Yasin Türksoy. AZƏRBAYCAN GƏNCLİYİNƏ SƏSLƏNİŞ!

Avropanın Azərbaycan Müxalifəti və İqtidarına münasibətdə ikili siyasəti Azərbaycanı oyuncağa çevirməkdədir.
İllərdir ingilis neft şirkəti Britiş Petrolium (BP) Azərbaycan neftini sümürüb aparır, Müxalifətin səsi çıxmır. 1918-ci ildə ələ keçirə bilmədiyini, 1994-cü ildə elədi, məqsədinə çatdı. Plan eyni plandır, nəsil yeni nəsildir. İngilis siyasəti bax belə işləyir. Müxalifətin aparıcı qəzetlərində, başda “Yeni Müsavat” olmaqla, İngilis İmperializminə, Amerika İmperializminə qarşı ciddi araşdırma yazılarına rast gəlmirik. Avropa siyasətçiləri gizli otaqlarda dünya ölkələrinə dağıdıcı planlar hazırlayar, Müxalifət nümayəndələri buna “Avropa Demokratiya Gətirir” deyə qəzetlərində iri başlıqlarda səhifə-səhifə yazılar yazar. Müxalifət inqilabçılarına Dağıdılmış, Viran edilmiş, Namusuna Təcavüz edilmiş ölkələrin qarmaqarışıq durumu maraqlı deyil, təki çevriliş olsun, bunlar da həvəsə gəlib mitinqlər keçirsinlər; havaya filan qədər yumruq qalxmalıdır, əli qanlı Corc Buş kimi mason şəklini qaldırmalıdır, Avropa Birliyinin bayrağı qaldırılmalıdır, Avropanın dayağına arxalanıb çevriliş eləməlidir… Elə bilirsiniz Alman-İngilis-Amerikan birliyinə bizim güclənməmiz, inkişafımız lazımdır, ƏSLA YOX! Onlara qarşılarında Gücsüz, Zəif, Haqlarını, Hüquqlarını tapdaladıqları, Sərvətini taladıqları Afrika Xalqlarının Aqibəti lazımdır. Pul, Kapital, Sərvət, İtaətkarlıq lazımdır onlara, bizim azadlığımız lazım deyil ağalara. Avropa-Amerikanın “Demokratiya, İnsan Haqları” apardıqları ölkələrin duru­muna baxın görün nə vəziyyətdədir. Avropa Azərbaycan Müxalifətini YAP-a, İqtidara qarşı istifadə etmək üçün, ölkəmizin toplumsal zehnini idarə etmək üçün ayaqda tutur, qrant ayırır. İkili Oyun oynayır Avropa! Əliyev Rejimini də qəbul edir, Müxalifəti də dəstəkləyir. Birindən yararlanıb, birinə yarayır. Əliyev Rejimini dəstəkləyir ona görə ki, Xalqın xammalından, sərvətindən rejimin əli ilə yararlanır. Müxalifəti dəstəkləyir ondan ötəri ki, sabahı fikirləşir; birdən hakimiyyət dəyişər, birdən indiki hakimiyyət tabe olmaz, istəklərindən kənara çıxar – buna görə, hakimiyyətə təzyiq etmək üçün. Sabah Müxalifət Hakimiyyətə gəlsə belə, Avropaya yarısa belə, Qərb öz məqsədləri üçün ona qarşı da yeni bir Müxalifət yaradıb istifadə eliyəcək. Müxalifət Liderləri, Gəncliyə hakimiyyətdə olduqlarında rahat yaşam vədləri verir, onun enerjisindən meydanlarda istifadə edirlər. Ancaq özləri xarici qüvvələrin diqtələrinə bağlıdırlar. Ona görə xalqımız üçün iqtidarla müxalifətin fərqi qalmır.

Avropa bizim kimi qarışıq toplumları tələyə salmaq üçün Ermənini yaşadır, ali masalarında “erməni soyqırımı” sənədlərini hazır saxlayır, Canımızı alsın deyə, İstədiyini edək deyə, İstədiyini verək deyə. İstədiyini alsın deyə Yəhudini qızışdırıb Bəşəriyyətin canına salıb. Bunlara görə VƏHHABİ-SƏLƏFİ təriqətini gətirib ölkəmizin içində yaşadır, sabah baş qaldırmayaq deyə, özümüzə dönməyək deyə, daimi qarışıqlıq yarada bilsin deyə, ən dəhşəti də – düşünə bilməyək deyə. Bütün bunlara görə Azərbaycan Televiziyaları Əxlaqsızlıq yayır, bunlara görə Azərbaycan Gəncliyinin Əxlaqı məhv edilir, bunlara görə Azərbaycan Gəncliyinin bir kəsimi narkotikə meyl edir. Böyük olmayaq deyə, Bütöv olmayaq deyə, Düzənimiz pozulsun deyə, Cılız qalaq, Qanımız pozulsun deyə coğrafiyamızda gizli GENETİK MUTASİYALAR aparırlar. Bəlli, Avropa bizə Mənfəətinə, İdarə etməyə, İşğalda saxlamağa görə yaxın olmağa çalışır. Mən də bir gəncəm, Azərbaycan gəncliyinə üzümü tutub deyirəm, Qaranlıq, Gizli tarixlərə İşıq tut, Nəticə Çıxar. Bu Vətənin, bu xalqın Sahibi, GƏLƏCƏYİ Sənsən! Yönətilən Müxalifət deyil, talançı İqtidar deyil, Avropa deyil!

 20.02.2019

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv