ELÇİN BƏY VƏ GÜLNARƏ XANIMIN BEŞİKBAŞI TÖRƏNİ

Bu gün, Ocaq Günsırası ilə 12 Çiçək Ayında Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Qutsal Beşikbaşı Törəni keçirmişdir. Beşikbaşı Törəni Sumqayıt şəhərində gerçəkləşdirilmiş, bütövlükdə ulusal ruhun təsdiqini sağlamışdır. Ocaqsevər Elçin Həsənovun və nişanlısı Gülnarə xanımın evliliyinin beşik başında keçirilməsi onların öz diləyi ilə baş tutmuşdur.
Asif Ata İdeyalarından doğan Ulusal gələnək və görənəklər getdikcə xalqın həyatına yeriyir və yadlığa qarşı dirəniş olayı kimi möhkəmlənir. Evlilik adlanan qutsal olayı bayağılaşmış restoran həşirçiliyindən qurtarmaq üçün Beşikbaşı gələnəyi qarşılıqsız və ortaqsız bir ulusal olaydır.
Beləliklə, Qutsal Beşikbaşı Törənini Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı açıq edərək, sözə başladı: “Ürəyinizdə Günəş olsun, Sayğılı yurddaşlarımız! Qutsal Beşikbaşı Törəninə başlayırıq. Elçın bəyin və Gülnarə xanımın qarşısında ulusal sorumluluq durur, çünki onlar xalqın oluşması sorumluluğunun içində bulunurlar. Xalq evlilərdən (ailələrdən) əmələ gəldiyinə görə evlilik, bir daha vurğu edirik ki, qutsal olaydır. Biz də bu qutsal olayın həyata keçirilməsini, vurğuladığımız qutsal xəlqi anlama uyğun olaraq, beşik başında keçiririk. Asif Atanın Ocağı evlənənlərimizə bu beşiyi bağışlayaraq onlara uğurlama sözünü çatdırır. Diləyimiz odur ki, evlənənlərimiz bu beşikdə böyüdəcəkləri övladlarına ulusumuzun dəyərlərini yaşatmağı, qorumağı, sabaha çatdırmağı öyrətsinlər.
Evlilik xəlqi olay olduğuna görə el yığılıb iki gəncə toy gələniyini gerçəkləşdirir. Evlilər öz ulusunu başlayır. Bu başlama iki cəhətdən özünü doğruldur: Birinci soy artırmaqla xalqı fiziki başlamaq, ikinci onun, yəni xalqın milli-mənəvi dəyərlərini yaşadıb övladlarına verməklə xalqı başlamaq və davam etmək işini sağlayır. Hər bir qurulan evlilikdə xalq yenilənir və davam edir. Evlilik özündə xəlqi dəyərləri yaşatdığı dərəcədə ulusal varlığa qulluq göstərmiş olur.
Beşik ananın analığını ifadə eləyən qutsal bir faktdır. Ana bu beşikdə öz övladına ulusunun dilini öyrədir, sözünü öyrədir, beləliklə də, ulusal kimliyin gələcəyini əmniyyətə götürür. Ulusal dəyərlərimizi öyrədən layla dili qutsaldır və o övlad üçün anadan başladığına, gəldiyinə görə ananın dili – ana dili sayılır. Evlilik xalq üçün böyük əmniyyətdir. Buna görə evliliyin ciddiyyəti dərk olunmalı və qorunmalıdır.
Xalq insanın gələcəyidir, başqa sözlə ölməzliyidir. Bireyin (fərdin) özündə aşkarladığı yaşatdığı insani nə varsa, onu xalq yaşadır, qoruyub sabaha çatdırır. Xalq bireydən, evlilikdən başlayır, bireyi yaşadır var edir. Ona görə bilmək gərəkdir ki, hər bir evlənən birey belə bir sorumlu yükün altına girir.
Evli olmaq üzünü gələcəyə tutmaqdır – anlamca xalq olmağa çalışmaqdır…”

Bundan sonra Soylu Atalı Uğurlama sözü demək üçün evlənənlərin böyüklərinə üz tutdu. Bəyin və gəlinin anaları, ağsaqqalları evlənənlərə ürək sözlərini çatdırdı.
Daha sonra uğurlama sözü demək üçün Güney Azərbaycanlı aydınımız Ağşın Ağkəmərliyə üz tutuldu.

Ağşın Ağkəmərli: Bir vaxtlar biz bu taya gəlmək həsrəti ilə yaşayırdıq. Bu gün isə artıq Araz çayı yurdumuzun içindən keçən sınır kimi yox, sadəcə körpü kimi rol oynayır. İndi biz özümüz özümüzə qovuşmuşuq. İş elə gətirib ki, dostumuzun, yaxınımızın toyuna qatılmaq üçün özgür şəkildə gəlib gedirik.
Evlənənlərimizə bir dünya sevgi ilə can sağlığı diləyir və qutlayıram.

Soylu Atalı: Uğurlama aşamasını davam edirik, indi aydınlarımızdan biri Abil Ulusoyu uğurlama sözünə çağırırım.

Abil Ulusoy: Ailə uzun yoldur. Elçin bəy və Gülnarə xanım bu uzun yolun başlanğıcında dayanıblar. İnanıram ki, Elçın bəy bir türk kişisi olaraq özünün sevib seçdiyi xanımı ilə birgə bu yolu axıra qədər gedəcək.
Türk xaraktercə yolçudur. Bu yolçuluqda hər ikisinə birgə addım atmaq xoşbəxtliyi diləyirəm.

Soylu Atalı: Uğurlama üçün Asif Ata Ocağının Evladı Üstün Atalıya söz verilir.

Üstün Atalı: Ailə öz ulusu üçün İnam Qalasıdır. Dədə Qorquddan üzü bu yana bütün ulusal gələnəklərimiz evlilik araçılığı ilə qorunub sabaha çatdırılır. Sevinirəm ki, bu gün burada yad gələnəklərin qatqısı yox kimidir, daha çox ulusal varlığımız ifadə olunur. Qutlayıram və xoşbəxtlik diləyirəm.

Soylu Atalı: Bu gün biz atdığımız addımla, düşüncələrimizlə böyük bir ulusu təmsil edirik. Törənin bütün quralları bu ulusa sunmaq (təqdim olunmaq) üçündür. İndi mən evlənənlərimizə Asif Ata Ocağı adından Ruhani Bəlgə sunuram:

IMG_2573Mütləqim, Müqəddəsim, ulu peyğəmbərim
Asif Ataya – İnam Ataya ali səcdə ilə!

Elçin bəy və Gülnarə xanımın Beşikbaşı Törəninə uğurlama
Ruhani Bəlgə

Ürəyinizdə Ata Günəşi olsun!
Ulusumuz ulu və ucadır. Onu, içinə daşınan Yadlıqlar bu ucalıqdan endirməklə uğraşır. Ancaq ucalıq Ulusumuzun mənəvi-ruhani özümlüyüdür. Bütün çağlarda insansevərlik, bəşərsevərlik onun yaşamında başqa toplumlara yanaşma etkisi ilə özünü göstəribdir. Dəyişiklik ulusumuzun mayasında deyil, xarakterində baş veribdir.
Bu gün biz Asif Atanın qutsal tələbində ulusumuzun özümləşməsi uğrunda çalışırıq. Siz də, sayğılı bəyimiz Elçin, sayğılı gəlinimiz Gülnarə, bu gün qurduğunuz evliliklə ulusumuzun özümləşməsi işinin içində bulunursunuz. Sizə Ulusumuzun dəyərlərini yaşatmaq, qorumaq, övladlarınızın yaşamına çevirmək ərdəmliyi diləyirik. Ömrünüz uzun, evlilik şərəfiniz uca olsun.

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!

Soylu Atalı
Mütləqə İnam Ocağının Yükümlüsü

12 Çiçək Ayı, 37-ci il. Saray-Soylu.
(aprel, 2015.)

Bundan sonra bəylə gəlin evliliklərini qoruyacaqlarına və bu evliliyə sadiq qalacaqlarına Ocaq və Ulusumuz qarşısında (ayaqüstə) and içdilər. Sonra Soylu Atalı evlənənlərə Asif Atanın Birinci Qutsal Bitiyini (Mütləqə İnamı) iki abedə – latın qrafikalı Azərbaycan abesində və Ocaq-türk abesində bağışladı. O, evlənənlərə bu qutsal bitiyi evlərinin ən uca bir guşəsində tutmalarını və balalarına öyrətmələrini tövsiyyə elədi.
Sonra törən evlənənlərin dostlarının, yaxınlarının ürək sözləri ilə və milli oyunlarla (rəqslərlə) davam elədi.

12 Çiçək Ayı, 37-ci il. Saray-Soylu.
(aprel, 2015.)

IMG_2512

IMG_2520

IMG_2530

IMG_2534

IMG_2541

IMG_2548

IMG_2551

IMG_2557

IMG_2561

IMG_2564

IMG_2584

IMG_2588

IMG_2610 (1)

IMG_2625

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv