Turan necə qurulur, necə qurulmalıdır?

Deyir: “Mənim prioritetim Turan qurmaqdır”. Bunu istəsə, Amerikanın prezidenti deyə bilər, bugünkü Azərbaycanın, bugünkü Türkiyənin prezidenti deyə bilməz. Nə üçün? Azərbaycanın, Türkiyənin bugünkü politik, ekonomik, sosial gerçəkliyi ilə uzlaşmadığı üçün! Turan qurmaq ideyası ilə sözügedən gerçəklik arasında, dərin, çox dərin uçurum var. O uçurumu isə başqaları deyil, Azərbaycanda da, Türkiyədə də Turan qurmaq ideyası ilə çıxış edən prezidentlər yaradıb. Uçurumun aradan qaldırılması üçün öncə bütünlüklə başqa ideyalara yüklənmiş kimsələr, başqa sözlə, ölkəni Turan quruculuğu yoluna çıxaracaq strateji düşüncə yiyələri gərəkir.
Prezidentliyə yiyələndikdən az sonar, 2004-cü ilin yanvarında demişdi: “Ölkədə monopoliyalar var, mən o monopoliyaları aradan qaldıracam, bitirəcəm”. Sonucda nə oldu?Dövlətin özü monopoliyalaşdırıldı.Başqa sözlə, dövlət özü monmopoliya obyektinə dönüşdürüldü.
“Güclü, demokratik təsisatların qurulması bizim üçün uğur şərtidir”,- deyilmişdi. Çox doğru idi, ancaq doğrulmadı, tərsinə, ölkədəolan az-çox demokratik qurumların hamısı gələ-gələ aradan qaldırıldi.Ölkə kiminin avtokratiya, kiminin diktatura adlandırdığı Orta çağ feodal yönətim yöntəminə dönüşdürüldü.Ardıcıl repressiyalar yoluyla media özgürlüyünə son qoyuldu, demokratiyanın özülünü oluşduran seçkiözgürlüyü aradan qaldırıldı.
“Azərbaycan dövləti social dövlətdir və siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”,- deyilmişdi, bunun belə olmadığı, dövlətin açıq-açığına antisosial xarkter daşıdığı gerçəyi görüb anlamaq bacarığı olanların hamısına bəllidir. Uşaqpulu verilməyən, təhsil, sağlıamlıq sistemlərinin pullu olduğu ölkədə hansı sosial dövlətdən danışmaq olar?!

2006-ci ildə demişdi: “2008-ci ildən Azərbaycan demokratiyaya qapılarını açacaq”. 2025-ci ildir, indi Azərbaycanın üzünə demokratiya qapılarnınqapadılması azmış kimi quru sınırlarının da qapıları qapadılıb.

2006-cı ildə bu da deyilmişdi: “Güclü ictimai nəzarət və azad cəmiyət formalaşmasa, iqtisadi uğurların gələcəyi olmayacaq”. “Güclü ictimai nəzarət, azad cəmiyət”- bunlar olduqca düzgün düşüncələr idi, ancaq, nə yazıqlar, bunların tərsi baş verdi: bütünlükdə toplumsal gözətim də, toplum özgürlüyü də, ekonomik özgürlüklər də özəlləşdirilmiş duruma gətirildi.

2013-cü ildəki president seçkisi sonrası deyilmişdi: “Mən 50 milyonluq Azərbaycan xalqının prezidenti olacam”. Olmadı. 50 milyon bir yana, ortada 10 milyonu qanunçuluq yoluyla gərəyincə yaşatmaq faktı da yoxdur- xalqın böyük çoxluğu böyük də yoxsulluq içindədir.

Milyardlarla gəlir gələn ölkədə Tələbə qəbulu komisiyasının sədri günlərin bir günü dedi: “Sınaq imtahanlarını keçirməyə maddi imkanımız yoxdur”. Beləliklə, balalar üçün sınaq imtahanları da pullu oldu. Uşaqpulu verilməyən ölkədə! Dövlət qurumu olan SOKAR Atletiko futbol klubuna 20 milyon, Qalatasaray FK-ya 15 milyon dollar bağışlaya bilir, ancaq balaların sınaq imtahanı üçün büdcədə “maddi imkan” olmur!

Hansısa gərəksiz “beynəlxalq tədbirlər”, Formula-1 sayağı dəyərsiz idman oyunları üçünmilyonlarca dollar“çölə” atılırkən,gətirib bir neçə şəkil çəkdirmək üçün Leonel Messi kimilərinə 7-8 milyon dollar verilirkən… ölkənin topraq bütünlüyü yolunda canından keçənlərlə, eləcə də sağlamlığını itirənlərlə bağlı kəsinlikləyadlıq-yağılıq sərgilənir!..

Açunun bu başından o başına saga, sola milyonlar, milyardlar dağıdılırkən… uşaqpulu verməyə büdcədə pul “olmur”!

Hər gün 100 milyondollar gəlir gələn, statistikada göstərildiyindən (10 milyon) az adam yaşayan balaca bir ölkədə sınaq imtahanı keçirməyə, uşaqpulu verməyə büdcədə pul “tapılmırsa”, xalqın (rejim qulluqçularının deyil, xalqın) aylığı, pensiyası doğal qaynaqlardan yoxsun qonşularından illərlə dayanıqlı olaraq geri qalırsa, bu, çox yumşaq desək, hakimiyətin xalqa açıq-aydın yad olma görsənişidir.

“Öz vətəndaşına belə qiymət verən ikinci ölkə yoxdur”,- burası doğrudur: öz vətəndaşına BELƏ QİYMƏT verən ikinciölkə yoxdur.Baxın, Avropa ölkələri bir yana, doğal qaynaqları aşıb-daşan Azərbaycan doğal qaynaqlardan yoxsul Güney Qafqaz ölkələrindən belə bütün pozitiv parametrlər üzrə dayanıqlı olaraq geri qalırkən, buna bizdə “dayanıqlı inkişaf” adı verilir, O “dayanıqlı inkişavın” biri, 2024-cü il göstəricisi,orta aylıq əmək pulu: Ermənistan- 541 dollar; Gürcüstan- 534 dollar; Azərbaycan- 494 dollar. Buna yalnız bir ilin göstəricisi olaraq baxmamalıyıq.Son 32 ildə Azərbaycan üç Güney Qafqaz ölkəsindən biri olaraq dayanıqlı duruşla üçüncü yerə qaxılıb qalır, özü də təkcə əməyin dəyərləndirilməsinə görə deyil, yurddaşların yaxşı yaşayışına yönəlik bütün parametrlərəgörə.

2024-cü il statistikasına görə, Azərbaycanda adambaşına genəl iç ürünün dəyəri Gürcüstandan 13,5 faiz, Ermənistandan 21,8 faiz az olub. Azərbaycan kimi doğal qaynaqları aşıb-daşan ölkə üçün bu, ulusal faciə deməkdir- yarıtmaz rejim, yarıtmaz yönətim etkənliyinin doğurduğu ulusal faciə!

“2017-ci ilin mayında Kreml jurnalisti V.Solovyovla qonuşmasında İ.Əliyev demişdi: “Bizim camaat belədir, özbaşına buraxsan, aləmi qatıb-qarışdırar, gərək onların üstündə sərt konrtol olsun. Onları tutub içəri atmaq, qorxutmaq lazımdır”.Xalqı qorxutmaq üçün içəri atılanlar kimlərdir?Dövlət qurumlarındakı rüşvət-korrupsiya faktlarına, ölkəni başına götürmüş məmur özbaşınalıqlarına susqun qalmayan politiklər, jurnalistlər.

“Vətəndaşlar korrupsiya faktları ilə bağlı mənə məlimat versinlər”,- deyilir, sonra da korrupsiya faktlarından yazan jurnalistlər tutulub türməlik edilir.

