YADİGAR TÜRKEL. AMANDIR YATMAYAQ (AZƏRBAYCAN RESPUBLİKASININ YÜZ İLLİYİNƏ)

Maddi aləmin ayrılmaz parçası olan insan iç və dış gıcıglara vahid idarəetmə guruluşlu mürəkkəb sistem kimi cavab verən, adaptasiya – uyğunlaşma xüsusiyətli, nəslartırma gabiliyətli, yaşadığı çoxsaylı geosistemlər içərisində garşılıglı harmoniya şəraitində mövcud olub yaşaya bilən canlıdır.
İnsanların məgsədyönlü fəaliyətində – davranışında biogenetik xüsusiyətlər dominantlıg etse də, onlar təbii-sosial amillərin təsiri altında yaşadıglarından bu amillərdən də çox asılı olurlar. İctimai mühit insanların genetik verilən xüsusiyətlərində böyük dəyişikliklərə səbəb olub, onları ganunlara, adət və gələnəklərə uyğun yaşamağa məcbur edir.

Bəzi əsas xüsusiyətlərini ümumiləşdirməyə çalışdığımız bu cümlələrdən məgsədimiz insana tərif vermək deyil. İnsan da kainat kimi tam dərkedilməzdir. Məgsədimiz insanın uyğunlaşma xüsusiətinə diggət yetirib onun insanın məhvinə də səbəb ola biləcəyini göstərməkdir.

Canlıların adaptasiya xüsusiyətlərini əyani göstərmək üçün insan bədəninə iynə batırmag lazımdır. İynə batırılan organizmdə əvvəlcə kəskin ağrı əmələ gəlir. Bir az sonra organizm yaranan ağrıya uyğunlaşır. Bu xüsusiyət ikili xarakterlidir. Canlı aləmin həyatı homeostazsız mümkün olmasa da, homeostaza hədsiz meyillilik bioloji növün məhvinə də səbəb ola bilər. Buna görə də insan ictimai ədalətsizliklərə, düşmən cinayətlərinə dözməməli, özünü sosial ədalətsizliklərlə mübarizəyə hazırlamalıdır, çünki geyd edildiyi kimi, homeostaza hədsiz meyillilik milləti məhv edə bilər.

Çeşidli səbəblərdən Türk milləti və müsəlman dünyası əsrlərlə dərin yuxuya dalmışdı. Düşmənlərlə mübarizə instinktinin itirilməsi türklərdə çəpərin içini gorumag psixologiyası yaratmışdır. Təkcə çəpərin içindəkilərin namus sayılması, çəpərin dışındakılar barədə MƏNƏ NƏ psixologiyasının formalaşmasının gec-tez birincilərin də namusunun tapdanacağına gətirib çıxaracağını dərk edib, gənclərdə təkcə eyforik şair deklamasiyaları ilə yox, hərbi, idman, sağlamlıg, təhsil, ideologiya və s., ictimai sahələrin işini yüksək səviyəli gurmagla milli mənlik, dövlətseverlik və dövlətçilik tərbiyə etmək lazımdır.

Millətini, dövlətini gorumag hissi gənclərinin genlərinə keçirilməmiş xalg növlərarası mübarizədə məğlub olacagdır!

Biz ermənilərlə, arxasında duran güvvələrlə savaşda hələlik məğlub olmuşug. Prezident Heydər Əliyev uduzulan bu savaşdan çıxmag üçün böyük dış fəaliyətlə məşğuldur. Hökumət, xüsusilə prezidenti əhatə edən adamlar isə çox bacarıgsızdırlar! Əgər yaxın dövrlərdə çox ciddi hökumət dəyişiklikləri edərək, əsasən gənc vətənpərvərlərdən ibarət hökumət yaradıb məgsədyönlü fəaliyət mexanizmi gurulmasa, vəziyətimiz çətin olacagdır! Bu yöndə ilk addımlar atılmagdadır.

Kainatdakı təkamül prosesində maksimum səfərbər olub işləyə bilən bioloji növlər yaşaya bilir. Bizim hökumət isə əhalini səfərbər edib işlətmək əvəzinə, mahiyətini yaxşı bilmədiyi bazar igtisadiyatı, demokratiya oyunları ilə məşğuldur. Nəticədə 90 min gaçgını olan rayonun pambığı tökülüb çöllərdə galır. Ümid edirik hökumətimizin hərbi strukturları yüksək səviyəlı fəaliyətdədir. Xalgın digər gəncləri bir yana, torpagları yağı əlində olan əhalinin gənclərini yüksək səviyəli hərbi məktəblərə cəlb ediblər və s.

Əhalinin düşmənlərlə mübarizəyə hazırlanmasında ziyalıların, mətbuat işçilərinin, jurnalistlərin, müasir dövrdə Az.TV-nin üzərinə xüsusilə böyük məsuliyət düşür.

Həyat davam etməlidir. Amma əyninə təzə paltar geyməyi şəxsiyətinə sığışdırmayanları da olan millətin babalarının gəbri yağı tapdağı altında olanları vəziyətlə razılaşıb ölkənin müxtəlif yerlərində “Şuşa”, “Laçın” adlı restoranlar, ağlasığmaz giymətli mülklər tikməklə məşğul olmamalı, çadırlarda məhv olanları da ana-bacı sayıb, milyonlarını düşmən başına endiriləcək silaha verməli, pul gazanmağı isə düşmənə galib gəlmək sənətinin tərkib hissəsinə çevirməlidirlər!

Canlıların ilk reaksiyası gıcığa cavab reaksiyası olduğundan yerindən-yurdundan govulub təhgir olunmuş heç bir kişi sakitləşməməli, özünü və övladlarını düşmənlərlə savaşa hazırlamalıdır!

                                                                         Vətəndaş gezeti, 21 oktyabr 1994-cü il, sayı 59 (73).

 

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv