Bölgələrimizdə Ocaq sorağı

Ürəyinizdə Günəş olsun, sayğılı soydaşlarım.

 Milli, İnsani varoluşumuzu bəlirləyən əməllərimiz bölgələrə səfərlərimizlə daha etkili olur. Mənəvi, ruhani anlam daşıyan səfərlər də görüşmək, bölüşmək istəyindən yaranır. İnamımızı, fərəhimizi, qayğımızı, milli ağrılarımızı bölüşmək istəyiylə gerçəkləşir səfərlərimiz. Hər səfərdə dəyişirik, fərəhlənirik, yüklənirik.

Mütləqə İnam Ocağı olaraq, bölgələrə səfərlərimiz davam edir. Bu günlərdə ölkəmizin quzey bölgəsinə səfər etdim. Quba bölgəsində mərkəzləşdirilmiş Kitab evinin rəhbərliyi ilə görüşdüm, Ocaq əməllərindən, işlərimizdən söhbət açdım, Ocaq ədəbiyatlarından yeni çıxmış buraxılışımızı, günsıramızı hədiyyə etdim. İllərdir sayğılı əməkdaşlığımız var.

Mədəniyyət mərkəzində də oldum, orda da Ocaq ədəbiyatları bağışladım.

Quba Tarix-Diyarşünaslıq Muzeyinin rəhbərliyi ilə də uğurlu söhbətlərimiz oldu. Asif Ata ideyalarından, Ocaq əməllərindən, ölkəmizin bu günündən düşüncələrimizi bölüşdüm. Burada görüşümüz ilk deyildi, ancaq hər səfərdə yeni əməllərimizlə, ədəbiyyatımızla Ocaq bilgilərini yeniləyirik.

Xaçmazın mərkəzləşdrilmiş Kitab Evində də söhbətimiz uğurlu alındı. Azad bəy 80-ci illərdə, universitetdə oxuyarkən, Asif Atanın görüşlərində tez-tez olduğunu vurğuladı. Dediyinə görə dekanlıq Atanın görüşlərinə getməmək yönündən xəbərdalıqlar edirmiş. Buna baxmayaraq, yenə də öyrəncilər o mühazirələrə can atırdılar.  Atanın yazılarının əl-əl gəzilərək oxunmasını da özəl olaraq vurğuladı. Azad bəyə son ədəbiyyatlarmızdan (kitablardan, buraxılışlardan) bağışladım.

Tarix-Diyarşünaslıq Muzeyinin rəhbərliyi ilə də Ocaq yönlü, insani, milli söhbətimiz oldu. Orda da son ədəbiyyatlarımızı sundum.

Gənclər kitabxanasında söhbətlərim oldu. Burada Asif Ata haqqında az bilirdilər. Atanın ömründən Ocaq ideyalarına qədər düşüncələrimizi bölüşdüm. Ədəbiyatlar bağışladım.

Bu səfər özümü içsəl olaraq köklədi. Bu cür səfərlərin önəmi bir daha düşüncələrimdə aydınlaşdı. Çağaşırı davam etməyi düşünürəm. İnsanlarımızla yaxından görüşmək doğru, uğurlu bir əməldir.

Atamız Var olsun!

Sayğılarımla Nurtəkin Atalı.

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv