Qurtuluş savaşı başa çatmış, ölkədə yeni bir dönəm başladılmışdı. Bu dönəmin başında Qurtuluş savaşının başında durmuş Kamal Atatürk dururdu.O, ordu komandanından yeni yaratdığı Türkiyə Respublikasının başqanına dönsüşmüşdü.
Atatürkün qurduğu Respublika 9 özülə dayanırdı1.Cümhuriyərin bildirilməsi; 2.Xəlifəliyin qaldırılması; 3.Şəriə.ıtin qaldırılması; 4.Mədrəsələrin, Təkkələrin qaldırılması; 5. Sarığın, fəsin qaldırılması, şapka geyilməsi; 6. Hakimiyət millətindir; 7. Türkiyə Böyük Millət Mclisinin dışında hansısa qurum millətə ağalıq edəməz.Bütün yasaların yapılmasında, türlü yönətim örgütlərində, yönətimin bütün bölümlərində, genəl eğitimdə, ekonomidə, milli əgəmənlik ilkələriylədavranılacaqdır. 9.Səltənətin qaldırılması qonusundaki qərar, dəyişməz yasa buyruğudur.
Bu, Respublika quruluşuna özgü çağdaşlıq ilkələri Atatürkün ən yaxın yaraq (silah) arxadaşlarını belə ondan ayıracaq, birilərini onu öldürmək istəyinədək gətirəcəkdi.
Qısa bir tarix örnəyi.1922-ci il noyabrın 17-də Sultan Vəhdətdin qaçaraq ingilislərə sığınmışdı.
Bir gün, Başbaxan Rauf Bəy, Qazinin TBMM’deki başqanlıq odasına gələrək Onu, Rüfət (Bələ) Paşanın bağ evində axşam yeməyinəçağırır.
Rauf Bəy, o günlərdəAnkarada olanTürkiyənin Moskvadakı böyükelçisi,ortaq arxadaşları Əli Fuad Cəbəsoy Paşanın da (Salacaqlı Fuad) o yeməkdəolması üçün Qazinin onayını alır.
Qazi, Rauf Bəy, Rüfət Paşa, Fuad Paşa, axşam süfrədə bir araya gəlirlər.
Bir-birinin necəliyini sormalar bitir, yemek başlamadan Rauf Bəy Qaziyə dönür; “Kamal,- deyir,-çağırışımıza gəldiyin üçün sayğılarımızı sunuruq. Yeməyin yanınca başbaşa qonuşmaq istədiyimiz bir qonu var,bugün səninləo qonuyu da qonuşmaq istəyirk”.
Qazi:”Buyurun, qonuşaq!”- deyir.
Rauf Bəy danışmağa başlayır:
“Kamal! Məclis səndən qorxur, o üzdən bütüngileylər sənə deyil, başbaxan olaraqmənə gəlir.
Qazi şaşırdığını bəlli etməməyə çalışır: “Nəyimdən qorxurlar?”
Rauf Bəy:”Sənin cumhuriyət quracağından qorxurlar. Dedi-qdular getdikcə yayılır.Əlinə olanaq keçərsə, sənin padşahı belə bu ölkədənqovacağını söyləyrlər!”
Qazi donup qalmışdı.Soyuqqanlılığınıqorumağa çalışırdı. Rauf Bəy danışır:
“Kamal! Bu vətən işgala uğradı.Ən çox sən çaba göstərdin, qurtardın, biz də sənə yardım etdik.
İndi vətən qurtulub.Bizə görə, “əmanəti yiyəsinə qaytarmağın çağı çatıb”.
Yemək çağırışınınarxasındakı gizlini anlayan Qazi soruşur: “Yaxşı, Rauf, Sultan Vəhdətdinlə bağlı sən nə düşünürsən?” Rauf Bəy:”Kamal, mənim babam padşahın baş mabeyinliğini yaptı.(Mabeyinlik- Osmanlı dövlətində padşahın dışarıyla olan ilişkilərinə baxan).Boğazında padşahın çörəyi var.İindi o çörəkmənim boğazımdadır.Mən yediyim çörəyə dönüklük etmərəm,qardaşım.Mənim rejim sorunum yoxdur.Üstəlik, sordun, söyləyim: padşah bir İslam xəlifəsi, mən dəmüsəlmanam. Din tərbiyəm nədəniylə də padşaha bağlıyam. O yerlər o biri dünya ilə bağlı yerlərdir,sənin, mənim kimi adamların yetəcəyi yer deyil.Bu millətin yüzillərdən bu yana alışdığı yönətim də mütləqiyət yönətimidir, cumhuriyət deyil”.
Üz cizgiləri gərilmiş Qazi ev yiyəsi Rüfət Paşaya dönür; “Sən nə düşünürsən Rüfət?” O: “Eləcə Rauf Bəy kimi düşünürəm, Paşam!”-deyir.Qazi masadaki Fuad Paşadan: “Sənin görüşün, Fuad?”-deyə soruşur.Fuad Paşa Qazinin Ordu oxulundan sınıf, lap sıra arxadaşıydı. Hüquqları daha dərindi. O,sivil liseydən Ordu oxuluna bir az gec qatılmışdı. Oxul Komutanı Mustafa Kamali odasına çağırtmış, iki gənci bir-birilə tanışdırmışdı:Selanikli Mustafa Kamal, Salacaqlı Fuad.Fuadı sinfinın çavuşu Mustafa Kamalatapşırmışdı.
Fuadın fransızcası çoxyaxşıydı, Mustafa Kamala bu dərsdə çox yardımı oldu.Getdikcə aralarında uzun illər sürəcək dostluq yarandı.
Fuad; “Paşam”,- dedi,- uzun sürədir Moskvadayam, durumu bilmirəm, izin verin bir neçə gün düşünüm”.O da: “Kamal, mən sənin arxandayam”,- deyə bilmədi.
Masada olmayan dördüncü adam Kâzım Karabəkir Paşa Ərzurumdaydı, telefonun o biri başında bu toplantıdan çıxacaqqərarı gözləyirdi.Beşinci adam özüydü.
Tezliklə başlanacaq Qurtuluş savaşı üçün Anadoluya çıxan ilk 5 komutan olaraq masadaydılar, dövlət qurulmamışdı, ancaq kartlar paylaşılırdı.Qazi: “Məndən nə etməyimi istəyrsiz?”,- deyə sordu.Rauf Bəy bildirdi: “Yarın kürsüyə çıx, bunları etməyəcəyinə söz ver!” Qazi:”Mənə bir kâğız verin”,- dedi. Bağ evində gecə yarısı kâğıztapmadılar, çəkdiyi siqaretinqapağını acıqla yırtıb, arxasına yazdı: “Günü gələndə Padşahla bağlı qərarıən uca iş orqan olan TBMM verəcək.” Yüksək səslə oxudu, sordu:”Bu sizə, Məclisəyetirmi?Bunu yarın çıxıb oxusam, sizcə, Məclis yetərlənirmi?”
Rauf Bəy:”Hə, bu olar. Bunu çıx yarın kürsüden oxu!”- dedi.
O Məclisdən padişahaqarşıbir qərar çıxmayacağını bilən komutanlar yüngülləşdilər.
Süfrə buza dönmüşdü.Onlar ayrılarkən yeni bir gün doğmaqdaydı. O gündən Qazi yollarının bu arxadaşlarından ayırılmalı olduğunu gördü. Ertəsi gün kürsüyə çıxıb,yazdıqlarınıolduğu kimi oxudu.Məclislə,komutanlarla dartışmaya girmədən çətinliyi aşmalıydı. Elə də etdi.
1921 Anayasasına gorə, Məclis iki ildən bir seçimə getməliydi.Məclis 23 aprel 1920-də açıldığından seçimləri yeniləməyin çağı çatmışdı.Doğal olaraq da seçimə gedildi.Qazi, bu Məclisdən qurtulan kimiydi. Komutanlar yenidən sıxıntıya düşdülər: “Kamalist bir Məclis gələrsə, necə olar?” Bunu düşünərək yeni bir plan qurdular.Mustafa Kamali Məclisəburaxmamağın yolunu arayacaqdılar.Seçim Yasasını dəyişdirməyə qərar verdilər.
Belə bir önərgədüzəldildi:
- “Bundan belə millətvəkili adayının doğum yeri, Mısak-ıMilli içində (ölkə içində) olsun”.
Bəlli olduğu kimi, Mustafa Kamal Səlanikdə doğulmuş, Osmanlı dağıldıqdan sonra Səlanik ölkə dışında qalmışdı.
- “Millətvəkili adayı adaylığını verdiyi yerdəən azıbeşil yaşamış olsun”.
Mustafa Kamal savaşlarda olduğundan beş ıl nədi, beş ay da bir yerdəyaşamamışdı.
Güdük bəlliydi: bu yasanı ondan ötrü planlamışdılar. Planlayanlar da ən yaxın yaraq arxadaşlarıydı.
Bu önərgə verilincə, kürsüyəçətinliklə çıxdı, asta-asta dedi: “Doğum yerim Səlanik Misak-ı Milli sınırları dışında qalırkən, dövlət Səlaniki tək güllə atmadan Yunana verirkən, bu millət bilsin,mən başqa bir yurd köşəsi Dərnədə savaşırdum. Haradasa beş il oturmadım.Otursaydım, onda Binqazidə, Dərnədə, Sinada, Fələstində olamazdım. Çanaqqalada, Qafqazlarda, Sakaryada olamazdım. Ancaqmən oralarda olmasaydım, bu əfəndilərin də doğum yerləri, Allah eləməsin, Misak-ı Milli sınırları dışında qalardı… İndi millətə sorur, yanıtını millətdən gözləyirəm:bu önərgənin yiyəsiəfəndiləri buraya göndərən millət onlar kimi düşünürmü?”
Millət onlar kimi düşünmürdü.Millətin çoxsaylı teleqramları nədəniylə önərgə geri çəkildi.Mustafa Kamal Ankaradan millətvəkili seçilərəkMəclisə girdi.Girdi, Respublikanı qurdu.
Qazi bu olayı sonunadək unutmadı.Söyləvlərində (Nutuqlarında) bütün ayrıntılarıyla yazdı.
Kamal Atatürk ona qarşı edilənləri unutmadı, olanları o komutanlar da unutmadılar.Politikada Atatürkə yenilən komutanlar onu terror yoluyla aradan götürməyi planladılar.Işin üstü açıldı, bir çoxları, o sıradan, Kazım Qarabəkir tutuqlandı.Başbaxan İsmət İnönü onu tutuqluqdan buraxdırdı.Atatürk işə qarışandan sonar Bağımsızlıq Yarğısı(İstiqlal Məhkəməsi) dediyinin üstündə duraraq onu yenidən tutuqladı.
1938-ci il, Atatürkün sağlıq durumunun ağır çağlarıydı.Bundan yararlanan Atatürk yağıları onu öldürmək istəyənləri ölümündən dörd ay öncə yasasal olaraq bağışladılar.Görünür, sanıqlarla işbirliyində olması nədəniylə, İsmət İnönü Atatürkün ölümünün ardınca Atatürkə yaxın kimslərin hamısını görəvdən aldı, onların yerinə Kazım Qarabəkir başda olmaqla Atatürk yağılarını gətirdi.
II
İ.İnönünün başçılığı ilə baş tutan Lozan konqresində (1922) yeni qurulmaqda olan Türkiyə dövləti ilə bağlı İngiltərənin belə bir buyruğu olmuşdu: “Uluisal dövlət (milli dövlət) qurmamalısız!” İmperialist güclər bunu İnönü kimilərinə deyər-yedirə bilərdilər, Atatürkə yox!
Atatürk içdəki, dışdakı yağıları yenərək özünün düşünüb planladığı ULUSAL Türkiyə Respublikasını qurdu!Yalnız İngiltərə deyil, demək olar, İngiltərənin bir parçası olan ABD də- bütünlükdə, Batı- Osmanlının yerində Ulusal dövlətin qurulmasını istəmirdi.O üzdən onlar Atatürkün yoxluğundan yararlanmağı yubatmadılar.Atatürkün yaraq arxadaşlarından sayılan İ.İnönü onlar üçün çox əlverişli birisi oldu.İ.İnönüöncül düşüncəli, Atatürk ilkələrinə bağlı kimsələri dövlət görəvlərindən uzaqlaşdırdı, onların yerinə gerilikçi düşüncə yiyələrini gətirməklə Atatürk dövlətçiliyindən uzaqlaşma yolunda başlanğıc addımları atdı.Bunlar bağımsız, çağdaş Türkiyənin varlığına dözməyən Batı imperializminin istəklərinə uyğun addımlar idi.
Türklüyə yad çürümüş Osmanlı dövlətinin yerinə bütünlüklə yeni, çağdaş Türk dövləti qurmağı planlayan Atatürk ortaya o dövləti qurmağa yönəlik bütöv bir DEVRİM paketi çıxarmışdı.Böyük devrim paketini gerçəkləşdirmək üçün ona irəliçi ideyalarını gerçəkləşdirməyə yardımçı olacaq dönməz yol yoldaşları gərəkirdi.O isə yuxarıda göstərildiyi kimi, ən yaxın yaraq yoldaşlarını itirməklə təklənmiş, tək qalmışdı. Onlar Atatürkün dəyərini anlayıb bilsələr də, onun Böyük, Güclü Türkiyə doğuracaq, onu Uğurlu Gələcəyə daşıyacaq öncül ideyalarını gərəyincə dəyərləndirə bilmədiklərindən Atatürk arxadaşlarından Atatürk yağılarına dönüşmüşdülər. Onlar- o Ordu dəyərliləri!- çoxsaylı Avropa güclərinin saldırılarına uğramış Türkiyənin Qurtuluşu yolunda gerçəkdən böyük işlər görmüş komandanlar idilər.Ancaq, nə yazıqlar, padşahlığa, xəlifəliyə bağlı baxışları ilə onlar Atatürkün qurmaq istədiyi Türkiyə ilə bir araya sığmır, bu baxımdan da özləri özlərini dışlanmaya gətirirdilər.
Çağı keçmiş, dağılmış olsa belə, Osmanlı da, padşahlıq da, xəlifəlik də onlardan ötrü toxunulmaz qutsallıq idi.Onlar Türkiyəni satlığa dönüşdürmüş birisini,ağır çağlarında ölkəni qorumaq yerinə qaçıb ingilislərə- ölkəyə saldıranlara!- sığınan “Sultan” Vəhdəddini yenidən hakimiyətə gətirmək istəyirdilər.Saysız kitablar oxumaqla böyük, üstəlik, çağdaş biliklərə yiyələnmiş Atatürklə onları bir-birindən az qala yüzilliklər ayırırdı.Osmanlı dövlətinə bağlılıqlarını önə çəkirkən onlar- dünənin o ünlü komandanlar- ən azı bu gerçəyi anlamaq istəmirdilər: Osman Qazinin qurtduğu Osmanlı dövlətiylə başında Vəhdəddinin durduğu Osmanlı ayrı-ayrı dövlətlər idi. Birinci üstün özəllikləri ilə gerçək bir Türk dövlətiydi, ikinci isə Türkiyənin-Türklüyün ÖZÜ olan Anadolu Türklüyünə yad bir dövlət idi.Bir sıra faktlardan göründüyü kimi, Ataürk bu gerçəyi bütünlüklə anlayan, anladığına uyğun davranış sərgiləməyə yüklənmişçağına görə taysız lider idi.Liderin basilica dəyəri də bundadır: çağın çağırışına qoşmaqla ulusuna, ölkəsinə üstün yararlığında!
Burasını ayrıca vurğulamaq gərəkir: Sultan Vəhdəddin də, şeyxülislam Dürrüzadə də İstanbul başda olmaqla ölkənin bir çox yerlərini ələ keçirmiş ingilislərə satılmaqla qalmamış, Qurtuluş savaşına qalxmış Atatürkün ölümünə biri fərman, o biri fətva vermişdi.O fərmana, o fətvaya görə Atatürk harada ələ keçsə, yerindəcə öldürülməliydi…
Qurtuluş savaşında ölkənin yararı üçün ordularına:”Mən sizə ölməyi əmr edirəm!”- deyərəkçoxsaylı yağı ordularına üstün gələn ordular komandanı dövlət başçısı olmuşdu. İndi onun görəv borcu orduları qanlı savaşlara soxmaq deyil, yeni dövlət modelinə uyğun olaraq xalqı gərəkdiyi kimi yaşatmaq idi.Burada toplu olaraq gəlişim gərəkirdi: gəlişən eyitim, gəlişən ekonomika, gəlişən kültür, gəlişən xalq, gəlişən dövlət.Onun LAİKLİK ilkələri bunları bütünlüklə qapsayırdı.
İlkələr bunlar idi: cümhuriyətçilik (respublikaçılıq), dövlətçilik, nilliyətçilik, xalqçılıq, devrimçilik, laiklik- kamalizmin 6 özül ilkəsi.Göründüyü kimi, ilkələrin başında cümhuriyətçilik durur.Atatürkə görə, “Türk millətinin xarakterinə, adıtlıərinə ən uyğun olan yönətim Cümhuriyət yönətimidir”.Atatürkün anlatımında “Cümhuriyət demokratik parlamentar düzəndir”.Atatürk ilkələrinin yığcam adı KAMALİZMdir.Bu ilkələr ortaya çıxandan Batı imperializminin acığına tuş gəldi.Atatürk ilkələrinin ardan qaldırılması üçün illərlə çalışııldı, çaba göstərildi.ABD-nin uzun sürəli basqıları sonucunda Atatürk ilkələrinin çoxunu çıxdaş durumuna gətirib.Uzun illərdən bəri Türkiyədə hakimiyət başında olan Ərdoğan hakimiyətinin ilkin çağlarında demişdi:”Kamalizmi qafalardan silmək üçün minarələr süngünüz olmalıdır”. Onun başqa bir çıxışında deyilir:”Biz milliyətçiliyi ayaqlar altına alan bir iqtidarız”.Yalnız bunlar deyil, Ərdoğanın bir şox çıxışları, o çıxışlara uyğun etdikləri Kamalizmi aradan qaldırmağa yönəlik çalışma görsənişləridir.Ərdoğan dediklərini, daha doğrusu, dedirdilənləri, etdi.
Çağımızda “yeni dünya düzənindən” çox danışılır. Başqa adı qloballaşma olan bu “düzən” uluslararasıkapitalın qlobal-sınırsız ağalığı üçündür. O ağalığı əngəlləyən tək güc Ulusal Dövlətdir.Kamalizm o dövlətin bütünüdür.O üzdən:“Türkiyədə Atatürk yıxılmadan, Atatürkçülük yenilmədən ulusal dövlətin yıxılmayacağı bir gerçəktir!” Bunlar dok.professor
Ahmet Taner KIŞLALInın çoxdan paylaşdığı notlardır.
Bir sıra ABD-Batı “servisləri” Kamalizmi, başqa sözlə, Atatürkçülüyü yenməyin, aradan qaldırmağın basılıca yolunu çox-çox illər bundan öncə Türkiyədə islamı dərindən-dərinə yaymaqda görürdülər.Bu ön görü 2002-ci ildən Türkiyədə böyük uğurla gerçəkləşdirilməkdədir…
Atatürk bu yerdə belə buyurur:”Bir millətdə, özəlliklə bir millətin iş başında bulunan yönəticilərində özəl istək, özəl çıxar duyğusu vətənin uca görəvlərinin gərəkdirdiyi duyğulardan üstün olusa, ölkənin yıxılıb yox olması qaçılmaz bir sondur”.
Bir daha vurğulamaq gərəkir:Atatürkün, Atatürkçülüyün yenilməsi Türkiyənin yenilməsi deməkdir.Bu gerçəyi anlayan Türk aydınları, Türk gəncliyi Türklük-Türkçülük ideolojisinə sarılaraq yeni bir QURTULUŞ savaşını başlatmaq görəvlisidir!O savaş bütünlüklə Atatürk ilkələrindən qaynaqlanmalı, Atatürk ilkələrinə dayanaraq sürdürülməlidir!
Açunun ünlü çarpışma ərlərindən olan Mahatma Qandi demişdi:”Mustafa Kamal ingilisləri yenənədək Tanrını da ingilis sanırdım”.
Son olaraq yenə Atatürkə dönmək gərəkir:”Türkün onuru, özünə güvəni, yetənəkləri çox yüksəkdir, böyükdür.Belə bir ulus tutsaq yaşamaqdansa yox olsa daha yeydir.Eləysə ya bağımsızlıq, ya ölüm- gerçək qurtuluşu istəyənlərin parolu bu olacaq”.
Atatürk Türk düşüncə tarixində ilkin olaraq MİLLİ HEGEMONLUQ quramını yaratmışdı.Kültürəl, humanist milliyətçilik anlayışı yalnız Türklüyə deyil, bütün Yer üzünə onun ərməğanı idi. Atatürk milliyətçiliyi, belə desək, özünü özü kimi, özgəsini özgəsi kimi sevən milliyətçilikdir.Bu milliyətçilikdə özünə sayğı ilə yanaşı, bir də özgələrə sayğı var. Bu isə minilliklərə bağlı ulu Türk özəlliyidir.
A.T.Kışlalıdan daha bir alıntı:”Kamalizm keçmişin bəkçiliyi deyil, gələcəyin öncüllüyüdür”.
***
Savaşda İngiltərənin Başbaxanı olan Lloyd CorcTürklərin İzmiri geri aldığı günlərdə Parlamentdəki çıxışında bunları deyərək istefa vermişdi:”Dünyada beş yüz ildən bir dahi yetişir, bu dönəmki dahinin Türklərin arasından çıxacağını mən nə biləydim?”
Atatürkün İzmirdəki uğuru dünyanın savaş tarixindəki tək-tək uğurlardan idi.
Yağı ordusunun onun ordusundan say, güc, donatım baxımından qat-qat üstün olduğu Çanaqqala savaşı öncəsi əskərlərinə son buyruğu bu olmuşdu:”Sizə savaşmağı deyil, ölməyi əmr edirəm!”
Özü at belində öndə çapırdı.Düz ürəyinə tuşlanmış güllə onu durduramadı… portsiqarına dəyib yerə düşdü.O sürədə onu kimsə, nəsə durduramazdı: O, yürümür, sevgili Türkiyəsinin planlayıb gözaltıladığı aydın gələcəyinə doğru uçurdu.
Dahinin dahi yaradıcılığının 100 illiyinə xoş gəldiniz, sevgili soydaşlar!
Nə mutlu TÜRKƏM deyənə!
27.10.2023