Bəhmən Sultanlı. Lobbiçilik Türkiyəyə qarşı yönəlmiş “çalışma növü”dür.

XXI yüzilin siyasət aləmində “lobbi” ilə “diaspor” qohum anlayışları daha tez-tez işlədilməkdədir. Bu anlayışları ən çox ermənilərlə bağlı işlədirlər. Bir çox siyasətçilər az qala dünyanın taleyini “erməni diaspor təşkilatları” ilə, “erməni lobbiçiləri” ilə bağlayırlar, özü də elə danışırlar, adam onların “erməni lobbiçiləri” ilə fəxr etdiklərini güman edir. Ancaq lobbinin nə olduğunu deyən yoxdur. Bu, məqamın özü maraq doğurur. Axı, doğrudan da “lobbi” nədir, ya da nə deməkdir? Lobbi dünyanın ABŞ, Fransa… kimi güclü dövlətlərinin siyasətinə təsir edə bilərmi, edə bilərsə, demək nə isə, fövqəladə gücə malik bir yığnaqdır.  Deyilənləri nəzərə alsaq, bu güc yalnız erməni lobbisindədir. Bu, doğrudan da belə isə, bunun sirri nədədir?
Öncə “lobbi” sözünün anlamına nəzər salaq. “Lobbi” deyilən bir fikri, ortaya atılan bir tələbi qəbul edən, dəstəkləyən anlamında işlədilir. Bu söz bizdə “ləbbey” kimi işlədilir, “istisnasız razı olmaq”, “istisnasız qol qoymaq” anlamında indinin özündə də kəndlərimizdə işlədilməkdədir. Biri bir söz deyəndə hamı ona “hə” deyirsə, buna hamının “ləbbey” deməsi deyirlər. “Ləbbey” sözündə ağıl, təfəkkür yada salınmır, müstəqil mühakimə yürüdülmür, deyilən sözün hamılıqla, bir səslə qəbul edilməsi nəzərə çatdırılır. Əslində, “ləbbeyçi” ortaya atılan fikrin icraçısı olur, kimlərinsə “züçü”sü vəzifəsini daşıyır. Ləbbeyçi başqa dövlətdə olarkən öz ana vətəninin mənafelərinin burada həyata keçirilməsinə çalışmaq hüququnda deyil. Çünki həmin dövlətin vətəndaşları bu dövlətin sahibləri, idarə edənləri, saxlayanlarıdır. Amma, Amerika Birləşmiş Ştatlarında, Fransada… olan “erməni ləbbeyçiləri” bu dövlətlərdə Ermənistanın mənafeini güdmək hüququndadırlar, Ermənistanın istəyini yerinə yetirmək üçün bu dövlətlərə təzyiq göstərmək gücü sərgiləyirlər. Bu ləbbeyçilər Türkiyəni sındırmaq iddiasında olan Qərb dövlətlərinin ortaya ataraq vaxtaşırı gündəmə gətirdikləri “erməni soyqırım” iddiasını vaxtaşırı qabardırlar, bir də Ermənistan üçün dilənçipayı qismində yardım ayrılmasına nail olurlar. Əslində, bu iddialı dövlətlər erməni ləbbeyçilərini bu yolla şirnikləndirirlər, onların “nüfuzu”nu saxlamağa çalışırlar.
Erməni ləbbeyçiləri Türkiyəyə təsir etmək üçün ABŞ, Fransa… dövlətləri kimi xristian təəssübçülərinə daha çox lazım gəlir. Türkiyə irəliləyir, cavanlaşır, güclənir. ABŞ, Fransa, başqa Qərb dövlətləri geriləyir, qocalır, gücdən düşür. Ona görə də öz dərdlərini çəkmək, özləri üçün çıxış yolu aramaq əvəzinə, insanlığa, insan amilinə zidd yol tutaraq Türkiyəni əzməyə, sındırmağa, gerilətməyə rəvac yaratmaq üçün “erməni soyqırımı” kimi gülünc bir iddianı gündəmdə saxlamaq istəyirlər.
Bir də, həmin erməni ləbbeyçilərinin yüz il öncə müxtəlif yerlərdən ABŞ-a, Fransaya köçüb getmələri barədə tarixi faktlar mövcuddur. Necə olub, ABŞ, Fransa əhalisinin cüzi hissəsinin təşkil edən bu ləbbey nümayəndələri yüz il müddətində əriyib getməyiblər? Axı, onların nigahları 99.9 faiz başqa millətlərlə olur? Həmin o “ləbbeyçi erməni”lər ABŞ-da məskunlaşan zaman Azərbaycan türkü İsaq Əzimov ABŞ-a, Rüstəm Hüseyinzadə Fransaya köçüb getmişdir. Sonralar İsaq Əzimov “Ayzek Azimov”, Rüstəm Hüseyinzadə “Robert Osseyn” olmuşdur. Bunlardan birinci kimyaçı professor olmaqla, dünyanın nəhəng fantastika yazıçısı, ikincisi isə dünyanın aparıcı kino rejissorlarından olmuşdur, hər ikisi assimilyasiyaya uğrayaraq milli təəssüblərini də itirmişlər. Həm bizə, həm də başqa millətlərə aid belə misallar çoxdur. Onda hansı səbəbdəndir, ermənilər başqalarından fərqli olaraq ABŞ kimi, Fransa kimi böyük dövlətlərdə ərimirlər, assimilyasiyaya uğramırlar? Bizcə, burada nə ermənilərin “birləşmək əzmi”, nə də “üstün ağılları” rol oynamır. Burada başlıca rol oynayan cəhət dövlətlərin özlərinin öz maraqlarını təmin etmək üçün onları başqa dövlətlərə təzyiq göstərmək vasitəsi kimi “yaman gün” üçün qoruyub saxlamaları, “əl quzusu” kimi bəsləmələridir. Arabir, həmin o “erməni ləbbeyçiləri”nin adından Ermənistana dilənçipayı qismində şirnikləndirici pay verməyi də unutmurlar, arabir də onlar üçün “Erməni soyqırımı”nı qaldırmağa şərait yaradırlar. Belə olanda, erməni xalqı, Ermənistan dövləti də “ruhdan düşmür”, növbəti “sezon”a qədər ümidlə yaşayır. Dövlətlərin bu hərəkətləri erməni ləbbeyçilərini ölməyə, sıradan çıxmağa qoymamaq, diri qalmağa həvəsləndirmək məqsədi daşıyır. Əslində isə, bu ləbbeyçilər çoxdan əriyiblər, assimilyasiyaya uğrayıblar, ölüb sıradan çıxıblar.
Deyirlər, ABŞ-da ləbbeylik çalışmalarının tarixi iki yüz ildən artıqdır. ABŞ-ın, ya da hansısa başqa Qərb dövlətinin qəlbində hansısa bir ölkəyə müdaxilə etmək varsa, bu dövlət demokratiksə, orada insan haqları da qorunursa, onda qərblilər “ləbbeyçi”lərdən istifadə edirlər, qalxıb ayağa tutalım, “vaxtilə filan dövlətdə yaşayan ulu babama orada daş atıblar, bədəni zədələnib, o, təzminat verməlidir” deyirlər, qərb dövləti də müdaxilə etmək istədiyi ölkəyə ləbbeyçilərin tələbini yerinə yetirəcəyini bildirir. Müdaxilə etmək istədikləri ölkə tarixdə elə bir şeyin olmadığını nə qədər and-aman edirsə, xeyuiri olmur, tələbi ardıcıl olaraq ortaya atır, suçsuz dövləti şərləyərək suçlamağa çalışır. Artıq, ABŞ-ın, Fransanın… bu biclikləri çoxları üçün sir deyil.
Ləbbeylik çalışmaları haqda qanun ABŞ-da XVIII yüzildə qəbul edilmişdir. Bu hal ABŞ-ın ləbbeyçilərin əlində girinc olmasının göstəricisi deyil. Bu, demokratik dövlət sayılan bir ölkənin əl-qolunun açılmasına xidmət edən düşünülmüş bir tədbirdir. Ləbbeyçilik çalışmaları ABŞ-ın sərbəstliyini artırır. Tutalım, hansısa bir məsələnin ortaya atılması ABŞ-ın marağını ifadə edir, ancaq onun “demokratik dövlət” imici buna əngəl olur. Onda, ABŞ öz “ləbbeyçi dostları”nı  işə salır. Belə çıxır, ABŞ demokratiyanın pozulmasını istəmir, ancaq ləbbeyçilərin tələbi qarşısında çıxılmaz duruma düşür, onların istəyini ödəmək zorunda qalır. İndi ABŞ-ın “erməni ləbbeyçiləri” qarşısında “aciz qalması” göz önündədir. Əslinə qalsa, ABŞ-ın “erməni ləbbeyçiləri” qarşısında geri çəkilməsi heç də inandırıcı deyildir. Ona görə də Azərbaycanın istila edilmiş əraziləri ilə bağlı məsələləri də, “erməni soyqırımı” məsələni də “erməni ləbbeyçiləri” (“erməni qoçuluğu”!) ilə bağlamaq yanlışdır, yolverilməzdir, “ləbbeyçilər”in rolunu şişirtməkdir, onlara dəstək verən dövlətlərin məsuliyyətini azaltmaq ədalətsizliklərinə yol açan imkandır. “Erməni ləbbeyçiləri”ni maliyələşdirənlər, ortaya atanlar elə həmin ABŞ-ın, Fransanın… özüdür. Ona görə də onlara inanmaq, etibar etmək, bel bağlamaq, ümid etmək son dərəcə böyük yanlışlıqdır, qəbahətdir, təhlükə qaynağıdır.
Sözsüzdür, hər dövlətin öz maraqları var. Heç bir dövlət hansısa, ləbbeyçilərin qalxıb-oturması ilə çalışma göstərməz. Baş verənləri “erməni ləbbeyçiləri”nin üzərinə qoyan, xalqı buna inandırmağa çalışanlar “erməni ləbbeyçiləri elə elədi, erməni ləbbeyçiləri elə elədi” deyirsə, özləri bir yana qalsın, xalqı avam, gülünc duruma salırlar, erməniləri, onların ləbbeyçilərini ruhlandırmış olurlar. Bu isə gülünc, ağılsız təfəkkür məhsulu olduğunun göstəricisidir…
ABŞ Türkiyəni rahatsız etmək üçün onu tez-tez “erməni soyqırımı”nı tanıyacağı ilə, ölkə prezidentinin “Erməni soyqırımı” kəlməsini ağzına gətirəcəyi ilə təhdid edir. Kənd yerlərində uşaqlar bir-birini qorxutmaq üçün deyirlər: “bax filan işini deyərəm ha…”. ABŞ da Türkiyəyə qarşı bu düşük yolu tutub. Türk Birliyi, müsəlman aləmi də bundan fərqinə varmadan təşviş keçirir. Bu, onların ABŞ prezidentinin bu kəlməni ağzından çıxaracağından bəlkə də ehtiyat etmir, ABŞ kimi güclü dövlətin başçısının bu kəlməni ağzından çıxarmasından sonra başqa dövlətlərin də buna ləbbey deyəcəyindən dünyanın həmin dünya olmadığını düşünmədən ehtiyatlanırlar. Yox, cənablar, dünya həmin dünya deyil, artıq, ABŞ-a inanan, sonu saya salan dövlət yoxdur. Türk Birliyi ayağa qalxıb ABŞ prezidentinin o kəlməni ağzına gətirməsini tələb etməlidir. Görək, prezidentin o kəlməsini ağzına gətirməsindən sonra hansı faciə baş verəcək? Heç nə olmayacaq! Bir də ABŞ-ın özünün törətdiyi soyqırımların sayı isə, çoxdan itib. İraqda, Əfqanıstanda 100 minlərlə dinc insanı qırmaq soyqırım deyil? ABŞ İraqda kimyəvi silah axtarırdı, nə oldu, onu tapdımı? Bəs onda İraqın yüzminlərlə dinc əhalisinin məhv edilməsinə kim cavab verəcək? ABŞ-ın gözü önündə Xocalıda törədilən soyqırım soyqırım deyil? Bu təhdidçi dövlət bəşəriyyətin şahidliyi ilə törətdilən bu soyqırımları deyil, heç kimin görmədiyi “erməni soyqırımı”nı tanımaq barədə düşünür. Özü İraqda kimyəvi silah axtardı, tapmadı, həm də çəkilib getmədi, yüz minlərlə dinc əhalini müxtəlif üsullarla qırdı. İndi də İranda da atom silahı axtarmaq, dinc əhalini məhv etmək planı ABŞ-ı rahat buraxmır. Sözsüz, heç bir dövlətdə atom silahının olmasını adını insan qoyan heç kim istəmir. Bununla, ABŞ özü istəyir, özündə atom silahı olsun, başqalarını qorxu altında saxlasın, var-yoxunu talasın, talançılığa etiraz etmək incarında olan tapılmasın! Bu, necə məntiqdir, axı, insanlar bu bicliklərdən baş açırlar artıq!..
Dünyanı dəhşətlərdən qurtarmaq ABŞ-ın atom silahına sahib olması, başqasının isə, olmaması yolu ilə baş tuta bilməz. Bu, əslində, bəşəriyyəti silahlanmaya sürükləyən yoldur. Bir də, bəşəriyyətə ağsaqqallıq etmək iddiasında olan ABŞ hamıya eyni gözlə baxmalıdır, özü atom silahından imtina etmək nümunəsi göstərməlidir, deməlidir: “baxın, məndə yoxdur, sizlərdə də olmasın”!..
Qərbin demokratiyadan, insan haqlarından hamıya dərs verməyə çalışması onun dünyanın demokratikləşməsinə, insan haqlarının qorunmasına xidmət etmir. Bu, ölkələrin daxili işlərinə qarışmaq, ölkələrə təcavüz etmək məqsədinə köklənmiş istəkdir. Hansı dövləti diz çökdürmək, əzmək istəyirlərsə, orada “insan haqlarının pozulması”nı, demokratiyanın olmadığını bəhanə gətirib ölkəyə müdaxilə edirlər.
Talamaq üçün gözaltı edilmiş ölkələrdə qadın hüquqlarının tapdanması da Qərbin bəhrələnmək istədiyi, həm də yetərincə bəhrələndiyi məfhumlardandır. Onda Qərb cavab versin: eynicinslilərin nigahını qanuniləşdirmək qadın hüquqlarını tapdamaq, qadını bioloji ehtiyaclarından mərhum etmək deyilmi? Allah təbiəti əbədi etmək üçün işıq-qaranlıq, gündüz- gecə, mənfi-müsbət, ağ-qara, erkək-dişi, daş-torpaq yaratmışdır. Eynicinslilər nigah bağlayırlarsa, onda “erkək-dişi cütlüyü” nəyə lazımmış? Onlar süni mayalanma yolu  ilə artım təmin etmək istəyirlərsə, qadınları kişidən təcrid etmək məqsədi güdürlərsə, onda qadın hüququndan danışmağa nə haqları? Qərbin bu biabırçılıqları insanlığa ləkə olmaqla, mənfini müsbətsiz, ağı qarasız, gündüzü gecəsiz, daşı topraqsız görmək xəyalına da düşə bilərlər…
Eynicinslilərin nigahının təkcə yaxşı hal olmadığını demək məsələnin mahiyyətinin açılması deyil. Bizlərdə yüz illərin müşahidələrinə əsaslanaraq “kişi-kişi cütlüyü”ndə bulunanları əqidəsiz, məsləksiz, insafsız, ədalətsiz, vicdansız sayırlar. Belə kişilər sözübütöv, məsləkitəmiz, vicdanı ləkəsiz olmurlar. Bu adın anlamı əqidəsizlik, etibarsızlıq, sürüşkən ayaqlılıq, səbatsızlıqdır. Bunlara inanmağı, bunlarla oturub-durmağı, söz kəsməyi qəbahət sayırlar, bunlara dilə gətirilməsi abırsızlıq tələb edən ad da qoyublar. Başqa yaxşı keyfiyyətlərdən də xali olmayan Qərblilərin bu keyfiyyətsizliyi addımbaşı müşahidə olunmaqdadır.
Azərbaycan torpaqlarının istilasına rəvac verənlər də elə “eynicinslilərin nigahı”nı dövlətsəviyyəsində qanuna salan həmin qərblilərdir. Onlar torpaqlarımızın istilasına rəvac verdilər, yardımçı oldular, torpaqlarımız istila olundu, Azərbaycan zəiflədi, asılı duruma salındı, sonra da ölkəmizin neftini talamaq üçün onu “neft müqavilələri” bağlamağa təhrik etdilər. Bu dönəmdə “Minsk qrupu” deyilən bir qurum da yaratdılar. Qəribə də görünsə, istilaya rəvac verənlər, hər cür dəstəyini əsirgəməyənlər, siyasi, hərbi yardım göstərilməsində öndə gedənlər bu qrupun həmsədrləri oldular. Eynicinslilərin nigahı barədə qanun yaradanların nümayəndələri olan bu qrup həmsədrləri (Bernard Fasyenin üzünə diqqətlə baxın: cütlərdən birinə oxşayırmı? Adam da vətəninin taleyini, özünün, öz xalqının taleyini ona etibar edərmi?) öz insanlıq ləyaqətlərini, vəzifə borclarını unudaraq istilanın qanun çərçivəsinə salmağa çalışmaqdadırlar… İnsanı yer üzündən yaratdıqları kütləvi qırğın silahının sahibi olan bu qoluzorlular özləri “üzdəniraq” ola-ola, bizləri avam, geridə qalmış, özlərinə möhtac sayırlar. Günün gerçəkliyi belədir…
“Avropaya inteqrasiya” söhbəti də bir çoxlarının dilindən düşmür. Onu unudurlar, Avropaya inteqrasiya Avropanı ocaq başına keçirməkdir. Bunun yolu isə, Avropa mənəviyatını qəbul etməkdən keçir.
Bilindiyi kimi, türk xalqları bir çox mənəvi dəyərlər baxımından Yaponlara daha çox yaxındırlar. Yaponlar özlərini milliyyət baxımından da türk kökənli sayırlar. Eyni zamanda, həm yaponlar, həm də türklər Şərq xalqlarıdırlar. Bugünkü elmin, mədəniyyətin başlanğıcını Şərqdən götürmüş olduğu danılmazdır. Ona görə, heç bir cəhətdən türklərlə bağlılığı olmayan Avropadansa, türkün, o sıradan da bizim həm də dünyanın ən inkişaf etmiş ölkəsi olan Yaponiyaya inteqrasiyası daha münasibdir. Yapma şəkildə bizimlə əks mənəvi qütbdə dayanan Avropaya inteqrasiyadansa, Yaponiyaya inteqrasiya daha faydalı olmazmı? Məncə təbliğatımız bu yöndə aparılmalıdır, işlərimiz bu yöndə qurulmalıdır.

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv