Yasin Türksoy (Türkel Araşdırma Qurumunun mətbuat sorumlusu) Hürmüzd dünyası Sionizm təhlükəsində (davamı)

Yəhudilər Şərqə çox xəyanət ediblər, Şərqi Qərbə (Doğunu Batıya) satıblar. Sion-Mason mənsublarının sərbəst işləməsi üçün dünya ölkələrində koordinatorluqları var və hakimiyyətə, elitaya bağlı güclü himayədarlıqları mövcuddur. Hədəfə çatmalarının səbəbi budur. Türkiyədə vəziyyətin gərgin olaraq qalması bizləri də narahat edir. AKP-Ərdoğan rejimi tam gücüylə Türkiyəni parçalamaq, Atatürk prinsiplərinə xəyanət etmək, gənclikdə türk ruhunu öldürmək projeləri ilə ABŞ-ın tapşırıqlarını yerinə yetirməkdədir. Bunun üçün saysız-hesabsız təbliğat maşınları – vulkan gücüylə hərcayilik püskürən TV kanallar, seriallar, əsarətdə olan media, sərbəst fəaliyyət göstərən masonik təşkilatlar, cəmiyyətlər, daxildəki xarici kəşfiyyat satqınları, uyuşdurucu maddələrin gəncliyin içərisində geniş yayılması, fahişəliyin adiləşdirilməsi və s. assimilyasiya yolları ilə türk toplumu məhvə sürüklənib. Kənar qüvvələr sənətçiləri, musiqiçiləri, siyasətçiləri, biznesmenləri öz əhatələrinə almaqla təbliğat istiqamətlərini dirəniş görməyəcək bir formada qurublar. Türkiyə toplumunun bu proseslərə gücsüz münasibəti, seyrçi mövqedə saxlanılması rejimin istədiklərini doğrultmaqdadır. Türk ruhunun sağlam qalması sanki mümkünsüzləşir.

Sovetler Birliyini dağıdan mason agenti Qorbaçov “aşkarlıq, yenidənqurma, demokratiya” adıyla əxlaqsızlığın Sovet ölkələrinə sürətli gəlişinə qapı açdı. Rusiyada narkotik istifadəçilərinin sayının 5 milyona çatması bizləri də bir millət kimi narahat edir. Rusiyada daha çox mənəviyyatsızlıq, narkomaniya, alkoqolizm yayıldıqca, ailə institutu zəifləndirildikcə, siyasi çəkisi basqıda saxlandıqca siyasi dünya birqütblüyə keçmiş, ABŞ supergüc dövlətə çevrilmişdir.

Belə bir ifadə var: “özündən Amerika kəşf etmək” – bu, boş yerə deyilməyib. Yəhudiçiliyə dayanan və prezidentlərinin böyük çoxluğu sionizm daşıyıcısı olan Amerika (ABŞ) – öz tarixində yerli aborigen hindulara rezervasiyalar, zorakılıq yapan soysuzluq ölkəsidir. ABŞ toplumu, ictimai-siyasi yaşamı maddiyyatçı, dövlətçilik nizmı Makiavelli siyasətidir. Sosial vəziyyəti aşağı olan ölkələri asılı etmək üçün vəsait ayırması, “Minilliyin çağırışları” layihələri adı altında iqtisadi müqavilələrə zorlamaq ABŞ-ın iqtisadi quruluşudur. Materik kimi kəşfi 15-ci əsrdən başlayan bir məkan – ABŞ, indi minillərlə yaşı olan qədim dövlətləri yağmalayır. Vaşinqtonun müharibələr, qırğınlar törədən siyasəti bəşəriyyəti qan çanağına döndərdi. Alyaskadakı HAARP zəlzələ mərkəzindən dünyanın istənilən bölgəsində peyk vasitəsilə “təbii fəlakət” torədilirsə, daha ABŞ-da insan haqlarının müdafiəsindən danışmağa dəyməz!

Dünyanın nəhəng şirkətləri, iri media şəbəkələri, birjalar, ən əsası dünya musiqi sənayesi biznesi, “Eurovision” mahnı müsabiqəsi, neft maqnatı BP-dən, planlı şəkildə genefondu məhv etmək üçün qidalarına orqanizmə zərərli maddələr qatan Coca-Cola-dan tutmuş, əyləncəli McDonald”s da daxil olmaqla dünyanın nəhəng şirkətləri Sion-Mason birliyinə bağlıdır. Sionizmin alt qurumları dünyanın məşhur biznesmenlərini, bankirlərini, siyasətçilərini, təhsil sektorunu, media sahələrində ünlü şəxsləri ətrafına çəkmək və təsir altına almaqla geniş şəbəkə formalaşdırır.

NATO, NASA, AB, BMT , ATƏT, Dünya Bankı, Dünya Valyuta Fondu, Dünya Səhiyyə Təşkilatı, Avropa İnsan Hüquqları Məhkəməsi və sairə özünü dünyaya hüqüqun, haqq-ədalətin müdafiəçiləri, barış və özgürlük yolçusu kimi sırıyan iri birliklər Sion-Mason idarəçiliyinin kölgəsində idarə edilən, antibəşəri planlar gerçəkləşdirən qüvvələrdən başqa bir şey deyil! Görəsən ehtiras gücləndirici preparatların kütləvi istehsalı, cinsiyyəti dəyişmək əməliyyatları Dünya Səhiyyəsinin nəyinə gərəkdir?! Qadın alveri şəbəkəsi, Uşaq pornoqrafiyası açıq-aşkar fəaliyyət göstərirsə, bəs İnsan Haqları üzrə Avropa konvensiyaları harada qaldı?! İnsan haqları buna deyilir?!

BMT əslində Şərqdə müharibələrin yaradılmasını tənzimləyir. Diktatorlara silah satılışına göz yumur. Görəsən həmin diktatorların banklardakı dondurulmuş vəsaitləri hesabına onların ölkələrini bombalamaq hara, qaçqınlara yardım etmək görüntüsü yaratmaq hara?! Seks simvol olan Hollywood aktrisası Ancelina Colini BMT-yə xoşməramlı səfir təyin edərək müharibə bölgəsinə göndərmək hara?! Bu da BMT!

Hollywood aktyorlarının çəkildiyi və evlərimizə daxil olduğu filmlər, uşaqlar üçün cizgi filmləri Sionizmin nəzarətində beyinləri aşılayan güclü silahdır. ABŞ kino istehsalat mərkəzi Hollywood və uşaqlar üçün əyləncə dünyası – əslində uşaq pornosu təşkialatçısı Walt Disney (Disneyland) bəşəriyyətə şüuraltı, şüurüstü təsir yeridən Sionizmin şeytana inam yaradan təbliğatçılarıdır.

Hər cür cinsi azğınlığın sərbəst və qanuni olduğu ABŞ və Avropada beynəlxalq film mükafatlarında “ən yaxşı öpüş səhnəsi” ilə homoseksuallıq mükafatlandırılır. ABŞ prezidentləri homoseksualistlərin hüquqlarının genişləndirilməsi üçün yeni qanunlar tədbiq edir, onların (homoseksualistlərin) yemək toplantısına qatılır. Fahişələrin öz praktikalarından universitet tələbələrinə dərs keçdikləri, “fahişə olmaqdan qürur duyuruq” şüarlı mitinqlər keçirən cəmiyyətin gələcəyi fəlakətlidir.

Qərbdə qadına qarşı özbaşınalıq dünyanın digər bölgələri ilə müqayisədə bütün dövrlərdə aşırı olmuşdur. İndi Qərb “qadın azadlığı” oyunu ilə qadının hüquqlarını əlindən alır. Qadınlığı məhv edir, şəhvət vasitəsinə çevirməklə. Nudistlərin, cinsi azlıqların yürüşlərinə hüquq yaradan Avropa, sionist Amerika hansı tərəqqidən, mənəviyyatdan, ruhaniyyatdan danışa bilər?! Texniki inqilab, texniki tərəqqi mənəviyyat demək deyil! “Qadınlığın, Kişiliyin çılpaqlığı” adlı tərəqqi yoxdur, tənəzzül var. Batıda (Qərbdə) təkcə Günəş batmır, Mənəviyyat batır, İnsanlıq batır!

Batının Freydizmi əxlaqsızlıq, mənəviyyatsızlıq, fahişəliyin təbiiləşdirilməsi üzərində qurulub. Ziqmund Freyd sionizmin təbliğatını qurmağa, bəşəriyyəti yəhudi oyunlarına tabe etməyə hesablanmış kadrdır.

Azərbaycanda da vəziyyət gərgin olaraq qalır, yarımcan, asılı bir ölkə. Üzdə isə özgürlük. Azərbaycanda sionizmin çoxalmaqda olan simvolları, sərbəst fəaliyyətləri, müəyyən məmurları ələ almaları türkçülüyü tamam çökdürməyə yönəlib. Sion təbliğatı evlərimizin içinə qədər soxulub. Təəssüf ki, bu işdə “ATV (Azad Azərbaycan)” və “Lider” teleradio şirkətləri daha aktiv görünürlər. Süni yaradılan işsizlikdən fahişəlik sürətlə artıb, ölkədən axın çoxalıb, gəncliyin hərcayiləşməsi genişlənib. Dərdlərimizin biri də Azərbaycanın iqtidarlı-müxalifətli lider sayılacaq şəxslərinin hələ də Amerikanı Azərbaycanın dostu bilməsidir.

BOP (Böyük Orta Doğu Projesi) tərkibində qurulan İraq Kürdüstanı ABŞ-Mason idarəçiliyi tərəfindən bölgəyə nəzarət etmək, etnik çaxnaşma yaratmaq, neft yataqlarını əldə saxlamaq üçün

hazırlanmış planın tərkib hissəsidir. Neft yataqlarından gələn gəlir regionun inkişafına yox, Sion-Mason banklarına, birjalarına gedər, türkmənləri nəzarətdə saxlamaq üçün Kürdüstan həm də nəzarət kontorudur. Növbə Türkiyə-İran sərhədlərinə yaxınlaşır. Türkiyə Qərbdən – Avropadan, AB-dən qəti olaraq bir üzlə ayrılmalıdır. AB dəfələrlə Türkiyəni dışlayıb. Daha nə düşmüsünüz Avropanın arxasınca?! Avropada Türklüyün, Türkiyənin nicatı yoxdur, çöküşü-ölüşü vardır!

Türk dövlət başçıları iradəsizliyi kənara qoyub Türk Birliyi qurmalıdırlar. Öz ruhaniyyatı, hərbi-siyasi-iqtisadi birliyi, ortaq kültürü, ortaq dili, ortaq yazı sistemi özündən olan birlik. İndi Hürmüzd dünyası əsrlərlə İsrail-İngiltərə-ABŞ (ölüm) üçbucağının yaratdığı İnamsızlıq təhlükəsiylə üz-üzədir. İnsanlıq naminə, Bəşər naminə Türk Ulusunun çiyinlərinə düşən yük dərk olunmalıdır. Sionizmlə mübarizə aparacaq ideoloji mərkəzlər yaradılmalıdır, ciddi İnam işi getməlidir.

2012, Mart.

y.turksoy@mail.ru

www.turkel-aq.org

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv