Türkel Araşdırma Qurumu sunur
Dünyanın çağdaş gedişində Türk Sorunu
Bu gün türk dünyasının yaxınlaşması yönündə çoxlu fikirlər səsləndirilir. Ancaq gerçək görsəniş ayrı şey deyir. Hər yerdə türk dünyasının yaranmalı olan birliyini pozan addımlar atılır. İçəridəki çalışmalar isə birliyi doğuracaq ideolojiliyi hazırlayıb ortaya çıxarmır. Sonucda dağınıq durumda olan türklər soyqırıma uğrayır, özgələşdirilir (assimilyasiya edilir), gələcəksizləşdirilir.
Bu yöndə fikirlərini oxuculara çatdırmaq üçün “Türkel Araşdırma Qurumu”nda aydınlar bir araya gəldi. Yaxın günlərdə oxuyun!
1) Türkiyənin dincliyini pozan nədənlər (səbəblər), bunun qarşılığında Türkiyənin davranışı.
2) Azərbaycan-Rusiya ilişkilərinin üzdə görsənişi, dərin qatlardakı yönü.
3) Güney Azərbaycan, Uyğur, Tatar (Krım), Kərkük, Dəmirqapı (Dərbənd), Colan (Kolanı türkləri) Türk sorununun qaynar bölgələridir. Olaylar hara gedir?
4) Günsəl (taktik), eləcə də gələcəksəl (strateji) olaraq türk sorununun çözümünü doğuracaq addımlar necə ola bilər?