Bugünlər sosial mediada geniş yayılmış bir rejim örnəyinə baxaq:

“Heyif səndən, ay gözəl Vətən!

Naxçıvan gömrüyünün keçmiş rəisi, general Səhhət Həbibbəyli istintaqa ifadəsində 2018-ci ilin noyabrından 2022-ci ilin noyabrınadək komitə sədri işlədiyi dövrdə rəhbərliyə çatdırdığı pullar barədə bunları deyib:

“2018-ci ildə mən sədr təyin olunanda aylıq 2 milyon 500 min dollar olmaqla, ilin sonuna qədər iki aya cəmi 5 milyon dollar çatdırdım. 2019-cu ildə də aylıq 2 milyon 500 min dollardan bir il üçün 30 milyon dollar vermişəm. 2020-ci ildə aylıq 2 milyon 800 min dollar oldu, illik cəmi 34 milyon dollar çatdırmışam. 2021-ci ildə isə aylıq təxminən 3 milyon 200 min dollardan olmaqla, bir il üçün 38 milyon 400 min dollar çatdırmışam. 2022-ci ildə artıq ayda 3 milyon 300 min idi.10 ay ərzində 33 milyon yığılmışdı.Hamısı da çatdırılıb”.

O vurğulayıb ki, rəhbərliyə çatdırılan yüz milyonlarla dolların hamısı qeyri-rəsmi şəkildə toplanan və büdcədən yayındırılan gömrük rüsumlarıydı.

Səhhət Həbibbəyli AMEA prezidenti İsa Həbibbəylinin oğludur, hazırda azadlıqdadır.

Onun 4 ildə 140 milyon dollar haqq verdiyi Naxçıvanın keçmiş rəhbərliyi heç istintaqa çağırılmayıb”.Bu nə dövlətdir belə? Sözsüz, bütün qanunların ayaqlar altına atıldığı, düzgünlüyə çalışanların tutulduğu, dövləti içindən yeyib-dağıdanların hansısa qanun qarantiyasında olduğu mafiya dövləti! Total korrupsiya üzündən xalqın soyulub yağmalanaraq yoxsulluq içində yoxluğa sürükləndiyi, dövlət qulluqçularının dərin korrupsiya üzündən xalqın qanına susadığı belə dövlətlə Turan qurulmaz!

Bu gün türmə yaşamı yaşayan ünlü ekonomist Qubad İbadoğlu 2011-ci ildə İctimnai Palatatribunasından etdiyi çıxışında demişdi: “Azərbaycan Gömrüyündə ildə 12 milyard dollar pul mənimsənir”. 2012-ci ildə beləydi, indi necədir? Bəlli deyil, ola bilsin, İbad bəy bayırda olsaydı,Gömrükdə indi baş verənləri də bilərdik.

MTN-də Antiterror idarəsinın başında durmuş tutuqlu general Akif Çovdarov məhkəmədə bildirmişdi: “300 –dən çox sahibkarın başına torba keçirib, pullarını əllərindən almışıq”. Etdiyi dövlət cinayətlərinə görə məhkəmə A.Çovdarova 12 iliş kəsmiş, 30 milyon manatlıq oğurluq varının əlindən alınması ilə bağlı qərar çıxarmışdı. Çovdarov ilyarım yatıb çıxdı, oğurluq 30 milyon manatlıq var-yatır  da ona qaytarıldı. Onun kimi dövlət cinayəti törətmiş başqa MTN generalları da eləcə bağışlandı. Ancaq azacıqsa da, cinayəti olmadan tutuqlanan politiklər, jurnalistlər bağışlanmır…

Politologiyada bir ölkəni yox etmək üçün edilənlər belə bəlirlənir: 1)Xalq yoxsullaşdırılır; 2)Ordu gücsüzləşdirilir; 3) Yarğı ələ keçirilir; 4) Kimlik qarışıqlığı yaratmaqla xalq iş düşmənçiliyinə sürüklənir.

Azərbaycanda da, Türkiyədə də bunlar baş verməkdədir.Bu isə indilər “Turan necə qurulur?” sorusuna qısaca, aydın yanıt deməkdir. Hamısı bir yana, bir ölkədə yarğı (məhkəmə) buyruqla, göstərişlə işləyirsə, bu, bütöv bir dövlətin faciəsi deməkdir. Bunu 2017-ci ildə baş verən, indiyədək sonuna gedilməyən Tərtər terroru-Tərtər soyqırımı bütün çılpaqlığıyla göstərməkdədir.

Sosial şəbəkələrdəki bayramlaşmalarda yurddaşlarımızın bir-birinə ən çox “ruzi-bərəkət”, bir də pul dilədiyini oxuyuruq.Bu, xalqın yaşayışının, dolanışığının hansı düzəydə olduğunun parlaq göstəricisidir. Ölkə boyu belə acınacaqlı göstəricilərə görə xalq istər-istəməz Sovetlər dönəmindəki yaşamının “müstəqillik” dönəmindəkindən qat-qat üstün olduğunu dilə gətirməklə yaşadığı “müstəqillik” gerçəyinin ağrılı-acılı yaşantılarını yansıtmış olur. Birilərinin bugerçəklik yansıtmasına yalançı “patriot” qızğınlığı isə elə o gerçəklik baxımından yersizdir…

Ötən ilin dekabrında bir ara Gəncədə oldum. Tezdən qonşu küçədən təndirçörəyi alıb, evə qayıdırdım.Qarşıdan asta addımlarla, bir-biriylə danışa-danışa iki gəncəli gəlirdi. Onlardan biri o birinə deyirdi: “Qadan alım, Sovetdə belə rüşvət, belə soyğunçuluq yoxuydu: hara gedirsən rüşvət istəyirlər, adamı eləcənə soyurlar, belə də müstəqillikmi olar?!”

Gəncədə ikən ünlü İNSAN HÜQUQLARI savçısı Rüfət Səfərovun şərlənərək tutulduğunu eşitdim.Dövlət qulluğunda dövlətin qazandırdığı gücə güvənərək insan hüquqlarını tapdayanların sınırsız yetki yiyəsi olduğu ortamda insan hüqqularını qorumağa yüklənənlərin tutulub yarğılanması doğal qanunauyğunluq sayılmalıdır.

Bu gün topluma dövlətin düşmənlərindən biri olaraq tanıdılan keçmiş prezident köməkçisi Əli Həsənov 2018-ci ildə demişdi: “2020-ci ildə Azərbaycanda bir yoxsul belə qalmayacaq”. İndi 2025-ci ildir, ölkədə yoxsulların sayı minlərlə deyil, milyonlarladır.Bir sıra bilgilərə görə, ölkə yurddaşlarının yüzdə yetmişi yoxsulluq içindədir. Korrupsiyanın, soyğunçuluğun dövlət politikasına dönüşdürülməsi üzündən  yüzdə yetmişi yoxsulluq içində olan bir xalqla “Turan qurmaq”  nə deməkdir?!

Yeri gəlmişkən, Ə.Həsənov işdən atılandan sonra ortaya onun böyük biznes imperiyası çıxdı. Beş-on il yüksək dövlət görəvlisi olanın hansını tərpədirlər altından böyuk biznes imperiyası çıxır. Belə dövlət, belə dövlətçilik olmur, olamaz!

Demokratik hüquq dövləti qurmaqla, çağdaş yönətim yöntəmi biçimləyib yeni texnologiyalardan yetərincə yararlanmaqla, tək yaşadığımız Quzey Azərbaycanın yeraltı-yerüstü doğal qaynaqlarını qullanmaqla, 10 milyon nədir, 50 milyon yurddaşı Avropanın ən gəlişmiş ölkələrində olduğu kimi yüksək düzəydə yaşatmaq olardı.Olmadı! Azərbaycanda bu gün xalqın necə yaşadığını bilmək üçün statistikagöstəricilərinə deyil, Bakının küçələrinə çıxıb, bölgələrə gedib qadınlı-kişili adamların üst-başına, üz-gözünə, yerişinə-duruşuna baxmaq bütünlüklə yetərlidir.Harda üst-başı normal, üz-gözü gülən, çiyinləri dik kimsə görsəniz bilməlisiz: yüksək aylıqla, üstəlik, rüşvətlə, paketlə yaşayan dövlət qulluqçusudur. Belə dövlət, belə dövlətçilik olmur, olamaz!

Gəlin birgə bir ölkədəki çöküşü göstərən etkənliklərə baxaq

  1. Birliyin yox olması.
  2. Ürətimin azalması.
  3. Tükətimin aşırılığı.
  4. Vergilərin artırılması.
  5. Mənliyin gözardı edilməsi.
  6. Düzgünlüyün dışlanması.
  7. Umudların qırılması.
  8. Köçün hızlanması.
  9. Mənəmliyin, yalanın üstünlük qazanması.
  10. Göstərişin, yaltaqlığın geniş yayılması.

Sözsüz, burada göstərilənlərin hamısı bugünkü Azərbaycan toplumunun gündəlik görüb, yaşadıqlarıdır.

Üstün, bütün ölkə yurddaşları üçün əlçatan sağlamlıq yöntəmi ilə yanaşı,   güclü, sağlam təhjsil yöntəminin qurulması Turan quruculuğu yolunda ən önəmli işlərdən olardı.Ancaq bunların yerinə ölkədə yararsız təhsil, yararsız sağlamlıq yöntəmi var.

“Bütün işlərimizin, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır.Azərbaycan  vətəndaşı yaxşı yaşamalıdır və yaxşı yaşamaq üçün imkan olmalıdır. Ona görə sosial məsələlərin həlli,xüsusilə təhsil, səhiyyə ilə bağlı məsələlər həmişə bizim üçün prioritet olub”,- bu, prezident çıxışındandır. Bu isə Təhsil naziri  E.Əmrullayevin çıxışından ilginc bir örnəkdir: “Azərbaycan dilindən imtahanda maksimum nəticə göstərən abituryent bir səhifəlik esse yaza bilmir”.

Uluslararası öyrənci Dəyərləndirmə Proqramının (PİSA) açıqlamasına görə, Azərbaycanda 15 yaşlı öyrəncilərin 69 faizi ana dilində oxuduğunu yetərincə anlamır”.E.Əmrullayevin başqa bir çıxışı görün özünü necə də doğruldur: “Məktəb təhsil vermir”. Buna görə də bütün ölkə boyu ata-analar uşaqlarını “hazırlığa” göndərməyi məktəbdən üstün tuturlar.Hamının bildiyi kimi, dövlət təhsil yöntəmi ölkədə bütünlüklə aşındırılmış durumdadır.Bununla belə “prioritet” dəyişmir, dövlət büdcəsindən təhsilə milyonlarla manat pul ayrılır.

Hə, yuxarıda “Azərbaycan vətəndaşı yaxşı yaşamalıdır və yaxşı yaşamaq imkanı olmalıdır”, – deməyə gəlincə, burası doğrular doğrusudur: təkcə neftlə qazdan milyardlarla dollar gəlir gələn ölkədə yurddaşlar yaxşı deyil, yaxşıdan da yaxşı yaşamalıdırlar, ancaq belədirmi? Belə deyil.Nədən?Milyardların mənimsənməsi, dağıdılması üzündən. “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” adına 100 milyard manatdan artıq pul mənimsəndi, göyə sovruldu. Tək elə bu Proqramın qanunçuluqla, düzgün gerçəkləşdirilməsi yoluyla ölkədə saysız iş yerləri yaratmaq olardı. Bu baxımdan, yurddaşların yaxşı yaşaması üçün dövlət gərəkəni etməliykən etməyib.

Politologiyada dövlətin 4 güc göstəricisi tanıdılır: 1) social gücün olması; 2) ekonomik gücün olması; 3) ordu gücünün olması; 4) diplomatik gücün olması.

Göründüyü kimi, Sosial güc ilkin başlanğıcdır.Düzgün yönətilən Sosial güc güclü ekonomika yaradır.Güclü Ekonomikagüclü Ordu, güclü Ordu, üçü birlikdə, güclü Diplomatiya doğurur.

Güclü dövlət isə başlanğıcını genəlliklə Özgür, doğru-düzgün seçkilərdən götürür.Kəsinliklə hakimiyət bölgüsünə dayanan demokratik hüquq dövləti qurulması gerçəkdən ölkədə DAYANIQLI GƏLİŞMƏ güvəncəsi olur.Bütöv Azərbaycana da, Turana da yol belə bir çağdaş, örnək dövlətdən keçir.

Dil etkənliyi

Əliyevlər Azərbaycanında da, Ərdoğan Türkiyəsində də Dilin doğal adı dəyişdirilib (bizdə “Azərbayca dili”, onlarda “Türkiyə dili”).Türk ölkəsi Azərbaycanda da, Türk ölkəsi Türkiyədə də Ulus dövləti yerinə Ümmət dövləti qurmağa yönəlik politikalar yürüdülməkdədir. Ərdoğanın dini dövlətə daşıması üzündən bu gün Türkiyədə ölkəniiçindən bölüb-parçalayan 99 təriqət var.Özünü dinə bağlı ayrıca təriqət kimi göstərən AKP-ni də üstünə gəlsək,ölkədəki təriqətlərin sayı yüzə çatmış olar. Belə bir qaranlıq ortamda- qarğaşa içində Turan qurmaqdan daha çox “Babil qülləsindən”danışmaq yerinə düşər.

Yusif Akçura yüz il öncə yazırdı: “Türk-islam sintezi imperialistlərin qurğusudur. Din özüllü Turan olamaz”.

Turançılığın ən böyük düşüncə öndərlərindən olan Ziya Göyalp Turan quruculuğunun kökünü kültürə bağlayırdı. H.Cavid isə bu tezisə belə bir poetik don geydirmişdi:

Turana qılıncdan daha kəskin ulu qüvvət,

Yalnız mədəniyət, mədəniyət, mədəniyət.

Sağlığında “Türk Eynişteyni” adlandırılan Oqtay Sinanoğlu yazırdı: “Dil olmasa kültür olmaz. Kültür olmasa kimlik olmaz.Kimlik olmasa sayqınlıq olmaz.Dil bir ulusun dəyəridir, ancaq dəyərini qoruyan ulus açunda dəyər qazanır”.

Son olaraq

Biz Turanı ulusal dəyərlərimizə bağlı qalmaqla, çağdaş düşüncə, çağdaş yönətimilkələrinə uyğun qurmağa yüklənməsək, Turan yarınların gerçəyi deyil,keçmişlərin söyləncəsi olaraq qalacaq…

Turan ulusal çıxarlar yerinə özəl çıxarlara bağlı avtoritar rejimlərin deyil, sosial yönümlü demokratik hüquq dövlətlərinin birliyi olaraq qurulmalıdır!

Deyir: “Mənim prioritetim Turan qurmaqdır”.Bunu istəsə, Amerikanın prezidenti deyə bilər, bugünkü Azərbaycanın, bugünkü Türkiyənin prezidenti deyə bilməz.Nə üçün? Azərbaycanın, Türkiyənin bugünkü politik, ekonomik, sosial gerçəkliyi ilə uzlaşmadığı üçün! Turan qurmaq ideyası ilə sözügedən gerçəklik arasında, dərin, çox dərin uçurum var. O uçurumu isə başqaları deyil, Azərbaycanda da, Türkiyədə də Turan qurmaq ideyası ilə çıxış edən prezidentlər yaradıb. Uçurumun aradan qaldırılması üçün öncə bütünlüklə başqa ideyalara yüklənmiş kimsələr, başqa sözlə, ölkəni Turan quruculuğu yoluna çıxaracaq strateji düşüncə yiyələri gərəkir.

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv