açığıq”.

“Suriya fatehi”, “dünya lideri” Ərdoğan nə edəcək? 23 il boyunca olduğu kimi,ulusa yeni-yeni yalanlar söyləyəcək.

“Suriya fatehi” adlandırdığınız Ərdoğan Suriyadan qaçan 10 milyondan artıq ərəbi Türkiyəyə dolduraraq onlara Türk ölkəsində Türklərdən qat-qat artıq üstünlüklər yaratdı. Sonuc nədir?Əhməd əş-Şəraa (keçşmiş “Colani”) ərəb ölkələrinə pulsuz etdiyi gömrüyü Türkiyə üçün 500 qata (beş yüz qata!) qaldırdı. Ərəblərə pulsuz etdiyi viza rejimini Türklərə 150 dollar etdi. Demokratik qüvvə- Milli şura olaraq sizin bütün bunları görməzdən gələrək, Ərdoğanı “regionun lideri” adlandırmağınız  adamda istər-istəməz quşqu doğurmaya bilmir: axı, orada nə varsa hamısı kor-kor, gör-gördür. Açıq-açığına göründüyü kimi, yeni Suriya hökumətinin Türkiyə adına Ərdoğana, onun çevrəsinə, ayrıca olaraq MİT başqanı İbrahim Kalına qazandırdığı bir üstünlük varsa, o da Əməvi məscidində namaz qılmaqdır, Yeri gəlmişkən, Ərdoğanın xalqdan oğurlanan pulları ayaqqabı qutularında gizlədən oğlu Bilal buna hüququ olmaya-olmaya 22 dövlət maşınıyla gedib Əməvi məscidində namaz qıldı. Bütün bunlar isə Türkiyəni-Türklüyü din adına aldatmaq üçündür. Türkiyənin ən dəyərli din adamlarından olan ilahiyatçı bilgin Nuri Öztürkün də dediyi kimi: “Əməvilər özlərindən öncəki bütün Quran kitablarını yandıraraq bu gün ortada olan, özlərinə gərəkən Quranı yazdırıblar”.

Türkiyənin böyük çıxmaza gətirildiyini anlatmaq üçün bir neçə fakta baxmağımız gərəkir. Türkiyədə ən dəyərli araşdırmaçı juirnalistlərdən olan Uğur Mumçu PKK ilə bağlı izə düşmüşdü. İzin biri Türkiyə Yaraqlı Güclərinə gətirirdi. Öldürülən PKK terrorçularından götürülən yaraqlar üzərindəki bəlgələrə görə yaraqlar PKK-çılara Türkiyə Yaraqlı Güclərindən ötürülmüşdü.  İkinci iz MOSSAD-a aparırdı.  MOSSAD-PKK ilişkilərini ortaya çıxaranMumçu araşdırmaları bitirmədən aradan götürüldü.

Böyük Birlik Partiyasının Başqanı Möhsün Yazıçıoğlu (1954-2009) belə bir çıxışda bulunmuşdu: “Rəcəb Tayyib Ərdoğan Böyük Orta Doğu Projesinin eş başqanıdır. Görəvi məzhəb çalışmalarını körükləyərək bu bölgəni İsrailin ələ keçirməsinə yardımçı olmaqdır. Ərdoğanın prezident olmasına yol verməyin!”

Çox keçmədən Möhsün Yazıçıoğlu da aradan götürüldü. Belə faktların az olmadığı bir daha Türkiyənin necə bir tuzağa salındığını aydın göstərməkdədir.

Bugünlərdə Zəfər Partiyasının Başqanı prof. doktor Umid Özdağ tutuqlandı. Ərdoğanın onu nə üçün tutuqladığını bilmirsiz? Bilirsiz:Ümid Özdağ Möhsün Yazıçıoğlunun 16 il öncə dediyini deyərək Türk ulusunu indiki gəlişmələrlə bağlı uyardığı üçün tutuqlandı! Yeri gəlmişkən, ölkədə 400 türmə (onlarda “cəza evi”) olmasına baxmayaraq, Ərdoğan yeni 11 türmə tikdirir. Bu gün Ərdoğan Türkiyəsində daha çox kimlər tutulur? Tək Adam rejiminə boyun əyməyən, susqun qalmayan,demokratik dəyərlərə bağlı özgürlükçü jurnalistlər, politiklər,ölkənin bölünməz bütünlüyünü savunan bütün kəsimlərdən qadınlı-kişili yurdsevərlər…

Onlar başqaları deyil, bizik, eləcə də onlar özgələri deyil, özümüzük: dünənimiz, bugünümüz, gələcəyimizlə! Eləcə də “Sən Türk deyilsən, sənin dilin Türk dili deyil!”- deyə bizi bizdən-bizliyimizdən-özümlüyümüzdən etməyə çalışanlar da bizim birgə yağımızdır. Bəlli bilməliyik: uzantılar başqa-başqa olsa da, yönətən də, yönərgə də birdir.Yönərgə isə gizli deyil, açıqdır: “Önəmli olan müsəlman, islam, ərəb deyil, onsuz da onları pula baş əydirəcəyik. Önəmli olan Türkdür, Türklükdür. Bu sözləri yer üzündən silmədikcə sorun çözülməyəcək. Tək amacımız budur: bundan sonra yer üzündə qurulacaq hansısa dövlətə “Türk” adı verilməsin, hansısa ulusa “Türk ulusu” deyilməsin” (Vatikan, Papa-86, XIİnnokenti, 1676-1689).

Almaniyanın “Bild” dərgisi yazır: “Yatırımlarını, gücü əldə saxlamaq üçün Ərdoğan Türkiyəni uçurumdan atmağa hazırdır”. Ərdoğanın “Yəhudi cəsarət ödülü” aldığı çoxdan bəllidir. Onun bir çağlar prezidentliyə yüksəltdiyi Abdullah GülLondonda yetişdirilmişlərdən idi. Prezidentliyi dönəmində, 2008-ci ildə, İngiltərə kraliçası Ankaraya gələrək onu “Böyük Şövalye” nişanı ilə ödülləndirmişdi. Bu nişanı İngiltərənin qutsal sandığı dəyərləri ölümü bahasına savunanlara kral/kraliça özü verir. Nişan ingilis politikasından ayrılanlardan geri alınır. Abdullah Güdən bugünədək alınmayıb. Ərdoğan da bəlli, Abdullah Gül də, başdakı bir çox başqaları da bəlli.

C.Oruel deyir: “Gerçəkdə nəsə yasa dışı deyil, daha Yasa deyilən nəsə yoxdur”.Çağdaş Türkiyə tarixçilərinin kökən bəlirləmələriindi ulusun bəlirləməsinə qalır- yoxsa, Atatürkün qurduğu Ulus dövləti dağılma qorxularından qurtulmayacaq!

Tarixçi Yusif Halacoğlu Ərdoğan hakimiyətində Türklərə yerolmadığını yazır. ABD prezidenti R.Nikson demişdi: “Biz müsəlman ölkələrinin başına bir çobanı oturdub dövləti ələ keçirməliyik”. Beləcə, bəlirlədikləri birisini dövlətin başına oturdurlar. Sonra özdən deyil, özgələrdən hökumət oluşdurulur. Özgəliklə də dövlət yolsuzluq yoluyla aşındırılaraq yenilgən duruma gətirilir. Bu sayaq işləmlərin sonucundadövlətin alt yapısını (Ulus dövləti!),uliusun kimliyini dəyişmək gündəm gərəyinə dönüşdürülür. Türkiyə bu gün belə bir özgə dirəniş durumundadır…

Ulus dövləti demək imperialist güclərin işinə yaramayan dövlət deməkdir.

 

Demokratik qüvvələrin Milli şurasını oluşduranların bütün bunları görməzdən gəlmələriTürkiyəni belə bir yenilgən duruma gətirib çıxaran güclərlə yandaşlıq sərgiləməsinə bənzəyir. Bu isə istər Demokratiya, istərsə də Milli anlayışının fəlsəfəsi ilə bir araya sığmayacaq  görsənişdir. Burada sizdən “kiminləsiz” deyə sormağa da dəyməz. Türklüklə deyil, Türklüyə qarşı olanlarla olduğunuz apaydın görünməkdədir.

İstər Türkiyə içində, istərsə də Türkiyə dışında Türklüyə qarşı çıxanların Orta Doğuda kəsinliklə hegemponluğa çalışan sümürgəçi imperializmə qulluq etdiklərini, sümürgəçi imperializmin maşası olduqlarını bilməyiniz gərəkdir. Sizcə, yazdıqlarınız Demokratiyaya, Mili olana ayqırı ideolojinin yansıtması deyilsə, nədir?

 

Babil qülləsi

 

23 ildən bu yana Türk ölkəsi Türkiyə hakimiyətini Atatürk öygüsünə ayqırı olaraq “Nə mutlu Türk deyiləm” deyənlərin hakimiyətinə dönüşdürən bəlli güc demoqrafiyanı, dövlətin alt yapısını dəyişməklə “Nə mutlu Türk deyiləm” düşüncəsinə yüklənənlərin ölkəsinə dönüşdürməyə çalışır. Bu isə açun Türklüyünün başlıca Bayraq Dövləti olan Türkiyənin bölünüb-parçalanıb yox olması deməkdir.

Söyləncəyə görə, Babildə göylərə yüksələn qüllə tikmək istəyində bulunurlar. İşçilərin tikintiyə başladıqlarını görən Tanrı  acıqlanaraq onların dillərini qarışdırır. Beləliklə, onlar bir-birini anlamadıqlarından tikintini dayandırmalı olurlar. Babil qülləsi- Turan quruculuğu, bir də Türkiyədəki dışdan yeridilib körüklənən Türklük-Türk dili dartışmalarının dərinliyinə varın- “ayır-buyur” imperialist strategiyasını görəcəksiz!

Yaranışından ulus dövləti deyil, çoxsayda etnosun birgə qurduğu, 500-dək dildə danışılan (sayları milyonlarca) ABD-də D. Tramp ingilis dilinin Tək dövlət dili olması ilə bağlı Qanun qolladı. Türkiyə Türklərinin qurduğu, qanıyla-canıyla qoruyaraq bügünlərə gətirdiyi dövlətdə Türklük, Türk dili nə üçün aradan qaldırılmalııdr?!

Aydındır: okeanın o tay, bu tayında düzülüb-qoşulan, tasarlanıb-planlanan Babil qülləsi…

 

***

Yazını Ulu Öndərimiz, Yenilməz Başbuğumuz Atatürkün sözləriylə bitirirəm: “Əlbət məni bir gün unutdurmağa çalışanlar olacaq, ancaq Türkiyə gəncliyi buna əsla yol verməyəcək”.

Son olaraq, unutmayaq: biz bir Ulus, iki Elik- biz bir Millət, iki Dövlət…

 

07.03.2025

 

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv