“Amal Bağı”nda Ziyarət sözü

Asif Atanın Mütləqə İnam Ocağının “Atagün” və “Ulufərəh” Ailələrinin Evladları Od Ayının 16-da Amal Bağını Ziyarət ediblər. Ata cisminin ilk qoyulduğu torpağın üstündə səcdə sözü deyilib. İnam Evinin (Məbədin) tikintisi ilə bağlı fikir bölüşmələri olub.

Soylu Atalı (Ataya səcdə edir – G. A.): Qutsal Ziyarət anımızdır. Atamızın üz qoyduğu torpaq qutlu olsun. Onun üz qoyduğu torpağı ziyarət edirik. Onun üz qoyduğu torpaq yurdumuzun ləyaqətinin, şərəfinin, varlığının ruhani ifadəsidir. Atanın yaratdığı İnam insanı vətənli, millətli, şəxsiyyətli olmağa çağırır. Ona görə də, hər dəfə Atanın torpağını ziyarət edəndə ağlımda, düşüncəmdə, ürəyimdə bu həqiqəti daşıyıram. Bu həqiqətlə yol alıram. Bu həqiqətlə gəlirəm. Bu gün də həmin həqiqətlə dolub gəlmişəm. Həmin həqiqətlə Atanın üz qoyduğu Torpağa səcdə qılıram.
Bütün dünyada, insanlıq tarixində, yaranan, haraylanan çağırışların hər birindən Ata Həqiqətinin yüksəkdə durduğuyla qürur duyuram. Hər birindən yüksək olduğunu qəbul edirəm. Buna görə də içim daim zəngin, daim fərəhlidir. İçim daim Atanın xalqının, eləcə də bütövlükdə insanlığın qulluğunda durmağa hazır olub.
Atamızın yaratdığı İnam bizi böyük eləyir, kiçiltmir. Başqa baxışlardan qat-qat yuxarıda durması da, onun insana münasibətinə bağlıdır.
Yönü millətinə, vətəninə, bütövlükdə bəşər övladına bağlıdır. Ona görə də üzümü buradan topluma tutub ziyarətimin qutsallığını sunuram. Sənin Atan, Onun yaratdığı hər şey, Onun üz qoyduğu torpaq sənin qutsal yönündür deyirəm.
Ziyarətimiz qutlu olsun. Ata Ruhunu Ürəyimdə aparıram!

Türkel, neçənci dəfədir ziyarətə gəlirsən.

Türkel Atalı: Üçüncü dəfədir.

Soylu Atalı: Ürəyindən nələr keçirsə de.

IMG_3991-500x333Türkel Atalı: İndi deyəcəyim bəzi fikirləri sabah Ailə Günündə də bölüşəcəm. Ocaq mühiti, tədbir məqamı elə bir andır ki, adamı, təbii yaşamda adi düşündüyü hər şeydən ayırır. Mən tədbir günündən başqa, ay içində, bir çox şeylər fikirləşirəm, gərgin oluram. Bayaq tədbirdə elə bir əhvala yüksəldim ki, neçə gündə düşünüb, fikirləşdiyim, Ailə Gününə yaza bilmədiyim sözü yazdım. Bayaqkı tədbir (Anım Törənini gözə alıb deyir – G.A.) halımı sistemləşdirib, yön verdi mənə. Elə bir rahatlıqla, inamla düşüncələrimi qeyd elədim, gördüm ki, doğrudan da, Ocaq mühiti tamam göydür. Onun fərəhi, verdiyi hal başqa bir şeydir.

Soylu Atalı: Biz hər il gedirik Ağstafaya. Ağstafadadır, faktik olaraq, Atanın cismi. Burdakı torpağa qoyulub çıxarılıb. Ancaq hal baxımından, mənim üçün, ordakı ziyarətlə burdakı ziyarət arasındakı hansısa başqalıq (fərq) görünmür. Yəni o hal, o məzmun içimə dolub bütünlüklə. Baxmayaraq ki, burda əsasən özümüz oluruq. Bir də Bakıdan gələn iki nəfər, üç nəfər qonaq olur. Ağstafada, ola bilər, 3-5 nəfər artıq olur. Buna baxmayaraq, mən çağıraram ki, ora gələn insanlar elə bura da gəlsinlər. Sabah böyük tarixlər açılacaq, ortaya çıxacaq. O tarixlər bir şeyi sübut eləyəcək ki, Asif Ata Ağstafada torpağa qoyulmasına baxmayaraq, Onun istəyi bura idi. O, istəyiylə bu torpağa qovuşub. Onun özünün istəyi, mənim üçün, Ruhani anlam daşıyır.
Atamız Var olsun!

“İnam Evi”ndə söhbət.
Soylu Atalı: Çox aşamalar keçdik. Ancaq yönümüz, halımız bir oldu. Daim Atanın Mütləqilik ölçüsünə doğru ucalan, doğrulan bir hal oldu.
“Atam Mütləqim. İnam Evindən İnam Yurduna yerişin mübarək olsun! “Türküm Özümlük öyrətməni olsun!” (Divarda yazılan carları oxuyur- G. A.) Bunu illər öncə yazmışıq. Bu çağırışlar ən yüksək səviyyədə xalqın içində haraylandı. Ən yüksək səviyyədə gerçəkləşdi, həyata keçdi. Ona görə deyirəm, ən yüksək halları yaşadıq. Bundan sonra da bir neçə aşamalar keçəcəyik. Hər il, hər gəliş özü yeni zənginlik gətirir ömrümüzə. Yeni hallar, duyğular yaradıb içimizdə. Həmin hallarla, duyğularla daim xalqın içinə gedirik. Əgər biz Ocaq tədbirləri keçirməsək, Atagünə gəlib Atanın torpağını ziyarət eləməsək, Ağstafaya gedib Atanın sonevini ziyarət eləməsək, bu “İnam Evi”nə gəlib, içimizdə desək ki, bu İnam Evi deyil, onda heç bir hünərimiz gerçəkləşə bilməzdi. Bunun anlamı var, məzmunu var. Bu duyğularla dolu gəlirik, duyğularımıza duyğu calanır.
Harda olmasından asılı olmayaraq, Bakıda, burada, başqa yerdə, xalqın içinə gedirik. Bizim gəlişlərimizin, tədbirlərimizin yaratdığı halların sonucudur ki, xalqın içinə belə cəsarətlə gedirik. O aşamaları biz yaşayırıq, o aşırımları aşırıq. Çox düşünüləsi, ömürə çeviriləsi məsələlərdir bunlar. Düşüncələrin özülünə qoyulası məsələlərdir bunların hər biri. Ocaqçı öz içində, öz halında həmişə bu qürur duyğusu ilə yaşamağı bacarmalıdır. O fərqi öz ömründə qoruyub saxlamalıdır.
Toplumla bizim yanaşmamızın fərqini Ocaq yetirir, yaradır. Əgər biz Ocaq olmasaydıq, Asif Ataya bir öyrətmən (müəllim) kimi tapınsaydıq, Onun dediklərinə, Onun düşüncələrinə, inandırım sizi, bizim bu çağa kimi yaratdığımız uğurların heç biri olmazdı. Başqa hallarımız olmazdı. Halbuki, biz elə bir hallarla dolmuşuq, elə bir səviyyələrə gəlib çatmışıq ki, ürəklə, cəsarətlə sözümüzü ortaya qoyuruq. Biz toplumun yaşadığını yaşamırıq, toplumun düşündüyünü düşünmürük. Bir sözlə, toplum kimi deyilik. Nəinki başqayıq (fərqliyik), hətta cəsarətlə deyə bilirik ki, qat-qat üstünük. Bu üstünlüyü yaratmışıq, bu üstünlüyə yetmişik. Bu gəlişlərimizi o üstünlüklər doğurur və o üstünlüklərimizi bu gəlişimiz təsdiq edir. Bax, Ocaq bizi belə bir ortama alıb, belə bir əhvallarla doldurur.
Atamız Var olsun!

Od Ayı, 37-ci il.Atagün Eli.
(iyul, 2015. Örənqala.)

IMG_3971-500x333

IMG_3980-500x333

IMG_3982-500x333

IMG_39871-500x333

IMG_3995-500x333

IMG_3990-500x333

IMG_4001-500x333

IMG_3959-500x333

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv