YASİN TÜRKSOY. “NİKOLA TESLA” – BAKI YƏHUDİ İŞĞALINDA!”

Zəlzələ maşını

 Gördüyünüz bu abidə paytaxtın mərkəz yerlərindən biri – “28 May” yaxınlığında, Süleyman Rəhimov küçəsində yenicə qoyulub. Bir müddət təmir-bərpa işləri gedən ərazidə abidənin açılışı fevralın əvvəlində, Azərbaycana gələn Serbiya Respublikasının prezidenti Tomislav Nikoliç”in səfərində oldu. Üzdə iki dövlət arasında qarşılıqlı əlaqələrin qurulması kimi çox gözəl də görsənir.
-Niyə məhs, Nikola Tesla ?!
-Nədən, Azərbaycanda mason şəbəkələrin tapşırıqları ?!
Nikola Tesla (1856-1943) serb əsilli ABŞ vətəndaşı, fizik idi. Elektromaqnetizm, elektrik enerji üzərində çoxlu çalışmaları, kəşfləri olub. Maqnit axını sıxlığı, maqnit induksiyası da onun adına “T” ilə işarələnib. Elektromaqnetizm, yüksək tezlikli gərginlik sahəsindəki bu çalışmaları Teslanı elektromaqnit dalğalar vasitəsilə güclü enerji əldə edilməsinə gətirb çıxardı. Çoxlu laboratoriya çalışmaları, təcrübələr, sınaqlar bəhrəsini verdi. Bu çalışmalar uzaq məsafədəki hədəfi enerji ilə məhv etmək, kosmosa elektromaqnit dalğalar göndərilməsini həyata keçirən qurğuların yaradılmasını gerçəkləşdirdi !
“Batı (Qərb) bilginlərinin, düşünənlərinin, fiziklərinin dünyayla bağlı olan fikirləri dünyanı çalxalamaq, dağıtmaqdır. “Mənə dayaq nöqtəsi verin, dünyanı yerindən oynadım” – deyən Arximedin müasiri Nikola Tesla “Mənə gərəkən dəstəyi verin və yardım edin, dünyanı ikiyə ayırım” – deyir. Günümüzdə ABŞ-da Şərq dövlətlərinə qarşı istifadə edilən cihazın, qurğunun müəllifi Nikola Tesladır” – 2 Avqust 2012 , YT.
Nikola Tesla - Foto-YTTeslanın ölümündən sonra onun çalışma və ixtiralarını dövlət nəzarətə götürdü. ABŞ-ın Müdafiə Nazirliyi – Pentaqon və Mərkəzi Kəşfiyyat İdarəsi – CİA birgə ABŞ-ın Alyaska ştatının Gakona ərazisində HAARP zəlzələ mərkəzini (High Freguancy Active Auroral Research Program) qurdular. Hazırda Silahlı Qüvvələr, Dəniz Donnanması və Alyaska Universiteti ilə birgə işlədilir.
HAARP mərkəzindəki yüksək tezlikli radio siqnal yayımlaya bilən antenalarla kosmosa ötürülən elektromaqnit dalğaların ionosfer təbəqəsində qızdırılmasında alınan enerji kütləsindən dünyanın istənilən yerinə tektonik “zərbə” endirilməsi mümkündür. Bu süni yolla törədilən “zəlzələlər” səmadan endirildiyindən hava rənginin dəyişdiyini, havada izin qalmasını diqqətdən yayındırmaq üçün “zəlzələlərin” çoxu axşam və gecə vaxtlarında olur. Bu mərkəz qütüblərin əridilməsi, tərpədilməsi, iqlim dəyişdirilməsi, insan beyninə elektomaqnit təsirə kimi xeyli təbiət dəyişkliyi həyata keçirmək gücündədir.
İndoneziya, Yaponiya, Çin, Haiti, Çili, Türkiyə kimi ölkələrdə olan güclü fırtına, sunami və “zəlzələlər” HAARP mərkəzindən törədilmişdir. Yaponiyadakı “Fukuşima 1” Atom Elektrik Stansiyasının “zəlzələdə” zədələnməsi belə öncədən düşünülmüşdür, İlluminati Oyun Kartlarına baxmaq yetər. Bu “zəlzələlər” Klinton dönəmində də (misal üçün: Türkiyədə, 1999.) olmuşdur. Bəşəriyyətə ən ölümcül zərbələr vuran “Sümüklər və Kəllə” ölüm qardaşlığı illuminati-mason örgütünə 1968-ci ildən qoşulan C. Buşun hakimiyyəti dönəmində isə daha aktivləşdirilmişdir.
Əlavə məlumat almaq üçün İnternetdə: Google axtarış sistemində, Wikipedia elektron ensiklopediyadasında, Youtube video portalında “Nikola Tesla, HAARP, Earthquake Machine, Deprem makinası, HAARP Kiyamet Silahı, New World Order / Novus Ordo Seclorum, Yeni Dünya Düzeni, “Illuminati Card Games” yazaraq məlumat almaq olar.

Sionizmin Əliyevlər üzərində qələbəsi !..
Masonik işarələr şəhəri Bakı !Foto-YT

Sionist şəbəkənin idarə etdiyi Azərbaycan hökuməti, iqtidarı hakimiyyətini itirmək qorxusundan Qərbin hər bir tapşırığına çarəsiz qalıb. Ölkə içi hadisələrinə bir nəzər salaq:
TV kanalların, reklam çarxlarının “əyləncə, intim təbliğat” istiqamətində qurulması, “Az” domenli “gay.az” saytının açılışına razılıq ( “az” domeninin qeydiyyatı işləri idarəsinin rəhbəri – Faiq Fərmanov ) , illuminati təbliğaçıları Jennifer Lopezin, Rihannanın, Şakiranın Bakı konsertləri, Memarlıq abidələrində Masonik-Satanist işarələrin yayılması; Dövlət Neft Akademiyası əsas binasının giriş qapısının üzərində masonik pərgər və üçbucaq işarəsi, mason şəbəkəsinin “Hilton” Oteli, onun yanındakı Hökumət evinin qarşısında, Sahildəki fontanın masonların istifadə etdiyi Qədim Misir mifologiyasındakı Günəş allahı Ra”nın hər şeyi görən Tək Gözü quruluşunda hazırlanması (əslində bu bizə göz dağıdır!), Nərimanov r., Təbriz küçəsindəki Yol Qovşağındakı lövhədə Tək Göz içərisində Heydər Əliyevin portretinin verilməsi, ona paralel Fətəli xan Xoyski prospektindəki yol qovşağında yenə masonik Tək Göz təsviri, ürək formasında masonik-pornoqrafik “Beyin” kompozisiyası və satanist təbliğatlı beynəlxalq sərgilərin Leyla Əliyevanın adına çıxarılması (Bakı, London, Moskva), Piramidli Kristal Zal – tikinti tenderinin qalibi Almaniyanın “ALPİNE Bau Deutchland AG” şirkəti (bənzərlik üçün London Olimpiya Oyunları Stadionunun quruluşuna baxa bilərsiz – tenderin qalibi “Vest Hem” şirkəti) , 28 May – Müstəqillik (Respublika quruculuğu) günü İstiqlaliyyət küçəsindəki İqtisad Universitetinin əsas korpusunun yanında satanist-masonik “Şeytan daşı” Obelisk bənzərində “İstiqlal bəyannaməsi” “abidəsinin” açılışı (bəyəm abidə forması çatışmırdı?! ) …
Qida-yeyinti sənayesi üzərində xüsusi maraqları, gizli məqsədləri olan şirkətlər: ABŞ səfirliyinin nəzarətindəki “McDonald’s ” və KFC (Kentucky Fried Chicken ) şirkətləri , Abdulbari Gözəl”in kürd mafiyasına bağlı “AzerSun Holding” şirkəti (İngiltərənin “The Sun” – “Günəş” şirkətinin bir qolu. Şəbəkənin loqosu eynidir – Günəş!)
Hillari Klintonun Azərbaycana gəlişi (iyun 2012), Sionist ABŞ-ın İlham Əliyevə masonizmin yayılması istiqamətində yeni tapşırıqlarının verilməsi.
Bunlar əhəmiyyətsiz görünsə də dövlətçiliyə təhlükəli mesajlardır !!!
Azərbaycanda həli ki, sionizmlə bağlı ciddi araşdırma işinin getmədiyindən bu hadisələrə ciddi önəm verilmədi. Belə gedərsə yəhudi sionizminin təsirilə burada Avropa ölkələrindəki kimi eşcinsəlliyi (homoseksualizmi) təbliğ edən heykəl və abidələr də qoyulacaq. Bütün növ əyləncə və əxlaqsızlığı təbliğ etməklə məqsəd toplumu gücsüzləşdirmək, seyrçi mövqedə saxlamaqdır!
İqtidarın bu assimilyasiya amansızlığından təbii ki, çıxış yolu da var – ciddi maarifləndirmə işinin başladılması. “Qaranlıq qatılaşdıqca işığa ehtiyac artır” !

27 Köçəri Ayı, 34 il (27 Fevral, 2013).

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv