XALİQ SƏFƏVİ. ŞAH İSMAYIL HAQQINDA MƏNFİ SÖZ SÖYLƏYƏN AZƏRBAYCANLININ SADƏCƏ BİR ADI VAR “DÖNÜK”

İstər millət vəkili, tarixçi , aparıcı, jurnalist istərsə də sıradan bir insan mili dəyərlərimizdə xüsusi nüfuza malik olan insanlar haqqında fikir söyləyərkən yüz ölçüb bir biçilməlidir. Beş qram çəkisi və nüfuzu olmayanların yüksək çəkili şəxsiyyətlər haqqında səfeh danışmaları yol verilməzdir.
Son günlər efirdə və mətbatda Şah İsmayıla qarşı birmənalı olmayan yanaşma insanlar arasında xoş olmayan fikir ayrılığına gətirib çıxartmışdır. Əslində Şah İsmayıl kimdir?

Şahımız 1487-ci il iyulda Ərdəbil şəhərində anadan olmuş, atası Şeyx Heydər Şeyx Səfiəddin nəslinin sələfi, anası isə Ağqoyunlu hökmdarı Uzun Həsənin qızı Aləmşah Həlimə bəyim idi.

1499-cu ilin avqust ayında 12 yaşlı İsmayıl özünün yaxın tərbiyəçisi və məsləhətçisi və bir neçə qızılbaş tayfa başçıları ilə birlikdə qoşun toplamaq üçün Ərdəbilə yollanır, ancaq şəhər hakimi tərəfindən təqib olunur. O, 1500-cü ilin yazında Şamlı və Rumlu tayfalarından, habelə Qaradağ əhalisindən ona qoşulmuş 2 minə yaxın qızılbaşla Qarabağ, Çuxursəd, Şuragil, Kağızman, Tircan yolu ilə Ərzincana gəlir. Ərzincanda keçirilən müşavirədə bütün Qızılbaş Sufi əyanları İsmayılı dəstəkləyir. Burada Şirvanşah Fərrux Yasarla müharibəyə başlamaq qərara alınır və əmirlərinin Gürcüstana bir neçə basqınından sonra İsmayıl Anadoluda topladığı təqribən 7 min nəfərlik tərəfdarı ilə 1500-cü ilin axırlarında Şirvana hücum edir. Cabanı döyüşündə Fərrux Yasar məğlub edilir və şirvanşah öldürülür. İsmayıl üç gün düşərgəsində qaldıqdan sonra Şamaxıya daxil olur. Burada öyrənir ki, Şirvanşahın döyüş meydanından qaçıb canını qurtarmış oğlu II Şeyx İbrahim (Şeyxşah) Xəzər dənizinin sahilindəki Şəhrinou qalasındadır və atasının qoşunlarının salamat qalmış hissələrini ətrafına toplamışdır . İsmayıl 1501-ci ildə hücum edərək Bakını aldı. İsmayıl Gülüstan qalasını, daha sonra Naxçıvanı tutur və 1501-ci ilin payızında Təbrizə daxil olan İsmayılı tanrının göndərdiyi xilaskar adlandıraraq bütün soy başcıları yığılıb onu şah elan etdilər.

Şah İsmayıl

Bu xronologiya sadəcə tarixə qısa bir səyahət idi. Azərbaycan tarixində bir ucu Dəmirqapı Dərbəndə digər sərhəddi Xorasana yetişən Səfəvi adlı qüdrətli imperiya yaradan Şah İsmayılı gözdən salmaq, tarixə ləkə atmaq sizə yaraşmaz. Uzun illər sovetlər birliyində əsarətdə yaşadığımız dövrdə tariximiz bizə yanlış izah edilərək tariximizin çox cüzi hissəsini bizə kölgələnmiş şəkildə göstərirdilər. Bəs indi niyə əsarətdən çıxandan 25 il sonra yenə də tariximizi saxtalaşdıranlara göz yummalıyıq?

Oğuz türkcəsini yəni ana dilimizi dövlət dili elan edən Şahın niyə üzünə ağ olmalıyıq? Şah İsmayıl ilk dəfə türk dilini rəsmi dövlət dili elan edən dövlət başçımızdır.

Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 755 saylı Qanunu ilə Azərbaycan Respublikasının “Şah İsmayıl” ordeni təsis olunması təsdiq edilmişdir.

Azərbaycan Respublikasının “Şah İsmayıl” ordeninin statusu
Azərbaycan Respublikasının ali hərbi ordeni olan “Şah İsmayıl” ordeni ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ali zabitləri, hərbi hissələrin və birləşmələrin komandirləri təltif edilirlər. “Şah İsmayıl” ordeni aşağıdakılara görə verilir:
– Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təşkilində və möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə;

– Azərbaycan Respublikasının ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsində xüsusi xidmətlərinə görə;

– görkəmli sərkərdəlik fəaliyyətinə görə;

– respublikada fövqəladə halların nəticələrinin aradan qaldırılmasında xüsusi xidmətlərinə görə.

Dövlətimiz Şah İsmayıl adına xüsusi qəhrəmanlıq ordeni təsis edib və qan yaddaşımızda da Şah İsmayılın xüsusi yeri var. Şah İsmayıla qarşı çıxan hər kəs ümumiyyətlə Azərbaycan dövlətinə, dövlətçiliyinə və milli mənəvi dəyərlərinə qarşı çıxmış sayılır. Belə insanların sadəcə bir adı var “dönük”.

Xaliq Səfəvi
(Səfəvi Soyunun Mürşidi-Kamili)
h.ü.fəlsəfə doktoru

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv