Xaliq Bahadır. Ərdoğan Türkiyəni fəlakətə aparır

ABD prezidenti D.Trampla, Türkiyə prezidenti T.Ərdoğan arasına Türkiyənin yararına olmayan çox ilginc gəlişmələr yaşanmaqdadır. ABD ilə Türkiyə arasında deyil, ABD prezidenti Trampla Türkiyədə özünün Tək Adam rejimini qurmuş Ərdoğan arasında- Türkiyə üçün qorxulu olan da burasıdır.

Ərdoğanın aylarla sürən çalışmalarından sonra, Tramp  Ağ evdə onunla görüşməyi aprelin sonlarına saxlayıb. İsrail prezidenti  B.Natanyahu  üçünsə Ağ evin qapıları taybatay açıqdır. Bugünlərdə Ağ evdə Natanyahu ilə yeni görüşməsindən sonra Tramp Ərdoğanla bağlı, gerçəyi anlayanlar üçün sevindirici olmayan bir çıxışda bulundu: “Ərdoğanı sevirəm, o da məni sevir, bu durum medianı qızdırır. İsrailin Türkiyə ilə bir sorunu varsa, bunu çözə bilərəm. Türkiyəlideriylə çoxyaxşı ilişkim var. Türkiyəni qutlayıram. Ərdoğana: “ 2000 ildə kimsənin etmədiyini etdiniz, Suriyanı ələkeçirdiniz”, dedim. Gerçəkdən çətin biri, eləcə də çox ağıllı adamdır. Kimsənin etmədiyini etdi”.

Trampın Natanyahuya dediyi: “Türkiyə ilə bağlı hərhansi bir sorunun olarsa, bunu çözə bilərəm. Ancaq ağıllı olmalısan”. Soruşulur: arxasında qızışdırıcı Amerika gücü olmasaydı, İsrailin Türkiyə ilə hansı sorunu ola bilərdi?! Türkiyənin İsraillə bağlı sorununu isə daha çox Ərdoğanın məzhəbçi girişimləri doğurdu.

Birinci,  ABD-nin, ikinci, Trampın politikalarını üzləməyənlər burada deyilənlərlə bağlı çox sevincək ola bilərlər. Dərinə getdikdə isə Türkiyə ilə bağlı sevindirici nəsə yoxdur.

ABD strateqlərindən olan Henri Kisincer bir çağlar demişdi: “Amerikanın düşməni olmaq qorxulu ola bilər, ancaq dostu olmaq ölümcüldür”.

Tramp nə deyir: “Ərdoğanı sevirəm, o da məni sevir”. Trampın birinci prezidentliyi dönəmində Türkiyəyə qarşı casusluq etdiyi üçün tutuqlanan keşişin buraxılması istəklərinin qarşılığında Ərdoğan döşünə döyərək demişdi: “Bu can varkən, görəvdə olduğum sürədəpapazı alamazlar”. Sonra nə oldu? Trampın qorxutma məktubunu alan Ərdoğan yubanmadan keşişi gül-çiçəklə Amerikaya yola saldı. Fetonu Amerikadan ala bilmədi, casus keşişi isə hüquqa uyğun cəzalandıra bilmədi.

Tramp “Suriyanı aldığı üçün” Ərdoğanı qutlayır. Bizdəki tanınmış biriləri də belə düşünür, belə də yazırdılar: “Suriya fatehi Ərdoğan”. Türkiyənin islamçı mediası da aylarla Ərdoğanla bağlı belə yalançı, şişirtmə yazılar yayımladı.

Gerçəklik nədir? ABD BOP-un eş başqanı olaraq Ərdoğan başqanlığında Türkiyəni Suriyada qullanıb, bu gün də qullanmaqdadır. ABD-nin, ayrıca olaraq Trampın etkisiylə gerçəkdə Suriyanı alan da, Suriyaya yiyələnən də İsraildir.

İsrail bugünlərdə Suriyanın Şam, Hələb, Humus şəhərlərində Türkiyənin Ordu üslərini bombalayıb darmadağın etməklə onlarca Türk əskərini, beş Türk Ordu mühəndisini öldürdü. İsrail saldırıları ilə bağlı illərlə Fələstin üçün- ərəblik üçün bar-bar bağırıb yaxa yırtanƏrdoğan səsi batantək susdu, susmaqdadır. Ərdoğanın ərəbliklə bağlı “İsraili bir gecədə darmadağın edərik” yalanlarını tirajlayan islamçı mediası da eləcə, nəsə olmamış kimi, susmaqdadır.

Türkiyənin Dış işlər baxanı Hakan Fidan isə bunu deməklə yetindi: “İsrail ilə savaşmaq istəmirik”. Biz də Türkiyənin İsrail ilə savaşmasını istəmirik, ancaq mən illərdən bəri dönə-dönə Ərdoğanın İsrailə yönəlik bağırtılarının yalan, xalqı aldatma olduğunu yazırkən üzləşdiyim aşağılayıcı, bir-birindən iyrənc təpkiləri də unutmamışam. Ən iyrənci isə onları yazanların bir çoxunun Bakıdan Londonadək tanınmışlar olmasıdır. Ərdoğanın yalanlarına qarşı çıxdığım üçün onlar məni “sionizmə qulluq etməkdə”, “komplə teoridə” suçlayırdılar.

“Sionizmə qulluq etmək” aydındır, “komplə teorinin” nə olduğunubilməyən oxucular üçün açıqlama gərəkir. Qısaca olaraq aydınlatsaq, “komplə teori” gerçəkdə olanı deyil, düşüncəsində olanı gerçəklik kimi sunmaq deməkdir. Mənim Ərdoğanla, Ərdoğan Türkiyəsi ilə, eləcə də Suriyada baş verənlərlə bağlı gerçəkçi yazılarımı üç gündə otuz adam bəyənirkən  onların o yöndə yalançı yazılarını bir gün də minə yaxın adam bəyənirdi. Bu xalqın faciəsi müxalifətin də hakimiyət kimi yalançı olmasındadır. Nəylə, oğurluğun üstü qırx gün çəkər, deyiblər. Budur: “Suriya fatehi”, müsəlmanların dayağı”, “regionun lideri”  Ərdoğanlabağlı yalanlar bir-bir açılıb tökülməkdədir- “kral lütdür”, özü də necə!

Bombardımanla Türkiyəni Suriyadan dışlayan İsrailin önündə susqun qalan, ona “həddini bil” deyəbilməyən Fidan AKP-nin uğursuz politikalarını ələşdirən CHP başqanı Ö.Özələ barmaq silkələyir: “Həddini bil!”

Ümid Paryiyasının başqanı, prof.dok. Ümid Özdağ isə Ərdoğanın BOP içində Türkiyəni bölməyə yönəlik girişimlərinə qarşı çıxdığı üçün yapay suçlamalarla tutuqlanır. Ortada gerçək bir suç olmadığından uzun çək-çevir sonucunda, tutuqlamadan  yalnız 72 gün sonra, Ümid Ödağla bağlı “iddianamə” düz-qoş edilir. Bu gün Ərdoğan Türkiyəsində hüquq belə bir acınacaqlı durumdadır.

Natanyahu Trampa açıq-açığına deyir: ”Türkiyənin Suriyada olmasını istəmirik”. İki ay öncə xalqa “Suriyada zəfər qazandıq”, deyən Ərdoğan susur.

PYD-ni dövlət statusunda özünün andiçmə törəninə çağıran Trampa Ərdoğanın səssiz qalması da bir ayrı motivasiyadır. Bunun nədənini Tramp yuxarıda göstərilən dəyərləndirməsində belə sərgiləyir: “çox ağıllı adamdır”.  Beləcə, 2019-cu ildə keşiş Brunson olayı ilə bağlı məktubunda Ərdoğana “axmaq olma” deyən indi onu çox ağıllı  adam olaraq öyür. Bu, Tramp-Ərdoğanilişkilərindəki özümlü anlaşma gerçəyidir.

H.Fidan bu yaxınlarda dedi: “Bizdən edilən tələbə uyğun olaraq Fələstindən köçürülən müsəlman qardaşlarımızı Türkiyəyə yerləşdirəcəyik”. Sözügedən “tələbin” arxasında Trampın dayandığını bildirmək belə artıqdır. BOP-a uyğun olaraq Türkiyənin demoqrafik yapısı dəyişdirilir.

Türkiyədə parlamentar sistemi dağıdıb Tək Adam rejimi qurmuş, Ergenekon, Balyoz işləmləriylə Türkiyə Ordusunu az qala yenilgən duruma gətirmiş, ekonomikanı çökürtməklə ulusu yoxsullaşdırb gücsüzləşdirən Ərdoğanla işbirliyi buyruqsevər biri olan Tramp üçün olduqca əlverişlidir. Üstəlik, Trampın qarşıda İrana saldırı planları var. Suriyada qullanıldığı kimi,  Trampın İranda da Ərdoğandan, daha doğrusu, Türk əskərlərindən qullanmaq istəyi açıq-aydındır.

2003-cü ildə İraqda azacıq Amerika əskərinin ölümü Amerikada böyük potestolar doğurdu. Onsuz da ölkəsində sevilməyən Tram üçün elə bir görsəniş prezidentlik dönəmi başa çatmadan görəvinin itirlməsi ilə sonuclana bilər. Tramp o üzdən: ”2000 min ildən bəri kimsənin etmədiyini etdiniz, Suriyanı ələ keçirdiniz”, körükləmə yalanıyla tək Ərdoğanı deyil, ona inanan böyük bir topluluğu altamaq istəyindədir.

Amerikanın 40-cı prezidenti Ronald Reyqan bir çağlar Ortadoğuda öz çıxarları üçün qullandıqları İraq prezidenti Səddam Hüseyni öyərək demişdi: “Ortadoğuda barışı İraq Dövlət Başqanı Səddam Hüseynin yardımıyla sağladıq. İraqın yaraq, sursat, savaş uçağı istəkləri gərəyincə qarşılanacaq”. Bunların hamısı oldu, ancaq… sonda Amerika İraqı bölərək orada üç dövlət qurdu. Səddam Hüseyni isə başqa dövlət deyil, Amerika özü öldürdü. Şekspirdə  olduğu kimi: “mavr işini görüb, mavr gedə bilər”.

Yalnız burada göstərilən deyil, Trampın Ərdoğanla bağlı bir sıra başqa çıxışları da Reyqanın Səddam Hüseynlə bağlı dediklərinin oxşarıdır. Böyük Ortadoğu Projesinin başlıca obyektlərindən biri olaraq, Türkiyəİraqda olduğundan daha dağıdıcı görsənişlərlə üzləşə bilər…

Yunanıstanın ev yiyəliyi ilə Aralıq dənizində Türkiyəyə qarşı manevra keçirilir. Manevraya qatılanlar arasında bir sıra Avropa ölkələri ilə yanaşı, Ərdoğanın sıx işbirliyində olduğu Qatar, BƏƏ kimi Ərəb ölkələri də var. Manevradan az öncə İsrail Yunanıstanla, eləcə də Kıbrısın yunan kəsimi ilə bağlaşma bağlamışdı. İsrailin də sözügedən manevraya qatqısı o bağlaşmanın Türkiyəyə qarşı olduğunu açıq göstərir. Tək bu deyil, yaxında, uzaqda Türkiyəyə qarşı bir sıra gəlişmələr yaşanmaqdadır. Bu günlərdə Yunan keşiş kameralar önündə Trampa: “Konistantinopolu al!”, dedi. Ərdoğandan səs çıxmadı.

Ərdoğanın yaratdığı Türk Dövlətləri Təşkilatında (TDT)olan üç ölkə- Özbəkistan, Qazaxıstan, Türkmənistan- Avropa birliyinin çalışmaları sonucunda Kıbrısın Yunan kəsimini  bağımsız dövlət kimi tanıyaraq orada elçilik açdı. (AB şirnikləndirmə üçün Orta Asiya ölkələrinə 12 milyard avroluq yardım paketi ayırdığını bildirib).  Ərdoğandan da, onun TDTAğsaqqallar Konseyinin başına oturtduğu Binəli Yıldırımdan da bugünədək səs çıxmayıb.Çıxası da deyil, Ərdoğan komandasını oluşduran bir çoxları kimi Binəli Yıldırım da Ana Yasadan Türklük anlayışının çıxarılmasını istəyənlərdəndir…

Türkiyənin qurtuluşu Ulusalçılılqda-Atatürkçülükdədir!

09.04.2024

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv